Məhkəmə qərarları › İş №2(103)-4046/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4046/2021

09.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4046/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-638/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “borc və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-638/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh məhkəməyə 25 may 2021-ci il tarixli rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsinin surətinin alınması ilə bağlı ərizəni təqdim edərək qətnaməni 26 may tarixdə aldığını biıdirdi və 03 iyun 2021-ci il tarixli apellyasiya şikayətinin surətini təqdim edərək şikayətin rayon məhkəməsində icraata qəbul edildiyini qeyd etdi və apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunun yoxlanması üçün mülki işin baxışdan çıxarılaraq rayon məhkəməsinə göndərilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə onun iştirakı olmadan olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası cavabehin izahatını mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-638/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar