Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4024/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(005)-60/2025 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2025-ci il tarixli qərardaddan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onların paylı mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, bina 125-də yerləşən 28 saylı mənzildə onun payının naturada ayrılması, bu mümkün olmadıqda digər paylı mülkiyyətçilər – cavabdehlər tərəfindən onun payına uyğun olaraq kompensasiyanın ödənilməsi, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və satışdan əldə oluna biləcək pul vəsaitinin mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin baxılması zamanı Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil4 vasitəsilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 Bakı Şəhərinin Nəsimi rayonunda yaşamasının nəzərə alınmasını və ərazi aidiyyəti üzrə baxılması üçün işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatətə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə vəsatətin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş üzrə mübahisə predmeti olan daşınmaz əmlak Nərimanov rayon ərazisində yerləşir. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh2 ünvanı Nəsimi rayonuna aid olsa da, iş üzrə digər Cavabdeh1 ünvanı Nərimanov rayonuna aiddir. Buna görə də hazırkı işə Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Cavabdeh2 vəkili (nümayəndəsi) həmin qərardadından Nərimanov Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdeh2 ünvanı Nəsimi rayonuna aiddir, buna görə də hazırkı işə Nərimanov Rayon Məhkəməsi tərəfindən deyil, Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, mübahisə predmeti olan daşınmaz əmlak Nərimanov rayon ərazisində yerləşir, Cavabdeh2 ünvanı Nəsimi rayonuna, iş üzrə digər Cavabdeh1 ünvanı isə Nərimanov rayonuna aiddir. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1.). Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər (maddə 36.2.). Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (maddə 39.1.). Qeyd edilən prosessual hüquq normaların tələblərindən apellyasiya baxışının predmetini təşkil edən məsələyə yanaşdıqda müəyyən edilir ki, Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil4 verdiyi “işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” vəsatəti əsassızıdır, Rayon Məhkəməsi həmin vəsatətin rədd edilməsi barədə qəbul etdiyi qərarda qanunu və əsaslıdır, Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil4 həmin qərardadda verdiyi şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil4 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4024/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4024/2025
08.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver