Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-407/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İlk iddia üzrə İddiaçı nümayəndəsi X1, İlk iddia üzrə Cavabdeh, onun nümayəndəsi X2 iştirakları ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-545/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ilk Cavabdeh qarşı zəbt olunmuş sahədən qarajın götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh isə cavabdeh İddiaçı qarşı Kadastr Planına əsasən kordinatlarına aid olmayan və mübahisəli qarajın sol tərəfindən yerləşən torpaq sahəsinə çəkilmiş hasarın iddiaçı tərəfindən öz vəsaiti hesabına sökülməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-545/2019 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, ilk iddia üzrə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında qoyulmuş dəmir qarajın Cavabdeh öz vəsaiti hesabına götürülməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, onun təmin edilməsini, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-545/2019 saylı qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-545/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-1195/2020 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Tərəflər məhkəməyə ərizə ilə müraciət edərək, barışıq sazişi bağladıqlarını bildirərək, barışıq sazişinin təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli barışıq sazişinin şərtlərinə görə tərəflər razılığa gəlirlər ki:1. Cavabdeh, Binəqədi Bələdiyyəsi tərəfindən xx xxxxxx 2030-cu il tarixədək ona icarəyə verilmiş Bakı şəhəri, 9 mkr-n M.Cəlal küçəsi, 119 saylı yaşayış binasının arxasında 21 kv.metr torpaq sahəsindəki qarajın Saziş bağlandığı gün İddiaçı təhvil verilməsini, bu barədə gələcəkdə heç bir iddia qaldırmayacağını, eyni zamanda, xx xxx 2007-ci il tarixli, 407 saylı icarə müqaviləsinin ləğv edilməsini və həmçinin, İddiaçı məxsus ünvan 2 “B” saylı ünvanda yerləşən torpaq sahəsinə və evinə-gələcəkdə heç bir maneə yaratmayacağını öz öhdəsinə götürür. 2. İddiaçı, Saziş rəşmiləşdiyi gün qarajın içindəki avadanlıqları şəxsi vəsaiti hesabına Cavabdeh göstərdiyi digər ünvana daşınmasını öz öhdəsinə götürür. 3.İddiaçı, Cavabdeh saziş bağlandığı və qarajla bağlı üzərinə düşən öhdəliyi icra etdiyi gün kompensasiya qismində 15000 (on beş min) manat pulu ona verməyi, həmçinin, Əzizov X5 şərtlərini tam icra etdiyi təqdirdə, ona qarşı iddia qaldırmayacağını öz öhdəsinə götürür. 4. Alıcı bu müqavilənin 3-cü bəndində nəzərdə tutulan məbləği satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. 5. Cavabdeh, mövcud Sazişin şərtlərini pozduğu təqdirdə, Saziş üzrə ona ödənilmiş 15000 (on beş min) manat pulu dərhal İddiaçı geri qaytaracağını öz öhdəsinə götürür. Məhkəmədən sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X3 barışıq sazişinin şərtlərini müdafiə edərək, sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi X4 barışıq sazişinin şərtlərini müdafiə edərək, sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyib hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur, qanuna zidd deyildir, ona görə də, barışıq sazişi təsdiq edilməklə, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-545/2019 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsinin nəticələri, yəni işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1 maddəsinin tələbinə görə şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildirlər. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Göründüyü kimi məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manatın 25 (iyirmi beş) manatı iddiaçıdan, 25 (iyirmi beş) manatı cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)- 545/2019 saylı qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. 1.Cavabdeh, Binəqədi Bələdiyyəsi tərəfindən xx xxxxxx 2030-cu il tarixədək ona icarəyə verilmiş Bakı şəhəri, 9 mkr-n M.Cəlal küçəsi, 119 saylı yaşayış binasının arxasında 21 kv.metr torpaq sahəsindəki qarajın Saziş bağlandığı gün İddiaçı təhvil verilməsini, bu barədə gələcəkdə heç bir iddia qaldırmayacağını, eyni zamanda, xx xxx 2007-ci il tarixli, 407 saylı icarə müqaviləsinin ləğv edilməsini və həmçinin, İddiaçı məxsus ünvan 2 “B” saylı ünvanda yerləşən torpaq sahəsinə və evinə-gələcəkdə heç bir maneə yaratmayacağını öz öhdəsinə götürür. 2.İddiaçı, Saziş rəşmiləşdiyi gün qarajın içindəki avadanlıqları şəxsi vəsaiti hesabına Cavabdeh göstərdiyi digər ünvana daşınmasını öz öhdəsinə götürür. 3.İddiaçı, Cavabdeh saziş bağlandığı və qarajla bağlı üzərinə düşən öhdəliyi icra etdiyi gün kompensasiya qismində 15000 (on beş min) manat pulu ona verməyi, həmçinin, Əzizov X5 şərtlərini tam icra etdiyi təqdirdə, ona qarşı iddia qaldırmayacağını öz öhdəsinə götürür. 4.Alıcı bu müqavilənin 3-cü bəndində nəzərdə tutulan məbləği satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. 5. Cavabdeh, mövcud Sazişin şərtlərini pozduğu təqdirdə, Saziş üzrə ona ödənilmiş 15000 (on beş min) manat pulu dərhal İddiaçı geri qaytaracağını öz öhdəsinə götürür. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilən gündən 10 (on) gün müddətində, ondan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-407/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-407/2021
10.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver