Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4054/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Nazarov (Nəzərov) Vadim Yuriyeviçə qarşı “əqdin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından X1 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, İddiaçı ilə cavabdeh Nazarov (Nəzərov) Vadim Yuriyeviçin arasında Bakı şəhəri, S.Rəhimov küçəsində yerləşən 184 nömrəli evin cavabdehə məxsus 3/60 hissəsinin alqı-satqısı üzrə əqd bağlanmış hesab edilsin və evin həmin hissəsinə iddiaçının mülkiyyət hüququ tanınsın. İşdə iştirak etməyə cəlb edilməyən Zeyqəm Tarverdiyevin nümayəndəsi Nümayəndə Nəsimi RM-nə ərizə verərək xahiş edib ki, Zeyqəm Tarverdiyev qətnamə maraqlarına toxunan şəxs kimi işə cəlb edilsin və onun qətnamədən apellyasiya şikayəti vermək hüququ tanınsın. Zeyqəm Tarverdiyev eyni zamanda qətnamədən apellyasiya şikayəti verib. Nəsimi RM-nin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilməsin və Zeyqəm Tarverdiyevin apellyasiya şikayəti geri qaytarılsın. Zeyqəm Tarverdiyev bu qərardaddan şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki-Prosesual Məcəllənin 357.2-ci maddəsinə görə, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də qətnamədən apellyasiya şikayəti vermək hüququna malikdirlər. Müəyyən olunur ki, qətnamə Zeyqəm Tarverdiyevin hər hansı hüququna və ya vəzifəsinə toxunmur. Belə ki, Zeyqəm Tarverdiyevin Bakı şəhəri, S.Rəhimov küçəsində yerləşən 184 nömrəli evin 3/60 hissəsinə dair hər hansı hüququ və ya qanuni mənafeyi yoxdur. Apellyasiya şikayətində də onun evə dair hansı hüququnun və ya qanuni mənafeyinin olduğu əsaslandırılmayıb. Odur ki, Zeyqəm Tarverdiyevin qətnamədən apellyasiya şikayəti vermək hüququ yoxdur. Birinci instansiya məhkəməsi düzgün olaraq ərizənin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4054/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4054/2023
09.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver