Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4028/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh” istehsalat Birliyinə qarşı “mənzilə qaz paylayıcısının hesabına sayğacın quraşdırılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-662/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsi, ev 73, 17b saylı mənzilə qaz paylayıcısının hesabına sayğacın quraşdırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-662/2021 saylı işi üzrə qəbul edilmiş xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsi, ev 73, 17b saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmasına dair RX seriyalı, ******* saylı çıxarışın surəti (səh.6), Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsi, ev 73, 17b saylı mənzil qaz xəttindən ayrılmış və yerinə dəmir tıxac vurulması haqqında Yasamal rayon Qİİ-nin xx.xx.2004-cü il tarixli aktın surəti (səh.7), ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması haqqında müraciətə aidiyyəti üzrə Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2020-ci il tarixli məktubunun surəti (səh.11) sübut qismində tədqiq edilmişdir. Qətnamədə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6, 13; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 4.1, 4.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, yaşayış sahəsinə qaz sayğacının quraşdırılmasının istehlakçının vəsaiti hesabına həyata keçirilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər yazılı sübut təqdim edilməmişdir. Odur ki, iddiaçının mənzilinə onun öz hesabına qaz sayğacının quraşdırılmasına dair cavabdehin hərəkətləri əsassız və qanunsuz olmuşdurcavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan qaz sayğacının quraşdırılmasına görə haqq tələb edilə bilməz. iddia təmin edilməklə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsi, ev 73, 17b saylı mənzilə qaz paylayıcısının hesabına sayğacın quraşdırılması vəzifəsi cavabdeh "Cavabdeh” İstehsalat Birliyinə həvalə edilməlidir. Cavabdeh "Cavabdeh" İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosesual Məcəllənin 357, 385,386-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması haqqında müraciətinə aidiyyəti üzrə Cavabdeh Bakı Regional Qaz İstismarı Departamentində baxılmışdır. Bu barədə BRQİD tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı bildirilmişdir ki, Dövlət proqramında qazlaşdırılması nəzərdə tutulmayan yaşayış məntəqələrinin, eləcədə qazlaşdırılmış yaşayış məntəqələrində sonradan inşa edilmiş yaşayış sahələrinin, fərdi yaşayış evlərinin qazlaşdırılması işləri xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatı tərəfindən vətəndaşın şəxsi vəsaiti hesabına həyata keçirdiyi üçün ona məxsus fərdi yaşayış evinin qazlaşması ilə əlaqədar texniki şərtin verilməsi üçün mülkiyyət sənədləri və şəxsiyyət vəsiqəsi ilə ASAN Kommunal Xidmətə müraciət olunmalıdır. Həmçinin Yasamal rayon Məhkəməsinin 2 (004)-662/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsində O.X6 İstismarı Xidmətində abonent olması barədə heç bir sübut göstərilməmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, “Asan kommunal” Xidmətinə müraciət etdiklərini, onların isə onu “Cavabdeh” İstehsalat Birliyinin Baş İdarəsinə yönləndiriklərini,idarədə onlara əlavə vəsait ödənilməli olduğunu və razı olmadıqda isə məhkəməyə müraciət edə biləcəklərinin bildirildiyini bildirmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, mənzilin 1999-cu ildən onun mülkiyyətində olduğunu, mənzilin o evi aldığı zamandan qaz və su ilə təmin edildiyini, mənzilin 2 mərtəbədən ibarət olduğunu, kinci mərtəbədə qaz sayğacının pulsuz quraşdırılmasına baxmayaraq, birinci mərtəbədə yerləşən oğlunun yaşadığı digər mənzilə sayğacın quraşdırılması ilə bağlı pul tələb edildiyini, “Asan kommunal” Xidmətinə rəsmi müraciət etdiklərini lakin onların “Cavabdeh” istehsalat Birliyinə yönləndirdiyi zaman orada onlara sayğacın pul ödəməklə quraşdırılmalı olduğunu bildirdiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin X3 təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının saylı qərarı ilə təsdiq edilmiş X3 4, 3-5; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6, 13; Mülki Məcəllənin 385.1, 442, 454, 456, 560, 1128-1131; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 78.1, 80, 82.1, 106.2, 119, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, "Cavabdeh" İstehsalat Birliyi tərəfindən əsassız apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün olan məhkəmə xərci cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "Cavabdeh" İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-662/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4028/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4028/2021
05.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver