Məhkəmə qərarları › İş №2(103)-4023/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4023/2025

19.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan̆Respublikası̆adından Qətnamə Bakı̆şəhəri İş̆№̆2(103)-4023/2025 19.03.2026 BAKĬAPELLYASIYĂMƏHKƏMƏSI Iddiaçı X13 cavabdehlər cavabdeh1 Emin oğlu, cavabdeh2 Ramiz oğlu, X3, X4 və X5, cavabdeh6 Ramiz qızına qarşı “zəbt olunmuş əmlakın geri qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: naturada bölgü, sahiblik) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X21̆və̆X12̆ibarət̆tərkibdə ̆Məhkəmə̆iclasının̆katibĭHəsənovăBahar̆Elxan̆qızının̆katibliyi, Iddiaçı̆X13̆və̆onun̆nümayəndəsĭX35, ̆̆Iddiaçının̆nümayəndəsĭvə̆vəkilĭX7, ̆̆Cavabdeh̆cavabdeh6̆Ramiz̆qızının̆nümayəndəsĭvə̆vəkilĭX16̆iştirakı̆ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul̆etdi.̆̆ Işin halları

1. Mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heydərov küçəsi, ** saylı evin 2 otağı X13, digər 2 otağı cavabdeh6 Ramiz qızının mülkiyyətindədir. Çıxarışăəsasən̆torpaq̆sahəsĭdövlətin̆mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli 3-21-3-30/2-21521/2024- ************ nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** nömrəli ünvanda iddiaçının iştirakı ilə əraziyə vizual baxış keçirilərək müəyyən edilmişdir ki, paylı mülkiyyət üzrə olan fərdi yaşayış evinin torpaq sahəsi payçılar arasında daş hasarla bölünmüşdür. Iddia olunan torpaq sahəsi fərdi yaşayış evinin ön hissəsində yerləşməklə 39.0 kv.m təşkil edir. Sözügedən torpaq sahəsi mübahisəlidir və digər payçılar (cavabdeh) tərəfindən istifadə edilir.

3. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin *-**-*-**/*-****/**** nömrəli ## #### 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev ** ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evində payçılar öz aralarında bölgü işi aparmışdır. Belə ki, yaşayış evinin 100.5 kv.m hissəsi X13 istifadəsindədir. Fərdi yaşayış evinin bölünməsi nəzərdə tutulan hissələri ortaq yükdaşıyıcı divara sahibdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə̆bölünə̆bilinmədiyindən̆bölgü̆sxeminin̆tərtib̆edilməsĭmümkün̆olmamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı X13 cavabdehlər cavabdeh1 Emin oğlu, cavabdeh2 Ramiz oğlu, X3, X4 və X5 qarşı “zəbt olunmuş əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev ** ünvanda yerləşən fərdi yaşayış sahəsinin ona məxsus olan əmlakının müəyyən edilərək, cavabdehlərdən̆alınması̆barədə̆qətnamə̆qəbul̆edilməsinĭxahiş̆etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 1961-ci ildə atası X8 Məlik Məmməd oğlu qardaşı X1 Məlik Məmməd oğlu arasında notariusun iştirakı ilə ata-baba yurdlarını bölmüş, faktiki olaraq iki qardaşın arasında bölgü olsa da, hasar çəkilməmişdir.1972-ci ildə atası, əmisi isə daha əvvəl ölmüşdür. Əmlakın əmisinə məxsus hissəsində onun oğlu Babayev Ramiz yaşamışdır. 1961-ci ildə Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş ##.##.1974-cü il tarixli Bakı şəhəri üzrə tikililərin reyestri çıxarışına əsasən Bakı şəhəri, Maştağa rayonu, Maştağa küçəsi, 1209-da yerləşən fərdi yaşayış evi Babayev X2 və X14 (X2 yoldaşı) aid olmuşdur. Həmçinin fərdi yaşayış evinin sahəsi 450 kv.m göstərilmişdir. Babayev Ramizin ölümündən sonra həmin ünvanda oğlu və nəvələri cavabdeh2 Ramiz oğlu, cavabdeh1 Emin oğlu, X3, X4, cavabdeh2 Ramiz oğlu, X5 yaşayırlar. DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş ##.##.2014-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H. Heybətov küçəsi, ev ** ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsinin ona məxsus olması, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olduğu və istifadədə olduğu qeyd edilmişdir. ##.##.2023-cü il tarixli Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** nömrəli 4 otaqlı fərdi yaşayış evinin (köhnə ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ev 1209) 2 otağı ##.##.1957-ci il tarixdə Məlikov Məmməd oğlunun adına, 2̆otağı̆##.##.1958-cĭil̆tarixində̆Babayev̆X2̆adınăilkin̆qeydiyyatdan̆keçmişdir.

6. Iddiaçı X13 ##.##.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev ** ünvanda yerləşən fərdi yaşayış sahəsinin ona məxsus olan əmlakının müəyyən edilərək, cavabdehlərdən alınması, Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev ** ünvanda yerləşən iddiaçıya və cavabdehlərə məxsus olan fərdi yaşayış sahələri, onların yerləşdikləri torpaq sahələrinin texniki pasportdakı koordinatlarına uyğun olaraq ayrılmaqla naturada bölünməsi, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybətov küçəsi ** ünvanında yerləşən həyətin darvazasından daxil olduqda sağ tərəfdə cavabdehlər tərəfindən açılmış qapının sökülərək, həmin hissənin kərpiclə tikilib̆bağlanılması̆barədə̆qətnamə̆çıxarılmasını̆xahiş̆etmişdir.

7. Daha sonra iddiaçı X13 ##.##.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, elektron məhkəmə informasiya sisteminin məlumatlarına əsasən, Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi H.Heybətov küçəsi, ev ** ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçilərin dəqiqləşdirilməsi, “zəbt olunmuş əmlakın geri qeytarılması tələbi”nə dair mülki işə cavabdeh6 Ramiz qızının əlavə cavabdeh qismində cəlb edilməsi, Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi H.Heybətov küçəsi, ev ** (indiki ünvan 240) ünvanda yerləşən istifadələrində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş hissəsinin alınaraq ona verilməsi, Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev ** (indiki ünvan 240) ünvanda yerləşən iddiaçı və cavabdehlərə məxsus olan fərdi yaşayış sahələri, onların yerləşdikləri torpaq sahələri texniki pasportdaki koordinatlarına uyğun olaraq ayrılmaqla naturada bölünməsi, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybətov küçəsi ** (indiki ünvan 240) ünvanında yerləşən həyətin darvazasından daxil olduqda sağ tərəfdə cavabdehlər tərəfindən açılmış qapının sökülərək, həmin hissənin kərpiclə tikilərək bağlanılması barədə qətnamə qəbul̆edilməsinĭxahiş̆etmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim – Ruslan Mirzəliyev) iddia tələbinin qismən təmin edilməsi, X13 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** ünvanında yerləşən həyətin darvazasından daxil olduqda sağ tərəfdə açılmış qapının sökülməsi və həmin hissənin cavabdehlərin hesabına tikilərək bağlanması, 50 (əlli) manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçı X13 ödənilməsi, ekspertiza xərci olaraq 100 (bir yüz) manat 50 manat iddiaçıdan və 50 manat cavabdehlərdən müştərək qaydadătutularaq,̆Məhkəmə̆Ekspertizası̆Mərkəzinə̆ödənilməsĭqət̆edilmişdir.̆

9. Iddiaçının Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev ** ünvanda yerləşən fərdi yaşayış sahəsinin ona məxsus olan əmlakının müəyyən edilərək, cavabdehlərdən alınması ilə bağlı iddia tələbini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, işin araşdırılan hallarından göründüyü kimi iddiaçı ilə cavabdehlərin mülkiyyətində olan 2 otaqdan ibarət sahələrin dəqiq ölçüləri göstərilməklə, rəsmi reyestrdə qeydə alınmasa da bölünmüşdür. Torpaq sahəsi ilə bağlı iş materiallarında olan mütəxəssis rəyinə əsasən ümimi olaraq 39 kv.m torpaq sahəsi ilə bağlı tərəflər arasında mübahsə var və həmin torpaq sahəsi dövlət̆mülkiyyətĭolmaqla,̆tərəflərin̆istifadəsinə̆verilmişdir.

10. Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev ** ünvanda yerləşən iddiaçıya və cavabdehlərə məxsus olan fərdi yaşayış sahələri, onların yerləşdikləri torpaq sahələrinin texniki pasportdakı koordinatlarına uyğun olaraq ayrılmaqla naturada bölünməsi üzrə iddia tələbini də əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı DƏDR Xidmətinin * saylı Ərazi Idarəsinin *-**-*-**/*-****/**** nömrəli ## #### 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev ** ünvanında yerləşən fərdi yaşayış evinin bölünməsini nəzərdə tutulan hissələri ortaq yükdaşıyıcı divara sahib olduğundan, konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən, həmin evin naturada ayrılmasının mümkün olmaması müəyyən edilmişdir. Iş materiallarından göründüyü kimi iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan əmlak reyestrdəki qeydiyyata və ona verilmiş çıxarışa əsasən müəyyən edildiyindən onun mülkiyyətində olan əmlakın yenidən müəyyən edilməsinə zərurət yoxdur. Eləcə də iddiaçı mülkiyyətində olan hansı sahənin başqa şəxslər, cavabdehlər tərəfindən tutulmasını, cavabdehlərdən hansı əmlakın alınıb ona qaytarılmalı olmasını sübut edə bilmədiyindən həmin tələb də təmin oluna bilməz. Iddiaçı və cavabdehlərə məxsus, onların mülkiyyətində olan yaşayış sahəsinin naturada bölmək mümkün olmadığından onların ümumi istifadəsinə verilmiş, evin yerləşdiyi torpaq sahəsinin də naturada bölünməsĭmümkünsüzdür̆və̆bŭbarədə̆tələbdə̆rədd̆edilməlidir.

11. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybətov küçəsi ** ünvanında yerləşən həyətin darvazasından daxil olduqda sağ tərəfdə cavabdehlər tərəfindən açılmış qapının sökülərək, həmin hissənin kərpiclə tikilib bağlanılması ilə bağlı məhkəmə araşdırması zamanı cavabdehlərin nümayəndəsi və vəkili izahatında həmin qapının bağlanmasına etiraz etmədini bildirdiyindən məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması ilə də müəyyən olunur ki, tərəflər mübahisəli aralarında uzun müddət məhkəmə çəkişmələri olduğu nəzərə alınaraq, həmin qapının hazırda mövcud olması gələcəkdə yeni bir mübahisənin yaranmasına zəmin yaradacağını nəzərə alarq bu hissədə iddia təmin edilməli və cavabdehlərin hesabına kəpiclə hörülərək bağlanmalıdır. Beləliklə iddia tələbi qismən təmin edilməli, X13 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** ünvanında yerləşən həyətin darvazasından daxil olduqda sağ tərəfdə cavabdehlər tərəfindən̆açılmış̆qapının̆sökülərək,̆cavabdehlərin̆hesabınătikilərək̆bağlanmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4; “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 4.1, 106.3, 119.1, 14.2, 77.1, 88. 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı X13 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölgüsü tələbi hissəsində dəyişdirilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək iddiaçı X13 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H. Heybətov küçəsi,ev ** ünvanında yerləşən torpaq sahəsinin zəbt olunmuş hissəsinin cavabdehlərdən alınaraq X13 verilməsi;Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi H.Heybətov küçəsi,ev ** ünvanda yerləşən iddiaçı X13 və cavabdehlərə məxsus olan fərdi yaşayış sahələri və onların yerləşdikləri torpaq sahələrinin texniki pasportdakı koordinatlarına uyğun olaraq ayrılmaqla naturadăbölünməsinĭxahiş̆etmişdir.̆

14. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** saylı fərdi yaşayış evi sovet dövründə iddiaçı X13 atası X11 və sonuncunun qardaşı X1 Məlik Məmməd oğlunun mülkiyyətində olmuşdur. Belə ki, DƏDKRX Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsinin “Femida” Vəkil Bürosuna göndərdiyi ##.##.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** saylı 4 otaqlı fərdi yaşayış evinin (köhnə ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ev 1209) 2 otağı ##.##.1957-ci il tarixdə X11 adına, 2 otağı ##.##.1958-ci il tarixdə Babayev X2 adına ilkin qeydiyyatdan keçmişdir. * saylı Bakı ASAN Xidmət Mərkəzində təsdiq edilmiş 2V-** reyestr nömrəli ##.##.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən evin X11 məxsus 2 otağı X13 adına qeydiyyatdan keçmişdir. (Mülki iş, 19-21-ci vərəqlər.) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heydərov küçəsi, ev **, 2 otağı cavabdeh6 Ramiz qızının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ## #### 2024-cü il tarixdə, 1124110190 nömrə ilə qeydə alınmışdır. Qətnamənin 4-cü səhifəsinin 1-ci abzası. Hazırda fərdi yaşayış evi 1961ci il tarixdə sovet dövründə verilmiş texniki pasport ilə iddiaçı və cavabdeh cavabdeh6 Ramiz qızına məxsus olan torpaq sahəsinin dəqiq ölçüləri müəyyən edilmişdir. Mülki iş, 6-11-ci vərəqlər. Cavabdehlər iddiaçının texniki pasport ilə istifadəsində olan torpaq sahəsinin bir hissəsini zəbt etmişlər, eyni zamanda iddiaçının həyətinə onun razılığı olmadan qanunsuz qapı açmışdırlar, halbuki özlərinin yola tərəf qapları vardır. Bundan başqa cavabdehlər fərdi yaşayış sahəsinin naturada bölgüsünə razı deyildir. Bu səbəbdən iddiaçı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, onun həyətinə qanunsuz şəkildə açılmış qapının bağlanılması və paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi barədə iddia qaldırmışdır. Məhkəmə zamanı əldə olunmuş sənədlərlə iddiaçı və cavabdehlərin istifadəsində olan torpaq sahələrinin koordinantları, ölçüləri və yerləşmə nöqtələri müəyyən edilib. Belə ki, mülki işin 6- 11-ci vərəqlərində olan və iddiaçı tərəfindən təqdim edilmiş texniki pasportda, DƏDKRX-ti PHŞnin 1saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəmə təqdim edilmiş və mülki işin 91-109-cu vərəqlərində olan məktubdan, texniki pasportdan və digər sənədlərdən görünür ki, iddiaçı və cavabdehlərə aid fərdi yaşayış sahəsi və torpaq sahələri bölünmüş, torpaq sahəsinin koordinant və ölçüləri göstərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli **/**** nömrəli ekspert rəyinə əsasən mütəxəssis rəyində qeyd edilir ki, paylı mülkiyyət üzrə olan fərdi yaşayış evinin torpaq sahəsi fərdi yaşayış evinin ön hissəsində yerləşməklə 39.0 kv.m təşkil edir. Sözügedən torpaq sahəsi mübahisəlidir və digər payçılar tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin *-**-*-**/*-****/**** nömrəli ## #### 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev ** ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evində payçılar öz aralarında bölgü işi aparmışdır. Belə ki, yaşayış evinin 100.5 kv.m hissəsi X13 istifadəsindədir. Fərdi yaşayış evinin bölünməsi nəzərdə tutulan hissələri ortaq yükdaşıyıcı divara sahibdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Beləliklə məhkəməyə təqdim edilmiş sənədlərlə iddiaçının torpaq sahəsinin zəbt olunması sübut olunmuşdur. Lakin məhkəmə zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması barədə tələbi əsassız olaraq təmin etməmişdir. Beləkiklə iddiaçının Torpaq Məcəlləsinin 111ci, Mülki Məcəllənin 157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə əsasən zəbt edilmiş torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüququ vardır. Mülki işin 66-69-cu vərəqlərində olan ##.##.2021-ci il tarixli **/*** saylı ekspert rəyinə əsasən: Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi H.Heybətov küçəsində yərləşən ** nömreli fərdi yaşayış evinin X38 2 otaq, X13 2 otaq olmaqla payları naturada təcrid şəkildə ayrılmışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, faktiki vəziyyətdə olan bölgü yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması metodikasında göstərilənlərə və "Inşaat Norma və Qaydaları" 2.08.01.89un 1,2.2, 2.4. ve 2.9. bəndlərində göstərilən tələblərə uyğundur. Eyni zamanda qeyd olunur ki, faktiki vəziyyətdə aparılmış bölgü zamanı yaşayış sahəsinin 124,9 kv.m hissəsi, istifadədə olan torpaq sahəsinin (tikintialtı sahə daxil olmaqla) 170 kv.mhissəsi iddiaçının istifadəsində, yaşayış evinin 121,0 kv.m hissəsi, istifadədə olan torpaq sahəsinin (tikinti altı olmaqla) 280 kv.m hissəsi cavabdehlerin istifadəsində qalmışdır. Lakin, məhkəmə payın ayrılmasının tam mümkün̆olduğŭhaldăMülkĭMəcəllənin̆220-cĭmaddəsinin̆tələblərinĭpozmuşdur.̆Məhkəmə *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərardad qəbul edərək iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edərək Ekspert qarşısında aşağıdakı sual qoymuşdur: 1.Məhkəməyə təqdim edilmiş çıxarış və texniki pasporta əsasən X13 məxsus olan fərdi yaşayış sahəsi və onun istifadəsində olan torpaq sahəsinin sərhədləri (plan-sxemdə göstərilmək şərtilə) müəyyən edilsin. 2. Məhkəməyə təqdim edilmiş çıxarış və texniki pasporta əsasən Babayev X2 məxsus olan, hazırki cavabdehlərin istifadə etdiyi fərdi yaşayış sahəsi və onun istifadəsində olan torpaq sahəsinin sərhədləri (plan-sxemdə göstərilmək şərtilə) müəyyən edilsin. 3. Məhkəməyə təqdim edilmiş çıxarış və texniki pasporta əsasən X13 məxsus olan fərdi yaşayış sahəsi və onun istifadəsində olan torpaq sahəsinin hansı hissədə zəbt olunması (plan-sxemdə göstərilmək şərtilə) müəyyən edilsin. Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli **/**** nömrəli ekspert rəyinə əsasən mütəxəssis rəyində qeyd edilir ki, paylı mülkiyyət üzrə olan fərdi yaşayış evinin torpaq sahəsi fərdi yaşayış evinin ön hissəsində yerləşməklə 39.0 kv.m təşkil edir. Sözügedən torpaq sahəsi mübahisəlidir və digər payçılar tərəfindən istifadə edilir. Göründüyü kimi ekspert demək olar ki, heç bir suala cavab verməmişdir. Bundan əlavə ekspert mütəxəssis rəyinə zidd rəy vermişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli 3- 21-3-30/2- 21521/2024- ************ nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** nömrəli ünvanda iddiaçının iştirakı ilə əraziyə vizual baxış keçirilərək müəyyən edilmişdir ki, paylı mülkiyyət üzrə olan fərdi yaşayış evinin torpaq sahəsi payçılar arasında daş hasarla bölünmüşdür. Iddia olunan torpaq sahəsi fərdi yaşayış evinin ön hissəsində yerləşməklə 39.0 kv.m təşkil edir. Sözügedən torpaq sahəsi mübahisəlidir və digər payçılar tərəfindən istifadə edilir. Konkret olaraq mütəxəssis rəyində iddia olunan, yəni, geri qaytarılması tələb olunan torpaq sahəsinin evin ön hissəsində yerləşməklə 39 kv.m təşkil etdiyi və digər payçılar tərəfindən istifadə edildiyi qeyd edilir. Lakin ekspert rəyində ümumiyyətlə tərəfə məxsus torpaq sahəsinin evin ön hissəsində yerləşməsi və 39 kv.m təşkil etməsi göstərilir. Belə çıxır ki, iddiaçının istifadəsində olan torpaq sahəsi 39 kv.m təşkil edir. Halbuki mülki işdə mövcud olan sənədlərdən görünür ki, iddiaçının və cavabdehlərin istifadəsində olan torpaq sahəsinin ölçüsü daha çoxdur. Beləliklə məhkəmə əsassız rəyə əsasən qətnamə qəbul etmişdir. Halbuki təkrar ekspertizanın keçirilməsinə zərurət yaranmışdır. Mülki işdə olan sənədlərdən görünür ki, torpaq sahəsi tərəflərin istifadəsində olmaqla dövlət mülkiyyətindədir. Buna baxmayaraq məhkəmə dövlət mülkiyyətini idarə edən qurumu prosesə cəlb etməmişdir. Hesab edir ki, istifadədə olan torpaq sahəsinin dəqiq ölçüləri, torpaq sahəsinin tərəflərə hansı ölçüdə, nə vaxt və hansı hüquqi əsaslarla verilməsi barədə 3-cü şəxsin dəqiq məlumatları vardır. O cümlədən hazırki iddia ilə bağlı 3-cü şəxsin̆maraqlarının̆qorunmasınăşərait̆yaradılmalı̆idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh cavabdeh6 Ramiz qızının nümayəndəsi və vəkili X16 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, etirazında göstərmişdir ki, apellyasiya şikayətinin əsassız olması ilk növbədə iddia tələbinin əsassızlığı ilə şərtlənmişdir. Belə ki, cavabdeh tərəfindən heç də iddia ərizəsində göstərildiyi kimi, iddiaçı Nizami Məlikova məxsus hər hansı torpaq sahəsi zəbt edilməmişdir, sözügedən 39 kv.m torpaq sahəsi 1958-cI ildən bu günə kimi cavabdeh cavabdeh6 babası Babayev X2 ailəsinin (əvvəlcə özünün, sonra oğlu X9) istifadəsində olmuş, hazırda isə onun özünün istifadəsindədir. Iddiaçı Nizami Məlikov özü məhkəmə iclasında həmin torpaq sahəsinin təxminən 60 il ərzində cavabdehlərin istifadəsində olduğunu təsdiq etmişdir. Apellyasiya şikayətində 39 kv.m torpaq sahəsinin zəbt edilməsinin mütəxəssis rəyi və onun əsasında verilmiş ekspert rəyi ilə təsdiq olunmasının göstərilməsinin də heç bir əsası yoxdur. Bu, sadəcə subyektiv mülahizədən başqa bir şey deyildir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin mühəndis-inventarlaşdırıcısı X15 mütəxəssis rəyində göstərilmişdir ki, paylı mülkiyyət üzrə olan fərdi yaşayış evinin torpaq sahəsi fərdi yaşayış evinin ön hissəsində yerləşməklə 39.0 kv.m təşkil edir. Sözügedən torpaq sahəsi mübahisəlidir və digər payçılar tərəfindən istifadə edilir. ## ###### 2024-cü il tarixli Ekspert rəyində isə göstərilmişdir ki, Mərkəzdə (Ekspertiza Mərkəzində) torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyi nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Göründüyü kimi, iddiaçının apellyasiya şikayəti əsassızdır və həmin şikayətdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından̆o,̆təmin̆edilməməlidir.̆

Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X7 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, texniki pasportun əslinə baxıldıqda müəyyən edilir ki, Nizami Məlikova aid hissənin olmadığını bildirsələr də, yalnız iddiaçıya məxsus hissə aşkar görünür. Həmçinin keçən məhkəmə iclasında iştirak edən mütəxəssis həmin evə gəlməyib, baxış keçirməyib. Ekspert bildirir ki, bölgü yoxdur amma sənədlərə baxdıqda müəyyən edilir ki, bölgü var. Tərəflərin hər birinə məxsus texniki pasportlarda bölgü görünür. Iddiaçı bununla bağlı məhkəməyə əvvəllər də müraciət edib. Bəli, torpaq dövlətə məxsusdur. Düzdür, torpağı bölə bilməzdilər. Lakin torpağın istifadəsi iddiaçıda olub. Torpaq sənəddə dövlət mülkiyyətində olsa da, torpaq iddiaçının ata-babalarına məxsus olub. Torpağa münasibətdə̆iddiaçının̆gözlənilən̆mülkiyyət̆hüquqŭvar.

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı X13 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, onun evinə giriş-çıxışı ayrıdır. Ortada xətt çəkilib, bir hissəsi onlarındır (iddiaçı), digər hissəsi onlara (cavabdehlərə) aiddir. Onun atası həmin yerdə atçılıq, maldarlıqla məşğul olub. Keçən məhkəmə iclasında iştirak edən mütəxəssis mübahisəli torpaq sahəsinə baxış keçirməyib. Onun bu işə aidiyyatı yoxdur. O iddiaçıya məxsus başqa bağ sahəsinə baxış keçirib. Torpağı 1961-1962-ci illərdən qarşı tərəf istifadə edib. Onlar o evə bundan 70 il əvvəl gəlmişdilər. Atası əmisinin arasında bölgü aparılıb. Faktiki onların (iddiaçının) istifadəsində olub, onlar (cavabdeh) sonradan gəliblər. Onun sənədlərini Reyhan adlı̆şəxs̆ondan̆alıb̆qarşı̆tərəfə̆verdi.̆

18. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh6 Ramiz qızının nümayəndəsi və vəkili X16 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, onlar yazılı mülahizəsini məhkəməyə təqdim etmişlər. Qarşı tərəfin əslində bu iddianı vermək üçün subyektiv hüququ yoxdur. Torpaq dövlətə məxsusdur. Xeyr, iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməmişdir. Verməməyinin səbəbi o oldu ki, birinci instansiya məhkəməsində hakim ərizə verməyə ehtiyac olmadığını bildirdi. Deyildi ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə bunŭöz̆təşəbbüsü̆ilə̆tətbiq̆edir,̆tərəfin̆ərizəsinə̆ehtiyac̆yoxdur.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər cavabdehlər cavabdeh1 Emin oğlu, cavabdeh2 Ramiz oğlu, X3, X4 və X5 məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

20. Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəyə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən̆xüsusĭmülkiyyət̆hüquqŭqanunlăqorunur.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatăkeçirməyə̆borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını̆pozmasın,̆yaxud̆hüquqdan̆sui-istifadə̆olmasın. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və̆qorunan̆hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən̆təmin̆edilmiş̆imkanıdır. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən faydăgəlir,̆artım,̆bəhər,̆törəmə̆şəklində̆və̆başqăformalardăolăbilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. ̆̆̆Maddə̆159.̆Sahiblik̆əs̆yayăfaktik̆sahibliyə̆nail̆olmaqlăəldə̆edilir. Maddə 163.1. Sahiblik əs̆yanın ŏzŭnŭn verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən̆əs̆yayăfaktik̆sahibliyĭhəyatăkec̆irməyə̆qadir̆olduqdăverilmə̆bas̆̆tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmis̆ ŏzbas̆ınalıq sayılır. Hər bir sahibin qadağan edilmis̆ ŏzbas̆ınalıqdan mŭdafiə ŭc̆ŭn gŭc is̆lətmək ixtiyarı vardır. Bu zaman o, s̆əraiti nəzərə almaqla, əsassız gŭc hərəkətlərindən̆c̆əkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun ŭc̆ŭn qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hŭquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmis̆ ŏzbas̆ınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması ŭc̆ŭn iddia verə bilər. Pozucu və ya onun hŭquq sələfi ŭc̆ŭn sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cŭr iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmis̆ ŏzbas̆ınalıq ŭzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əs̆yanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Iddia mŭddəti, hətta qəsd və təqsirkar sahibə sonralar̆dăməlum̆olarsa,̆məhrumetmə̆və̆yăpozuntŭanından̆bas̆layaraq̆bir̆il̆təs̆kil̆edir.̆ Maddə 166.3. Yalnız o s̆əxsin torpaq sahəsinə mŭlkiyyət hŭququnun və sahiblik haqqında iddia hŭququnun olduğu ehtimal edilir ki, onun sahiblik hŭququ torpaq sahəsinin das̆ınmaz əmlakın dŏvlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən̆ŏzbas̆ınăməhrumedilmə̆və̆yăsahibliyin̆pozulması̆barədə̆iddiăverə̆bilər.̆ Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsĭilə̆birləşdirilə̆bilər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş̆sübutlarlăəsaslandırır. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən̆şəxslərə̆aid̆edilir. 384.0.̆Apellyasiyăinstansiyası̆məhkəməsi: 384.0.1.̆qətnamənĭdəyişmədən,̆apellyasiyăşikayətinĭisə̆təmin̆etmədən̆saxlayăbilər;

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin̆predmetĭbölünməz̆olduqdăisə̆tam̆yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə̆bilər.̆̆ 25.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın rədd edilən hissəsində yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, cavabdeh isə apellyasiya şikayəti verməmişdir.

Məhkəmə kollegiyasının mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən̆hissədə̆dəyişdirilmədən̆saxlanılmalıdır.̆ 27.Mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heydərov küçəsi, ** saylı evin 2 otağı X13, digər 2 otağı cavabdeh6 Ramiz qızının mülkiyyətindədir. Çıxarışăəsasən̆torpaq̆sahəsĭdövlətin̆mülkiyyətindədir.

28. Iddiaçı Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi H.Heybətov küçəsi, ev ** ünvanda yerləşən istifadələrində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş hissəsinin alınaraq ona verilməsi, Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev ** ünvanda yerləşən iddiaçı və cavabdehlərə məxsus olan fərdi yaşayış sahələri, onların yerləşdikləri torpaq sahələri texniki pasportdaki koordinatlarına uyğun olaraq ayrılmaqla naturada bölünməsi, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybətov küçəsi ** ünvanında yerləşən həyətin darvazasından daxil olduqda sağ tərəfdə cavabdehlər tərəfindən açılmış qapının sökülərək, həmin hissənin kərpiclə tikilərək bağlanılması̆barədə̆qətnamə̆qəbul̆edilməsinĭxahiş̆etmişdir.

29. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim – Ruslan Mirzəliyev) iddia tələbinin qismən təmin edilməsi, X13 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** ünvanında yerləşən həyətin darvazasından daxil olduqda sağ tərəfdə açılmış qapının sökülməsi və həmin hissənin cavabdehlərin hesabına tikilərək bağlanması, iddia tələbinin qalan hissədə təmin edilməməsĭqət̆edilmişdir.

30. Belə ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli 3-21-3-30/2-21521/2024- ************ nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** nömrəli ünvanda iddiaçının iştirakı ilə əraziyə vizual baxış keçirilərək müəyyən edilmişdir ki, paylı mülkiyyət üzrə olan fərdi yaşayış evinin torpaq sahəsi payçılar arasında daş hasarla bölünmüşdür. Iddia olunan torpaq sahəsi fərdi yaşayış evinin ön hissəsində yerləşməklə 39.0 kv.m təşkil edir. Sözügedən torpaq sahəsi mübahisəlidir və digər payçılar (cavabdeh) tərəfindən̆istifadə̆edilir.

31. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin *-**-*-**/*-****/**** nömrəli ## #### 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev ** ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evində payçılar öz aralarında bölgü işi aparmışdır. Belə ki, yaşayış evinin 100.5 kv.m hissəsi X13 istifadəsindədir. Fərdi yaşayış evinin bölünməsi nəzərdə tutulan hissələri ortaq yükdaşıyıcı divara sahibdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə̆bölünə̆bilinmədiyindən̆bölgü̆sxeminin̆tərtib̆edilməsĭmümkün̆olmamışdır.

32. Qətnamədən iddiaçı X13 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölgüsü tələbi hissəsində dəyişdirilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək iddiaçı X13 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H. Heybətov küçəsi,ev ** ünvanında yerləşən torpaq sahəsinin zəbt olunmuş hissəsinin cavabdehlərdən alınaraq X13 verilməsi; Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi H.Heybətov küçəsi,ev ** ünvanda yerləşən iddiaçı X13 və cavabdehlərə məxsus olan fərdi yaşayış sahələri və onların yerləşdikləri torpaq sahələrinin texniki pasportdakı koordinatlarına uyğun olaraq ayrılmaqla naturadăbölünməsinĭxahiş̆etmişdir. 33.Iddiaçı apellyasiya şikayətində əvvəlki mülki iş üzrə əldə edilmiş ## #### 2021-ci il tarixli ekspert rəyinə istinad etmişdir. Həmin rəydə qeyd olunur ki, fərdi yaşayış evi X38 2 otaq, X13 2̆otaq̆olmaqlăpayları̆naturadătəcrid̆şəkildə̆ayrılmışdır.̆ 34.Kollegiya qeyd edir ki, bu hal işin mübahisəsiz halıdır. Mübahisə predmeti olan evin mülkiyyət sənədində də 2 otaq iddiaçının, 2 otaq cavabdehin mülkiyyətindədir. Hər ikisinin öz giriş qapısı olmaqla faktiki ayrılmışdır. Sadəcə olaraq, hazırki iş üzrə əldə edilmiş rəyə əsasən fərdi yaşayış evinin bölünməsini nəzərdə tutulan hissələri ortaq yükdaşıyıcı divara sahib olduğundan, konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən, həmin̆evin̆naturadăayrılmasının̆mümkün̆olmaması̆müəyyən̆edilmişdir.

35. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin 3-21-3-30/2-61717/2025 nörməli, ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan 0.0039 ha (39.0 kv.m) torpaq sahəsinin hazırda cavabdeh6 Ramiz qızının istifadəsində olması müəyyən edilmişdir.̆ 36.Iddiaçı özü də izahatında təsdiq etmişdir ki, mübahisə predmeti olan ev baba mülkü olub. Babanın iki oğlu arasında bölgü aparılıb. Torpaq sahəsi dövlətin mülkiyyətindədir. Mübahisə predmeti olan 0.0039 ha (39.0 kv.m) torpaq sahəsi 1961-1962-ci ildən cavabdehin atasının sahibliyində̆olub,̆hazırdăisə̆cavabdehin̆sahibliyindədir.

37. ##.##.2026-cı il tarixli məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin mütəxəssisi X15 rəylə bağlı ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, ümumi ərazi daş hasar daxilində olub, sonradan qohumlar arasında bölüşdürülüb. Paylı mülkiyyət olduğu üçün həmin ərazinin kimin olmasını müəyyən etmək çətindir. Sənədlərlə hər iki tərəfin payının nə qədər olmasını bilmək üçün onlar arasında rəsmi bölgü olmayıb. Rəsmi bölgü yoxdur. Əmlak paylı mülkiyyətdir. Onlar tərəfindən bölgü sxemi aparıldıqdan sonra notarius bununla bağlı hər-hansı iş apara bilər. “Kimə aid olmalıdır” sualına cavab verə bilmir. Hər ikisinin iştirakı ilə bölgü sxemi aparılsa idi, buna cavab vermək olardı. Hər iki tərəfdə eyni texniki pasportdur. Dövlət mülkiyyətində olan torpaqdır. Belə torpaqlarda ümumiyyətlə bölgü tərtib etmək mümkün deyil. Ancaq iki ayrı ev olsa idi, bunu ayırmaq ola bilərdi. Texniki pasport əsasında rəy tərtib etmişdir. Texniki pasportda 39 kv/m sahənin kimə məxsus olması konkret öz əksini tapmır. Onun vəzifəsi mövcud vəziyyəti təsvir etməkdir. O, bölgü olmadan 39 kv/m sahənin kimə məxsus olmasını müəyyən edə bilməz. Torpaq sahəsi ümumi istifadədə olan sahədir, bölgü yoxdur.

38. Kollegiya qeyd edir ki, iş materiallarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H. Heybətov küçəsi, ev ** ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, 1961-1962-ci ildən cavabdehin atasının, hazırda isə cavabdehin sahiblik və istifadəsində olduğu müəyyən edildiyindən, həmçinin həmin torpaq sahəsinin məhz iddiaçıya məxsus olması və cavabdehlər tərəfindən zəbt edilməsi öz təsdiqini tapmadığından məhkəmə iddia tələbini torpaq sahəsinin zəbt olunmuş hissəsinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin etməməklə qanuni və əsaslı nəticəyə̆gəlmişdir.̆ 39.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən̆hissədə̆ləğv̆olunması̆və̆yădəyişdirilməsĭüçün̆əsas̆yoxdur.̆

40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı X13 apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid̆edilməlidir.̆

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı̆X13̆apellyasiyăşikayətĭtəmin̆edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsĭmübahisələndirilən̆hissədə̆dəyişdirilmədən̆saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə̆aid̆edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

̆̆Sədrlik̆edən̆hakim̆imza: Günay̆Axundova ̆̆Hakimlər̆imzalar: Fərrux̆Qasımov Məhəmməd̆Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar