Məhkəmə qərarları › İş №2(103)-4050/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4050/2025

21.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4050/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və qeyrilərinin İddiaçı MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4050/2025 (Açar sözlər: tikilinin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X22 və X12 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (əri) X14 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı yeni mənzilin verilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh və qeyrilərinin İddiaçı MMC-yə qarşı tikilinin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-270/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X43 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 21 yanvar 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC cavabdehlər X10, X7, X15 və qeyrilərinə qarşı yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi, kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, məhkəmədən İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin payçısı olan Cavabdeh paylı mülkiyyətinə uyğun olan 184.76 m2 sahənin əvəzinə İddiaçı MMC tərəfindən həmin ünvanda inşa olunacaq binanın 4-cü blok, 4-cü mərtəbəsində ümumi sahəsi 226 m2 olan 4 otaqlı, 162 saylı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsi ilə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin payçısı olan Cavabdeh paylı mülkiyyətinə uyğun olan 184.76 m2 sahənin əvəzinə İddiaçı MMC tərəfindən həmin ünvanda inşa olunacaq binanın 4-cü blok, 2-ci mərtəbəsində ümumi sahəsi 228 m2 olan 4 otaqlı, 158 saylı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsi ilə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 180 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında, 382- ci məhəllədə yerləşən 1, 505 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsinə icazə verilməsi ilə bağlı "xxxx" MMC-nə dair xx.xx.2015-ci il tarixli, 319 nömrəli və xx.xx.2018-ci il tarixli, 103 nömrəli Sərəncamları, eləcədə aparılmış müvafiq sənədləşmə işləri İddiaçı MMC-nin adına rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 22 dekabr 2023-cü il tarixli rəyə əsasən, həmin ərazidə yerləşən fərdi yaşayış evlərinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, sözügedən evlər qəzalı vəziyyətdədir və tikinti norma və qaydalarına cavab vermir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və 16/10 saylı ayrıc aktına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında, 382ciməhəllədə yerləşən 1, 505 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli, № 1763 saylı icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 3-35/2-1773/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla Bakı şəhəri, ünvan 2də yaşayış kompleksinin şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 X4 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 37081 saylı ekspertiza rəyi ilə Bakı şəhəri, ünvan 2də yerləşən Bülbül küçəsi 90/92, Əfəndiyev küçəsi döngə 1, Kərpiçniy küçəsi 43/47/49, Ş.Abdullayev küçəsində yerləşən həyət evlərinin söküntüsü üzrə layihə razılaşdırılmışdır. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda evlərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 180 saylı sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və evlərin təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. İddiaçı MMC cavabdehə məxsus evin yerləşdiyi Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evlərin 80dən artıq sakin ilə evlərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən evlərin sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqlarıevlərin əvəzinə təmirlimənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Tikinti işlərinin dərhal aparılması üçün digər 80-dən artıq mülkiyyətçi ilə müqavilə imzalanmış, həmin sakinlər yenimənzillərlə təmin edilən günədək onlara kirayə haqqı ödənilməsi razılaşdırılmışdır. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və küllimiqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına, şəhərsalma əsaslandırılmasına, ayrıc aktına, obyektin tikintisinə icazə sənədinə və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir.

5. Cavabdeh, habelə X16, X17, X26, X45, X29 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nın Bakı şəh., Əfəndiyev küç., döngə ev 1-dəki tikililər mülkiyyətçilərə qarşı 20 may 2024-cü il tarixli iddiası Cavabdeh aid olan hissədə rədd edilməsi, İddiaçı MMC-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçılara xeyli mənəvi və maddi ziyanın dəyilməsi hesab edilməsi, İddiaçı MMC-nın bu iddianın tələblərini təmin etməkdən imtina edilməsi, halda, İddiaçı MMC-yə Cavabdeh və onun ailə üzvlərinə məxsus Əfəndiyev küç., döngə ev 1-dəki tikililərin bərpa etmək öhdəliyi qoyulması, bu iş üzrə bütün məhkəmə xərcləri cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarlmasını xahiş etmişlər.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2018-ci ildən Cavabdeh Bakı şəhəri, Vladislav Plotnikov küç., ev 1- də (Əfəndiyev küç., döngə, ev 1) (qeydiyyat nömrəsi **********) yerləşən 184,76 kv. m. sahəsi olan yaşayış tikilərin sahibidir. Cavabdeh ilə birlikdə onun qan qohumları X43 (birinci qrup əlil), X29 (azyaşlı xəstə uşağı var), X16, X26 və X8 bu ünvanda qeydiyyatdadırlar. Bütün sadalanan şəxslər Əfəndiyev küç., döngə ev 1 (V. Plotnikov küç., ev 1) ünvanında yerləşən və ümumi sahəsi 184,76 kv.m olan tikililərdən şəxsi məqsədlərlə həyatlarının təminatı üçün istifadə edirdilər. 03 iyun 2015-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin 319 nömrəli qərarı ilə "xxxx" MMC-ya 16/0 nömrəli akt əsasında müasir parkinq kompleksin tikintisi üçün Bakı şəhəri, Nəsimi rayonu Ş.Abdullayev küçəsi ilə Bülbül prospekti arasında və Cavabdeh əmlakında əhatə edən 15.050 kv.m. torpaq sahəsi ayrılmışdır. Lakin, Bakı Şəhər İH Başçısının xx.xx.2023-cü il tarixli 180 nömrəli sərəncamına əsasən, xx.xx.2023-cü il tarixli 1763 nömrəli müqavilə ilə qeyd olunan sahə yaşayış kompleksin inşa edilməsi üçün 49 il müddətinə İddiaçı MMC-nın icarəsinə verilmişdir. 20 may 2024-cü il tarixdə İddiaçı MMC, əvvəlcədən heç bir razılaşma olmadan, V. Plotnikov küç. (Əfəndiyev küç., döngə) ev 1 ünvanında yerləşən tikililərin sahiblərinin mülkiyyət hüququndan məhrum edilməsi və əvəzinə inşa edilməsi nəzərdə tutulan yaşayış kompleksində yaşayış sahələrin verilməsi və müvəqqəti yaşamaq yerləri üçün iki illik kirayə haqqının ödənilməsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaya görə, 184,76 kv.m. tikilinin əvəzinə Cavabdeh tikintisi nəzərdə tutulan binanın 4 blokun 4-cü mərtəbədə yerləşən sahəsi 226 kv.m olan 4 otaqlı 162 saylı təmirli mənzil və tikinti başa çatana qədər iki il ərzində aylıq 650 manat məbləğində kirayə haqqı təklif edilmişdir. Birinci qrup əlil Zaur Nəsirovun, azyaşlı xəstə uşağı olan Aynurə Nəsirovanın, Həmidə Ələsgərovanın, Kamilə Ələskərovanın və Elmar Ələskərovun qeydiyyatda olduqlarına və bu tikilərdən istifadə etmə faktlarına İddiaçı MMC tərəfindən məhəl qoyulmamışdır, lakin subyektiv niyyətindən irəli gələn analoji statusa malik digər istifadiçilərlə münasibətdə bu fakt nəzərə alınırdı. Şəxsi əmlakı zorla ələ keçirilməsi ilə bağlı qeyri-qanuni tələblərinə dəstək olaraq (ya da açıq-aydın onların qanuniliyi görüntüsünü yaratmaq üçün) İddiaçı MMC öz iddiasında konqlomerat şəkilində bir sıra normativ aktlara istinad edərək, onların məzmununu və mənasını təhrif edib, bilərəkdən yanlış şərh etmiş və bir sıra mühüm müddəaları gizlətmiş, mövcud olmayan ifadələri uydurmuşdur. Xüsusən, İddiaçı MMC mübahisəyə heç bir aidiyyəti olmayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1-ci və 107-5.1-ci maddələrinin şərh edilməsi haqqında” qərarına istinad edir. İddia müəllifi İddiaçı MMC Azərbaycan Respublikası Konstitusiyasının 13, 23, 24-cü mad. 3-cü hissəsinə, 29-cu mad. 2-ci hissəsinə, 43-ci mad. 2-ci hissəsinə, 71 -ci mad. 2- ci hissəsinə istinad edir, baxmayaraq ki, onların hamısı iddia tələblərərini təkzib edir və onları təsdiq etmir. Əksinə, hazırkı qarşılıqlı iddiasını təsdiqləyir. Daha sonra İddiaçı MMC “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü bəndinə istinad edir, harada deyilir ki, “İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir”. İddiaçı MMC-nın iddiasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.5, 152.6, 560.1, 560.2 və 560.3-cü maddələrinə istinadlar var ki, hansıların ümumiyyətlə mübahisəyə heç bir aidiyyəti yoxdur. Bunlardan yalnız Mülki Məcəllənin 560.3.5.1-ci İddiaçı X56” MMC-nın hərəkətlərinə aiddir. İddiaçı MMC-nın Cavabdeh qarsı iddiasını istisna edən və qarşılıqlı iddianın tələblərini təsdiq edən faktlar 12 iyul 2024-cü il tarixdə Cavabdeh ərizəsi üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi H.N. Miriyeva ünvan 3 ünvanında Cavabdehmın mülkiyyətində olan 184,76 kv. m. sahəsində yerləşən tikililərin sökülməsinin İddiaçı MMC-yə qadağan edilməsi barədə qərardad çıxararaq onun icrasını Nəsimi Rayon İcra Şöbəsinə həvalə etmişdir. Məhkəmənin həmin qərardadı İddiaçı MMC-nın nümayəndəsinin iştirakı ilə Nəsimi Rayon İcra Şöbəsi tərəfindən dərhal icra olunaraq Cavabdeh tikililərinə həbs qoyulmuşdur (tikililərin sökülməsinə və işlərin aparılmasına qadağa). Buna baxmayaraq, qanunun tələblərini pozaraq 2024-cü ilin iyul-oktyabr aylarında ünvan 4 ünvanmdakı bütün tikililər, o cümlədən Cavabdeh və onun ailə üzvlərinə məxsus olan, İddiaçı MMC tərəfindən özbaşına sökülmüşdür, əmlakı talanmışdır, nəticədə Cavabdeh xeyli mənəvi və maddi ziyan vurulmuşdur. Bununla əlaqədar, İddiaçı MMC ilə razılaşma bağlamaq yalnız Cavabdeh və onun ailə üzvlərinə mənəvi və maddi ziyan ödənildikdən sonra mümkündür. İddiaçı MMCnın nizamnamə kapitalı 100 manatdır, lakin bu cəmiyyət öz təkliflərində mənbəyi gizlədilmiş əhəmiyyətli məbləğlərlə əməliyyat aparır. Bu hal Cavabdeh, onun ailə üzvlərinin və digər proses iştirakçılarının qanuni mənşəyi olmayan pul vəsaitlərinin istifadəsi və yuyulması üzrə qanunsuz İddiaçı MMC ilə razılaşma bağlamaq yalnız onlar tərəfindən maliyyə mənbələrinin qanuniliyi və maliyyə əməliyyatlarının şəffaflığı barədə rəsmi məlumat verildikdən sonra mümkündür. Bununla əlaqədar Cavabdeh səlahiyyətli orqanlara sorğular göndərib, hansılara cavablar iş üzrə qanuni qərarın qəbul edilməsi üçün zəruridir. İddiaçı MMC ilə tikililərin sahibləri arasında bağlamaq nəzərdə tutulan müqavilələr sığortalanmır, notarial qaydada təsdiqlənmir, fövqəladə hallarda onun icrası və cavabdehlərə dəymiş ziyanın ödənilməsi üçün heç bir zəmanət verilmir. Qeyd olunanlarla əlaqədar, Cavabdeh və onun ailə üzvləri ilə və İddiaçı MMC arasında nəzərdə tutulan müqavilələr (öhdəlik müqavilələri) öhdəliyin yerinə yetirilməməsi halında Cəmiyyətin maddi məsuliyyəti göstərilməklə notariat qaydasında təsdiq edilməli və sığortalanmalıdır. İddiaçı MMC-nın təklifində 1912-ci ildən bəri cavabdehlərin istifadəsində olan və özəlləşdirməyə hazırlanan torpaq sahələri nəzərə alınmır. Cavabdeh və onun ailə üzvləri öz sahəsində iki mərtəbəli ev tikmək niyyətində idilər, lakin iddiaçının qanunsuz hərəkətləri buna mane oldu. İddiaçı MMC-nın mümkün gələcək təklifləri Cavabdeh və onun ailə üzvləri tərəfindən yalnız göstərilən halların nəzərə alınması, habelə Əfəndiyev küç., döngə ev 1-də qeydiyyatda olan onun ailə üzvlərinə (Z.B. Nəsirova, A.B. Nəsirovaya, H.K. Ələsgərovaya, K.K. Ələskərovaya, E.K. Ələskərova) əlavə (S.B. Ələskərovaya məxsus sahəsi 226 kv.m olan 4 otaqlı mənzildən başqa) sahəsi 226 kv.m olan 4 otaqlı təmirli mənzilin verilməsi və tikinti başa çatana qədər iki il müddətinə aylıq 700 manat məbləğində kirayə haqqı ödənilməsi təqdirdə baxıla bilər. 2023-cü ilin noyabr ayında Əfəndiyev döngə ev 1, məhəllə 382 ünvanında tikinti işlərinə başlanarkən İddiaçı MMC Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu və 260-cı maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törətmiş, bununla bağlı material dövlət ekoloji təhlükəsizlik xidməti tərəfindən Azərbaycan Respublikası Prokurorluğuna göndərilmişdir. Bu materiala baxılması İddiaçı MMC-nin qeyd olunan ərazidə tikinti işlərinin aparılmasına qadağa qoymasına səbəb ola bilər ki, bu da cavabdehlərin hüquq və maraqlarına mənfi təsir göstərəcəkdir. Bununla əlaqədar olaraq prokurorluq orqanlarının bu məsələ ilə bağlı qərarını gözləmək lazımdır. İddiaçı MMC-nın iddia ərizəsində göstərilən təkliflərinin bu şirkətin yaşayış kompleksin tikinti layihəsinin rəsmi məlumatları ilə müqayisəsi MMC-nin fəaliyyəti və bəyan edilmiş təkliflərin əsaslılığı və qanuniliyi haqqında şübhə yaradan ciddi ziddiyyətlərin olduğunu təsdiq etməyə imkan verir. Belə ki, iddia ərizəsinə əsasən, bir sıra mülkiyyətçilərə onlara məxsus tikililər əvəzinə beşinci blokun 2, 13 və 14-cü mərtəbələrində sahəsi 51,3 kv. m və 112 kv. m olan mənzillər təklif olunur. Lakin, rəsmi layihəyə görə, sahəsi 51,3 kv.m. və 112 kv. m. olan mənzillər tikintisi nəzərdə tutulan yaşayış kompleksində mövcud deyil.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-270/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) ilkin iddia təmin edilmiş, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin payçısı olan Cavabdeh paylı mülkiyyətinə uyğun olan 184.76 m2 sahənin əvəzinə İddiaçı MMC tərəfindən həmin ünvanda (yeni tikiləcək yaşayış binasının ünvanı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 180 saylı Sərəncamında “Bakı şəhəri, ünvan 2də yerləşən ərazi” kimi qeyd edilib) inşa olunacaq binanın 4-cü blok, 2-ci mərtəbəsində ümumi sahəsi 228 kv.m olan 4 otaqlı, 158 saylı təmirli mənzilin Cavabdeh təhvil verilməsi ilə mülkiyyət hüququna xitam verilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-yə aid edilməsi, Cavabdeh, habelə X16, X17, X26, X45, X18 İddiaçı MMC-yə qarşı tikilinin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməsi, ödənilmiş dövlət rüsumu X34 aid edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12.1, 13.1, 13.3, 29.4, 43.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 28.1, 28.3, 28.4cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X43 apelyasiya şikayəti verərək İddiaçı MMC-nin Cavabdeh qarşı və onun paylı mülkiyyətinə uyğun olan 184.76 m sahənin əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayevküçəsi ilə Bülbül prospektinin arasında, 382-ci məhəllədə inşa olunacaq binanın 4-cü blok, 2-ci mərtəbəsində ümumi sahəsi 228 m olan 4 otaqlı, 158 saylı təmirli mənzilin təhvil verilməsi ilə mülkiyyət hüququna xitam verilməsi barədə təmin olunan hissəsinin ləğv edilməsi, Cavabdeh məxsus 184,76 kv.m sahəsi əvəzinə Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında, 382-ci məhəllədə yerləşən 228 kv.m. sahəsi olan 158 №li mənzilə qeyd edilən ünvanda bizə əlavə 180 kv.m. olan mənzilin verilməsi barədə İddiaçı MMC-ni notarial qaydada sığortalanmış müqavilə bağlanması öhdəliyinin qoyulması, Cavabdeh və ailə üzvlərinə məxsus tikililərin qanunsuz sökülməsi və əmlakının dağıdılması (talanması) nəticəsində dəymiş mənəvi və maddi ziyana görə İddiaçı MMC-dən 60.000 (altmışmin) manatın onun xeyrinə tutulması, iddiaçı Cavabdeh və qeyrilərinə ümumi sahəsi (228+180) 408 kv.m olan iki mənzilin (təmirsiz və kirayə haqqı ödənilmədən) verilməsi ilə bağlı tələbləri təmin etməkdən imtina etdikdə, İddiaçı MMC-ni Əfəndiyev küç., dalan 1-də yerləşən Cavabdeh və onun ailə üzvlərinə məxsusolan tikililərin bərpasını və bu şikayətin 3-cü bəndində göstərilən zərərin ödənilməsi, İddiaçı MMC tərəfindən yol verilmiş qanun pozuntuları (məhkəmə qərarı üzrə dövlət tərəfindən mühafizə olan tikililərin sökülməsi, əmlakın talanması) faktları üzrə prokurorluq orqanlarına xüsusi qərardad göndərilməsi, birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakim Həbibə Miriyeva barəsində xüsusi qərardad çıxarılması, çəkilmiş xərclərin İddiaçı MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC asan qazanc hərisliyi ilə şərtlənən xüsusi mülkiyyətçilik maraqlarından başqa heç bir məqsəd güdməmişdir və bu işdə məhkəmə ona imkan yaratmışdır. Qeydiyyata görə, Əfəndiyevküçəsi ev1-də Cavabdeh ilə yaşayan şəxslərin maraqları məhkəmə tərəfindən nəzərə alınmamışdır, birgə mülkiyyətin İddiaçı MMC tərəfindən cinayətyolu ilə məhvedilməsi faktıgizlədilmişdir. Məntiqə, qanuna və sağlam düşüncəyə zidd olaraq məhkəmə Cavabdeh yeni mənzil verdikdən sonra onun dağıdılmış və məhv edilmişevinə olan mülkiyyəthüququna xitam verilməsi barədə qərar qəbul etmişdir. İddiaçı digər cavabdehlərlə 3 il müddətində mənzillərin verilməsi ilə bağlı müqavilələr bağlamışdır, bununla əlaqədar məhkəmənin Cavabdeh2 ildən sonra mənzillə təmin olunacağı ilə bağlı iddiası açıq-aşkar yerinə yetirilə bilməyən bir vəddir. Bundan əlavə, birinci instansiya məhkəməsi aşağıdakıhallara və dəlillərə məhəl qoymamışdır. İlkin iddia ərizəsinə görə, 184,76 kv.m. tikilinin əvəzinə Cavabdeh tikintisi nəzərdə tutulan binanın 4 blokun 4-cü mərtəbədə yerləşən sahəsi 226 kv.m olan 4 otaqlı162 saylı təmirli mənzil və tikinti başa çatana qədər iki il ərzində aylıq 650 manat məbləğində kirayə haqqı təklif edilmişdir. İddiaçı və məhkəmə yeni inşa olunacaq tikilidə 1 kvadrat metrin dəyərini 2.200 manat qiymətləndirmişdir. Bununla, təklif edilən 228 kv.m sahəsi ilə olan mənzilin ümumidəyəri (2.200 x228)501.600 manat müəyyən edilib. Lakin, əlavə edilən sənədlərə əsasən, bizə məxsus sahəsinin 1 kv.m-nin 2024-cü ilə olan qiyməti 3.520,5 manat olub və ümumi dəyəri (184,76 х 3520,5)= 650.355,2 manat idi, və 20%əlavə haqqı nəzərə alınmaqla (184,76 + 36,95)x3.520,5 = 780.530 manatdır (əlavə № 10). İş sənədlərinə, iddiaçının reklam broşürlərinə, kafel, santexnika və digər tikinti materiallarının bazar qiymətlərinə əsasən yeni mənzilin 1 kv.m. təmir xərclərinin qiyməti 450-500 manat qiymətləndirilir, yəni Cavabdeh təklif olunan yeni mənzilin təmir xərcləri 102.600-114.000 manat (228x450; 228x500) nəzərdə tutulub. Bundan əlavə, iddiaçı yeni ev tikilənə qədər iki il müddətinə mənzilin kirayə haqqı 650 manat təklif etmişdir ki, bu da (650 x 24) 15.600 manatdır. Beləliklə, iddiaçı Cavabdeh ümumi dəyəri (780.530 + 102.600 + 15.600) = 898.730 manat olan təmir və kirayə xərcləri ilə birlikdə 408,51 kv.m olan mənzillə təmin etməlidir (898.730 : 2.200). Məhkəmənin qərarında bilərəkdən yanlışgöstərilib ki, guya Cavabdeh, onun ailə üzvlərinin və qohumlarının şəxsi mənzilləri var və bununla əlaqədar onların kirayə pulu almaq haqqlarıyoxdur. Halbuki, məhkəməyə sübutlar təqdim olunub ki, Cavabdeh bütün ailə üzvləri (ər və uşaqları) ilə birlikdə kirayədə yaşayır və bununla əlaqədar ona mənzilin kirayəsi üçün kompensasiyada ehtiyacıvar. Onun qan qohumları Zaur Nəsirovun (1-ci qrup əlil) və Aynurə Nəsirovanın (onun himayəsində azyaşlı xəstə oğlu var) də Cavabdeh məxsus tikilidən başqa mənzilləriyoxdur və onlar kirayə edilən mənzildə yaşayırlar, və bu haqda sənədlər məhkəməyə təqdim olunsa da, onlara məhəl qoyulmamışdır. Hakim H.Miriyeva şəxsi səbəblərdən bütün qeyd olunan sənədləri gizlətmişdir və işə əlavə etməmişdir, bununla əlaqədar onları yenidən təqdim etmək məcburiyyətindəyik (əlavə № 6, 7, 8). Cavabdeh qohumu iddiaçının nümayəndəsinin təşəbbüsü ilə İddiaçı MMC-nin rəhbəri ilə görüşüb və ona işin əsl vəziyyətini izah etmişdir. İddiaçının fonda çəkdiyi xərcləri nəzərə alaraq, Cavabdeh və onun qohumlarının kirayə haqqı və mənzil təmirindən imtina etməsi, həmçinin tikililərin qeyri-qanini sökülməsinə və orada yerləşən əmlakın talanmasına dair maddi iddialardan, habelə bu barədə hüquq-mühafizə orqanlarına şikayət verməkdən imtina edilməsi, və İddiaçı MMC 228 kv.m mənzillə yanaşı, yeni tikilidə 250-300 kv.m əlavə mənzilin verilməsinin mümkünlüyü barədə razılaşma nəzərdən keçirilmişdir. Lakin, məhkəmə ilə “məsləhətləşmələrdən” sonra İddiaçı MMC razılaşmalardan imtina etmişdir və məhkəmə vasitəsilə sübutları saxtalaşdırmağa başlamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

d) Proses iştirakçılarının izahatı

12. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişlər ki, digər şəxsləri necə razı salmışlarsa, apellyatorlarla da o formada razılıq əldə etməlidirlər.

13. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (əri) X30 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hesablama zamanı heç torpağın dəyəri nəzərə alınmayıb.

14. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, artıq təmir işlərinə başlamışlar. Mübahisəli əmlaka dair 8 nəfərin çıxarışı olsa da, 6 nəfərin faktiki mənzili var. 2 nəfərin isə mənzili yoxdur. Faktiki olaraq Cavabdeh orada evi yoxdur. İddia ərizəsi cavabdeh tərəf 8 nəfər olmaqla verilmişdi. İcraat Bakı İnzibati Məhkəməsindəki işə görə dayandırıldı. Bu müddət ərzində 7 nəfərlə barışıq əldə olundu. 2 nəfərin adına çıxarış olsa da, orada evlərinin olmadığını aşkar etdilər. Evi olmayan 2 nəfərdən birinə 184 kv. metrə 226 kv metr ev verərək razılığa gəldilər. Cavabdehlərdən yalnız Cavabdeh ilə razılaşa bilmədilər. Hazırda cavabdehin faktiki evi olmadığına, başqa yerdə yaşadığına görə kirayə haqqı təklif etmirlər. Evin əvvəlki vəziyyətə qaytarılmasına münasibətdə isə bu, artıq mümkün deyil, çünki artıq evlərin söküntüsü aparılmaqla yerində yeni binalar belə tikilmiş və həmin binalarda təmir də başlamışdır.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

16. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

17. Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir;

18. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;

19. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

20. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

22. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

23. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

25. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur;

26. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir;

27. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;

28. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

29. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

30. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

31. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.

32. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

33. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir.

34. Maddə 4.2 və 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Hazırki iş üzrə qeyd edilməlidir ki, apelyasiya şikayəti qarşılıqlı iddiaçılardan yalnız X43 və Cavabdeh tərəfindən verildiyindən, qətnamə qeyd edilən şəxslərə münasibətdə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən (yoxlanılan) hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

45. Belə ki, işin halları ilə əlaqədar qeyd etmək lazımdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 180 saylı Sərəncamı ilə Bakı şəhəri, ünvan 2də yerləşən ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 1,505 ha torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən iddiaçı tərəfindən həll edilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və 16/10 saylı ayrıc aktına əsasən, Bakı şəhəri, ünvan 2də yerləşən 1, 505 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli, № 1763 saylı icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 180 saylı Sərəncamı Bakı şəhəri, ünvan 2də yerləşən 1, 505 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsinə icazə verilməsi ilə bağlı "xxxx" MMC-nə dair xx.xx.2015-ci il tarixli, 319 nömrəli və xx.xx.2018-ci il tarixli, 103 nömrəli Sərəncamlarına əsasən müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün Bakı şəhəri, ünvan 2də yerləşən torpaq sahəsi 49 il müddətinə iddiaçıya icarəyə verilmişdir. ünvan 1 ünvanında yerləşən X1, X5, X9, X2, Cavabdeh, X19, X6, X32 paylı mülkiyyətində (ümumi sahə 923.83 m təşkil edir) olan evlərlə əlaqədar danışıqlar aparılmış, lakin cavabdehlərdən Cavabdeh MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. MMC tərəfindən hazırda ünvan 1 ünvanında yerləşən Cavabdeh (4/20 hissə, 184.76 m ) paylı mülkiyyətində olan evin əvəzinə 184.76 m sahənin əvəzinə MMC tərəfindən həmin ünvanda inşa olunacaq binanın 4-cü blok, 2-ci mərtəbəsində ümumi sahəsi 228 m2 olan 4 otaqlı, 158 saylı təmirli mənzilin təklif olunur. Məhkəmə gedişində cavabdehlər X7, X15, X23, X10, X33, X20 və X46 İddiaçı MMC ilə razılığa gəldiklərindən cavabdeh qismindən çıxarılmışlar, lakin Cavabdeh İddiaçı MMC-nin təklifi ilə razılığa gəlməmişdir.

46. Apelyatorun mövqeyinə əsasən kompensasiya məbləği düzgün deyil və babalarından qalmış evə münasibətdə azlıq təşkil edir. Həmçinin evin təkindəki torpağın dəyəri də nəzərə alınmamışdır. Buna görə də sökülən ev bərpa edilməli və onun mülkiyyət hüquqları toxunulmaz qalmalıdır.

47. Qeyd edilənlərə münasibətdə kollegiya qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır.

48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X21rşı» işdə göstərmişdir ki, mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi, adətən, mülkiyyət hüququna qeyri mütənasib müdaxilə təşkil edir və belə müdaxiləyə 1 saylı protokolun 1-ci maddəsi ilə haqq qazandırmaq olmaz.

49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X3rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir.

50. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür.

51. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb»

52. Həmçinin mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir.

53. Kollegiya qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən MMC tərəfindən cavabdeh tərəfin özbaşına tikili ilə bağlı istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur. Əksinə, cavabdeh tərəfə istifadələrində olduğunu iddia etdikləri (hərçənd ki, işin halları və tərəflərin izahatı ilə cavabdehin həmin evdə faktiki yaşamadığı müəyyən olunmuşdur) əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni həmin mənzillərin qanuni sahələrindən 44 kv.m əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi, hətta razılıq əldə olunacağı təqdirdə təmiri belə özləri etməkdən müvafiq təmir haqqını cavabdehə vermək niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır.

54. Həmçinin qeyd edilməlidir ki, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.

55. Kollegiya çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillə təmin edilənədək cavabdehə aylıq kirayə haqqının verilməsi ilə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işin faktiki hallarına əsasən müəyyən olunur ki, mübahisəli əmlaka dair 8 nəfərin çıxarışı olsa da, 6 nəfərin faktiki mənzili mövcud olmuşdur və mövcud olmayan 2 mənzil Feyzulla Quliyevin apellyator Cavabdehdır. X42 Cavabdeh ilə eyni hüquqi vəziyyətdə olmasına baxmayaraq onunla müvafiq razılıq əldə olunmuş və kirayə haqqı ödənilmədən tərəflər arasında yeni tikiləcək çoxmərtəbəli binadan mənzilin verilməsi ilə bağlı müqavilə bağlanmışdır.

56. Həmçinin qeyd edilməlidir ki, istər birinci instansiya məhhkəməsinin iclaslarında, apelyasiya baxışı zamanı apelyator tərəfindən verilmiş izahatlardan da görünür ki, Cavabdeh 1995-ci ildə ailə həyatı quraraq əri X24 məxsus evə köçmüş və orada yaşamışdır. Bu halda apelyatorun çıxarışdakı paya uyğun faktiki mənzilinin olmamasına, o cümlədən faktiki mövcud olan mənzillərin hər hansı birində nə vaxtsa yaşamamasına istinadən müvafiq kirayə haqqının ödənilməsi ilə bağlı tələb irəli sürmələri əsassız hesab edilməlidir.

57. Məhkəmə apellyatorun mübahisəli tikilinin təkində yerləşən torpaq sahəsinə münasibətdə də əlavə kompensasiya hesablanmalı olmasına dair mövqeyinə dair qeyd edir ki, işin mübahisəsiz halıdır ki, həmin torpaq sahəsi dövlətə məxsus olmaqla Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına və 16/10 saylı ayrıc aktına əsasən, 0.11.2023-cü il tarixli, № 1763 saylı icarə müqaviləsi əsasında 49 il müddətinə İddiaçı MMC-nın icarəsinə verilmişdir. Bu halda apellyatorun həmin torpaq sahəsinə münasibətdə ayrıca kompensasiyanın verilməsini tələb etmək kimi bir subyektiv hüququ mövcud deyil.

58. Daha sonra apelyator öz şikayətində mübahisəli tikilinin əvvəlki vəziyyətə qaytarılması və bu mümkün olmadıqda dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Bu arqumentə münasibətdə qeyd edilməlidir ki, əvvəla, apelyasiya baxışı zamanı aparılmış yerli baxış nəticəsində artıq həmin ərazidə söküntünün tamamilə yekunlaşdığı və yeni çoxmərtəbəli binanın tikildiyi öz əksini tapmışdır və bu halda tikintinin dayandırılması və əvvəlki vəziyyətin bərpa olunması qeyri-mümkündür. Lakin hər bir halda qeyd etmək lazımdır ki, bu hal mümkün olsa idi belə, MMC tərəfindən aparılmış söküntü ilə bağlı yuxarıda da qeyd edildiyi kimi hansısa hüquqpozuntusuna yol verilməmişdir və MMC aparılmış və ya aparılacaq tikinti işlərini hüquqi əsaslara söykənərək icra etmiş olacaqdı. Buna görə də göstərilən dəlil də əsassız olmaqla təmin edilməməlidir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

60. Məhkəmə apelyatorun İddiaçı MMC və birinci instansiya məhkəməsində işə baxan hakim barəsində xüsusi qərardad çıxarılmasına dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırda apelyasiya baxışı zamanı belə bir qərardadın çıxarılmasına dair hər hansı əsaslı səbəblər aşkar edilməmişdir və apelyatorun özünün adıçəkilən subyektlərin hərəkət və ya hərəkətsizliyindən qanunvericiliklə nəzərdə tutulan formada ayrı qaydada hüquq mühafizə orqanlarına müraciət etmək hüququ vardır.

61. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmədiyindən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

62. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

63. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

64. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

65. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-270/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən (yoxlanılan) hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxslərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar