Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4052/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X18 qarşı (“Yeni Klinika” X38, X5 və X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X7 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh X14 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X18 qarşı (“Yeni Klinika” X38, X5 və X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” üzrə mülki işə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 33/2023 nömrəli 07 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X15 18 yanvar 2023-cü il tarixdə “Elmed” klinikasında X23 tərəfindən “septoplastika” əməliyyatı keçirmişdir. Əməliyyatdan öncə klinikada pasiyentdən müəyyən analizlər, o cümlədən “ekspress-test” vasitəsilə “Covid-19” analizi götürülmüş, ağciyərlərin rentgenoqrafiyası, ürəyin exo-kartioqrafiyası kimi müayinələrdən keçirilmişdir. Əməliyyatda ağırlaşma müşahidə edilməmiş, əməliyyatdan sonra xəstənin həmin klinikada vəziyyəti pisləşmiş, təzyiqi düşmüş, bədən temperaturu qalxmışdır. Xəstədən onun “Covid19” virusunun yoluxub-yoluxmamasını təyin etmək məqsədilə yenidən analiz götürülmüş, PZR analizin nəticəsi müsbət olmuşdur. Daha sonra xəstə “X40”-a köçürülmüş, orada xəstəyə müəyyən müalicə müayinə prosedurları həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdə icra edilən KT müayinəsi xəstənin ağciyərlərində 70-80 faiz buzlaşmanın olduğunu təsbit etmişdir. Bundan sonra xəstə “Yeni Klinika” ya köçürülmüş, xəstənin vəziyyəti daha da ağırlaşmış, xx.xx.2021-ci il tarixdə saat 07:20 da ürək fəaliyyəti dayanmış, xəstədə asistoliya qeyd olunmuşdur. Aparılan CPR tədbirləri yetərsiz olmuş, 08:00 da bioloji ölüm qeydə alınmışdır.
2. Kadrlar uçotunun şəxsi vərəqəsinə əsasən X23 Azərbaycan Tibb Universitetində “Pediatriya” fakültəsini 1992-ci il tarixdə bitirmiş, bununla bağlı ona xx.xx.1991-ci il tarixli diplom verilmişdir; N.Əliyeva 1992-ci il tarixdə “Pediatriya” ixtisası üzrə internatura/rezidenturanı bitirmiş, 2013-cü il tarixdə “otolorinqologiya” üzrə 6 həftə ərzində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunda kurs keçmişdir; xx.xx.2007-ci il tarixdə 34 nömrəli Şəhər Poliklinikasında həkimotorinolarinqoloq vəzifəsi üzrə işə qəbul olunmuşdur.
3. “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən xx.xx.2013-cü il tarixli, AH 009473 və xx.xx.2018-ci il tarixli, AH 030064 nömrəli sertifikasiya şəhadətnamələrinə əsasən həkim N.Əliyevaya otorinolarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.
4. İddiaçı1 və İddiaçı2 X8 “Elmed” Tibb Mərkəzinin həkimi Natavan Əliyevanın səhlənkarlığı nəticəsində ölməsi haqqında Binəqədi rayon prokurorluğuna müraciəti əsasında aparılmış araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə qeyd edilən qərar ləğv edilmiş və xx.xx.2022-ci il tarixdə yenidən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Sonuncu qərar Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli tarixli qərarı ilə ləğv edilmiş və iş əlavə araşdırılmaya göndərilmişdir.
5. Binəqədi rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş “əməldə cinayət tərkibi olmaması” əsası rədd edilmişdir və həmin qərar hazırda qüvvədədir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilən 088197 nömrəli lisenziyaya əsasən Cavabdeh1 MMC-yə özəl tibb fəaliyyəti həyata keçirmək üçün müddətsiz icazə verilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən icazə verilmiş ixtisasların siyahısına əsasən Cavabdeh1 MMC-yə otorinolarinqologiya, otorinolarinqoloji ambulator tibb xidməti üzrə, ümumi cərahiyyə, ümumi cərrahi stasionar tibb xidməti üzrə işlərin görülməsinə icazə verilmişdir.
8. “X40” MMC tərəfindən verilmiş stasionar xəstənin ******* (279) saylı tibbi kartından çıxarışdakı qeydə əsasən müşayiət edən yaxınlarının bildirdiyinə görə, xəstə təxminən 1 həftə öncə qızdırma, halsızlıqdan və boğulmadan, nəfəs darlığından şikayət etmiş və həmin şikayətlərlə 18 yanvar 2021-ci il tarixdə “Elmed” klinikasına müraciət etmişdir. Klinikada xəstəyə otolarinq tərəfindən baxış keçirilmiş və burun çəpərinin əyriliyinin olması müəyyən edilmişdir. Şikayətlərin burun çəpəri əyriliyinə bağlı olması xəstənin yaxınlarına bildirilmiş və əməliyyat aparılması məqsədəuyğun hesab edilmişdir. Həmin gün xəstədə endotiaxeal narkoz altında “Septoplastika” əməliyyatı aparılmışdır. Lakin əməliyyatdan dərhal sonra xəstənin durumu kəskin pisləşmişdir. Xəstəyə 2 paket (hər biri 300 ml olmaqla) eyni qrup qan köçürülmüşdür. Xəstənin vəziyyəti pisləşməkdə davam etmiş və Cavabdeh3a müraciət edilmişdir. 19 yanvar 2021 tarixdə saat 19:00 radələrində Cavabdeh3 reanimatoloqu tərəfindən “Elmed” klinikasında xəstəyə baxış keçirilmişdir. Baxış zamanı xəstənin durumu olduqca ağır kimi dəyərləndirilmişdir. Saat 19:45 radələrində qohumlarının və “Elmed” klinikasının həkimlərinin xahişi ilə xəstə ambulans vasitəsilə, oksigen dəstəyi ilə son dərəcə ağır vəziyyətdə “City Hospitala” gətirilmişdir. Daxil olarkən xəstənin ümumi vəziyyəti son dərəcə ağırdır. Huşu alaqaranlıq, dəridə görünən selik qişaları solğundur, kəskin halsızlıq, ümumi zəiflik qeyd edilir. Auskultasiyada ağ ciyərlər üzərində tənəffüs zəif eşidilir. Tənəffüs hərəkətlərinin sayı 18 vurğu/dəq. Ürəkdöyünmələrin sayı 116 vurğu/dəq. A/T — 90/60 mm.c.st. SpOo - 90%. Peritonun qıcıqlanma sindromu mənfidir. Döyəcləmə simptomu hər iki tərə mənfidir. Bədən səthi boyu geniş dəri səpgiləri və ishal qeyd edilir. Daxil olarkən durumu son dərəcə ağır və çıxarkən də durumu son dərəcə ağır olaraq qiymətləndirilir.
9. “Yeni Klinika” X38 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli epikrizdə qeyd olunmuşdur ki, xx.xx.1986-cı il təvəllüdlü xəstə X15 xx.xx.2021 tarixində TTY vasitəsi ilə Cavabdeh3dan KRVİ, COVİD-19-pozitiv, ağ ciyərlərin iki tərəfli total pnevmoniyasi, kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə “Yeni Klinika”ya gətirilmiş, ilkin dəyərləndirmədə saturasiyani təyin etmək olmamış, intub-boruda, sedasiyasi fonunda reanimasiya şöbəsinə yerləşdirilmişdir. Evdə şikayətləri boğulmadan olmuşdur. Yaxınlarının deməsinə görə özünü 2 gündür ki, xəstə hesab edir, burun çəpəri probleminə görə müalicə aldığını deyiblər. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, SP02-66%, A/T 76/43 PS 87, temperatur 36,0 C olmuşdur. Xəstəyə STA-ya qoşulmuş, AC/PC rejimdə saturasiya 75% qədər yüksəlmişdir. Xəstəyə antibakterial, antiviral müalicəyə aparılmışdır. Qanın qaz tərkibi, hemogram, koagulyasiya, kimyəvi, infeksion və digər göstəricilərə ciddi nəzarət olunmuşdur. Xəstəxanaya daxil olandan xəstədə sidik ifrazı olmamış, burun, ağız və bədənin müxtəlif nahiyyələrindən qanaxmalar olmuş. Endotraxeal borudan daimi qanlı ifrazat gəlmişdir. Lakin aparılan bütün tədbirlərə baxmayaraq xəstənin vəziyyəti proqressiv pişləşmiş, A/T düşməyə meylli olmuş, inotrop dəstək verilmişdir. Xəstənin vəziyyəti daha da ağırlaşmış, xx.xx.2021-ci il tarixdə saat 07:20 da ürək fəaliyyəti dayanmışdır, xəstədə asistoliya qeyd olunmuşdur. Aparılan CPR tədbirləri yetərsiz olmuş, 08:00 da bioloji ölüm qeyd edilmişdir.
10. Səhiyyə Nazirliyinin cərahiyyə üzrə baş mütəxəssisi Elçin Ağayev tərəfindən Səhiyyə Nazirliyinin daxili nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Sahib Səfərova ünvanlanmış cavab məktubuna görə xəstə fövqəladə-təxirəsalınmaz və ya təxirəsalınmaz qaydada əməliyyat icra olunursa o zaman mövcud şəraitdən asılı olaraq KT və “COVİD 19” müayinələri aparılmaya bilər. Yox əgər xəstəyə tənəffüs yollarında planlı cərrahi müdaxilə icra olunursa o zaman bu müayinələrin aparılması vacibdir. Hazırda COVİD-19 virusunun müəyyən edilməsi üçün standart kart-test üsulu stasionar müalicəyə qəbul olunan bütün xəstələr (fövqəladə təxirəsalınmaz əməliyyatlar istisna olunmaqla) üçün qəbuldan öncə məcburi qaydada həyata keçrilir. Əməliyyat icra olunan gün xəstəyə aparılan rentgenoloji müayinə zamanı ağciyərlərdə “buzlu şüşə” əlaməti aşkar olunmaya bilər. Belə ki bu, sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. Bu baxımdan, əməliyyatdan bir gün sonra daha dəqiq müayinə üsullları (məsələn döş qəfəsinin KT müayinəsi) vasitəsilə ağciyərlərin müəyyən qismində (bu halda 75%) “buzlu şüşə” əlaməti aşkar oluna bilər. Klinikalarda reanimasiya və intensiv terapiya şöbələrinin mövcudluğu, bu klinikaların fəaliyyət spektri ilə bağlıdır. Başqa sözlə, böyük həcmli cərrahi müdaxilələr (ürək-damar, döş qəfəsi və qarın boşluğu orqanlarında aparılan mürəkkəb əməliyyatlar) icra olunan klinikalarda reanimasiya şöbəsinin olması vacibdir. Burada əsas normativ tələblər reanimatoloji xidmətin həyata keçirilməsi üçün lazımi avadanlıqların və kadr potensialının olmasıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 700 manat, Cavabdeh3 MMCdən 1800 manat məbləğində pul vəsaitinin maddi zərər kimi tutularaq onlara ödənilməsi; cavabdehlərdən mənəvi zərər kimi 500000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə; həkim-Lor kimi özünü təqdim edən Natavan Əliyevanın barəsində müvafiq araşdırma aparılması və əsaslar olduğu təqdirdə barəsində cinayət işinin başlanılması üçün xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Günay Əliyeva (iddiaçılardan birinin qızı, digərini bacısı) tənəffüsündə məhdudiyyət yaranması səbəbindən “Elmed” Tibb Mərkəzində fəaliyyət göstərən həkim (Lor) Natavan Əliyevaya müraciət etmiş, həkim N.Əliyeva onu müayinə edərək, tənəffüsündə çətinlik yaranmasını Günay Əliyevanın burnunda çəpər əyriliyi olması ilə əlaqələndirmişdir. X31 Günay Əliyevaya təxirəsalmadan cərrahi əməliyyat edilməsinin zəruriliyini bildirmişdir. Bundan sonra, həkim N.Əliyeva xx.xx.2021-ci il tarixdə Günay Əliyeva ilə telefon əlaqəsi yaradaraq, cərrahiyyə əməliyyatını xx.xx.2021-ci il tarixdə həyata keçirəcəyini bəyan etmişdir. Qeyd edilən tarixdə həkim N.Əliyeva tərəfindən Günay Əliyevanın burun nahiyyəsində cərrahiyyə əməliyyatı icra olunmuşdur. Lakin, sonradan onlara bəlli olmuşdur ki, X31 və klinikanın tibbi personalı tərəfindən bütün zəruri təhlillər və müayinələr, xüsusi ilə pandemiya şəraitində əməliyyatdan öncə mərhuma müvafiq qan təhlilləri və ağciyər nahiyyəsinin müayinəsi aparılmamışdır. Nəticədə, xəstə üzərində zəruri müayinələr aparılmadan, sonuncu cərrahiyyə əməliyyatına buraxılmış və burun nahiyyəsində sadə bir əməliyyat edildikdən sonra mərhumun qəfildən vəziyyəti ağırlaşmışdır. Əməliyyat olunan gündən başlayaraq mərhumun orqanizminin son dərəcə zəiflədiyi, tez-tez və davamlı olaraq ögümə və qusma hallarının olması, çox miqdarda qan itirdiyi, təzyiqinin anormal olaraq aşağı düşdüyü xəstəxanadan onlara bildirilmişdir. Lakin mərhumun vəziyyətinin ağırlaşmasının səbəbləri barədə klinikadan onun yaxınlarına, o cümlədən onlara heç bir məlumat verilməmişdir. X31, mərhumun vəziyyətinin ağırlaşdığını qeyd edərək, onun başqa xəstəxanaya, daha doğrusu Cavabdeh3 klinikasına keçirilməsinin zəruriliyini mərhumun yaxınlarına bildirdikdən sonra, məhz onun məsləhətini nəzərə alaraq, xx.xx.2021-ci il tarixində mərhumu həkimin dediyi "City Hospital” klinikasına köçürmək məcburiyyətində qalmışlar. Cavabdeh3 klinikasına keçirildikdən sonra xx.xx.2021-ci il tarixdə səhər saatlarında həmin klinikanın Toğrul adlı həkimi xəstənin vəziyyətinin ağır olduğunu, onda böyrək çatışmazlığı və qara ciyərində ciddi problemlər yarandığını mərhumun yaxınlarına bildirmişdir. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə axşam saat təxminən 17.00-18.00 radələrində Cavabdeh3 klinikasının baş həkimi Bayram Qorçuyev mərhumun koronovirusa yoluxduğunu, vəziyyətinin daha da ağırlaşdığını bildirərək, onun “Yeni Klinika” tibb müəsissəsinə keçirilməsini məsləhət görmüşdür. Dərhal həmin axşam mərhumu “Yeni Klinika” tibb müəsissəsinə köçürmüşlər. Növbəti gün, yəni xx.xx.2021ci il tarixdə səhər saat 08.00 radələrində həkimlərin bütün müdaxilələrinə baxmayaraq mərhumun həyatını xilas etmək mümkün olmamış, Günay Əliyeva vəfat etmişdir. Nəticə etibarı ilə həkim-lor kimi özünü təqdim edən Natavan Əliyevanın, sonuncunun işlədiyi “Elmed” Tibb Mərkəzinin və Cavabdeh3 klinikasının tibbi personalının, bütün zəruri tibbi müayinə və təhlillər aparılmadan, zəruri müalicə tədbirləri həyata keçirilmədən, səhiyyə qanunvericiliyinə və tibbi normativlərə birbaşa zidd fəaliyyəti nəticəsində G.Əliyeva həyatdan məhrum olmuşdur. Nümayəndə-vəkil tərəfindən “Elmed” Tibb Mərkəzinə və Cavabdeh3 klinikasına müvafiq sorğular verilməklə, 1986cı il təvəllüdlü mərhumun müayinəsi (analizlər daxil olmaqla) və müalicəsi, o cümlədən sonuncu üzərində aparılmış cərrahi əməliyyat barədə bütün tibbi sənədlərin, habelə X24 xəstəlik tarixi barədə sənədlərin təsdiq edilmiş surətləri, mərhumun müayinəsi və müalicəsində iştirak etmiş həkimlər və tibb personalının, cərrahi əməliyyatı həyata keçirmiş X31nın ixtisasları barədə sənədlər, o cümlədən onların diplomları, sertifikasiyadan keçmələri barədə sənədlərin, habelə əmək müqavilələrinin təsdiq edilmiş surətləri tələb edilsə də, cavabdehlər tərəfindən vəkil sorğularına heç bir cavab verilməmişdir. Sonradan “Elmed” Tibb Mərkəzində fəaliyyət göstərən X31nın 29 il otolarinqoloq (lor) kimi iş təcrübəsinin olduğu qeyd edilmiş internet səhifəsində onun 1991-1992-ci il tarixlərdə pediatriya üzrə internatura keçdiyi müəyyən edilmişdir. Qeyd edilən pul vəsaitlərinin tutulduğu təqdirdə, həmin vəsaitlərin mərhumun azyaşlı uşaqlarının adına açılacaq bank hesablarında, onların yetkinlik yaşına çatana qədər saxlanılması, ana qayğısından məhrum olan uşaqların gələcək müqəddəratı və iddiaçılar - mərhumun anası və bacısının mənəvi təskinlik tapması üçün zəruridir.
13. Birinci instansiya məhkəməsində Şahid bildirmişdir ki, onun işlədiyi xəstəxanaya axşam saatlarında zəng olunaraq, xəstənin ağır vəziyyətdə olduğu bildirilmiş və təcili yaxınlaşmaları xahiş olunmuşdur. Onlar iki həkimdən ibarət tərkibdə xəstənin olduğu xəstəxanaya gəlmişlər. Həmin zaman digər xəstəxanaların xəstəni götürməkdən imtina etmələri barədə məlumatları olmamışdır. Onlar ünvana gəldikləri zaman xəstənin vəziyyəti ağır olmuşdur. Orada olan reanimotoloqlara xəstənin ümumi vəziyyəti barədə suallar verildikdə aydın cavab ala bilməmişlər. Xəstənin huşu aydın deyildi. Şəkərini yoxladıqda çox aşağı olduğu müəyyən edilmiş və ona qlükoza vurulmuşdur. Bundan sonra xəstənin vəziyyəti nisbətən yaxşılaşmışdır. Növbəti gün yenidən gəldikdə, xəstənin vəziyyətinin daha da ağırlaşdığını görmüş oksigen çatışmazlığından şübhələnmişlər. Müayinə etdikdə xəstənin ciyərlərində çoxlu miqdarda suyun olduğu məlum olmuşdur. Belə olduqda xəstəni məcbur aparata qoşmuşlar. Bundan sonra “Yeni Klinika” xəsətəxanasından avtomobil gəlib xəstəni aparmışdır.
14. Birinci instansiya məhkəməsində şahid X19 bildirmişdir ki, onu “Elmed” adlı xəstəxanaya çağırmışdılar. Həkim briqadasının tərkibində Şahid, Asif Şərifov da var idi. X28 əməliyyatdan əvvəl cərrahın, reanimotoloqun, kardioloqun və nefroloqun konsultasiyası aparılmış və infuzion müalicə keçirilmişdir. Xəstənin vəziyyəti əməliyyatdan sonra ağırlaşmış, şəkəri aşağı düşmüş, təzyiqi normal vəziyyətdə olmamış, huşu getmişdir. Mərhum bir-iki gün xəstəxanada qalmış, sonra qohumları sonuncunu başqa xəstəxanaya aparmışlar.
15. Birinci instansiya məhkəməsində şahid X25 göstərmişdir ki, onu “Elmed” adlı xəstəxanaya çağırmışdılar. X28 əməliyyatdan əvvəl cərrahın, reanimotoloqun, kardioloqun və nefroloqun konsultasiyası aparılmış və infuzion müalicə keçirilmişdir. Xəstənin vəziyyəti əməliyyatdan sonra ağırlaşmış, şəkəri aşağı düşmüş, təzyiqi normal vəziyyətdə olmamış, huşu getmişdir. Ona görə də xəstəyə qlükoza iynəsi vurmuş, bundan sonra xəstə bir az özünə gəlmişdir. Xəstə əməliyyat olunan zaman qan itirmiş, halbuki ona qan itirilmədiyi deyilmişdi. X35 palatada olan zaman onun yanında Natavan həkim də olmuş, sonuncu ona xəstədə “Covid 19” virusunun olub-olmaması barədə heç bir məlumat verməmişdir.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X17” X38 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, KEŞ-109 nömrəli rəyə əsasən: 1-3-cü suallar üzrə bütün planlı cərrahi müdaxilələrdən əvvəl mütləq sayılan “COVİD-19” virusuna yoluxma halının təyini müayinələrin aparılması, insanlar arasında koronavirus infeksiyasının profilaktikası, diaqnostikası və müalicəsi “TƏBİB” və Səhiyyə Nazirliyinin metodik göstərişləri ilə tənzimlənir. Bu təlimat müvəqqəti xarakter daşıyır. Təqdim olunan tövsiyyələr ABŞ, Avropa və Çin dövlətlərinin X1, eləcə də X6 (ÜST) mütəxəssisləri tərəfindən dərc olunmuş faktiki məlumatlara əsaslanır və mütəmadi olaraq yenilənir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol N29) təsdiq edilmiş “Koronavirus İnfeksiyasının (Covid-19) X39 Metodik Təlimat”ından da göründüyü kimi “COVİD-19” virusuna yoluxmuş xəstələrin vəziyyəti nəzərə alınaraq ev şəraitində (ambulator), stasionar, reanimasion və “COVİD-19” virusunun müalicəsi üzrə ixtisaslaşmış müəssisələr kimi şəraitlərdə aparıla bilər. Xəstənin bir klinikadan başqa klinikaya köçürülməsinin mümkün olub-olmaması onun vəziyyətindən asılıdır. Tibbi sənədlərdən də göründüyü kimi planlı cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni və “COVİD- 19” virusunun kart-Test üsulu yoxlanılması və onun hospitalizasiyası düzgün həyata keçirilmişdir ki, bu da hazırda mövcud olan metodik təlimatlara və tövsiyələrə uyğun olmuşdur.
17. 4-cü sual üzrə rentgenoloji müayinə zamanı “Buzlu şüşə” görüntüsü aşkar edilməyə bilər. Belə ki, bu, sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranması mümkündür.
18. 5-ci sual üzrə xəstənin evə buraxılması onun vəziyyəti kafi olduqdan sonra mümkündür, bu göstərici gün və saatlarla tənzimlənmir. Xəstənin hər hansı bir cərrahi müdaxilədən sonra stasionar müalicə günlərinin sayı orta hesabla nəzərə alınır və sağlamlığı kafi olduqda evə buraxılır.
19. 6-cı sual üzrə tibbi sənədlərə əsasən, xx.xx.2021 il tarixdə hər bir saatdan bir olmaqla daim xəstəyə instrumental müayinələr aparılmış, təzyiqi, tənəffüsün sayı, temperaturu və ürək döyüntülərinin sayı müayinə təyinat kartında qeyd edilmişdir.
20. 7-11-ci suallar üzrə “Elmed” X33 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin olunmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur.
21. 12-ci sual üzrə tibbi sənədlərdə göstərilənlərə əsasən xəstənin vəziyyətinin qənaətbəxş, müsbət hemodinamik göstəricilərinin və huşunun aydın olması onun xəstə yaxınlarının təkidi ilə Cavabdeh3a köçürülməsinə imkan vermişdir.
22. 13-16-cı suallar üzrə xəstənin başqa şöbəyə və xəstəxanaya köçürülməsi klinikada reanimasiya və intensiv terapiya şöbəsinin mövcudluğu klinikanın fəaliyyət spektri ilə bağlı olduğundan xəstənin vəziyyəti nəzərə alınaraq lazımi normativ tələbləri yaratmaq və reanimatoloji xidmətləri göstərmək üçün daha çox ixtisaslaşmış kadr potensialı, avadanlıqları olan xəstəxana və şöbələrə köçürülə bilər. Cavabdeh3 da digər tibb müəssisələri kimi ağır vəziyyətdə gələn xəstənin qəbulundan imtina edə bilməz, xəstə qəbul olunmalı və vəziyyəti stabilləşdikdən sonra daha ixtisaslı xəstəxanaya köçürülüb, müalicəsi davam etdirilməlidir. Xəstə “City Hospitalda qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City Hospitalda” X9 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur, tibbi sənədlərdə göstərilənlərə əsasən, xəstə G.Əliyevanın vəziyyətinin xx.xx.2021 -ci il tarixdə axşam saatlarında deyil, xx.xx.2021-ci il tarixdə səhər saatlarında ağırlaşdığı qeyd olunub. “Covid-19” virusu aşkarlandıqdan sonra xəstə yaxınlarının təkidi ilə daha ixtisaslaşmış Cavabdeh3a göndərilə bilər.
23. Birici instansiya məhkəməsində ekspert X10 bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X17” X38n xx.xx.2022-ci il tarixli rəyi onun tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan tibb sənədləri əsasında tərtib edilmişdir. X24 ölümünün səbəbi “Covid19”, ikitərəfli viral pnevmoniya, septik şok, ağır intoksikasiya, kəskin tənəffüs çatmamazlığıdır. Döş qəfəsi orqanlarının KT müayinəsində sağ ağciyərin orta payında “buzlu şüşə” sahəsi aşkar edilmişdir. Xəstədə “Covid-19” virusu kart-test üsulu ilə yoxlanmışdır ki, bunun da nəticəsi 60-70 faiz düzgün olur.
24. Birici instansiya məhkəməsində ekspert X29 bildirmişdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X17” X38n xx.xx.2022-ci il tarixli rəyi onun tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan xəstənin tibbi tarixçəsi, tibb sənədləri əsasında tərtib edilmişdir.
25. Birici instansiya məhkəməsində ekspert X29 bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X17” X38n xx.xx.2022-ci il tarixli rəyi onun tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan xəstənin tibbi tarixçəsi, tibb sənədləri əsasında tərtib edilmişdir. 18 yanvar 2021-ci il tarixində əməliyyat ərəfəsində xəstənin ağciyərlərində heç bir patologiya olmadığının rentqen vasitəsilə müəyyən edilməsi qeyd edilmişdir. “Covid-19” virusunun yoxlanılması yaxma analizi ilə yazılmış, lakin kart-test üsulu ilə yoxlanmışdır, virusun bu qaydada yoxlanması həkimin öz mülahizəsidir.
26. Birinci instansiya məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X17” X38 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 53 nömrəli rəyə əsasən:
27. 1-3-cü suallar üzrə bütün planlı cərrahi müdaxilələrdən əvvəl mütləq sayılan “COVİD- 19” virusuna yoluxma halının təyini üçün müayinələrin aparılması, insanlar arasında koronavirus infeksiyasının profilaktikası, diaqnostikası və müalicəsi “TƏBİB” və Səhiyyə Nazirliyinin metodik göstərişləri ilə tənzimlənir. Bu təlimat müvəqqəti xarakter daşıyır. Təqdim olunan tövsiyyələr ABŞ, Avropa və Çin dövlətlərinin X1, eləcə də X6 (ÜST) mütəxəssisləri tərəfindən dərc olunmuş faktiki məlumatlara əsaslanır və mütəmadi olaraq yenilənir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol N29) təsdiq edilmiş “Koronavirus İnfeksiyasının (Covid-19) X39 Metodik Təlimat”ından da göründüyü kimi “COVİD-19” virusuna yoluxmuş xəstələrin vəziyyəti nəzərə alınaraq ev şəraitində (ambulator), stasionar, reanimasion və “COVİD-19” virusunun müalicəsi üzrə ixtisaslaşmış müəssisələr kimi şəraitlərdə aparıla bilər. Xəstənin bir klinikadan başqa klinikaya köçürülməsinin mümkün olub-olmaması onun vəziyyətindən asılıdır. Tibbi sənədlərdən də göründüyü kimi planlı cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni və “COVİD-19” virusunun kart-test üsulu ilə yoxlanılması, və onun hospitalizasiyası düzgün həyata keçirilmişdir ki, bu da hazırda mövcud olan metodik təlimatlara və tövsiyələrə uyğun olmuşdur;
28. 4-cü sual üzrə rentgenoloji müayinə zamanı “Buzlu şüşə” görüntüsü aşkar edilməyə bilər, belə ki, bu, sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranması mümkündür;
29. 5-cü sual üzrə xəstənin evə buraxılması onun vəziyyəti kafi olduqdan sonra mümkündür, bu göstərici gün və saatlarla tənzimlənmir. Xəstənin hər hansı bir cərrahi müdaxilədən sonra stasionar müalicə günlərinin sayı orta hesabla nəzərə alınır və sağlamlığı kafi olduqda evə buraxılır;
30. 6-cı sual üzrə tibbi sənədlərə əsasən, xx.xx.2021 il tarixdə hər bir saatdan bir olmaqla daim xəstəyə instrumental müayinələr aparılmış, arterial təzyiqi, tənəffüsün sayı, temperaturu və ürək döyüntülərinin sayı müayinə təyinat kartında qeyd edilmişdir;
31. 7-11-ci suallar “Elmed” X33 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin olunmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur;
32. 12-ci sual üzrə tibbi sənədlərdə göstərilənlərə əsasən, xəstə yaxınlarının təkidi ilə Cavabdeh3a köçürmək üçün xəstənin vəziyyətinin qənaətbəxş olduğu qeyd edilmiş, müsbət hemodinamik göstəricilərinin və huşunun aydın olması onun köçürülməsinə imkan vermişdir;
33. 13-16 və 18-ci suallar üzrə xəstənin başqa şöbəyə və xəstəxanaya köçürülməsi Klinikada reanimasiya və intensiv terapiya şöbəsinin mövcudluğu bu klinikanın fəaliyyət spektri ilə bağlı olduğundan xəstənin vəziyyəti nəzərə alınaraq lazımi normativ tələbləri yaratmaq və reanimatoloji xidmətləri göstərmək üçün daha çox ixtisaslaşmış kadr potensialı, avadanlıqları olan xəstəxana və şöbələrə köçürülə bilər. Cavabdeh3 da digər tibb müəssisələri kimi ağır vəziyyətdə gələn xəstənin qəbulundan imtina edə bilməz, xəstə qəbul olunmalı və vəziyyəti stabilləşdikdən sonra daha ixtisaslı xəstəxanaya köçürülüb, müalicəsi davam etdirilməlidir. Xəstə Cavabdeh3da qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City Hospitalda” X9 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur;
34. 17 və 19-cu suallar üzrə Cavabdeh3da X8 adına tərtib edilmiş xəstəlik tarixinə əsasən xx.xx.2021-ci il tarixdə saat 19:45-də “Kəskin tənəffüs çatmamazlığı” diaqnozu ilə daxil olmuşdur. Onun vəziyyətinin ağırlığına uyğun olaraq instrumental müayinələr, döş qəfəsi orqanlarının KT müayinəsi, xəstəyə cərrahın, reanimatoloqun, kardioloqun və nefroloqun konsultasiyası və infuzion terapiya icra edilmişdir. Sonra hipoksiyanı nəzərə alaraq xəstə intubasiya edilərək süni ventilyasiyaya keçirilmişdir. Xəstənin vəziyyəti onun digər tibb müəssisəsinə köçürülməsinə imkan verəcək qədər stabilləşdirildikdən sonra xx.xx.2021-ci il tarixdə, saat 20:00-da 103 vasitəsilə ağır vəziyyətdə “Yeni Klinika”ya köçürülmüşdür.
35. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-33/2023 nömrəli, 07 iyun 2023-cü tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia ərizəsi təmin edilməmişdir.
36. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X15 18 yanvar 2023-cü il tarixdə “Elmed” klinikasında cavabdeh X23 tərəfindən “septoplastika” əməliyyatı keçirmişdir. Əməliyyatdan öncə klinikada pasiyentdən müəyyən analizlər, o cümlədən “ekspresstest” vasitəsilə “Covid-19” analizini götürülmüş, ağciyərlərin rentgenoqrafiyası, ürəyin exo-kartioqrafiyası kimi müayinələrdən keçirilmişdir. Əməliyyatda ağırlaşma müşahidə edilməmiş, əməliyyatdan sonra həmin klinikada vəziyyəti pisləşmiş, təzyiqi düşmüş, bədən temperaturu qalxmışdır. Xəstədən onun “Covid19” virusunun yoluxubyoluxmamasını təyin etmək məqsədilə yenidən analiz götürülmüş, PZR analizin nəticəsi müsbət olmuşdur. Daha sonra xəstə “X40”a köçürülmüş, orada xəstəyə müəyyən müalicə müayinə prosedurları həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdə icra edilən KT müayinəsi xəstənin ağciyərlərində 70- 80 faiz buzlaşmanın olduğunu təsbit etmişdir. Bundan sonra xəstə “Yeni Klinika” ya köçürülmüş, orada vəfat etmişdir.
37. Həmçinin müəyyən edilmişdir ki, iddiaçılar mərhum X11 “Elmed” Tibb Mərkəzi»nin həkimi Natavan Əliyevanın səhlənkarlığı nəticəsində ölməsi haqqında Binəqədi rayon prokurorluğuna müraciət etmiş, həmin müraciət əsasında aparılmış araşdırma nəticəsində xx.xx.2021-ci il tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə qeyd edilən qərar ləğv edilmiş və xx.xx.2022-ciil tarixdə yenidən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Sonuncu qərar Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli tarixli qərarı ilə ləğv edilmiş və iş əlavə araşdırılmaya göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Binəqədi rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və həmin qərar hazırda qüvvədədir. Sözügedən qərara əsasən X8 ölümü ilə bağlı “Elmed” Tibb Mərkəzinin həkimi X14 əməlində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri aşkar edilməmişdir.
38. Birinci instansiya məhkəməsi ilk öncə “Elmed” Tibb Mərkəzində fəaliyyət göstərən həkimlərin (o cümlədən həkim X14) hərəkət və ya hərəkətsizliyinin qanunsuz olubolmaması ilə əlaqədar iş materiallarında olan sübutları araşdıraraq göstərmişdir ki, 18 yanvar 2021-ci il tarixdə “Elmed” Tibb Mərkəzində X31 tərəfindən Günay Əliyevanın üzərində burun çəpər əyriliyi ilə bağlı septoplastika cərrahi əməliyyatı aparılmışdır. İddiaçılar həmin əməliyyatdan sonra G.Əliyevanın vəziyyətinin qəfildən ağırlaşaraq, səhhətindəki bu ağırlaşmanin bir neçə gün ərzində Günay Əliyevanın ölümü ilə nəticələnməsini göstərərək həkim-Lor kimi özünü təqdim edən Natavan Əliyevanın, sonuncunun işlədiyi “Elmed” Tibb Mərkəzinin və Cavabdeh3 klinikasının tibbi personalının, bütün zəruri tibbi müayinə və təhlillər aparılmadan, zəruri müalicə tədbirləri həyata keçirilmədən, səhiyyə qanunvericiliyinə və tibbi normativlərə birbaşa zidd fəaliyyəti nəticəsində Günay Əliyeva həyatdan məhrum olmasını iddia edərək maddi və mənəvi ziyanı məruz qalmalarını göstərmişlər. Müəyyən edilmişdir ki, X23 N.Nərimanov adına Azərbaycan Tibb Universitetində “pediatriya” ixtisası üzrə təhsil alsa da, ona otorinolarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün xx.xx.2013-cü il tarixli, AH 009473 və xx.xx.2018-ci il tarixli, AH 030064 nömrəli “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamələri verilmişdir. Beləliklə, X14 otorinolarinqologiya ixtisası üzrə fəaliyyət göstərmək səlahiyyəti olmuşdir.
39. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, hazırki icraat çərçivəsində iki dəfə məhkəmə-tibbi ekspertizası təyin edilərək, iddia tələblərinin əsaslılığı baxımından ekspertlər qarşısında müvafiq suallar qoyulmuşdur. Ekspertiza rəylərində birmənalı olaraq qeyd edilmişdir ki “Elmed” X33 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin olunmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur. Həmçinin ekspert rəylərində konkret olaraq qeyd edilmişdir ki, xəstə Cavabdeh3da qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City Hospitalda” X9 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur.
40. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyləri mərhumənin ölməsi ilə cavabdeh klinikaların həkimləri tərəfindən həyata keçirilmiş əməliyyat arasında hər hansı bir əlaqənin olması istisna edilmişdir. Əməliyyatı icra etmiş həkim barədə cinayət işinin başlanmasının rədd edilməsi barədə prokurorluq tərəfindən qəbul edilmiş qərar dəfələrlə ləğv edilmiş və sonuncu əlavə araşdırma zamanı da eyni məzmunlu qərar qəbul edilərək “Elmed” Tibb Mərkəzinin həkimi X14 əməlində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyi əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və bu qərar hazırda qüvvədədir.
41. Birinci instansiya məhkəməsi zərər və deliktlə bağlı qanunvericiliyin normalarına istinadən qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçılar onlara maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə işdə olan sübutlarla cavabdeh təşkilatların həkimləri tərəfindən mərhuma təyin olunmuş diaqnozun düzgün qoyulduğu, müayinə və müalicənin isə düzgün aparıldığı müəyyən edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, mərhumə X3” Tibb Mərkəzinin həkimi X23 tərəfindən əməliyyat olunmamışdan əvvəl “COVİD-19” (kart test) aparılmış, nəticə «neqativ» olmuşdur. Ekspertiza rəylərindən də göründüyü kimi, planlı cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni və “COVİD-19” virusunun kart-Test üsulu ilə yoxlanılması və onun hospitalizasiyası düzgün həyata keçirilmişdir ki, bu da hazırda mövcud olan metodik təlimatlara və tövsiyələrə uyğun olmuşdur.
42. Birinci instansiya məhkəməsi göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə mərhumə X8 tənəffüsündə və hemodinamik göstəricilərdə qeyri-stabillik, bədən hərarətinin 38,5 C olması qeyd olunduğu üçün intensiv terapiya aparılmaqla yanaşı konsilium ilə təcili “COVİD-19” təkrar diaqnostika üçün qandan İgM və İgG yoxlanılmış və nəticə pozitiv çıxmış, konsilium əsasında mərhumə artıq “COVİD-19” diaqnozu ilə Cavabdeh3a köçürülmüşdür. İşin araşdırılmış halları ilə müəyyən edildiyi kimi xəstənin vəziyyətinin qənaətbəxş, müsbət hemodinamik göstəricilərinin və huşunun aydın olması onun yaxınlarının təkidi ilə Cavabdeh3a köçürülməsinə imkan vermiş, orada döş orqanlarının KT müayinəsində sağ ağciyərin orta rayında “Buzlu şüşə” sahəsi aşkar edilmiş, onun vəziyyəti aktiv fazada olan kəskin “COVİD-19” pnevmaniyası fonunda septik şok intoksasiyası kimi dəyərləndirilmiş və ağır vəziyyətdə «Yeni Klinika»ya köçürülmüşdür. Buna qədər isə Cavabdeh3da X9 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olması iş üzrə verilmiş rəylərdə öz təsdiqini tapmışdır. Həmçinin də ekspert rəylərindən göründüyü kimi, “Elmed” Tibb Mərkəzində cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni zamanı “Buzlu şüşə” görüntüsü aşkar edilməməyə bilərdi. Belə ki, bu sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranması mümkündür.
43. Birinci instansiya məhkəməsinin qənaətinə görə mərhum X3” Tibb Mərkəzinin həkimi X23 tərəfindən əməliyyat olunmamışdan əvvəl onda “COVİD-19” virusuna yoluxmasının əlamətləri artıq var idisə belə, əməliyyatdan əvvəlki müayinələr əsasında bu hal müəyyən edilmədiyindən əməliyyatdan sonrakı dönəmdə onun vəziyyətinin ağırlaşmasının səbəbi kimi həmin virusun əlamətlərinin onda olmasının büruzə verməsi cavabdehlər tərəfindən işlərinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsinin yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi hallarının təsdiqi kimi qiymətləndirilə bilməz.
44. Birinci instansiya məhkəməsinin vurğulamışdır ki, “Elmed” Tibb Mərkəzinin həkimi X23 tərəfindən Günay Əliyevanın üzərində burun çəpər əyriliyi ilə bağlı hər hansı qeyriqanuni hərəkətə və ya öz xidməti vəzifəsinin yerinə yetirməsi ilə bağlı hər hansı hərəkətsizləyə yol verməsi həm istintaq orqanı, həm də iş üzrə keçirilmiş eksertiza rəyləri ilə də təsdiq edilmir. Belə olan halda isə X14 işlədiyi “Elmed” Tibb Mərkəzinin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. Eyni hallar digər cavabdeh “X40”a da aid olmaqla cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əməllərə yol verilməsi heç bir mötəbər və tutarlı sübut növləri ilə öz təsdiqini tapmamışdır.
45. Birinci instansiya məhkəməsi göstərilən nəticələrə gələrkən ekspert rəyinin sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olmasını nəzərə almışdır. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmir, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterlidir.
46. Birinci instansiya məhkəməsi ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, digər sübutlar, o cümlədən dindirilmiş ekspertlərin, şahidlərin ifadələri təsdiq edildiyini nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirmişdir.
47. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, onlar baş verənləri aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir.
48. Beləliklə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçıların tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu, yəni əməliyyatı həyata keçirən cavabdeh təşkilatın həkiminin (X14) tibbi normaları (standartları) pozmaqla səhvə yol verdiyi, cavabdehlər tərəfindən diaqnozun və təyin edilmiş müalicənin düzgün aparılmaması və bunun nəticəsində iddiaçıların maddi zərərə məruz qaldığı öz təsdiqini tapmamışdır.
49. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096, 1097.1, 1099.1, 1121-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 59-cu, “Özəl tibbi fəaliyyət haqqında” Qanunun 9, 16-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
50. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
51. Apellyasiya şikayətində işin halları ilə yanaşı, aşağıdakılara istinad edilmişdir: - birinci instansiya məhkəməsi iş üzrə eyni məzmunlu 2 ekspert rəylərinə əsaslanmışdır. Lakin, nə qədər qəribə görünsə də, qətnamədə 2 ekspert rəylərinə istinad edən hakim məhkəmə araşdırması zamanı özündən əvvəl işə baxmış hakim tərəfindən təyin edilmiş birinci ekspertiza rəyini əvvəlcə kifayət qədər ziddiyyətli və aydın hesab etməyərək, ikinci dəfə məhkəmə-tibb ekspertizası təyin etmiş və sonradan ikinci ekspert rəyinin əvvəlki rəyi olduğu kimi təkrar etməsinə baxmayaraq, nədənsə, iki eyni məzmunlu rəyi aydın və əsaslı hesab etmiş və onlara əsaslanmışdır. Halbuki, həmin ekspert rəylərində, cavabdehlər qismində cəlb edilmiş həkim və hər iki klinikanın xəstəyə münasibətdə qüsursuz və qüvvədə olan təlimatlara uyğun fəaliyyət göstərdikləri əks olunsa da, qeyd olunan təlimatlar (normativlər) barədə rəylərdə heç bir məlumat göstərilməmiş, həmçinin, rəylərdə qoyulmuş sualların əksəriyyətinə cavab verilməməsi ilə yanaşı, COVİD-19 virusuna yoluxduğu göstərilən xəstə Günay Əliyevanın üzərində cərrahi əməliyyat keçirilməsinə və bundan sonra bu sahədə ixtisaslaşmayan “Elmed” Tibb Mərkəzində və Cavabdeh3da nə səbəbə bu xəstənin qəbul edilərək üç gün saxlanılmasına, ixtisaslaşdırılmış tibb müəssisəsinə vaxtında köçürülməməsinə də aydınlıq gətirilməmişdir; - ekspertlər tərəfindən klinikalarda tərtib olunmuş tibbi sənədlərdə, xüsusən xəstəlik tarixlərində aparılmış qeydlərdə xəstənin vəziyyəti barədə aşkar ziddiyyətlərin olmasına, xəstənin “Elmed” Tibb Mərkəzindən digər tibb müəssisəsi Cavabdeh3a köçürülərkən, onun COVİD-19 virusuna yoluxması barədə Cavabdeh3ın həkimlərinə məlumat verilməməsinə (bu fakt xəstə qəbul edilərkən orada iştirak edən klinikanın həkimlərinin ifadələri ilə tam təsdiq edilmişdir) ekspert rəylərində heç bir münasibət bildirilməmişdir; - birinci instansiya məhkəməsi həmçinin qətnamədə qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə qeyd etmişdir ki, məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçılar onlara maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir (qətnamə səh.13,abz.9); qəribədir, birinci instansiya məhkəməsinin hakimi yuxarıdakıları öz qətnaməsində yazarkən, nədənsə, COVİD-19 virusuna yoluxduğu göstərilən, iki azyaşlı uşaq anası olmuş gənc bir qadın Günay Əliyevanın dərhal bu sahədə ixtisaslaşdırılmış klinikaya keçirilməsi üçün tədbirlər görülməli olduğu halda, COVİD xəstəsi ola-ola sonuncu üzrərində cərrahi əməliyyatın icra edilməsi və bundan sonra üç gün COVİD xəstəsinin bu sahədə ixtisaslaşmayan klinikalarda əsassız və qanunsuz saxlanılmasının, xəstənin ölümünə gətirib çıxaran əsas səbəb olduğunu görə bilməmişdir; - aşağıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamış və həmin hallara heç bir münasibət bildirilməmişdir: 1) tənəffüs yollarında planlı cərrahi müdaxilədən əvvəl KT və Covid-19 müayinələrinin aparılması vacib olduğu halda, təcili və təxirəsalınmaz əməliyyat olmayan burun çəpəri əməliyyatı ərəfəsində, “Elmed” Tibb Mərkəzi və X31 tərəfindən xəstə Günay Əliyevaya münasibətdə həmin müayinələr hansı səbəblərdən aparılmadığı, bu sahədə normativ tələblərin nədən ibarət olduğu məhkəmə tərəfindən aydınlaşdırılmamışdır; 2) “Elmed” Tibb Mərkəzi və X31 tərəfindən, sonuncunun dediklərinə əsasən, tənəffüs yollarında planlı cərrahi müdaxilədən əvvəl COVİD-19 virusunun yoxlanılması “(kart-test)” vasitəsilə həyata keçirilmişdir, təcili və təxirəsalınmaz əməliyyat olmayan burun çəpəri əməliyyatı keçirilməmişdən əvvəl hansı səbəbdən COVİD-19 virusunun yoxlanılmasının TƏBİB vasitəsilə deyil, aptekdən alınmış “(kart-test)” vasitəsilə həyata keçirilməsinə, “Elmed” Tibb Mərkəzinin COVİD-19 virusunun yoxlanılması üçün təhlillər aparmaq səlahiyyətinin olmadığına, TƏBİB-in sistemində qeydiyyatdan keçmədiyinə, heç bir münasibət bildirilməmişdir. Məhkəmə bu məsələ ilə bağlı normativ tələblərin nədən ibarət olduğunu aydınlaşdırmamışdır. 3) birinci instansiya məhkəməsi, “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində əməliyyat icra edilən gün, yəni xx.xx.2021ci il tarixdə əməliyyat ərəfəsində xəstənin ağciyərlərində heç bir patalogiya olmadığının guya rentgen vasitəsilə müəyyən olunması qeyd olunsa da, növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə, xəstənin COVİD xəstəsi olduğunun müəyyən edilməsinə, bir gün ərzində həmin xəstənin ağciyərlərində 75 % buzlaşma (buzlu şüşə sahəsinin) əmələ gəlməsinə və bundan sonra xəstənin ixtisaslaşdırılmış klinikaya köçürülməsi üçün heç bir tədbir görülməməsinə qiymət verməmişdir; 4) birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xx.xx.2021-ci il, saat 14.30-da xəstə Günay Əliyevanın əməliyyatının fəsadsız yekunlaşdığı, xəstənin vəziyyətinin əməliyyatdan sonrakı dövrə uyğun olduğu, qanaxma olmadığının aşkar qeyd edilməsinə baxmayaraq, nədənsə, xəstə əməliyyat olunan günün sonunda evə buraxılmamış və növbəti günə qədər xəstəxanada saxlanılmış, “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xx.xx.2021-ci il, saat 14.30-dan xx.xx.2021-ci il saat 10.00-a qədər heç bir qeyd aparılmamış, xəstənin vəziyyəti, habelə onunla hansı müayinə və müalicə tədbirlərinin aparıldığı qeyri-müəyyən qalmışdır. Göstərilən zaman kəsiyində xəstənin vəziyyəti, müayinə və müalicələrinin nədən ibarət olduğu məlum olmamışdır; 5) “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xx.xx.2021-ci il, saat 10.00-11.00-a olan qeydlərdən görünür ki, xəstənin vəziyyətində nisbi dəyişiklik var, ....xəstənin burnuna qoyulan tamponlar qurudur, burun udlaqdan axıntı yoxdur, xəstənin təzyiqinin düşməyə meyilli olması nəzərə alınaraq, eyni qrup A(İİ)+250 ml qan köçürülməsinə qərar verilmişdir. Qanaxma olmadığı halda, yalnız təzyiqin düşməyə meyilli olması səbəbindən qan köçürülməsinin hansı səbəblərdən icra olunması da birinci instansiya məhkəməsi üçün maraqlı olmamışdır; 6) “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xx.xx.2021-ci il tarixdə saat 13.20-də xəstənin vəziyyətində yaxşılaşma qeyd olunmadığı və hərarətinin 38,5 olduğu göstərilmiş və bu nəzərə alınaraq xəstənin qanı Starlab klinikasına COVİD-19 virusuna yoluxmanın yoxlanılması üçün saat 14.15-də göndərilmiş və 15.23-də təhlilin nəticəsi pozitiv çıxmışdır. Belə vəziyyətdə, COVİD-19 virusuna yoluxan xəstəni saat 15.30-dan 19.45ə qədər saxlayan “Elmed” Tibb Mərkəzi xəstənin nə səbəbə ixtisaslaşdırılmış klinikaya köçürülməsi üçün heç bir tədbir görməməsinə birinci instansiya məhkəməsi göz yummuşdur; 7) “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində saat 19.40-da qeyd edilmişdir ki, xəstə G.Əliyevanın vəziyyəti qənaətbəxşdir, müsbət hemodinamik göstərişlər, huşu aydın vəziyyətdə Cavabdeh3a köçürüldü, valideynlərinin təkidi ilə, belə halda, yəni xəstənin vəziyyəti qənaətbəxş idisə, sonuncunun Cavabdeh3a köçürülməsi hansı zərurətdən irəli gəlirdi, huşu aydın olan xəstəyə və yaxınlarına COVİD-19 virusuna yoluxması barədə yazılı məlumat verilməməsi, bu virus üzrə ixtisaslaşmayan klinikaya köçürülmənin xəstənin və onun qohumlarının yazılı razılığı olmadan həyata keçirilməsinin normativlərə uyğun olub olmaması birinci instansiya məhkəməsi tərəfindən, ümumiyyətlə, qiymətləndirilməmişdir. 8) məhkəmə araşdırması zamanı Cavabdeh3ın həkimlərinin izahatlarından müəyyən edilmişdir ki, xəstənin COVİD-19 virusuna yoluxması barədə “Elmed” Tibb Mərkəzindən onlara heç bir məlumat verilməmiş, xəstənin heç bir tibbi sənədi, xəstəlik tarixi onlara təqdim edilməmişdir. Belə olan halda, yəni son dərəcə ağır vəziyyətdə olan xəstənin Cavabdeh3a köçürülməsi zamanı, xəstənin tibbi sənədlərinin (xəstəlik tarixinin), habelə xəstənin COVİD-19 virusuna yoluxması barədə məlumatın “Elmed” Tibb Mərkəzi tərəfindən Cavabdeh3a təqdim edilməməsinin işin həlli üçün mühüm əhəmiyyət kəsb etdiyinə baxmayaraq, məhkəmə bu halı görməzdən gəlmişdir; 9) Cavabdeh3ın xəstəlik tarixindən müəyyən edilir ki, xəstə Günay Əliyeva, xx.xx.2021-ci il tarixdə saat 19.45-də Cavabdeh3a daxil olarkən, vəziyyəti son dərəcə ağır olmuş, kəskin tənəffüs çatışmazlığı olmuşdur. COVİD-19 virusuna yoluxmaya əsaslı şübhələr olduğu halda, bu sahədə ixtisaslaşmayan Cavabdeh3 klinikası hansı səbəbdən belə xəstənin müvafiq təhlillərini aparmadan (test etmədən) onu xəstəxanaya qəbul etməsinə də məhkəmə heç bir münasibət bildirməmişdir. Məhkəmə eyni zamanda, xəstə köçürülərkən, “Elmed” Tibb Mərkəzinin xəstəlik tarixində xəstənin vəziyyətinin qənaətbəxş, müsbət hemodinamik göstərişlər olduğu barədə qeydlər ilə Cavabdeh3 klinikasının xəstəlik tarixində isə eyni vaxt üçün, əksinə xəstənin vəziyyətinin son dərəcə ağır olması, kəskin tənəffüs çatışmazlığının olması barədə qeydlər arasında ziddiyyətləri də aydınlaşdırmaq istəməmişdir. Bu ziddiyətlərlə bağlı suallar qarşısında, ekspertlər də aciz qalmışlar; 10) COVİD-19 virusuna yoluxması qeyd olunan xəstə Günay Əliyeva xx.xx.2021-ci il tarixdə, saat 19.45-də Cavabdeh3a daxil olduqdan dərhal sonra onun KT müayinəsindən keçirilməməsi, bu müayinənin yalnız növbəti gün xx.xx.2021-ci il tarixdə keçirilməsinin, nəticədə xəstənin lüzumsuz yerə ixtisaslaşmayan klinikada saxlanılmasının davam etdirilməsi və sonuncunun vəziyyətinin daha da ağırlaşması və sonda onun həyatını itirməsinə səbəb olmasına da məhkəmə münasibət bildirmək istəməmişdir; 11) hər iki klinikanın və həkimlərin, xüsusilə Natavan Əliyevanın bütün imkanları olduğu halda, COVİD-19 virusuna yoluxması qeyd olunan xəstə Günay Əliyeva üzərində dərhal, təxirəsalınmadan KT və Covid-19 müayinələrinin aparılması və TƏBİB-ə məlumat verilməsi, sonuncunun ixtisaslaşdırılmış müalicə müəssisəsinə yerləşdirilməsi üçün heç bir tədbir görülməməsinə məhkəmə lazımi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
53. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5611/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski).
54. Apellyasiya instansiyası məhkəməsi birinci instanasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, iş üzrə 2 dəfə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertlər qarşısında iddia tələblərinin əsaslılığı baxımından müvafiq suallar qoyulmuşdur. Ekspertiza rəylərində birmənalı olaraq qeyd edilmişdir ki, “Elmed” X33 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin olunmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur. Həmçinin də ekspert rəylərində konkret olaraq qeyd edilmişdir ki, xəstə Cavabdeh3da qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City Hospitalda” X9 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur.
55. Beləliklə, ekspert rəyləri ilə G.Əliyevanın ölməsi ilə cavabdeh klinikaların həkimləri tərəfindən həyata keçirilmiş əməliyyat arasında hər hansı bir əlaqənin olması istisna edilmişdir. Əməliyyatı icra etmiş həkim barədə cinayət işinin başlanmasının rədd edilməsi barədə prokurorluq tərəfindən qəbul edilmiş qərar dəfələrlə ləğv edilmiş və sonuncu əlavə araşdırma zamanı da eyni məzmunlu qərar qəbul edilərək, “Elmed” Tibb Mərkəzinin həkimi X14 əməlində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyinə əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və bu qərar hazırda qüvvədədir.
56. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qətnamədə iki ekspert rəyinə istinad olunması, ilk rəyin ziddiyyətli və aydın olmaması əsası ilə ikinci dəfə təkrar ekspertizanın keçirilməsi dəlilinə münasibətdə bildirmişdir ki, hər iki ekspertizanın keçirilməsinə dair məhkəmə qərardadına əsasən müvafiq ekspertizalar iddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə əsasən, təkrar ekspertiza Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 102.3-cü maddəsi əsas götürülməklə təyin edilmişdir.
57. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlili olaraq G.Əliyevanın ölümü ilə nəticələnən hadisənin həkim və xəstəxananın tibbi protokola zidd davranışı ilə əlaqədar olmasının məhkəmə tərəfindən iddia tələbinin təmin olunması üçün əsas götürülməməsinə münasibətdə bildirmişdir ki, baş vermiş hadisənin tibb müəssisəsinin və onun əməkdaşlarının təqsiri ilə əlaqədar olub-olmaması təyin olunmuş ekspertiza zamanı ekspert qarşısında qoyulmuş suallarla əhatə olunmuş, atılan addımların tibbi protokola uyğunluğunun aydınlaşdırılması sahə üzrə xüsusi bilik tələb etdiyindən, ekspert rəyi əsas götürülmüşdür. Müəyyən edilmişdir ki, mərhum X3” Tibb Mərkəzinin həkimi X23 tərəfindən əməliyyat olunmamışdan əvvəl “COVİD-19” (kart test) aparılmış, nəticə «neqativ» olmuşdur. Ekspertiza rəylərindən də göründüyü kimi, planlı cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni və “COVİD-19” virusunun kart-Test üsulu ilə yoxlanılması və onun hospitalizasiyası düzgün həyata keçirilmişdir ki, bu da hazırda mövcud olan metodik təlimatlara və tövsiyələrə uyğun olmuşdur.
58. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, ekspert rəylərindən “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranmasının mümkün olduğu müəyyən edilir.
59. Apellyasiya instansiyası məhkəməsi qənaətinə görə X3” Tibb Mərkəzinin həkimi X23 tərəfindən əməliyyat olunmamışdan əvvəl onda “COVİD-19” virusuna yoluxmasının əlamətləri artıq var idisə belə, əməliyyatdan əvvəlki müayinələr əsasında bu hal müəyyən edilmədiyindən əməliyyadan sonrakı dönəmdə onun vəziyyətinin ağırlaşmasının səbəbi kimi həmin virusun əlamətlərinin onda olmasının büruzə verməsi cavabdehlər tərəfindən işlərinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsinin yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi hallarının təsdiqi kimi qiymətləndirilə bilməz.
60. “Elmed” Tibb Mərkəzinin həkimi X23 tərəfindən Günay Əliyevanın üzərində burnunda çəpər əyriliyi ilə bağlı hər hansı qeyri-qanuni hərəkətə və ya öz xidməti vəzifəsinin yerinə yetirməsi ilə bağlı hər hansı hərəkətsizliyə yol verməsi həm istintaq orqanı, həm də iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə də təsdiq edilmir. Belə olan halda isə X14 işlədiyi “Elmed” Tibb Mərkəzinin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.
61. Eyni hallar digər cavabdeh “X40”a da aid olmaqla cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əməllərə yol verilməsi heç bir mötəbər və tutarlı sübut növləri ilə öz təsdiqini tapmamışdır.
62. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
63. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxırdı.
64. Beləliklə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, iddia tələbi əsassızdır və təmin edilə bilməz.
65. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21, 1096.1, 1096.2, 1097.1, 1099, 1121-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 59-cu, “Özəl tibbi fəaliyyət” haqqında Qanunun 9, 16-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.
c) Kassasiya instansiya məhkəməsində icraat
66. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1450/2024 nömrəli 01 may 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5611/2023 nömrəli 6 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. (hakimlər – A.Abbasov (məruzəçi), V.Məmmədov və Z.Əliyev)
67. Kassasiya instansiya məhkəməsi işi yeni apellyasiya baxışına qaytararkən göstərmişdir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X17” X38 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, KEŞ-109 nömrəli rəydə 4-cü sual üzrə göstərilmişdir ki, rentgenoloji müayinə zamanı “Buzlu şüşə” görüntüsü aşkar edilməyə bilər. Belə ki, bu, sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranması mümkündür. Qeyd edilən rəydən belə görünür ki, “Buzlu şüşə” görüntüsünün aşkar edilməsi sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. Belə olan halda, “COVİD-19” virusunun kəskin yayıldığı dövrdə xəstənin sadə rentgenoloji müayinə ilə kifayətlənməklə müayinəsinin aparılmasının tibbi göstərişlərə uyğun olub-olmaması sual doğurur, lakin bu suala cavab verilməyib. Həmçinin işin müəyyən edilmiş hallarına görə xəstədə “COVİD-19” virusu kart-test vasitəsilə yoxlanımışdır. Cavabdeh (həkim) N.Əliyeva xəstədə koronovirusun olub-olmamasını kart-test vasitəsilə yoxlanmasını və bu testin məlumatlılıq faizinin təxminən 50-60 faiz olmasını göstərmişdir. Eləcə də xx.xx.2022-ci il tarixli rəyi tərtib edən ekspert X10 da xəstədə “Covid-19” virusunun kart-test üsulu ilə yoxlanmasını, bunun da nəticəsinin 60-70 faiz düzgün olduğunu demişdir. Ağır pandemiya dövründə məlumatlılıq səviyyəsi 50-70 faiz arasında dəyişən testin nəticələrinin xəstənin əməliyyat edilməsinə imkan verib-verməməsi də ekspert rəyindən aydın deyil, işin bu halına məhkəmə də aydınlıq gətirməmişdir. Həmçinin aydın deyil ki, xəstədə “COVİD-19” virusu kart-test vasitəsilə və ya sadə rentgenoloji müayinə üsulu ilə yoxlanıb. Çünki cavabdeh (həkim) N.Əliyeva xəstədə koronovirusun olubolmamasını kart-test vasitəsilə yoxladığını deyib, rəydə isə bunun sadə rentgenoloji müayinə üsulu ilə yoxlanması qeyd edilib. Bundan əlavə, rəydə “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranmasının mümkünlüyü qeyd edilib. Səhiyyə Nazirliyinin cərahiyyə üzrə baş mütəxəssisi Elçin Ağayev tərəfindən Səhiyyə Nazirliyinin daxili nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Sahib Səfərova ünvanlanmış cavab məktubunda (İ cild, i.v.343) qeyd edilmişdir ki, əməliyyat icra olunan gün xəstəyə aparılan rentgenoloji müayinə zamanı ağciyərlərdə “buzlu şüşə” əlaməti aşkar olunmaya bilər. Belə ki bu, sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. Bu baxımdan, əməliyyatdan bir gün sonra daha dəqiq müayinə üsullları (məsələn döş qəfəsinin KT müayinəsi) vasitəsilə ağciyərlərin müəyyən qismində (bu halda 75%) “buzlu şüşə” əlaməti aşkar oluna bilər. Rəydə “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranmasının mümkünlüyü istisna edilməsə də, onun faiz dərəcəsi ilə belə qısa müddətdə yaranmasının mümkünlüyünə aydınlıq gətirilməyib. Yəni, “COVİD- 19” virusu aşkar edilməyən xəstədə bir gün ərzində ağciyərlərinin müəyyən qismində 75% “buzlu şüşə” əlaməti aşkar edillə bilərdi, ya yox, bu suala cavab nə rəydə göstərilb, nə də ki, məhkəmə bunu dəqiqləşdirməyib. Səhiyyə Nazirliyinin cərahiyyə üzrə baş mütəxəssisi Elçin Ağayevin yuxarıda istinad edilən məktubunda həmçinin göstərilmişdir ki, xəstə fövqəladə-təxirəsalınmaz və ya təxirəsalınmaz qaydada əməliyyat icra olunursa o zaman mövcud şəraitdən asılı olaraq, xəstənin KT və “COVİD 19” müayinələri aparılmaya bilər. Yox, əgər xəstəyə tənəffüs yollarında planlı cərrahi müdaxilə icra olunursa, o zaman bu müayinələrin aparılması vacibdir. Məktubda qeyd edilənlərdən burun-çəpər əyriliyi əməliyyatının fövqəladətəxirəsalınmaz və ya təxirəsalınmaz qaydada əməliyyat olmaması, bunun planlı cərrahi müdaxilə olması, belə olan halda, xəstədə KT (Kompüter tomoqrafiyası) və “COVİD- 19” müayinələrinin aparılmasının vacib olması görünür. Bu baxımdan, xəstənin əməliyyatdan əvvəl nəyə görə KT müayinəsindən keçməməsi məsələsinə aydınlıq gətirilməli idi, lakin birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh3 MMC-nin nümayəndəsi X26 göstərmişdir ki, əməliyyata gedəndə də “COVİD19” virusu xəstədə olmuşdur. Lakin ağciyərin rentgeni zamanı bu, özünü biruzə verməmiş, əməliyyat olunduqdan dərhal sonra isə orqanizmin zəifləməsi nəticəsində xəstəlik ağırlamışdır. Xəstə Cavabdeh3a gətirildiyini zaman ağır vəziyyətdə olduğundan onu dərhal “Covid-19” xəstəliyindən müyainə etmək mümkün olmamışdır. Vacib olan test deyil, kompüter tomoqrafiyasıdır. Göründüyü kimi, Cavabdeh3 MMC-nin nümayəndəsi xəstədə əməliyyatdan əvvəl də “COVİD-19” virusunun olmasını istisna etməmiş, bu zaman müayinə üsulu kimi kompüter tomoqrafiyasının vacib olmasını bildirmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli rəyi tərtib edən ekspert X29 bildirmişdir ki, xəstədə “COVİD-19” virusunun yoxlanılması yaxma analizi ilə yazılmış, lakin kart-test üsulu ilə yoxlanmışdır, virusun bu qaydada yoxlanması həkimin öz mülahizəsidir. Birinci instansiya məhkəməsi Cavabdeh3 MMC-nin nümayəndəsinin və ekspert Ayaz Qasımovun yuxarıda qeyd edilən izahatları yönündə araşdırma aparmamış, Cavabdeh3 MMC-nin nümayəndəsini xəstənin əməliyyatdan əvvəl də “COVİD-19” virusuna yoluxmasının nədən, hansı sənədlərdən müəyyən etməsi, eləcə də eksperti xəstənin yaxma analizi ilə yazılmasına baxmayaraq, kart-test üsulu ilə yoxlanmasının tibbi göstərişlərə uyğun olub-olmaması barədə sorğu-sual etməmiş, sənədlərə düzgün məlumat yazılmamasında həkimin hansı məsuliyyət daşımasına aydınlıq gətirməmişdir. Lakin “Məhkəmə-Tibbi Ekspertiza və X17” X38 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 53 nömrəli rəy də (işin hallarının müəyyən edilməsi baxmından əhəmiyyətsiz istisnalar nəzərə alınmasa) əvvəlki rəydən heç nə ilə fərqlənməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin rəylə razılaşmışdır.”
c) Proses iştirakçılarının izahatı
68. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
69. Cavabdeh1 MMC-nin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
70. Cavabdeh N.Əliyevanın nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
71. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
72. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
73. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
74. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
75. Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
76. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
77. Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
78. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
82. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
83. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
84. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
85. Qətnamə İddiaçı1 apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
86. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
87. İddiaçı tərəf maddi zərər olaraq Cavabdeh1 MMC-dən 700 manat, Cavabdeh3 MMCdən 1800 manat məbləğində pul vəsaiti və 500000 manat mənəvi zərər tələb etmişdir.
88. İşin müəyyən edilmiş hallarından görünür ki, X35 tənginəfəslik, nəfəs darlığı şikayət ilə 18 yanvar 2021-ci il tarixdə “Elmed” klinikasına müraciət etmişdir. Klinikada xəstəyə otolarinq tərəfindən baxış keçirilmiş və burun çəpərinin əyriliyinin olması müəyyən edilmişdir.
89. Əməliyyatdan öncə klinikada pasiyentdən müəyyən analizlər, o cümlədən “ekspresstest” vasitəsilə “Covid-19” analizi götürülmüşdür.
90. Həmin tarixdə əməliyyat keçirilmiş, əməliyyatdan sonra xəstənin həmin klinikada vəziyyəti pisləşmiş, bundan sonra xəstədən “Covid19” virusunun yoluxubyoluxmamasını təyin etmək məqsədilə səhərisi gün yenidən analiz götürülmüş, PZR analizin nəticəsi müsbət olmuşdur. Daha sonra xəstə “X40”-a köçürülmüş, orada xəstəyə müəyyən müalicə müayinə prosedurları həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdə icra edilən KT müayinəsi xəstənin ağciyərlərində 70-80 faiz buzlaşmanın olduğunu təsbit etmişdir.
91. Bundan sonra xəstə “Yeni Klinika” ya köçürülmüş, xəstənin vəziyyəti daha da ağırlaşmış, xx.xx.2021-ci il tarixdə saat 07:20 da ürək fəaliyyəti dayanmış, xəstədə asistoliya qeyd olunmuşdur. Aparılan CPR tədbirləri yetərsiz olmuş, 08:00 da bioloji ölüm qeydə alınmışdır.
92. Göründüyü kimi əməliyyatdan öncə xəstədə “Covid-19” virusu kart-test vasitəsilə yoxlanmışdır.
93. Cavabdeh (həkim) N.Əliyeva xəstədə koronovirusun olub-olmamasını kart-test vasitəsilə yoxlanmasını və bu testin məlumatlılıq faizinin təxminən 50-60 faiz olmasını göstərmişdir.
94. Eləcə də xx.xx.2022-ci il tarixli rəyi tərtib edən ekspert X10 da xəstədə “Covid-19” virusunun kart-test üsulu ilə yoxlanmasını, bunun da nəticəsinin 60-70 faiz düzgün olduğunu demişdir.
95. Ağır pandemiya dövründə məlumatlılıq səviyyəsi 50-70 faiz arasında dəyişən testin nəticələrinin xəstənin əməliyyat edilməsinə imkan verib-verməməsi birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyindən aydın olmamışdır.
96. Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X17” X38nin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən X6 xx.xx.2020-ci il tarixli “Şübhəli insanlarda “Koronovirus-2019” üçün laboratoriya testinin” aparılması müvəqqəti təlimatda respirator xəstəlik simptomları olmayan xəstələrdə PZR testi tövsiyə olunmur. Belə ki, PZR test skrin (ilkin) müayinə metodu deyil. Bu da, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 30 iyun 2020-ci il tarixli brifinqində TƏBİB-in rəsmiləri tərəfindən bəyan edilmişdir. Qeyd olunanlara əsasən, Günay Əliyevaya xx.xx.2021-ci il tarixdə kart-test və sadə rentgenoloji müayinələrin aparılması düzgün olmuşdur. “COVİD-19” virusunun təyini həm kart-test, həm də PZR, hər iki müayinə burun-udlaq selikli qişasından yaxmanın götürülməsi ilə aparılır. Xəstəlik tarixində müayinə üsulu “COVİD-19” yaxma qeyd edilib. Konkret müayinə metodu (kart-test və yaxud PZR) qeyd edilməyib. TƏBİB-in rəsmi göstərişinə əsasən xəstədə respirator xəstəlik simptomları varsa PSR üsulu ilə müayinənin aparılması nəzərdə tutulur. X6 test strategiyalarında respirator xəstəlik simptomları olmayan xəstələrin PZR test müayinəsinin aparılması tövsiyə olunmur. Belə ki, PSR test skrin (ilkin) müayinə metodu deyil. Bu haqda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 30 iyun 2020-ci il tarixli brifinqində TƏBİB-in rəsmiləri tərəfindən bəyan edilmişdir. Günay Əliyevada heç bir respirator xəstəlik simptomları olmadığı üçün müayinə yaxma götürməklə kart test üsulu ilə aparılmışdır. “COVİD-19” virusuna yoluxmuş xəstələrdə radioloji müayinə zamanı “buzlu şüşə” görüntüsü 1-4 gün ərzində yaranması mümkündür. Sözü gedən işdə Günay Əliyevaya xx.xx.2021-ci il tarixdə döş qəfəsinin rentgenoloji müayinəsi aparılmış və patologiya qeyd edilməmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış KT-da ağciyərlərdə 75% “buzlaşma”nın olduğu müəyyən edilmişdir. Bu da xəstədə “buzlu şüşə” görüntüsü bir gün ərzində deyil, iki gün keçdikdən sonra meydana çıxmışdır. Günay Əliyevanın ilkin müayinəsi zamanı onda heç bir respirator xəstəlik simptomları olmadığı üçün ona KT müayinəsinin aparılmasına tibbi göstərişlər olmayıb və “COVİD- 19” virusunun təyini kart-test üsulu ilə aparılmışdır. Planlı əməliyyatlarda “COVİD-19” virusunun müəyyən edilməsi üçün standart kart-test üsulu (fövqəladə təxirəsalınmaz əməliyyatlar istisna olmaqla) yetərli olmuşdur. Kəskin kataral əlamətləri olan xəstələrdə planlı əməliyyatın təxirə salınması mümkündür. Eyni zamanda “COVİD-19” virusuna yoluxmuş xəstələrdə burun-çəpər əməliyyatının aparılmaması haqqında əks göstəriş qeyd edilməyib. Sözügedən işdə Günay Əliyevada “COVİD-19” virusuna yoluxması müəyyən edilmədiyi üçün üzərində cərahiyyə əməliyyatı icra edilmişdir. Günay Əliyevanın meyiti müayinə olunmadığı üçün onun ölümündə hansı səbəbin həlledici olması və aparılmış müalicələrlə (cərrahi əməliyyatla) baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır.
97. Beləliklə, ekspert rəyində göstərilmişdir ki, tibbi sənədlərdə konkret müayinə metodu (kart-test və yaxud PZR) qeyd edilməyib. TƏBİB-in rəsmi göstərişinə əsasən xəstədə respirator xəstəlik simptomları varsa PZR üsulu ilə müayinənin aparılması nəzərdə tutulur.
98. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş Koronavirus İnfeksiyasının (Covid-19) X39 metodik təlimata əsasən böyüklərdə diaqnostik meyarlar sırasında ağır gedişat zamanı - təngnəfəslik (baxış zamanı və ya xəstəliyin dinamikasında), tənəffüsün çətinləşməsi, hava çatışmazlığı hissi göstərilmişdir.
99. X35 isə məhz tənginəsəflik şikayəti ilə müraciət etmişdir, aşkardır ki, boğulma, tənginəsəflik “COVİD-19” xəstəliyinin başlıca simptomlarından biri olmuşdur.
100. Səhiyyə Nazirliyinin cərahiyyə üzrə baş mütəxəssisi Elçin Ağayev tərəfindən Səhiyyə Nazirliyinin daxili nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Sahib Səfərova ünvanlanmış cavab məktubunda (İ cild, i.v.343) qeyd edilmişdir ki, əməliyyat icra olunan gün xəstəyə aparılan rentgenoloji müayinə zamanı ağciyərlərdə “buzlu şüşə” əlaməti aşkar olunmaya bilər. Belə ki bu, sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. Bu baxımdan, əməliyyatdan bir gün sonra daha dəqiq müayinə üsullları (məsələn döş qəfəsinin KT müayinəsi) vasitəsilə ağciyərlərin müəyyən qismində (bu halda 75%) “buzlu şüşə” əlaməti aşkar oluna bilər. Xəstə fövqəladətəxirəsalınmaz və ya təxirəsalınmaz qaydada əməliyyat icra olunursa o zaman mövcud şəraitdən asılı olaraq, xəstənin KT və “COVİD 19” müayinələri aparılmaya bilər. Yox, əgər xəstəyə tənəffüs yollarında planlı cərrahi müdaxilə icra olunursa, o zaman bu müayinələrin aparılması vacibdir.
101. Göründüyü kimi xəstədə fövqəladə-təxirəsalınmaz və ya təxirəsalınmaz qaydada əməliyyat icra olunursa, o zaman mövcud şəraitdən asılı olaraq, xəstənin KT və “COVİD 19” müayinələri aparılmaya bilər. Yox, əgər xəstəyə tənəffüs yollarında planlı cərrahi müdaxilə icra olunursa, o zaman bu müayinələrin aparılması vacibdir.
102. Apellyasiya baxışı zamanı Cavabdeh3 MMC-nin nümayəndəsi qismində iştiak edən Nümayəndə2 göstərmişdir ki, “COVİD-19” xəstələri təxirəsalınmaz hallarda əməliyyat edilə bilərlər. Hər əməliyyat öncəsi “COVİD-19” virusuna dair analiz götürülməlidir.
103. X35 burun çəpəri əyriliyinə görə əməliyyat edilmişdir və əməliyyat fövqəladətəxirəsalınmış qaydada icra olunmamışdır. Belə olan halda koronovirus xəstələyinin geniş yayıldığı ağır pandemiya dövründə koronovirus infeksiyasının əsas əlamətlərindən olan tənginəfəslik şikayəti ilə müraciət etmiş xəstəyə sadəcə kart-test üsulundan istifadə edilməklə COVİD-19 xəstəliyinin aşkar edilməməsi qənaətinə gəlinməsi və əməliyyata alınması yolverilməz olmuşdur. Bir halda ki, X31 özü bildirmişdir ki, bu testin məlumatlılıq dərəcəsi 50-60% təşkil edir.
104. Nəzərə alınmalıdır ki, koronavirusunun aşkar edilməsi üçün ən dəqiq dəstək müayinəsi, 90-92% dəqiqlik dərəcəsi ilə PZR testidir, sürətli antigen testi isə PZR testindən bir qədər aşağı dəqiqlik səviyyəsinə malikdir. Qısaca, təsdiqləyici test bütün dünyada PZR testidir. ÜST-nin açıqlamasında da qeyd olunur ki, digər üsullarla əldə edilmiş nəticələr PZR analizi ilə təsdiqlənməlidir. Çünki bu molekulyar təsdiqləyici üsuldur.
105. TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2020-ci ildə birgə hazırladığı “Tibb işçiləri üçün müvəqqəti rəhbərlik”-də qeyd olunub ki, COVİD-19 xəstəlik halı müşahidə olunanlarda tənəffüs yolu nümunələri virus X2 (PZR) metodu ilə araşdırılmalıdır. Əgər lazım olarsa nümunələr digər tənəffüs yolu xəstəlik törədici faktorları baxımından da araşdırılmalıdır. Xəstədə digər tənəffüs yolu patogenləri aşkar olunsa da, koinfeksiyaların ola biləcəyini nəzərə alaraq COVİD-19 mümkün yoluxma hallarına uyğun bütün xəstə nümunələri COVİD-19 üçün yoxlanılmalıdır.
106. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2020-ci ildə hazırladığı “Koronovirus infeksiyasının (COVİD-19) X39 metodik Təlimat”da da qeyd olunub ki, “İFA müsbət nəticə İgM/İgG anticisimlərin aşkarlanması ilə ekspress-test üsulu” ehtimal edilən, “Klinik simptom və əlamətlərdən asılı olmayaraq PZR üsulu ilə COVİD-19 infeksiyasının laborator təsdiqlənməsi” isə təsdiqlənmiş hallara aiddir (COVİD-19 halının müəyyənləşdirilməsi üzrə standart: (X12 27 fevral 2020-ci il)).
107. Həmin Təlimata görə, COVİD-19 infeksiyası diaqnozunun təsdiq olunmasının kliniklaborator meyarları aşağıdakılardır: PZR bir dəfə pozitiv olması; Tipik KT əlamətləri və müvafiq klinik mənzərə və sonrakı pozitiv laborator test (o cümlədən, ekspress metodla); Seroloji diaqnostikanın bir pozitiv cavabı (o cümlədən, ekspress metodla) və COVİD-19 infeksiyasının klinik mənzərəsi. Bu meyarlardan birinin olması, diaqnozun təsdiqlənməsi üçün kifayətdir.
108. Göründüyü kimi, mövcud təlimatlara əsasən, şəxsin COVİD-19 infeksiyasına yoluxubyoluxmamasını müəyyən etməyin yeganə təsdiqlənmiş metodu klinik simptom və əlamətlərdən asılı olmayaraq PZR üsulu hesab olunur.
109. Lakin, cavabdeh X23 (həkim) məlumatlılıq dərəcəsi 50-60% təşkil edən kart-test üsulundan istifadə etmiş və onun cavabına əsasən xəstədə “COVİD-19” xəstəliyinin aşkar edilməməsi qəanətinə gələrək xəstəni əməliyyata almışdır.
110. Xəstənin əməliyyatdan sonra halı pisləşmiş və əməliyyatdan bir gün sonra PZR test vasitəsi ilə onda koronovirus xəstəliyinin olması müəyyən edilmiş, daha bir gün sonra isə KT müayinəsinin nəticəsi olaraq xəstənin ağ ciyərlərinin müəyyən qismində 75% “buzlu şüşə” əlaməti aşkar edilmişdir.
111. Şahid ifadələri və Cavabdeh3 MMC-nin nümayəndəsinin izahatından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə xəstəyə baxmaq üçün dəvət olunmuş Cavabdeh3 MMC-nin həkimlərinə xəstədə koronovirus infeksiyasının aşkar olunması barədə məlumat verilməmiş, bu səbəbdən də ilkin olaraq onlar xəstədə koronovirus infeksiyasının olmasını güman belə etməmiş (hesab etmişlər ki, normalda əməliyyatdan öncə “COVİD-19” testi götürülmüş və nəticəsi neqativ olmuşdur), yalnız xx.xx.2021-ci il tarixdə KT müayinəsi nəticəsində xəstənin ağ ciyərlərinin müəyyən qismində 75% “buzlu şüşə” əlaməti aşkar edildikdən sonra, onlar dərhal xəstənin ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməli olması qənaətinə gəlmişlər.
112. Cavabdeh3 MMC-nin nümayəndəsi X26 həmçinin göstərmişdir ki, əməliyyata gedəndə də “COVİD-19” virusu xəstədə olmuşdur. Lakin ağ ciyərin rentgeni zamanı bu özünü biruzə verməmiş, əməliyyat olunduqdan dərhal sonra isə orqanizmin zəifləməsi nəticəsində xəstəlik ağırlamışdır.
113. Bundan əlavə müəyyən olunur ki, xəstədə “COVİD-19” virusunun yoxlanılması karttest üsulu ilə aparılsa da, yaxma analizi ilə aparılması qeyd olunmuşdur.
114. Birinci instansiya məhkəməsində dindirilmiş ekspert X10 bildirmişdir ki, xx.xx.2022-ci il tarixli rəy onun tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan tibb sənədləri əsasında tərtib edilmişdir. X24 ölümünün səbəbi “Covid19”, ikitərəfli viral pnevmoniya, septik şok, ağır intoksikasiya, kəskin tənəffüs çatmamazlığıdır. Döş qəfəsi orqanlarının KT müayinəsində sağ ağciyərin orta payında “buzlu şüşə” sahəsi aşkar edilmişdir. Xəstədə “Covid-19” virusu kart-test üsulu ilə yoxlanmışdır ki, bunun da nəticəsi 60-70 faiz düzgün olur.
115. Ekspert rəylərində cavabdeh - həkim N.Əliyeva və “Elmed” Tibb Mərkəzinin xəstəyə münasibətdə qüsursuz və qüvvədə olan təlimatlara uyğun fəaliyyət göstərdikləri əks olunsa da, qeyd olunan təlimatlar (normativlər) barədə rəylərdə heç bir məlumat göstərilməmiş, həmçinin rəylərdə qoyulmuş sualların əksəriyyətinə cavab verilməməsi ilə yanaşı, “COVİD-19” virusuna yoluxduğu göstərilən xəstə Günay Əliyevanın üzərində cərrahi əməliyyat keçirilməsinə və bundan sonra ixtisaslaşdırılmış tibb müəssisəsinə vaxtında köçürülməməsinə aydınlıq gətirilməmişdir.
116. Ekspertlər tərəfindən klinikalarda tərtib olunmuş tibbi sənədlərdə, xüsusən xəstəlik tarixlərində aparılmış qeydlərdə xəstənin vəziyyəti barədə aşkar ziddiyyətlərin olmasına, xəstənin “Elmed” Tibb Mərkəzindən digər tibb müəssisəsi Cavabdeh3a köçürülərkən, onun “COVİD-19” virusuna yoluxması barədə Cavabdeh3ın həkimlərinə məlumat verilməməsinə (bu fakt xəstə qəbul edilərkən orada iştirak edən klinikanın həkimlərinin ifadələri ilə tam təsdiq edilmişdir) ekspert rəylərində heç bir münasibət bildirilməmişdir.
117. “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xx.xx.2021-ci il tarixdə saat 13.20-də xəstənin vəziyyətində yaxşılaşma qeyd olunmadığı və hərarətinin 38,5 olduğu göstərilmiş və bu nəzərə alınaraq xəstənin qanı “Starlab” Klinikasına “COVİD- 19” virusuna yoluxmanın yoxlanılması üçün saat 14.15-də göndərildiyi və 15.23-də analizin nəticəsinin pozitiv çıxdığı qeyd olunmuşdur. Belə vəziyyətdə, yəni “COVİD-19” virusuna yoluxan xəstəni saat 15.30-dan 19.45-ə qədər saxlayan “Elmed” Tibb Mərkəzi xəstənin nə səbəbə ixtisaslaşdırılmış klinikaya köçürülməsi üçün heç bir tədbir görməməsinə aydınlıq gətirilməmişdir.
118. “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xəstənin saat 19.40-da vəziyyətinin qənaətbəxş olduğu, müsbət hemodinamik göstərişlər, valideynlərinin təkidi ilə huşu aydın vəziyyətdə Cavabdeh3a köçürüldüyü qeyd olunsa da, xəstəni qəbul etmiş Cavabdeh3ın xəstəlik tarixindən müəyyən edilir ki, xəstə Günay Əliyeva xx.xx.2021-ci il tarixdə saat 19.45-də Cavabdeh3a daxil olarkən, vəziyyəti son dərəcə ağır olmuş, kəskin tənəffüs çatışmazlığı olmuşdur.
119. Göründüyü kimi, xəstə Cavabdeh3a köçürülərkən artıq onun “COVİD-19” virusuna yoluxması aşkar idi, ona görə də onun belə vəziyyətdə həmin sahədə ixtisaslaşmış tibb müəssisəsinə yox, Cavabdeh3 klinikasına köçürülməsi, üstəlik də xəstədə “COVİD-19” virusunun aşkar olunmasını Cavabdeh3 klinikasının həkimlərindən gizlədilməsi “Elmed” Tibb Mərkəzinin öz vəzifə borcuna ən azı etinadsız yanaşması kimi qiymətləndirilir.
120. Məhkəmə üçün heç bir şübhə doğurmayan halın biri də ondan ibarətdir ki, mərhumun Cavabdeh3 klinikasına köçürülməsi onun valideynlərinin təkidi ilə yox, məhz “Elmed” Tibb Mərkəzinin təşəbbüsü ilə baş vermişdir (Cavabdeh3 klinikasının nümayəndəsi B.Qorçuyev apelyasiya icraatında bildirdi ki, xəstəni qəbul etməyi ondan məhz “Elmed” Tibb Mərkəzindən xahiş etmişlər).
121. X24 “COVİD-19” virusuna yoluxması gizlədildiyi üçün o, xx.xx.2021-ci il tarixdə, saat 19.45-də Cavabdeh3a daxil olduqdan dərhal sonra onun KT müayinəsi keçirilməmiş, bu müayinə yalnız növbəti gün - xx.xx.2021-ci il tarixdə keçirilmiş və elə həmin gün ixtisaslaşmış “Yeni Klinika”-ya köçürülmüşdür.
122. Xəstənin lüzumsuz yerə ixtisaslaşmayan klinikalarda saxlanılması və “COVİD-19” əleyhinə heç bir müalicə aparılmaması nəticəsində onun vəziyyəti daha da ağırlaşmış və nəticədə o, vəfat etmişdir. Günay Əliyevanın ölümünün səbəbi də məhz “COVİD- 19” virusuna yoluxması olmuşdur.
123. Ona görə Kollegiya, mərhum vaxtında ixtisaslaşmış müalicə müəssisəsinə keçirilsəydi, düzgün müalicə ala bilməsi barədə iddiaçı tərəfin dəlili ilə razılaşır.
124. Qeyd olunanlara əsasən Kollegiya X24 əməliyyatdan öncə “COVİD-19” virusuna yoluxub-yoluxmamasına dair müayinənin kart-test və rentgen vasitəsi ilə aparılmasının tibbi göstərişlərə uyğun olması barədə cavabdeh tərəfin və ekspert rəylərinin dəlilləri ilə qətiyyən razılaşmır və həmin dəlilləri cavabdeh tərəfi müdafiə etmək cəhdi kimi qiymətləndirir.
125. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
126. Hazırki tələb üzrə iddiaçıya münasibətdə mülki hüquq pozuntusunun (deliktin) törədilməsini məhz iddiaçı tərəf sübut etməlidir.
127. Kollegiya hesab edir ki, işin araşdırılmış halları ilə həkim Natəvan Əliyevanın hərəkətlərinin hüquqa zidd olması kifayət qədər sübuta yetirilmişdir. Belə ki, ağır pandemiya dövründə, sözügedən xəstəliyin geniş yayıldığı bir vaxtda planlı şəkildə əməliyyat həyata keçirən həkimin məlumatlılıq dərəcəsi 50-60% təşkil edən kart-test üsulundan istifadə etməsi tibbi göstərişlərə zidd olmaqla yolverilməz hesab edilir.
128. Günay Əliyevada “COVİD-19” virusunun olub-olmaması PZR test üsulu ilə yoxlanılsaydı, testin nəticəsi pozitiv çıxar və məhrum əməliyyat olunmazdı. Son nəticədə Günay Əliyeva vəfat etməzdi.
129. Belə olan vəziyyətdə, həkim Natəvan Əliyevanın hüquqa zidd hərəkətləri nəticəsində iddiaçı tərəfə zərər dəyməsi və zərərlə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu, habelə həkimin təqsirli olması mübahisə doğurmur.
130. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşır.
131. Buna görə də İddiaçı1 öz övladını itirməsi nəticəsində maddi itikiyə məruz qalması, sarsıntılar, psixoloji stress və emosional gərginlik keçirməsi, şüurunda mənfi halların yaranması, iztirablar yaşaması işin mübahisəsiz halıdır.
132. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 2-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır.
133. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 10-cu bəndində göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
134. Şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır.
135. Qanunvericiliyin tələbinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
136. Mərhum “Elmed” Tibb Mərkəzində əməliyyat edilsə də, iş materiallarından müəyyən edilir ki, “Elmed” özəl tibb mərkəzi Cavabdeh1 MMC-nin nəznində yaradılmışdır. Tibbi fəaliyyətlə məşul olmaq üçün lisenziya Cavabdeh1 MMC-yə verilmişdir.
137. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 MMC-dən İddiaçı1 xeyrinə mənəvi zərərə görə 50000 manat tutulmalıdır.
138. Bundan başqa iddiaçı tələbində 700 manat Cavabdeh1 MMC-dən, 1800 manat isə Cavabdeh3 MMC-dən tələb etmişdir.
139. Maddi zərər hissəsində Kollegiya qeyd edir ki, Cavabdeh1 MMC-yə ödənilmiş 700 manat MMC-dən tutulmalıdır.
140. Cavabdeh3 MMC-yə (hər hansı həkiminə) münasibətdə isə hər hansı pozuntu aşkar olunmur. Belə ki, X35 xx.xx.2021-ci il tarixdə ağır vəziyyətdə, özü də “COVİD-19” virusuna yoluxması barədə məlumat verilmədən Cavabdeh3 klinikasına köçürülmüş, səhərisi gün xəstə KT müayinəsindən keçirilərək, “COVİD-19” infeksiyasına yoluxması aşkar olunan kimi ixtisaslaşmış müalicə müəssisəsinə köçürülmüşdür.
141. Bununla belə, apellyasiya baxışı zamanı Cavabdeh3 MMC-nin nümayəndəsi Nümayəndə2 hümanizm prinsiplərini rəhbər tutaraq maddi zərər hissəsində iddianı qəbul edərək, göstərilən xidmət qarşılığında ödənilmiş 1800 manat pul vəsaitini qaytarmağa razı olduğunu bildirmişdir.
142. İddia tələbinin həkim-Lor kimi özünü təqdim edən Natavan Əliyevanın barəsində müvafiq araşdırma aparılması və əsaslar olduğu təqdirdə barəsində cinayət işinin başlanılması üçün xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının müraciət əsasında araşdırma aparılmış və əməliyyatı icra etmiş həkim barədə cinayət işinin başlanmasının rədd edilməsi barədə prokurorluq tərəfindən qəbul edilmiş qərar dəfələrlə ləğv edilmiş və sonuncu əlavə araşdırma zamanı da eyni məzmunlu qərar qəbul edilərək “Elmed” Tibb Mərkəzinin həkimi X14 əməlində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən edilməməsi əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir və bu qərar hazırda qüvvədədir.
143. Kollegiya onu da qeyd edir ki, həmin qərar məhkəmənin yekun qərarı olmadığından, hazırki işin halları baxımınan preyudisiyal əhəmiyyətə malik deyil.
144. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsi qismən - iddia tələbinin İddiaçı1 aid rədd edilmiş hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh1ndən maddi zərərə görə 700 manat, mənəvi zərərə görə 50000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh3 MMC-dən maddi zərərə görə 1800 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.