Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-404/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi İddiaçı, Cavabdeh nümayəndəsi X4, digər nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu tarixli, 2(006)-399/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, ünvan 2 Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixində 30/5285 qeydə alınma nömrəsi ilə verilmiş Qeydiyyat vəsiqəsinə əsasən iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının yaşadığı mənzilin üst mərtəbəsində yerləşən 17 saylı mənzilin sahibidir. Cavabdeh dəfələrlə iddiaçının mənzilinə su axıdaraq külli miqdarda zərər vurmuşdur. İddiaçı 2015-ci ildə cavabdehdən birdaha su axıtmayacağı barədə şifahi zəmanət aldıqdan sonra mənzilini tam təmir etmişdir. Bundan sonra cavabdeh yenə də bir neçə dəfə iddiaçının mənzilinə su axıtmışdır və bunun nəticəsində mənzilə külli miqdarda ziyan vurulmuşdur. Bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsinə dair qətnamə çıxarmışdır. xx.xx.2018-ci ildə cavabdeh sanki qəsdən qisas alırmış kimi su kranlarını açıq qoyaraq evdən getmiş və iddiaçının mənzilinin təmirini faktiki olaraq yararsız vəziyyətə salmışdır. İddiaçı cavabdehə könüllü şəkildə ona dəymiş ziyanın ödənilməsini və nasaz su xətlərinin təmiri ilə bağlı müraciət etmiş olsa da, heç bir tədbir görülməmişdir. İddiaçının mənzilinin qonaq otağı, hamam, mətbəx və dəhlizi tamamilə yararsız hala düşüb, demək olar ki, evdə yaşamaq qeyri-mümkündür. Laminatdöşəmə şişib, divar kağızları tamamilə dəyişdirilməlidir, tavanlar yenidən təmir olunmalıdır. İşıq sistemi də tamamilə məhv olub. xx.xx.2018-ci ildə cavabdeh tərəfindən suyun axıdılması nəticəsində iddiaçının bir sıra ev əşyaları da yararsız hala düşmüşdür. Əşyaların və təmirin ziyan çəkməsi nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Həmin ev əşyaları bunlardır: kondisioner (Samsung firması) - 1200 manat, çilçıraq - 350 manat, dəhliz mebeli-1000 manat. Göstərilənlərə əsasən xx.xx.2018- ci il tarixdə su axıdılması ilə bağlı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilin təmirinə dəymiş zərərlə bağlı cavabdeh X2 iddiaçının xeyrinə 6500 (altı min beş yüz) manat, xx.xx.2018-ci il tarixdə su axıdılması ilə bağlı əşyalara zərər dəymiş ziyanla bağlı cavabdeh X2 iddiaçının xeyrinə kondisionerə (Samsung firması) görə 1200 manat, çilçırağa görə 350 manat, dəhliz mebelinə görə 1000 manat pulun tutulması, xx.xx.2018ci il tarixdə su axıdılması ilə bağlı iddiaçıya dəymiş mənəvi zərərlə bağlı cavabdeh X2 iddiaçının xeyrinə 3000 (üç min) manat pulun tutulmasına, cavabdeh X1 olan mənzilin su və kanalizasiya xətlərinin təmir edilməsinə və su çəninin götürülməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu tarixli, 2(006)-399/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh su axıtma nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi mənzilə görə 1783 (bir min yeddi yüz səksən üç) manat, mənzildəki əşyalara vurulmuş zərərə görə 750 (yeddi yüz əlli) manat, mənəvi zərərə görə 300 (üç yüz) manat, cəmi 2833 (iki min səkkiz yüz otuz üç) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu tarixli, 2(006)-399/2019 saylı qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Nəsimi rayon Məhkəməsinə ərizə yazaraq xx.xx.2019-cu il tarixli etibarnamənin əslini və xx.xx.2019-cu il tarixli, ******* nömrəli Vəkil Orderinin əslini məhkəmənin dəftərxanasına təqdim etmiş və xx.xx.2019-cu il tarixə, saat 15:10-a təyin olunmuş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinə cinayət işində iştirakı ilə bağlı xx.xx.2019-cu il tarixə, saat 12:10-a təyin olunmuş hazırki işin məhkəmə iclas prosesinə gələrkən baş vermiş “yol nəqliyyat” hadisəsi ilə əlaqədar 20 dəqiqə geciksə də, digər nümayəndə X5 bu barədə sədrlik edən hakimə məlumat verməyinə və məhkəmə iclasını nahar fasiləsindən sonraya və ya başqa vaxta təxirə salınmasını xahiş etsə də, məhkəmə mülki işi təxirə salmamışdır. Onun gəlməyini gözləməmiş, mülki işin materialları ilə tanış olmamağını nəzərə almamış, tələb etdiyi sənədlərin surətinin ona təqdim olunmamasına diqqət yetirməmiş, cavabdehin nümayəndəsi X4 vəsatətinə ümumiyyətlə əhəmiyyət verməmiş və hansı maraqdansa tələskənlik edərək Azərbaycan Respublikası MPM-nin tələblərini kobud surətdə pozaraq tərəflərə qanunamüvafiq qaydada çıxış üçün söz vermədən, qətnamənin nəticə hissəsini yalnız şəxsi maraqlarına uyğun olaraq elan etmişdir. Qətnamənin nəticə hissəsi elan olunarkən o, məhkəmə iclas zalında olmuşdur. İş üzrə sədrlik edən hakim MPM-in tələblərini kobud surətdə pozaraq iddia ərizəsinin surətini, iddia ərizəsinə əlavə olunmuş sənədlərin surətini, məhkəmə ekspertizasının rəyini cavabdeh tərəfə təqdim etmədən mülki işin baxışını yekunlaşdırmaqla cavabdehin və nümayəndələrinin, vəkilinin hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə qətnaməni tam şəkildə deyil, qətnamənin yalnız qət etdi hissəsini elan etmişdir. Dəfələrlə qətnamənin surətini tələb etməsinə baxmayaraq, yalnız 18 gündən sonra cavabdehin nümayəndəsi Mehman Əfəndiyevə xx.xx.2019-cu ildə təqdim edilmişdir. Cavabdehin nümayəndəsi Mehman Əfəndiyev məhkəməyə ərizə ilə müraciət etməsinə baxmayaraq mülki işə əlavə olunmuş iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin surəti ona təqdim olunmamışdır. Halbuki, bu sənədlərin cavabdehə göndərilməməsi və ya təqdim olunmaması birbaşa prosessual pozuntudur. Qətnamənin ləğv olunması üçün qanuni əsaslardır. Yasamal rayon 32 saylı MKİS-in işçiləri tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktda su axmanın səbəbi göstərilmədiyindən, eləcə də, mənzilin qapısı bağlı olduğu, mənzilin daxilində yerləşən kommunikasiya xətlərinə baxış keçirilməsi mümkün olmamışdır. Su sızma nəticəsində iddiaçıya məxsus olan 14 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1783 manat məbləğində olduğu müəyyən edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli, 2(006)-399/2019 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4, digər nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iştirak edən tərəflərin izahalarını, sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu tarixli, 2(006)-399/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarındakı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, ÖM seriyalı, 147010 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 747 saylı reyestr kitabının 112173 nömrəli vərəqində, 30/5285 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhər Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 32 saylı Mənzil- Kommunal İstismar Sahəsinin mühəndisi K.Novruzov, çilingər R.Cəbrayılov, fəhlə Ş.Qazayev tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanına baxış keçirən zaman məlum olmuşdur ki, həqiqətən də həmin mənzilə su axıntısı olmuşdur. Belə ki, dəhlizdə, sanitar qovşağında, mətbəxdə tavan yararsız hala düşmüş, divar kağızlarında ləkələr əmələ gəlmiş və divardan qopmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 924 nömrəli, xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Seyidov küçəsində yerləşən 53 saylı evin 14 saylı mənzilinin konstruktiv elementləri üzərində su sızma nəticəsində yaranması üçün xarakterik qüsurların mövcud olduğu, 17 saylı mənzilin 14 saylı mənzilin üst mərtəbəsində yerləşdiyini, eləcə də Yasamal rayonu 32 saylı MKİS-in işçiləri tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını nəzərə alaraq, 17 saylı mənzildən 14 saylı mənzilə su axması müəyyən olunmuş və bunun nəticəsində də mənzilin konstruktivelementləri üzərində qüsurların yarandığı müəyyən olunmuşdur. Lakin həmin aktda su axmanın səbəbi göstərilmədiyindən, eləcə də mənzilin qapısı bağlı olduğu mənzilin daxilində yerləşən kommunikasiya xətlərinə baxış keçirilməsi mümkün olmadığından 14 saylı mənzilə sızmanın səbəbini müəyyən etmək mümkün olmamışdır. Su sızma nəticəsində iddiaçıya məxsus olan 14 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1783 manat məbləğində olduğu müəyyən edilir. Həmin ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 930 nömrəli, xx xxxxx 2019-cu il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş iş materiallarında göstərilən malların istifadədə olması nəzərə alınmaqla, təyinatı üzrə istifadəyə yararsız vəziyyətə düşdüyü halda zədələnməmişdən əvvəlki orta bazar qiyməti nəzəri qaydada təxminən 1 ədəd kondisioner (Samsung firması) – 500 manat, 1 ədəd çilçıraq – 50 manat, dəhliz mebeli 1 metri – 200 manat məbləğində müəyyən edilir. Həmin ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus ünvan 2-ə Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Seyidov küçəsi, ev 53, mənzil 17-dən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1111.2-ci maddələrinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası bildirir ki, İddiaçı zərər vurulması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfin apellyasiya şikayətində istinad etdiyi əsas fakt birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırmanın prosessual pozuntu ilə aparılması olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərini əsassız hesab edərək bildirir ki, birinci instansiya məhkəməsində icraat aparılarkən ekspertizadan əvvəl və sonra cavabdeh tərəfin iştirakı təmin edilmiş, prosesdən xəbərdar edilmişdir. Həmçinin uzun müddət ərzində məhkəmə araşdırılması aparıldığından cavabdehin, istərsə də vəkilinin iş materialları ilə tanış olmağa kifayət qədər imkanı və vaxtı olmuşdur. Sonuncu məhkəmə iclası cavabdehin vəkilinin vəsatəti ilə təxirə salınmış, ikinci dəfə təxirə salınması və bunun üzrlü səbəbləri ilə bağlı heç bir müraciət və sübut təqdim edilməmişdir. İş materiallarından məlum olur ki, cavabdeh tərəfin təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatəti sonuncu məhkəmə iclasında müzakirə edilmiş və yerində müşavirə qaydasında təmin edilməməsinə dair qərar qəbul edilmişdir. Bütün bu göstərilənlər xx xxx 2016-cı il tarixdə tərtib edilmiş məhkəmə iclas protokolunda öz əksini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən heç bir prosessual pozuntuya yol verilməmişdir. Apellyasiya şikayətində istinad edilən digər dəlil ondan ibarətdir ki, ekspert rəyində göstərilmişdir ki, Yasamal rayon 32 saylı MKİS-in işçiləri tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktda su axmanın səbəbi göstərilmədiyindən, eləcə də, mənzilin qapısı bağlı olduğu, mənzilin daxilində yerləşən kommunikasiya xətlərinə baxış keçirilməsi mümkün olmamışdır. Göstərilən dəlilin araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23100 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Seyidov küçəsində yerləşən 53 saylı evin 14 saylı mənzilinin tavanında və tavarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, sakinlər tərəfindən Yasamal rayonu 32 saylı MKİSin işçiləri tərəfindən xx.xx.2018-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Seyidov küçəsində yerləşən 53 saylı evin 14 saylı mənzilinə yuxarı mərtəbədəki 17 saylı mənzildən suyun sızması müəyyən olunur. Suyun sızma müddətinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Göründüyü kimi, sonuncu ekspert rəyi ilə də iddiaçı ya dəymiş zərərin cavabdeh tərəfindən vurulduğu müəyyən olunmuşdur. Bu faktı istisna edən və ya cavabdeh tərəfindən iddiaçıya zərər vurülmadığı təsdiq edən heç bir sübut mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu tarixli, 2(006)-399/2019 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Aparılmışekspertizatədqiqatınındəyəriolan 100 manat Cavabdehn tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsn. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov
Məhkəmə qərarları › İş №2(103)-404/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-404/2020
18.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver