Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4009/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdeh “Nəsimi-48 MMMC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“qərarların etibarsız hesab edilməsi ”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil3 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin “Nəsimi-48 MMMC-yə qarşı “ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi və sair” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-781/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1 saylı və 2 saylı binaların mənzil mülkiyyətçilərinin "xxxx" Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (hazırda "xxxx" MMMC) təsis edilməsinə dair ümumi yığıncağının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsasladırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanda "xxxx" MMC tərəfindən 3 ədəd yaşayış, 3 ədəd qeyri-yaşayış binası inşa edilmiş, onlardan ikisi 1 və 2 saylı yaşayış binaları istismara təhvil verilmişdir. Həmin ünvanda yerləşən 1 saylı və 2 saylı yaşayış binalarının mənzil mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) təsis edilmiş və cəmiyyətin nizamnaməsi təsdiq edilərək dövlət qeydiyyatına alınmışdır. Sonradan həmin MMMC-nin sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə Cəmiyyətin adı dəyişdirilərək "xxxx" MMMC adlandırılmış və yeni nizamnaməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının vəkilinin sorğusuna verilən cavab məktubuna əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Cəmiyyətin təsis edilməsi bir sıra qanun pozuntuları ilə müşayiət olunmuş, ümumi yığıncağın qərarına, həmçinin qeydiyyat üçün təqdim olunan sənədlərə yalan və natamam məlumatlar daxil edilmişdir. Belə ki, "Gülüstan Residence” MMMC-nin təsis yığıncağının qərarından görünür ki, həmin qərarda aşağıdakı məlumatlar göstərilir: 1-ci Binada 55 mənzil +1 qeyri-yaşayış sahəsi = 56 sahə mülkiyyətçisi; 1 -ci Binada 49 mənzil +1 qeyri-yaşayış sahəsi = 50 sahə mülkiyyətçisi; İştirak edən sahə mülkiyyətçilərinin sayı: 65 sahə mülkiyyətçisi. Təsis sənədlərində Ümumi yığıncaqda iştirak edən sahə mülkiyyətçilərə məxsus sahələr və buna mütənasib olaraq malik olduqları səs sayı göstərilməmiş, sadəcə sahə mülkiyyətçilərindən 65 nəfərin iştirak etdiyi yığıncaqda guya, yetərsay olduğu qəbul edilmişdir. Bununla da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda istinad edilən normalarının imperativ tələbləri pozulmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, Cəmiyyətin təsis edilməsi zamanı keçirilmiş ümumi yığıncaqda sahə mülkiyyətçilərinin həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasib olmaqla malik olduqları səslərin ümumi sayı, həmçinin ümumi yığıncaqda iştirak edən sahə mülkiyyətçilərinin səslərinin sayı deyil, yalnız sahə mülkiyyətçilərinin sayı göstərilmişdir ki, bu da Mənzil Məcəlləsinin istinad edilən normalarının tələblərinin pozulması və nəticə etibarı ilə həmin yığıncağın qərarının etibarsız olmasını təsdiq edir. Belə olan halda, etibarsız hesab edilən ümumi yığıncaq qərarına əsasən cəmiyyətin dövlət qeydiyyatına alınması da qanunsuz olmuşdur. Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. "Nəsimi-48” MMMC-nin yaradıldığı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1 və 2 saylı binalarda yaşayış və qeyri-yaşayış sahələri aşağıdakı kimi olmuşdur: - 1 saylı Binada: 8 546 kv.m. yaşayış, 1 632 kv.m. qeyri-yaşayış sahəsi; - 2 saylı Binada: 8 711 kv.m. yaşayış, 1 644 kv.m. qeyri-yaşayış sahəsi; 2 bina üzrə cəmi: 17 367 kv.m. yaşayış; 3 216 kv.m. qeyri-yaşayış sahəsi, ümumilikdə 20 593 kv.m. Məhkəmənin diqqətinə çatdırılır ki, 1 və 2 saylı binalardakı 3276 kv.m. qeyri-yaşayış sahəsinin hamısı iddiaçının mülkiyyətindədir. Göründüyü kimi "Nəsimi-48” MMMC təsis edilən vaxt 1 saylı və 2 saylı binalardakı 3276 kv.m. qeyri-yaşayış sahələrinin hamısı İddiaçı mülkiyyətində olmaqla onun payı ümumilikdə 16% təşkil edirdi və ümumi yığıncaqda iştirak etməyən digər 41 sahə mülkiyyətçilərinin də mütənasib payları nəzərə alınmaqla, Mənzil Məcəlləsinin 120.1-ci maddəsinin tələbinin pozulduğu aşkardır. Bundan əlavə, cəmiyyətin yaradılması zamanı digər pozuntulara da yol verilmişdir. Belə ki, ümumi yığıncağın çağırılması sahə mülkiyyətçilərinin əksəriyyətinin, yəni, binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı 50%-dən çox olan sahə mülkiyyətçilərinin xəbəri və iştirak olmadan keçirilmişdir ki, bu da "Nəsimi-48” MMMC-nin təsis yığıncağında qanunla tələb edilən yetərsay olmadığını və bu səbəbdən də etibarsız olduğunu təsdiq edir.
2. xx.xx.2024-cü il tarixində İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1 saylı və 2 saylı binaların mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsinə dair həmin binaların sahə mülkiyyətçilərinin ümumi yığıncağının çağırılması vəzifəsinin "Nəsimi-48” MMMC-nin üzərinə qoyulması və həmin ümumi yığıncağın işə başladığı andan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1 saylı və 2 saylı binaların mənzil mülkiyyətçilərinin "Gülüstan Residence” Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (hazırda "Nəsimi-48” MMMC) təsis edilməsinə dair ümumi yığıncağının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən "Nəsimi-48” MMMC-yə qarşı "cəmiyyətin təsis olunmasına dair ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsinə” dair iddia qaldırılaraq, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1 saylı və 2 saylı binaların mənzil mülkiyyətçilərinin "Gülüstan Residence” Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (hazırda "Nəsimi- 48” MMMC) təsis edilməsinə dair ümumi yığıncağının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hazırda MMMC-nin idarəçiliyində olan binaların yaşayış sahələrinin yararlı vəziyyətdə saxlanılmasının, ümumi mülkiyyətin qorunmasının və yararlı vəziyyətdə saxlanılmasının davamlılığının təmin edilməsi üçün ümumi yığıncağın mübahisələndirilən qərarlarının etibarsız hesab edilməsi ilə yanaşı, qanunvericiliyin tələblərinə riayət olunmaqla yeni ümumi yığıncağın çağırılmasını zəruri edir.
3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC "Nəsimi-48” MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nəsimi-48" MMMC-nin təsis edilməsinə dair ümumi yığıncağının, təsis edildikdən sonra da ümumi yığıncağı tərəfindən qəbul edilmiş bütün qərarlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi, "xxxx" MMMC-nin saxta sənədlər tərtib edilməsi yolu ilə təsis edildiyini və bununla da, özlərini sahə mülkiyytəçilərinin səlahiyyətli nümayəndələri kimi təqdim edən şəxslərin ağır cinayət əməli törətdikləri müəyyən edildiyindən, xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək "Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bül-bül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçun nəzərdə tutulan obyektlər, o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, (texniki zirzəmi), habelə bunanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitartexniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulan həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə məcburi qaydada təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və bunu aşağıdakı kimi əsaslandırmağa cəhd də göstərmişdir: "Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanda yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü ıl tarixində 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Dövlət qeydiyyatından sonra, mənzil qanunvericiliyindən və nizamnamədən irəli gələn işlərin lazımi qaydada icrasını təmin etmək üçün binanı inşa etmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi müraciət edərək mənzil qanunvericiliyinə əsasən yaşayış binalarının ümumi paylı mülkiyyətdə olan sahələrinin və binanın müvafiq sənədlərinin MMMC-yə təhvil verilməsi tələb edilməsinə baxmayaraq, hər dəfə müxtəlif səbəblər irəli sürülərək bu günə kimi təhvil-təslim prosesi yekunlaşmamış; MMMC tərəfindən sakinlərə daha yüksək səviyyəli xidmətlərin göstərilməsinin qanunvericiliyə və qüvvədə olan standartlara uyğun təmini məqsədilə binaların umumi paylı mülkiyyətdə olan sahələrin və digər təhlükə potensiallı qurğuların, habelə binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin MMC-MMMC arasında təhvil-təsliminin icrasının istənilən əsasla gecikdirilməsi MMMC-nin, digər bir ifadə ilə yüzlərlə mülkiyyətçinin, sakinin, ailənin hüquqlarını pozmuş; nəticədə binaların istismarı və xidmət keyfiyyətinin artırılması üzrə işlərin həyata keçirilməsinin gecikməsi və binanı inşa edən MMC-dən asılı vəziyyətin davam etməsi ilə nəticələnməkdədir, ona görə də, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır" Bununla yanaşı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı da "xxxx" MMMC-nə qarşı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, çoxmənzilli binanın ümumi əmlakından istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilməsi, artıq ödənilmiş vəsaitlərin qaytarılması və vurulmuş maddi zərərin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və qarşı tərəfin iddiasına etirazında bildirmişdir ki, "xxxx" MMMC-nin məhkəməyə təqdim etdiyi bu iddiası cəfəngiyyatdır və hesab etmişdir, bu qərar yaşayış binasının sahə mülkiyətçilərinin qərarı olmamış, onların adından çıxış edən və "xxxx" MMC-nin mülkiyyətində qalmış, qeyri-yaşayış və yaşayış sahələrini güzəştli şərtlərlə əldə edilməsinə nail olmaq istəyən və özlərini sahə mülkiyyətçilərinin səlahiyyətli şəxsləri kmi təqdim edən bir neçə kəsin "uydurulmuş fantaziyası"ndan başqa bir şey deyildir. Beləliklə də, "xxxx" MMC nümayəndəsi kimi tərəfindən məhkəmənin xx.xx.2023-cü il tarixli ilk hazırlıq iclasında, məhkəmə prosesində, sübutların təqdim edilməsi haqqında aşağıdakı məzmunda vəsatət təqdim edilmişdir. Göstərilənlərdən əlavə, "xxxx" MMMC yaranmamışdan əvvəl xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə, yaşayış kompleksinin sahə mülkiyyətçilərinin ümumi əmlakının idarə edilməsi "xxxx" MMC tərəfindən həyata keçirilmiş və bu müddət ərzində, bu əmlakın idarə edilməsi üzrə xərclərə, sahə mülkiyyətçilərinin əvəzindən, "xxxx" MMC tərəfidən 400 min manatdan artıq pul vəsaiti ödənildiyi halda, sahə mülkiyyətçilərin adından çıxış edən bu kəslərin, Qüsur Aktı adı altında tərtib edilmiş sənədlə, hazırda onlardan 10409 manat pul tələb etmələrini isə, yaramazlığın və nadanlığın son həddi kimi dəyərləndirmişlər. Hərçənd ki, nə onların, nə də ki, bina kompleksinin sahə mülkiyyətçilərinin əsas hissəsinin, "xxxx" MMMC-nin yaradılmasından, yarandıqdan sonra müzakirə etdiyi məsələlərdən və qəbul etdikləri qərarlardan ümumiyyətlə xəbəri olmamışdır. Belə olan halda isə, "xxxx" MMMC-nin qanunsuz yolla yaradılmasında iştirakçı olmuş hər bir kəs, cinayət məsuliyyətinə cəlb edilməlidir, törətdikləri ağır cinayət əməlinə görə. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixində 1122- MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmış ''Nəsimi-48" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin bütün hüquqverici sənədləri, əsasən də, hüququ statusun alınması üçün müraciət etmiş hər bir təsisçinin imzalanmış və notariat qaydasında təsdiq edilmiş ərizəsinin məhkəməyə təqdim edilməsi barədə ərizəsinin təsdiq edilmiş surətləri Ədliyyə Nazirliyinin qeyri-kommersiya təşkilatlarının qeydiyyat İdarəsi tərəfindən məhkəməyə təqdim edilməsi təmin edilməlidir. Göstərilənlərlə əlaqədar olaraq, sahə mülkiyyətçilərinin adından çıxış edən səlahiyyətli şəxslərin daha ağır cinayət əməlləri törətmələrinin qarşısının alınması məqsədi ilə "xxxx" MMMC-nin hüquqi statusunun müəyyən edilməsi üçün bütün hüquqverici sənədlərin, əsasən də, hüquqi statusun alınması üçün müraciət etmiş hər bir təsisçinin imzalanmış və notarial qaydasında təsdiq edilmiş ərizəsinin surətinin məhkəməyə təqdim edilməsi barədə Ədliyyə Nazirliyinin qeyri-kommersiya təşkilatlarının qeydiyyat İdarəsinə tapşırıq məktubunun göndərilməsini xahiş edilmişdir. Lakin, məhkəmə tərəfindən onların yuxarıda göstərilən vəsatətləri əsassız olaraq təmin edilməmişdir. Vəsatətdə qeyd edilənlərin təsdiqi kimi də "xxxx" MMC-nin təsisçisi olmaqla yanaşı, çoxmənzilli binanın bir çox mənzillərinin və bütün qeyri-yaşayış sahələrinin mülkiyyətçisi olan İddiaçı tərəfindən "xxxx" MMMC-yə qarşı yeni iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət olunaraq, "Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvarıdakı 1 saylı və 2 saylı binaların mənzil mülkiyyətçilərinin "Gülüstan Rezidence" mülkiyyətçilərinin müştərək cəmiyyətinin, hazırda "xxxx" MMMC-nin təsis edilməsinə dair ümumi yığıncağının xx.xx.2022-ci il tarixli və 21.12.22-ci il tarixli qərarlarının etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin məktubu ilə iddaiçı- İddiaçı vəkilinin sorğusuna verilən cavab məktubuna əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Cəmiyyətin təsis edilməsi kobud qanun pozuntuları ilə müşayiət olunmuş, ümumi yığıncağın qərarına, həmçinin qeydiyyat üçün təqdim olunan sənədlərə yalan və natamam saxta məlumatlar daxil edilmişdir. Belə ki, "xxxx" MMMC-nin təsis yığıncağının qərarından görünür ki, həmin qərarda aşağıdakı məlumatlar göstərilir: 1-ci binada 56 mənzil-1 qeyri-yaşayış sahəsi-56 sahə mülkiyyətçisi; 2-ci binada 49 mənzil-1 qeyri-yaşayış sahəsi-50 sahə mülkiyyətçisi: iştirak edən sahə mülkiyyətçilərinin sayı-66 sahə mülkiyyətçisi. Təsis sənədlərində Ümumi yığıncaqda iştirak edən sahə mülkiyyətçilərə məxsus sahələr və buna mütənasib olaraq malik olduqları səs sayı göstərilməmiş, sadəcə sahə mülkiyyətçilərindən 65 nəfərin iştirak etdiyi yığıncaqda guya, yetərsay olduğu qəbul edilmiş və bununla da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 47.2, 119.1, 119.3, 119.4, 120.1-ci maddələrinin imperativ tələblərinin pozulduğu qeyd edilməklə göstərilmişdir ki: Cəmiyyətin təsis edilməsi zamanı keçirilmiş ümumi yığıncaqda sahə mülkiyyətçilərinin həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasib olmaqla malik olduqları səslərin ümumi sayı, həmçinin ümumi yığıncaqda iştirak edən sahə mülkiyyətçilərinin səslərinin sayı deyil, yalnız sahə mülkiyyətçilərinin sayı göstərilmişdir ki, bu da mənzil məcəlləsinin istinad edilən normalarının pozulması və nəticə etibarı ilə həmin yığıncağın qərarının etibarsız olmasını təsdiq edir. Belə olan halda, etibarsız hesab edilən ümumi yığıncaq qərarına əsasən Cəmiyyətin dövlət qeydiyyatına alınması da qanunsuz olmuşdur. "xxxx" MMMC-nın yaradıldığı Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 60,62 ünvandakı 1 və 2 saylı binalarda yaşayış və qeyd yaşayış sahələri aşağıdakı kimi olmuşdur: 1 saylı binada: 8546 kv.m. yaşayış, 1632 kv.m. qeyri-yaşayış sahəsi; 2 saylı binada: 8/11 kv.m. yaşayış, 1644 kv.m. qeyri-yaşayış sahəsi; 2 bina üzrə cəmi:17367 kv.m. yaşayış; 3276 kv.m. qeyri-yaşayış sahəsi, ümumilikdə 20 593 kv.m. Göründüyü kimi, "xxxx" MMMC təsis edilən vaxt 1 və 2 saylı binalardakı ümumilikdə 3276 kv.m. qeyri-yaşayış sahəsi bütünlüklə İddiaçı mülkiyyətində olmaqla onun payı 16 faiz təşkil edirdi və ümumi yığıncaqda iştirak etməyən digər 41 sahə mülkiyyətçilərinin də mütənasib payları nəzərə alınmaqla, Mənzil Məcəlləsinin 120.1-ci maddəsinin tələbinin pozulduğu aşkardır. Bütün bu yuxarıda qeyd edilənlər, iddiaçı- İddiaçı "xxxx" MMMC ııə qarşı olan iddia ərizəsindəndir. Lakin, bu qeyd edilənlər, "xxxx" MMMC idarə edənlərin yol verdikləri qanun pozuntusunda olan paylarının ümumi mənzərəsini tam əhatə etməmiş, ancaq və ancaq onların qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim etdikləri tək 2 binaya münasibətdə, sahə mülkiyyətçilərinin mütənasib paylarına uyğun olaraq hesablanılmış və belə olan halda da, "xxxx" MMMC-nin ümumi əmlakdakı paya olan hüquqları da, tək bu 2 binaya aid hissədə məhdudlaşdırılmalı, əmlak kompleksinin digər hissələrindəki yaşayış və qeyri- yaşayış sahələrinə aid ümumi istifadədə olan əmlaklarda heç bir hüquqa malik olmadıqlarından da, həmin ümumi istifadədəki əmlakların idarə edilməsində iştirak edə bilməzdilər. Hərçənd ki, bu hüquqları da mənimsəməklə, bir ildən artıq müddətdir ki, faktiki olaraq onlara heç bir aidiyyatı olmayan, onlara və başqa sahə mülkiyyətçilərinə məxsus ümumi əmlaklarda olan paylarını qanunsuz olaraq idarə etməkdirlər. İddia ərizələrindən də göründüyü kimi, "Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, Ş.Əzizbəyov, S.Əsgərovn küçələri ilə Bül-bül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanda yerləşən yaşayış binaları cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixində imzalanan "Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Məlum olduğu kimi, "xxxx" MMC-i tərəfindən inşa edilmiş bu kompleks Cəmiyyətin şəxsi resursları hesabına həyata keçirilmiş və sahə mülkiyytəçilərinin bir manat da olsun pulundan istifadə edilməmiş və tikinti işləri yekunlaşdıqdan sonra, qeyri-yaşayış sahələrini bütünlüklə və yaşayış mənzillərinin isə bir hissəsini öz mülkiyyətində saxlamaqla, yaşayış mənzillərinin digər hissəsini, bağlanmış alqı-satqı müqavilələri əsasında, əsasən də tanıdıqları ayrı-ayrı şəxslərə satışını həyata keçirmiş və həmin müqavilələrdən üzərinə düşən bütün öhdəlikəri keyfiyyətlə, vaxtında və tam icra etmişdir. Beləliklə, "Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 9 saylı sərəncamına əsasən, mülkiyyət hüququ ilə ayrı-ayrı şəxslərin adlarına olan yuxarıda göstrilən ünvanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş əmlak kompleksi aşağıda göstərilən ümumi sahələrdən ibarətdir: Bina 1: 8546 kv.m. yaşayış sahəsi, 1632 kv.m qeyri-yaşayış sahəsi; Bina 2: 8711 kv.m yaşayış sahəsi, 1644 kv.m, qeyri-yaşayış sahəsi; Bina 3: 9865 kv.m yaşayış sahəsi, 3755 kv.m. qeyri-yaşayış sahəsi; 1300 kv.m. qeyri-yaşayış sahəsi; 1106 kv.m. qeyri-yaşayış sahəsi: 879 kv.m. qeyri-yaşayış sahəsi. Ümumilikdə: Yaşayış sahəsi 27.122 kv.m.; qeyri yaşayış sahəsi 8316 kv. m. və cəmi sahə- 35.438 kv.m. təşkil edir. Yuxarıda qeyd olunan cəmi sahələrdən, 19 mənzil olmaqla, ümumi sahəsi 4.015 kv.m. təşkil edən yaşayış sahəsi və bütün qeyri-yaşayış sahələri-İddiaçı məxsusdur və ya 35.438 kv.m. olan ümumi əmlak kompleksinin 12.367 kv.m. olan sahəsi,yaxud, bütün sahənin - 35 faizi. Belə olan halda da, "xxxx" MMMC-nin qeydiyyat üçün təqdim etdiyi, lakin, təsdiqini tapmayan məlumatlara uyğun olaraq hesablama aparılsa belə, yuxarıda qeyd olunan məlumatlarla, 35 438 kv.m ümumi əmlak kompleksinin 50 faizi üstəgəl bir olmalı olduğu halda, yəni, 35.438 kv.m.sahə mülkiyyətçilərinin 50 faizindən artıq olan - 17.719 kv.metrdən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir" olduğu halda, 1-ci bina üzrə 8.546 kv.m. yaşayış sahəsinə və 2 ci binadan 9 nəfərin orta hesabla əlavə 1.000 kv.m. sahəyə malik olmaqla, ümumikdə 9.546 kv.m. yaşayış sahəsinə və ya ümumi əmlak kompleksinin 27 faizinə məxsus sahə mülkiyyətçilərinin qərarı əsasnda dövlət qeydiyyatına alındığı tam təsdiq etmiş olur. Tərəfindən hazırda məhkəməyə təqdim etdiyi bu hesablama da, qarşı tərəfin qanunsuzluq həmin ümumi mənzərəni belə tam əks etdirmir və bu hesablama da qarşı tərəfin Ədliyyə Nazirliyinə təqdim etdiyi saxta məlumata əsaslanmaqla aparılmışdır. Belə ki, "xxxx" MMMC-nin Ədliyyə Nazirliyinə təqdim etdiyi məlumatların saxtalığını tam ifşa edən və 8 nəfərdən ibarət və 1-ci binadakı mülkiyyət sahibinin onlara aid olan rəsmi müraciətlərindən müəyyən edilmişdir ki, ümumi yaşayış sahəsi 2.823 kv.m. olan bu şəxslərin ümumi yığıncağın keçirilməsindən ümumiyyətlə xəbərləri olmamışdır. Beləliklə, 9.546 kv.m. yaşayış sahəsindən 2.823 kv.m. sahəni çıxdıqdan sonra məlum olmuşdur ki, "xxxx" MMMC ümumi əmlak kompleksinin 6.723 kv.m. sahəsinə və ya 19 faiz sahəyə malik mülkiyyətçilərin iştirak etdiyi ümumi yığıncağının qərarı əsasında yaradılmışdır. Bütün bu hesablamalar, “Nəsimi-48M MMMC-nin RTZ MMC-yə qarşı və "xxxx"xxxx"xxxx" MMMC-yə qarşı olan tələbləri üzrə Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icratında olan iş üzrə məhkəməyə təqdim edilməsinə baxmayaraq, hakimin xx.xx.2024cu il tarixdə elan etdiyi qətnaməsi ilə "xxxx" MMMC-nin onlara qarşı olan iddia tələbi qanunsuz olaraq təmin edildiyi halda, onların "xxxx" MMMC-yə qarşı haqlı və qanuni olan tələbləri təmin edilməmiş, ümumi əmlakdan istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilməsi barədə tələbləri təmin edilsə də, qətnamənin qəbulundan 2 gün keçməmiş, "xxxx" MMMC-dən ünvana növbəti hədələyici məktub daxil olmuş və bildirilmişdir ki, müəyyən etdikləri ödənişləri ödəməyəcəyi və ya ödənişi gecikdirəcəyi halda, "xxxx" MMMC-nin Ümumi yığıncağının xx.xx.2023 cü il tarxli qərarına əsasən, ümumi istifadədə olan əmlaklardan istifadəyə məhdudiyyətlər tətbiq ediləcəkdir. Hərçənd ki, yuxarıda qeyd edilənlərdən açıqdan-açığa görünür ki, "xxxx" MMMC qanunsuz olaraq yaradılmış və qanunusuz olaraq yaradılan subyektin qəbul etdiyi bütün qərarları da etibarsız hesab edilməlidir. Bunun əsası isə, bir daha qeyd etməyi zəruri hesab etmişdir ki, Mənzil Məcəlləsinin 120.1-ci maddəsinə əsasən "Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçilərini tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun leyhinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir" olduğu halda, cari ilin avqust ayının əvvəlində, sahə mülkiyyətçilrindən onlara olan rəsmi müraciətlərdən müəyyən edilmişdir ki, bina kompleksinin sahə mülkiyyətçilərinin 70-80 faizindən çoxunun, "xxxx" MMMC- nin təsis edilməsindən ümumiyyətlə xəbərləri olmamış və ya ümumi yığıncaqda onların iştirakının təmin edilməsi məsələləri də müzakirə edilməmişdir. Belə olan halda isə "xxxx" MMMC-nin qanunsuz yolla yaradılmasında iştirakçı olmuş hər bir kəs, cinayət məsuliyyətinə cəlb edilməlidir, törətdikləri ağır cinayət əməlinə görə.
4. Cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45.6cı maddəsinə istinadən iddia müddətinin tətbiqinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və "xxxx" MMC-nin cavabdeh "xxxx" MMMC qarşı “Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən 1 və 2 saylı binaların mənzil mülkiyyətçilərinin "xxxx" MMMC (hazırda "xxxx" MMMC) təsis edilməsinə dair ümumi yığıncağının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının (digər qərarların) etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia müddətinin tətbiq edilərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-781/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaların təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1, 44.3, 45.1, 45.5, 45.6, 47.1, 47.3, 119.1, 120.1, 121.1, 125.1; Mülki Prosessual Məcəllənin 265.4-cı maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il Qərarına istinadən qeyd edilmişdir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Onların etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Müstəqil tələb irəli sürən üçüncü şəxs "RTZ” MMC-nin nümayəndəsinin təqdim edilmiş "Sahə Mülkiyyətçiləri” başlıqlı siyahıda olan imzaların həqiqi olmaması ilə cəmiyyətin təsis edilməsi barədə qərarların etibarsız olmasına dair irəli sürdüyü dəlillərə manasibətdə qeyd olunmalıdır ki, bu halların mübahisələndirilməsi Mülki Məcəllənin 45.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə mümkündür. Həmin siyahıda Bülbül 60 ünvana aid sahə mülkiyyətçilərinin adları arasında 28-ci sırada "RTZ” MMC-nin adı qarşısında imza olmaması qərarın qəbul edilməsində MMC-nin iştirak etmədiyi təsdiq edilir. Lakin, iş materiallarına cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə əlavə edilmiş "RTZ” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə "Azəriqaz” İB-nə ünvanladığı məktubun nüsxəsini o cümlədən "Nəsimi 48” MMMC-yə də ünvanlaması müstəqil tələb irəli sürən üçüncü şəxsin və onun təsisçisi olan iddiaçının cəmiyyətin təsis edilməsindən xəbərdar olmasını bildirir. Tərəflər arasında mülki-hüquq münasibətlərindən və müqavilə öhdəliklərindən irəli gələn mübahisə yaranmışdır ki, məhkəmə işdə iştirak edən şəxslərin əməllərində cinayətin əlamətlərinin olmaması səbəbindən xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi ilə əlaqədar tələbin təmin edilməməsi qənaətinə gəlir. İş materiallarından görünür ki, iddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023cü il tarixdə, "RTZ” MMC isə-xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi iddialaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin təsis qərarlarının etibarsız hesab edilməsinə dair tələbləri cavabdehin iddia müddəti tətbiq edilməsi ərizəsinə əsasən deyil, iddia ərizələri verilərkən qanunvericiliklə müəyyən edilmiş müddət ötürüdüyündən mübahisələndirmə hüququna xitam verilməsi əsası ilə də təmin edilməməlidir.
6. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş təsis sənədlərinin surətlərinə əsasən, "Gülüstan Residence” MMMC-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, gündəlikdə olan məsələlər "Gülüstan Residence” MMMC-nin təsis edilməsi, onun nizamnaməsinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması, hüquqi ünvanının müəyyən edilməsi, dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və sənədlərin imzalanması ilə bağlı səlahiyyətli şəxsin seçilməsi olmuş, ümumi mövcud 106 sahə mülkiyyətçilərindən iştirak edən 65 sahə mülkiyyəçisinin 65 nəfərinin lehinə səs verməklə gündəlikdə duran məsələlərin təsdiq edilməsi qərara alınmışdır. Həmin məktuba sənədlərin surəti olaraq əlavə edilmiş "Gülüstan Residence” MMMC-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, gündəlikdə olan məsələlər "Gülüstan Residence” MMMC-nin adının dəyişdirilməsi, nizamnaməyə dəyişikliklərin edilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi olmuş, ümumi mövcud 106 sahə mülkiyyətçilərindən iştirak edən 65 sahə mülkiyyətçisinin 65 nəfərinin lehinə səs verməklə gündəlikdə duran məsələlərin təsdiq edilməsi qərara alınmışdır. Həmin məktuba sənədlərin surəti olaraq əlavə edilmiş çoxmənzilli yaşayış binasının sifarişçisi (sahibi) Rahim Ağayev tərəfindən imzalanmış və "RTZ” MMC-nin möhürü ilə təsdiq edilmiş "Çoxmənzilli yaşayış binasının istismara hazırlığı barədə” xx.xx.2019-cu il tarixli 0232 nömrəli Rəydə 1 və 2 saylı binaların əsas göstəriciləri olaraq, mənzillərin ümumi sahəsi 17366,74 m2 göstərilmişdir. Binanın ümumi sahəsinin isə rəydə əlyazma ilə 41581,84 m2 olduğu göstərilmişdir. Həmin məktuba sənədlərin surəti olaraq əlavə edilmiş "RTZ” MMC-nin direktoru R. Ağayevin imzası və "RTZ” MMC-nin möhürü ilə təsdiq edilmiş Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 151 nömrəli Arayşından görünür ki, 1 və 2 saylı binalar istisamara verilmişdir, 1 saylı binanın əsas texniki göstəriciləri olaraq binanın mənzillərinin ümumi sahəsinin 8666,71 m2, zirzəmi ilə birlikdə qeyri yaşayış sahəsinin 3615,80 m2, texniki mərtəbələrinin sahəsi isə 140 m2 olması (qeyd olunan göstəriciləri cəmlədikdə 12422,51 m2), ümumi sahəsinin 15074 m2 olması qeyd olunmuşdur. Arayışda 2 saylı binanın əsas texniki göstəriciləri olaraq binanın mənzillərinin ümumi sahəsinin 8723,50 m2, zirzəmi ilə birlikdə qeyri yaşayış sahəsinin 5226,40 m2, texniki mərtəbələrinin sahəsi isə 140 m2 olması, (qeyd olunan göstəriciləri cəmlədikdə 14089,9 m2) ümumi sahəsinin 16684 m2 olması qeyd olunmuşdur. Bu arayışın məzmununda 1 saylı binanın 8666,71 m2 ümumi yaşayış sahəsinin 55 nəfərin, 2 saylı binanın 8723,50 m2 ümumi yaşayış sahəsinin 49 nəfərin, hər iki binada 1870,10 m2 və 1806,20 m2 qeyri yaşayış sahəsinin 1 nəfərin mülkiyyətinə verildiyi bildirilmişdir; - Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş təsis sənədlərinin surətlərində 4 vərəq "Sahə Mülkiyyətçiləri” başlıqlı siyahı əlavə edilmişdir. Həmin siyahı Bülbül prospekti 60, 62 ünvandakı mənzillərin nömrələri göstərilməklə qarşısında soyad, ad, ata adı qeydlərdən, səhənin ölçü göstəricilərindən və imzalardan ibarətdir; - ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, ünvan 5 ünvanda sahəsi 563.4 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur; - ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60A ünvanda sahəsi 34.6 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur; - ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60B ünvanda sahəsi 208.5 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur; - ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60C ünvanda sahəsi 453.1 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur; - ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62A ünvanda sahəsi 34.6 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur; - ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62B ünvanda sahəsi 324.9 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur; - ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62C ünvanda sahəsi 383.8 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur; - ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, ünvan 12 ünvanda sahəsi 563.4 kv.m olan qeyriyaşayış sahəsi İddiaçı məxsusdur; - ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, ünvan 13 ünvanda sahəsi 546.6 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur; - ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, ünvan 14 ünvanda sahəsi 563.4 kv.m olan qeyriyaşayış sahəsi İddiaçı məxsusdur. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
7. İddiaçı apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, №e-2(006)-871/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mənzil Məcəlləsinin 45.6, 120.1; Mülki Məcəllənin 354; Mülki Prosessual Məcəllənin 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh MMMC həmın yığıncağın özünün legitim olmasını (yəni, ü.y.-ın çağırılması barədə məlumatlandırma tələblərinə riayət edilməsini) sübut edə bilməmiş, məhkəmə də bu istiqamətdə heç bir araşdırma aparmamış, daha doğrusu, araşdırmanı ümumi yığıncaqda yetərsay olması və səsvermənin nəticələri ilə məhdudlaşdırmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, ümumi yığıncağın mübahisələndirilən qərarı binanın sahə mülkiyyətçilərinin ilk dəfə çağırılan ümumi yığıncağı olduğu üçün ilk növbədə Mənzil Məcəlləsinin 44.4-cü maddəsinin tələblərinə riayət edilib-edilməməsi yoxlanılmalı idi. Göründüyü kimi, sahə mülkiyyətçilərinin ümumi yığıncaq barədə məlumatlandırılmasının qaydasını müəyyən edən həmin normada belə məlumatlandırmanın imperativ və dispozitiv şərtləri göstərilmişdir: - imperativ şərt kimi “sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktub” və ya “sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl” verilməsi; - Dispozitiv şərt kimi - “(həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə)” və “binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir” nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə MMMC-nin yaradılması barədə ümumi yığıncağın qərarının etibarsızlığı mübahisələndirilir və bu, sahə mülkiyyətçilərinin ilk dəfə çağırılan ümumi yığıncağı olduğu üçün dispozitiv şərtlərdə nəzərdə tutulan halların heç birinin olmadığını sübut etməyə ehtiyac yoxdur. Belə ki, həmin tarixə kimi mövcud olmayan MMMC-nin ümumi yığıncağı tərəfindən “ümumi yığıncağının qərarı ilə məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməsi” və ya məlumatın “ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə” yerləşdirilməsinin müəyyən edilməsi mümkün deyildi. Belə olan halda, Mənzil Məcəlləsinin 44.4-cü maddəsində imperativ qaydada nəzərdə tutulmuş məlumatlandırma üsullarının tətbiq edildiyini sübut etmək cavabdeh MMMC-nin üzərinə düşürdü. MMMC tərəfindən isə belə sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, sahə mülkiyyətçilərinin ilk dəfə çağırılan ümumi yığıncağı hələ həmin yığıncağın işə başlaması anında səlahiyyətsiz olmuşdur. Başqa sözlə desək, hətta yığıncaqda iştirak edən sahə mülkiyyətçiləri binanın ümumi sahə mülkiyyətçilərinin 50 faizdən çoxunu təşkil etmiş olsaydı belə, digər mülkiyyətçilərinin qanunla müəyyən edilmiş hüquqlarının pozulması ilə keçirildiyi üçün qəbul edilən qərarların da heç bir hüquqi qüvvəsi ola bilməzdi. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə də razılaşmaq olmaz. Mənzil Məcəlləsinin yuxarıda istinad edilən 44.4-cü maddəsindən də göründüyü kimi, MMMC-nin yaradılması (təsis edilməsi) ilə bağlı sahə mülkiyyətçilərinin ümumi yığıncağının çağırılmasına dair imperativ qaydada dəqiq tələblər müəyyən edilmişdir və qanunvericinin bu iradəsi gələcəkdə MMMC ilə sahə mülkiyyətçiləri arasında yaranacaq münasibətlərin, sonuncuların iradə sərbəstliyinin, həmçinin mənzil hüquqlarının öz mülahizələrinə görə və mənafeləri üçün həyata keçirilməsinin təmin edilməsindən irəli gəlir. Belə ki, Mənzil Məcəlləsinin 2.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Bu baxımdan MMMC-nin yaradılması ilə bağlı hər bir sahə mülkiyyətçisinin iradə ifadəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada təmin olunmasının xüsusi əhəmiyyət kəsb etməsi aşkardır. Sübut etməyə ehtiyac yoxdur ki, MMMC-nin yaradılması (təsis edilməsi) zamanı bütün sahə mülkiyyətçilərinə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməməsi ilə müşayiət olunan digər sahə mülkiyyətçilərinin iradə ifadəsi əhəmiyyətsiz əqd statusunda olmuşdur. Birinci instansiya məhkəməsi, qanunvericiliyin tələblərinə əsasən əhəmiyyətsiz olan və heç bir hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmayan sahə mülkiyyətçilərinin bir qisminin MMMC yaratmaq barədə qərarını etibarlı əqd kimi qəbul edərək, məhkəmə araşdırmasını yalnız iclasda iştirak edən sahə mülkiyyətçilərinin malik olduğu səslərin faiz nisbətinin hesablanması istiqamətində aparmış, digər mülkiyyətçilərə məlumat verilmədiyini nəzərə almamış, Mənzil Məcəlləsinin 44.4-cü maddəsinə ümumiyyətlə istinad etməmişdir. Birinci instansiya məhkəməsi, öz qətnaməsində hazırkı mübahisə üzrə iddia müddətinin deyil, kəsici müddətin tətbiq edilməli olmasını da qeyd etməyi zəruri hesab etmiş və bununla bağlı hazırkı apelyasiya şikayətinin 15-ci bəndində göstərilən əsaslandırma vermişdir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, məhkəmə bu hissədə ziddiyyətli mövqe tutmuş, bir tərəfdən iddianın “əsassız"’ olduğu nəticəsinə gəlmiş, digər tərəfdən iddianın əsaslı olması faktını ehtiva edən müddətin ötürülməsi (kəsici müddət) səbəbindən də iddianın təmin edilə bilməməyini qeyd etmişdir. Başqa sözlə desək, məhkəmənin bu mövqeyindən aydın olmur ki, iddia konkret olaraq hansı əsasdan təmin edilmir - əsassız olması, yaxud əsaslı olsa da müddətin keçməsi səbəbindən. İstənilən halda, məhkəmənin həmin mövqeyi maddi hüquq normasının işin hallarına uyğun düzgün tətbiq edilmədiyini göstərir. Belə ki, Mənzil Məcəlləsinin 45.6-cı maddəsində müəyyən edilən 6 aylıq müddət, qanunvericiliyin tələblərinə uyğun çağırılmış, legitim hesab edilə bilən ümumi yığıncaqda qəbul edilmiş qərarın mübahisələndirilməsi müddətini ehtiva edir. Hazırkı mübahisə isə qanunvericinin MMMC-nin yaradılması zamanı ümumi yığıncağın çağırılmasını hər bir mülkiyyətçinin şəxsən məlumatlandırılmalı olması barədə imperativ qaydada şərtləndirliyi prosedura riayət olunmaması ilə bağlıdır. Qətnamədə Mənzil məcəlləsinin 45.6-cı maddəsinə istinad edərək, MMMC-nin təsis edilməsi ilə əlaqədar qəbuledilmiş qərarları 11 ay keçəndən sonra məhkəmədə mübahisələndirdiyini qeyd etmişdir. Halbuki, hazırkı halda, digər mülkiyyətçilərin iradə ifadəsinin nəticəsi kimi MMMC-nin təsis edilməsi barədə qərar, lazımi subyektlərin (səlahiyyətli şəxslərin) məlumatı, iştirakı və iradələrini ifadə etmək imkanından məhrum edilməklə qəbul edildiydindən əhəmiyyətsiz əqd kimi Mülki Məcəllənin 354-cü maddəsinin təsir dairəsinə düşməklə, 1 illik müddət ötürülməmişdir. Onu da nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 45.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. MMMC-nin ümumi yığıncağının mübahisələndirilən qərarında isə həmin qərarın "binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməsi” müəyyən edilməmiş və ümumiyyətlə bu qərarın özü də digər sahə mülkiyyətçilərinə, o cümlədən iddiaçıya mənzil məcəlləsi ilə nəzərdə tutulmuş digər qaydada verilməmişdir. Göründüyü kimi, məhkəmə, etibarsızlıq müddəti ilə bağlı Mülki Məcəllənin 354.1-ci maddəsini tətbiq etmək əvəzinə, Mənzil Məcəlləsinin 45.6-cı maddəsinə formal istinad etməklə kifayətlənmiş, ümumiyyətlə, həmin qərarın, bütün sahə mülkiyyətçilərinin iradə ifadəsi hesab edilə bilməyən və bu səbəbdən də, ümumiyyətlə “ümumi yığıncaq” statusuna malik ola bilməyən toplantıda qəbul edilməsi nəzərə alınmaqla hansı hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmadığının fərqinə varmamışdır. Məhkəmə, iddianın təmin edilməməsini əsalandıra bilməmiş, iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, o cümlədən Mənzil Məcəlləsi ilə təsbit edilmiş hüquqlarının pozulmasına rəvac verən qətnamə qəbul etmişdir. Hazırkı işdə məhkəmə belə nəticəyə gəlmişdir ki: “mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir.” Belə nəticəni məhkəmə, iclasda binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli laizindən çoxuna malik olan sahə mülkiyyətçilərinin iştirak etməsini bildirməklə əsaslandırmışdır. Məhkəmə gəldiyi nəticələri yalnız MMMC-nin ümumi yığıncağında iştirak edən sahə mülkiyyətçilərinə məxsus sahələrin binanın ümumi sahəsinə münasibətdə 50 faizdən çox olması ilə əsaslandırmış, lakin nəzərə almamışdır ki, həmin yığıncağın özünün qanuni olması üçün bu yığıncaqda MMMC-nin yaradılması barədə bütün mülkiyyətçilərin iradə ifadəsinin olması, yaxud ən azından onların bu məsələyə münasibətdə iradələrini ifadə etmək üçün Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada məlumatlandırılmış olmaları təmin edilməli idi. Bu baxımdan Mənzil Məcəlləsinin digər imperativ tələblərini bir kənara qoymaqla yalnız iştirak edən sahə mülkiyyətçilərinin iradə ifadəsinin nəzərə alınması, məlumatlandırılmayan mülkiyyətçilərin hüquqlarının pozulması ilə nəticələnmişdir ki, bu faktın özü də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini təsdiq edir.
8. Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunda apellyasiya şikayəti vermiş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, № e-2(006)-871/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və izahatlar:
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarından "xxxx" MMMC xx.xx.2022-ci il tarixində dövlət qeydiyyatına alınmışdır .
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, cavabdeh tərəfindən onlara cəmiyyətin yaradılması və ümumi yğıncağın keçirilməsi barədə məlumatın verilmədiyini bildirmiş, qarşı tərəfin elektron poçt - “mail” vasitəsilə rəsmi qaydada bildiriş göndərilməsi barədə dəlilinə münasibətdə isə həmin bildirişi göndərən şəxsin müvafiq səlahiyyətinin olmadığını qeyd etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh MMMC-nin qeydiyyatını məhkəmə qaydasında mübahisələndirmədiklərini, "xxxx" MMMC-nin qeydiyyata alınmasında məlumatlarının olmadığını, hazırkı mübahisə yarandıqdan sonra bu barədə məlumatlı olduqlarını bildirmişdir.
11. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətlərini müdafiə etmiş və bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi tərəflərə MMMC-nin yaradılması zamanı məlumat verilməmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 bildirmişdir ki, iş materiallarından da görünür ki, Müştərək cəmiyyət yaradılmamışdan əvvəl onun yaradılması və müvafiq iclasda iştirak etmələri üçün iddiaçıya və "xxxx" MMC-yə mail vasitəsilə rəsmi müraciət etmişlər və həmin müraciətə "xxxx" MMC-nin direktoru tərəfindən cavab verilmiş və İddiaçı və "xxxx" MMC-nin Müştərək Cəmiyyətin yaradılması zamanı iştirak etməyəcəkləri bildirilmişdir. Həmin məktub 29 sentyabr 2022-ci il tarixlidir və həmin vaxt MMMC yaradılmamışdı, yəni cəmiyyət yaradılmamışdan tərəflərə məlumat verilmişdir. Bundan əlavə, iş materiallarında "xxxx" MMC tərəfindən MMMC-nin yaradılması ilə və müvafiq sənədləşmələrin MMMC ilə aparılması ilə bağlı müxtəlif orqanlara – Azəriqaz İB, Azərişiq ASC və. s edilmiş kifayət qədər müraciətlər vardır. Bütün bunlardan aydın olur ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin bu məsələlərdən 1-ci gündən məlumatları olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı RTZ” MMC-nin təsisçisidir, cavabdehlə "xxxx" MMC arasında bir çox məhkəmə mübahisələri mövcuddur ki, bunlardan biri MMMC-yə aid sənədlərin təhvil verilməsi ilə bağlıdır, həmin iddia tələbi ilə məhkəməyə il yarım bundan qabaq müraciət etmişlər və hal-hazırda həmin iş Ali Məhkəmənin icraatındadır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətlərinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Apellyasiya icraatı zamanı səlahiyyətlərinə aid məsələlər müzakirə edildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
14. Cavabdeh tərəfindən təqdim edilmiş çıxarışa əsasən, Rahim Ağayev tərəfindən Elçin Qadirova elektron poçt vasitəsilə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir ki, RTZ MMC və İddiaçı MMMC-nin yaradılmasında mülkiyyətçi kimi iştirak etməyəcəklər (iş səh. 134); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş "xxxx" MMMC-nin təsis sənədlərinin nüsxələrindən görünür ki, "xxxx" LLC Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə xx.xx.2022-ci il tarixində binanın texniki göstəriciləri və sahə mülkiyyətçiləri barədə arayış təqdim etmişdir (iş səh. 56); - "RTZ” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə "Azəriqaz” İBnə ünvanladığı məktubun nüsxəsini o cümlədən "Nəsimi 48” MMMC-yə də ünvanlaması müstəqil tələb irəli sürən üçüncü şəxsin və onun təsisçisi olan iddiaçının cəmiyyətin təsis edilməsindən məlumatlı olduğu müəyyən edilir(iş səh. 135). Apellyasiya baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən: 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. 47.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsə qoyulmuş məsələlər üzrə səs hüququna həmin binanın sahə mülkiyyətçiləri malikdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında şəxsən və ya nümayəndəsi vasitəsilə səs verir. 47.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayı onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasibdir. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 119.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi bu Məcəllənin 44-47-ci maddələrində nəzərdə tutulmuş qaydada keçirilən ümumi yığıncaqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin səs çoxluğu ilə qəbul edilir. 119.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyəti yaratmış iştirakçılarının səslərinin sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxunu təşkil etməlidir. 119.6. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs hesab edilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzərində öz adı həkk olunmuş möhürü, bankda hesablama və digər hesabları, həmçinin digər rekvizitləri vardır. 120.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. 120.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin dövlət qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. 133.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yenidən təşkili və ləğvi mülki qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla və qaydada həyata keçirilir. 133.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçıları çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin əlli faizindən çoxuna malik olmadıqda, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin ləğv edilməsi haqqında qərar verməyə borcludur.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq olaraq: 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. 48.2. Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər.
18. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununa əsasən: 12.1. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 12.2. Hüquqi şəxslərin dövlət reyestri vahid forma, metod və prinsiplər əsasında aparılır.12.3. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının informasiya ehtiyatıdır və onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və təmin olunur.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
20. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43, 44, 45, 47, 119, 120, 121, 125; Mülki Prosesual Məcəlləsinin 2, 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, baxış həddi üzrə araşdırılan hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edlən dəlillərə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti yoxlanılan hissədə əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.
21. Əlavə olaraq diqqətə çatdırılmalıdır ki, cavabdeh təşkilat hüquqi şəxs olaraq dövlət qeydiyyatından müvafiq tələblərə cavab verməsi (sənədlərin təqdim edilməsi) əsası ilə müvafiq icra hakimiyyətində reyestrdə qeydə alınmış və müvafiq icra hakimiyyətinin səlahiyyətlərinə aid reyestrdə olan qeydiyyatlar mübahisələndirilməmişdir. Bu səbəbdən tələb olmadığı halda, qeyd edilən halların müzakirəsi prosessual cəhətdən yolverilməzdir. Qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində iddiaların verilməməsi isə tərəflərin bilməli olduğu hüquqlarından istifadə etməməsi və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətin yaradılması ilə bağlı aparılan prosedurlarla razılaşdığını ehtiva edir.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-781/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.