Məhkəmə qərarları › İş №2(103)-4021/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4021/2024

04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4021/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, X7 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(001)-1223/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X4 işə düzəltmək adı ilə ondan aldığı 12000 manat pulun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(001)-1223/2024 saylı qətnaməsi ilə (hakim-Etibar Mustafayev) iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı tərəflərin barışıq sazişi bağladıqlarını bildirdi, barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəflərin barışıq sazişi bağladıqlarını bildirdi, barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Tərəflərin 30 avqust 2024-cü il tarixdə notarial qaydada təsdiq olunmuş barışıq sazişinin şərtlərinə görə tərəflər aşağıdakı şərtlərlə razılığa gəlirlər: 1.Tərəflər 2(103)-4021/2024 saylı mülki iş ilə əlaqədar mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 2.Tərəflər bəyan edirlər ki, cavabdeh X2 tərəfindən İddiaçı ödənilməli olan 12000 (on iki min) manat məbləğdən 6000 (altı min) manat məbləğ xx.xx.2024-cü il tarixdə nümayəndəsi X3 tərəfindən İddiaçı notariusun bankda açılmış depozit hesabı vasitəsilə ödənilir. 3.Tərəflər razılığa gəlirlər ki, X2 12000 (on iki min ) manat məbləğdən qalıq məbləği təşkil edən 6000 (altı min) manat pulu xx.xx.2024-cü il tarixədək İddiaçı ödəyəcəkdir. 4.Hər iki tərəf 2(103)-4021/2024 saylı mülki işin icraatına xitam verilməsi bağlı məhkəməyə müraciət etməyi öhdəsinə götürür. 5.Tərəflər razılaşırlar ki, bu Sazişi imzalamaqla 2{103)-4021/2024 saylı mülki üzrə mübahisənin yuxarıda göstərilən şərtlərlə həll edilməsi ilə bağlı öz üzərlərinə öhdəlik götürürlər. 6.Tərəflər öhdəlik götürürlər ki, bu Sazişin şərtlərinin onlardan hər hansı biri tərəfindən pozulması öhdəliklərin yerinə yelirilməməsi hesab olunur və bu halda digər tərəf müvafiq İcra tədbirlərinin görülməsi üçün məhkəməyə müraciət etməyə haqlıdır. 7.Tərəflər bəyan edirlər ki, bu Saziş qanunvericiliyə zidd deyil, tərəflərin və digər şəxslərin hüquqlanna və qanunla qorunan maraqlarına toxunmur. 8.Tərəflər bəyan edirlər kl, bu Sazişi heç bir hədə, təzyiq, digər tərəfin o cümlədən 3-cü şəxslərin hər-hansı bir təsiri olmadan könüllü və qarşılıqlı razılıq əsasında bağlayırlar, Sazişin bütün şərtləri onlara tam aydındır və bu şərtləri bütünlüklə qəbul edirlər. 9.Bu Sazişin şərtlərinin yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 10.Bu Saziş hər iki tərəfdən imzalandığı və məhkəmə qaydasında təsdiqləndiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur, qanuna zidd deyildir, ona görə də, barışıq sazişi təsdiq edilməklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(001)-1223/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsinin nəticələri, yəni işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.5, 400, 402-403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(001)- 1223/2024 saylı qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. 1.Tərəflər 2(103)-4021/2024 saylı mülki iş ilə əlaqədar mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 2.Tərəflər bəyan edirlər ki, cavabdeh X2 tərəfindən İddiaçı ödənilməli olan 12 000 (on iki min) manat məbləğdən 6 000 (altı min) manat məbləğ xx.xx.2024-cü il tarixdə nümayəndəsi X3 tərəfindən İddiaçı notariusun bankda açılmış depozit hesabı vasitəsilə ödənilir. 3.Tərəflər razılığa gəlirlər ki, X2 12 000 (on iki min ) manat məbləğdən qalıq məbləği təşkil edən 6 000 (altı min) manat pulu xx.xx.2024-cü il tarixədək İddiaçı ödəyəcəkdir. 4.Hər iki tərəf 2(103)-4021/2024 saylı mülki işin icraatına xitam verilməsi bağlı məhkəməyə müraciət etməyi öhdəsinə götürür. 5.Tərəflər razılaşırlar ki, bu Sazişi imzalamaqla 2{103)-4021/2024 saylı mülki üzrə mübahisənin yuxarıda göstərilən şərtlərlə həll edilməsi ilə bağlı öz üzərlərinə öhdəlik götürürlər. 6.Tərəflər öhdəlik götürürlər ki, bu Sazişin şərtlərinin onlardan hər hansı biri tərəfindən pozulması öhdəliklərin yerinə yelirilməməsi hesab olunur və bu halda digər tərəf müvafiq İcra tədbirlərinin görülməsi üçün məhkəməyə müraciət etməyə haqlıdır. 7.Tərəflər bəyan edirlər ki, bu Saziş qanunvericiliyə zidd deyil, Tərəflərin və digər şəxslərin hüquqlanna və qanunla qorunan maraqlarına toxunmur. 8.Tərəflər bəyan edirlər kl, bu Sazişi heç bir hədə, təzyiq, digər tərəfin o cümlədən 3-cü şəxslərin hər-hansı bir təsiri olmadan könüllü və qarşılıqlı razılıq əsasında bağlayırlar, Sazişin bütün şərtləri onlara tam aydındır və bu şərtləri bütünlüklə qəbul edirlər. 9.Bu Sazişin şərtlərinin yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 10.Bu Saziş hər İki tərəfdən imzalandığı və məhkəmə qaydasında təsdiqləndiyi andan qüvvəyə minir. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilən gündən 10 (on) gün müddətində, ondan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar