Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4014/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “səhmdar cəmiyyətinə aid olan sənədlərin tələb edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-352/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-nin səhmdarlarının 2005-2019-cu illərdə keçirilmiş ümumi yığıncaqlarının protokollarının surətini, nizamnamənin surətini, səhmdarlarının 2005-2019-cu illərin reyestrinin surətini, yığıncaqda iştirak edən və qeydiyyatdan keçən səhmdarların siyahısını (2005-2019-cu illər), emissiya prospektinin surətini, ASC-nin 2005-2019-cu illərə dair maliyyə nəticələri haqqında hesabatı, müəssisənin balansının, mənfəət vergisinin bəyannaməsinin surətlərini, ASC-nin fiziki (və digər) şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə 2005-2019-cu illərdə təsdiq olunmuş formada surətlərini, ASC-nin icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Komitəsinə ödənilən pulun miqdarını göstərən qəbzin surətini, ASC-nin özəlləşdirilmiş torpaq sahəsinin daşınmaz əmlakının Dövlət Reyestrindən çıxarışını və sahənin texniki pasportunun surətinin təsdiq olunmuş formada ASC-dən alınaraq ona təqdim edilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “xxxxxxxx” ASC-nin səhmdarı olaraq xx.xx.2019-cu il tarixdə ASC-nin X1 müraciət edərək, iddia ərizəsində göstərilən sənədlərin surətini təsdiq olunmuş formada tələb etsə də, cavabdeh həmin sənədləri ona verməkdən imtina etmişdir. Səhmdar kimi cəmiyyət barəsində məlumat almaq, protokollarının, reyestrlərin, nizamnamənin və hesabatların surətlərini əldə etmək hüququ vardır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-352/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. “xxxxxxxx” ASC-nin səhmdarlarının 2005- 2019-cu illərdə keçirilmiş ümumi yığıncaqlarının protokollarının surəti, “xxxxxxxx” ASC-nin nizamnaməsinin surəti, “xxxxxxxx” ASC-nin səhmdarlarının 2005-2019-cu illərin reyestrinin surətini, “xxxxxxxx” ASCnin yığıncağında iştirak edən və qeydiyyatdan keçən səhmdarların siyahısını (2005-2019- cu illər), “xxxxxxxx” ASC-nin emissiya prospektinin surəti, “xxxxxxxx” ASC-nin 2005- 2019-cu illərə dair maliyyə nəticələri haqqında hesabatı, müəssisənin balansının, mənfəət vergisinin bəyannaməsinin surətləri, “xxxxxxxx” ASC-nin fiziki (və digər) şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə 2005-2019-cu illərdə təsdiq olunmuş formada surətlərini, “xxxxxxxx” ASC-nin icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Komitəsinə ödənilən pulun miqdarını göstərən qəbzin surətini, “xxxxxxxx” ASC-nin özəlləşdirilmiş torpaq sahəsinin daşınmaz əmlakının Dövlət Reyestrindən çıxarışını və sahənin texniki pasportunun surətinin təsdiq olunmuş formada İddiaçı təqdim edilməsinin cavabdeh “xxxxxxxx” ASC-yə həvalə edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh ASC tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin ASC-nin icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Komitəsinə ödənilən pulun miqdarını göstərən qəbzin surətinin, ASC-nin özəlləşdirilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının və həmin sahənin texniki pasportunun surətinin, emissiya prospektinin surətinin, ASC tərəfindən bağlanmış icarə müqavilələrinin surətlərinin iddiaçıya verilməsi hissəsində ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ASC-nin icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Komitəsinə ödənilən pulun miqdarını göstərən qəbzin surətini, ASC-nin özəlləşdirilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının və həmin sahənin texniki pasportunun surətinin tələb etsə də, həmin əməliyyatların ASC tərəfindən aparılmasına istinad edən heç bir sübut təqdim etməmiş, məhkəmə isə ASC-nin adına daşınmaz əmlakın olub-olmamasını araşdırmayaraq, mövcud olmayan çıxarışın surətinin iddiaçıya verilməsini qət etmişdir. Mülki Məcəllənin 106 və 107-ci maddələrində səhmdara emissiya prospektini almaq və ASC tərəfindən bağlanmış icarə müqavilələri ilə tanış olmaq hüququ verilməmiş, səhmdar cəmiyyətinin üzərinə qeyd olunan məlumatların səhmdarlara verilməsi vəzifəsi qoyulmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini qətnamənin qismən, cavabdeh ASC tərəfindən apellyasiya şikayətində mübahisələndirilmiş hissədə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına olan Milli Depozit Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hesabın operatoru haqqında məlumatdan görünür ki, “xxxxxxxx” ASC-nin nizamnamə kapitalı 327500 manat təşkil edir, ASC-tərəfindən 163750 ədəd hər birinin dəyəri 2 manat olan qiymətli kağız buraxılmışdır. İddiaçı 50 ədəd səhmin sahibidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” ASC-nin X1 səhmdar cəmiyyətinə aid olan sənədlərin surətlərinin verilməsi ilə bağlı müraciət etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1, 43.2, 45.1, 47.1, 106-1.1, 106-1.3, 106-2.1, 106-2.3, 107-5.3, 1076.3-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşıraq hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır; məhkəmə iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, düzgün nəticəyə gəlmişdir. Qanunvericilik səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarın qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq, onun protokolunun surətini tələb etmək hüququ və s. nəzərdə tutmuşdur. Bunun üçün səhmdara şərait yaradılmalı, onun tələb etdiyi müvafiq sənədlər ona tanış olmaq üçün təqdim edilməlidir. Kollegiya hesab edir ki, hazırki halda iddiaçının cəmiyyətin fəaliyyətinə dair məlumat almaq hüququ pozulmuş, cəmiyyət tərəfindən iddiaçının müraciətinə cavab verilməmiş və onun tələb etdiyi sənədlər ona təqdim olunmamışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi ASC-nin adına daşınmaz əmlakın olub-olmaması araşdırılmadan mövcud olmayan çıxarışın surətinin iddiaçıya verilməsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, əgər qeyd edildiyi kimi belə bir əmlak yoxdursa və özəlləşdirilmə aparılmamışsa, çıxarış və texniki pasport mövcud deyilsə, bunlar qətnamənin icrası mərhələsində müəyyən edilərək nəzərə alınacaq hallardır. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin hallarına uyğun qətnamə qəbul etmişdir; apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və ya əsassız hesab etmək, habelə onu ləğv etmək üçün əsas deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-352/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-4014/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4014/2020
27.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver