Məhkəmə qərarları › İş №2(103)-4077/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4077/2021

23.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4077/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X10, cavabdeh X2, cavabdehin vəkili X11 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-373/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, dalan 4, 1 saylı evin bərpa edilməsini və ya ona vurulmuş zərərin, 33.545 ABŞ dolları məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan valideynindən ona və ondan başqa iki bacısına miras qalmış ünvan 1 ünvanında yerləşən evi satmaq qərarına gəlmişdir. X1 və həyat yoldaşı X7 yaxınlaşaraq, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evini öz qızı X4 almaq istədiyini bildirmişdir. Bundan sonra onlar xx xxx 2014-cü il tarixdə AN-İ № ******* saylı Daşınmaz Əmlakın Nisyə Alqı-Satqı Müqaviləsi bağlamışlar. Müqavilənin şərtinə əsasən evin satış qiyməti 30.000 manat təşkil edirdi. O, həmin evə görə Cavabdeh 15.000 manatını alıb, qalan 15.000 manat məbləğində pulu xx.xx.2014-cü il tarixədək alıcı Cavabdeh almalı idi. Alıcı Cavabdeh 15.000 manat məbləğində pulu xx.xx.2014-cü il tarixədək ödəməzsə, həmin müqavilə üzrə o tərəfdən 15.000 manat məbləğində pul alıcı Cavabdeh ödəmək şərti ilə ləğv edilməli idi. xx.xx.2014-cü il tarixədək alıcı Cavabdeh qalan 15.000 manatı ödəsə həmin əmlak onun mülkiyyətinə veriləcəkdir. Həmin 30.000 manatın, 15.000 manatını ümumi qiyməti 30.000 manat olaraq, həmin ilin 1 ABŞ dolları = 0,784 AZN təşkil etdiyindən evinin dəyəri 38.265 ABŞ dolları təşkil edirdi. Müqavilənin şərtlərini Cavabdeh pozduğuna görə və eyni zamanda X13 həyat yoldaşına qarşı cinayyət əməli törətdiyinə görə onların işləri bu altı ildə dəfələrlə məhkəmələrdə araşdırılmış və müvafiq qətnamələr qət edilmişdir. O, Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7743/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Qətnaməyə əsasən onunla Cavabdeh arasında ünvan 2 ünvanda yerləşən evin alqısatqısına dair bağlanmış xx xxx 2014-cü il tarixli alq-satqı müqaviləsinin ləğv edilməsi, həmin evə Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Çıxarışın etibarsız hesab edilməsi, onun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının bərpa edilməklə həmin evə mülkiyyət hüququnun tanınması, Cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, onun həmin evə köçürülməsi, Cavabdeh onun xeyrinə tutulmalı olan 40670 manat məbləğində pul vəsaitinin evin ona qaytarılmasına görə Cavabdeh ödənilməli olan 15.000 manatla həmin hissədə əvəzləşdirilməklə Cavabdeh cəmi 25.670 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi, məhkəmə xərcləri 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Lakin, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8300/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7743/2015 saylı iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmışdır. Belə ki, onun Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi” barədə ilkin iddiası qismən təmin olunmuş, onunla Cavabdeh arasında xx xxx 2014-cü il tarixində ünvan 2 ünvanında yerləşən evin alqı-satqısına dair bağlanaraq ünvan 3 təsdiq edilmiş “daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi”nin ləğv edilməsi və ondan 15.000 manatın alınaraq Cavabdeh ödənilməsi, ünvan 2 ünvanında yerləşən evə dair Cavabdeh adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX № ******* seriyalı “Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarış”ın etibarsız hesab edilməsi və həmin ev üzərində mülkiyyət hüquqlarının bərpa olunması, Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onun həmin evə köçürülməsi, ilkin iddia tələblərinin qalan hissədə təmin olunmaması, Cavabdeh qarşılıqlı iddiasının isə təmin edilib, onun və həyat yoldaşı X3 Cavabdeh və X6rşı “vurulmuş maddi zərərlərin əvəzinin ödənilməsinə dair” iddia tələbinin təmin edilməməsi barədə qətnamə qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası, bu günə qədər tam icra edilməmişdir. Belə ki, xx xxxxxx 2014-cü il tarixdə, saat 09:00 radələrində ona məxsus olan ünvan 2 ünvanında yanğın baş vermişdir. Həmin vaxt məlum xx xxx 2014-cü il tarixli AN – İ № ******* saylı Daşınmaz Əmlakın nisyə Alqı-Satqı Müqaviləsinə əsasən ünvanda Cavabdeh Heybətulla qızı yaşayırdı. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyatİstintaq İdarəsinin xx xxxxxxx 2014-cü il tarixli cinayyət işinin başlanılmasınm rədd edilməsi haqqında qərarda baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığı üçün cinayyət işinin başlanılması rədd edilmişdir. Yanğının nəticəsində ona məxsus olan fərdi yaşayış evi tamam sıradan çıxmışdır. Ev sığortalı olduğu üçün, X13 və onun qızı Cavabdeh 5.700 manat məbləğində sığorta pulu almış və ona bildirmişlər ki, fərdi yaşayış evini yenidən tikib, satmaq şərti ilə ona çatası evin ilkin qiymətlənmiş 30.000 manatın, qalıq 15.000 manatını 1 ABŞ dolları = 0,784 manatı, 19132 ABŞ dolları ödəyəcəkdir. Sonradan verdiyi sözləri əməl etməmiş, X13 həyat yoldaşına qarşı cinayət törədərək həbs edilmiş, qızı Cavabdeh isə evi bərpa etməmişdir. Məhkəmənin qətnaməsinin bir hissəsini 15.000 manatın geri qaytarılması satılmış iki sot torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evinin yenidən tikintisinə 4.000 mişar daşı, hər biri 0,40 manatdan – 1.600 manat, hörgüsü 300 kv.m, cəmi 1.200 manat və materiallara (sement, qum və s.) 900 manata qədər cəmi - 3700 manat pul xərclənmişdir. Halbuki, sığortadan cavabdehlərə 5.700 manat pul ödənilmişdir. Göründüyü kimi 2.000 manat pulu tikintiyə sərf etməmişdir. Onun evinin 2014-cü il tarixdə, aralarında olan razılaşmış müqaviləyə əsasən dəyəri 30.000 manat (38.265 ABŞ dolları) olduğuna görə, Cavabdeh fərdi yaşayış evinin bərpa etməsinə cəmi 3.700 manat xərcləmişdir. Tikintini başa gətirmək üçün, əlavə 30.000-3700=26.300 AZN pul xərcləməli idi. Bu səbəblərdən də, fərdi yaşayış evi bərpa olmadığı üçün məhkəmənin qətnaməsi tam icra olunmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-373/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Təranə Mahmudova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-373/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan valideynlərindən iddiaçıya və başqa iki bacısına miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, dalan 4, ev 1 ünvanında yerləşən evi satmaq qərarına gəlmişdir. Bir gün, X9 Tairoviç iddiaçıya və həyat yoldaşı X7 yaxınlaşaraq, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evini öz qızı X14 qızma almaq istədiyini bildirmişdir. xx xxx 2014-cü il tarixdə AN - İ№ 0419535 saylı Daşınmaz Əmlakın nisyə Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən evin satış qiyməti 30000 (otuz min) manat təşkil edirdi. İddiaçı həmin evə görə Cavabdeh 15 000 (on beş min) manatını alıb, qalan 15 000 (on beş min) manat məbləğində pulu xx.xx.2014-cü il tarixədək alıcı Cavabdeh tərəfindən almalı olmuşdur. Alıcı Cavabdeh 15 000 manat məbləğində pulu xx.xx.2014-cü il tarixədək ödəməzsə, həmin müqavilə üzrə iddiaçı tərəfdən 15 000 manat məbləğində pul alıcı Cavabdeh ödəmək şərti ilə ləğv edilməli idi. xx.xx.2014-cü il tarixədək alıcı Cavabdeh qalan 15 000 manatı ödəsə həmin əmlak onun mülkiyyətinə veriləcəkdir. Həmin 30 000 manatın, 15 000 (on beş min) manatını ümumi qiyməti 30 000 (otuz min) manat olaraq, həmin ilin 1 ABŞ dolları = 0,784 AZN təşkil etdiyindən evin dəyəri 38265 ABŞ dolları təşkil edirdi. Müqavilənin şərtlərini Cavabdeh pozduğuna görə və eyni zamanda X13 həyat yoldaşına qarşı cinayət əməli törətdiyinə görə iş altı ildə dəfələrlə məhkəmələrdə araşdırılmış və müvafiq qətnamələr qəbul edilmişdir. İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7743/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnaməyə əsasən iddiaçı ilə Cavabdeh arasında ünvan 2 ünvanda yerləşən evin alqısatqısına dair bağlanmış xx xxx 2014-cü il tarixli alq-satqı müqaviləsinin ləğv edilməsi, həmin evə Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Çıxarış etibarsız hesab edilməsi, iddiaçının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının bərpa edilməklə həmin evə mülkiyyət hüququnun tanınması, Cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, iddiaçının həmin evə köçürülməsi, Cavabdeh iddiaçının xeyrinə tutulmalı olan 40670 (qırx min altı yüz yetmiş) manat məbləğində pul vəsaiti evin-iddiaçıya qaytarılmasına görə Cavabdeh ödənilməli olan 15.000 (on beş min) manatla həmin hissədə əvəzləşdirilməklə Cavabdeh cəmi 25.670 (iyirmi beş min altı yüz yetmiş) manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməsi, məhkəmə xərcləri - 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Lakin, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8300/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh verdiyi apellyasiya şikayyəti qismən təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7743/2015 saylı iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmışdır. Belə ki, iddiaçının Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi” barədə ilkin iddiası qismən təmin olunmuş, mənimlə Cavabdeh arasında xx xxx 2014-cü il tarixində ünvan 2 ünvanında yerləşən evin alqı-satqısına dair bağlanaraq ünvan 3 təsdiq edilmiş “daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi” ləğv edilməli və iddiaçıdan 15 000 (on beş min) manat alınaraq Cavabdeh qızma ödənilməsi, ünvan 2 ünvanında yerləşən evə dair Cavabdeh adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX № ******* seriyalı “hüquqların Dövlət qeydiyyatı haqqında çıxarış” etibarsız hesab edilməli və həmin ev üzərində mülkiyyət hüquqlarının bərpa olunması, Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və iddiaçının həmin evə köçürülməsi, ilkin iddia tələblərinin qalan hissədə təmin olunmaması, Cavabdeh qarşılıqlı iddiasının təmin edilib, iddiaçı və həyat yoldaşı X3 Cavabdeh və X6rşı “vurulmuş maddi zərərlərin əvəzinin ödənilməsinə dair” iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsinin icrası, bu günə qədər tam icra edilməmişdir. Belə ki, xx xxxxxx 2014-cü il tarixdə saat 09:00 radələrində mənə məxsus olan ünvan 2 ünvanında (yanğından öncə fərdi yaşayış evinin foto şəkilləri dörd ədəd) yanğın baş vermişdir. Həmin vaxt məlum xx xxx 2014-cü il tarixli AN - İ№ ******* saylı Daşınmaz Əmlakın nisyə Alqı-Satqı Müqaviləsinə əsasən ünvanda Cavabdeh Heybətulla qızı yaşayırdı. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx xxxxxxx 2014-cü il tarixli cinayyət işinin başlamlmasmın rədd edilməsi haqqında qərarda baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığı üçün cinayyət işinin başlanılması rədd edilmişdir. Yanğının nəticəsində mənə məxsus olan fərdi yaşayış evi tamam sıradan çıxmışdır. Ev sığortalı olduğu üçün, X13 və onun qızı Cavabdeh 5 700 manat məbləğində sığorta pulu almış və iddiaçıya bildirmişlər ki, fərdi yaşayış evini yenidən tikib, satmaq şərti ilə iddiaçıya çatası evin ilkin qiyməti 30000 (otuz min) manatın, qalıq 15 000 manatını 1 ABŞ dolları = 0,784 manatı, 19132 ABŞ dolları ödəyəcəkdir. Sonradan verdiyi sözləri əməl etməmiş, X13 həyat yoldaşıma qarşı cinayyət törətmiş həbs edilmiş, qızı Cavabdeh isə evi bərpa etməmişdir. Məhkəmənin qətnaməsinin bir hissəsini 15000 manatın geri qaytarılmsım, satılmış iki sot torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evinin yenidən tikintisinə 4 000 mişar daşı, hər biri 0,40 manatdan - 1600 manat, hörgüsü 300 kv.m, cəmi 1200 manat və materiallara (sement, qum və s.) 900 manata qədər cəmi - 3700 manat pul xərclənmişdir. Hal bu ki, sığortadan cavabdehlərə 5700 manat pul ödənilmişdir. Göründüyü kimi 2000 manat pulu tikintiyə sərf etməmişdir. İddiaçının evinin 2014-cü il tarixdə, aralarında olan müqaviləyə əsasən dəyəri 30 000 manat - 38265 ABŞ dolları olduğuna görə, Cavabdeh fərdi yaşayış evinin bərpa etməsinə cəmi 3700 manat (yanğından sonra Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin yeddi ədəd foto şəkili) xərcləmişdir. Tikintini başa gətirmək üçün, əlavə 30.000- 3700=26.300 AZN pul xərcləməli idi. Lakin, Cavabdeh iddiaçıya məxsus olan yandırılmış fərdi yaşayış evini bərpa etməmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi M.Səidov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh M.Yemelyanova və onun vəkili S.Bağırov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Hüquqi dəyərləndirmə: İş materiallarından görünür ki, İddiaçı və X19 Əzimovaya və Yan Raznobarskiyə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Yan Raznobarskidən 40.000 manat və 17.000 ABŞ dolları, evin yanmasına görə sığorta şirkəti tərəfindən ödənilmiş 5.700 manat sığorta pulunun, X20 Raznobarskiyə borc vermiş olduğu 8.000 manat pulun, müqavilə predmeti olan evin kirayəsinə görə 8.750 manat dəymiş maddi ziyanın, Murad Səidovun sağlamlığına vurulmuş maddi zərərin, yəni 3.500 manat pulun, 3.000 manat məhkəmə və vəkil xidmətləri xərclərinin tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. İddiaçılar İddiaçı və Murad Səidov qətnamədən apelyasiya şikayəti veriblər. Cavabdeh və Yan Raznobarski isə Murad Səidov və İddiaçı qarşı “pul tələbinə dair” iddia ilə məhkəməyə müraciət edərək, Murad Səidovdan 9.500 ABŞ dolları, İddiaçı mülkiyyətinə qayıtmış evin torpaq sahəsinə çəkilmiş hasar və qoyulmuş darvazaya görə 2.000 manat, evdə və torpaq sahəsində aparılmış yenidən qurma işlərinə xərclədikləri 39.500 manat pulun Murad Səidov və Təhirə Səidovadan tutulub onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Murad Səidovdan 9.500 ABŞ dollarının tutulub Yan Raznobarskiyə, İddiaçı 2.000 manat pulun tutulub Cavabdeh verilməsi, həmçinin İddiaçı 6.141 manat pulun tutulub Cavabdeh və Yan Raznobarskiyə verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh və Yan Raznobarski qətnamədən apelyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə hər iki mülki iş 2(103)-1574/2019 nömrə altında bir icraatda birləşdirilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Murad Səidov və İddiaçı apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Eyni zamanda Murad Səidov və İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi İddiaçı 6.141 manat pulun tutulub Cavabdeh və Yan Raznobarskiyə verilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia rədd olunub, qətnamənin qalan hissədə yəni, Murad Səidovdan 9.500 ABŞ dollarının ödəniş günü milli manata məzənnədə tutulub Yan Raznobarskiyə verilməsi, İddiaçı 2.000 manat pulun tutulub Cavabdeh verilməsi hissəsində dəyişdirilmədən, Cavabdeh və Yan Raznobarskinin apelyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilib. İddiaçılar Murad Səidov, İddiaçı və cavabdehlər Cavabdeh, Yan Raznobarski qətnamədən ayrı-ayrılıqda kasasiya şikayətləri veriblər. Ali Məhkəmənin 2(102)-3055/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Murad Səidov, İddiaçı və cavabdehlər Cavabdeh, Yan Raznobarskinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri təmin edilməmişdir. İddiaçı iddia ərizəsində qeyd edilən qətnamələr və qərar haqqında deyil, yalnız onunla cavabdeh arasında mübahisəli evə dair bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi, onun mübahisəli evə köçürülməsi tələbinə dair iddiası üzrə aparılmış məhkəmə icraatı barədə məlumat verib. Halbuki, yuxarıda qeyd edilən məhkəmə aktlarından görünür ki, onun hazırkı iddia üzrə tələbinə mahiyyətcə həmin məhkəmə aktları ilə qiymət verilib, iddiasının əsassız olması öz təsdiqini tapıb. Belə ki, hazırkı iddia onunla əsaslandırılıb ki, mübahisəli fərdi yaşayış evi cavabdeh Məryəm Əzimovanın sahibliyində olan vaxt orda yanğın baş verib, nəticədə ona maddi ziyan dəyib, cavbadeh ya mənzili bərpa etməli, ya da dəymiş ziyanı ödəməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən də görünür ki, iddiaçılar iddia tələblərini onunla əsaslandırıblar ki, xx.xx.2014-cil ildə ünvan 5 ünvanında yerləşən evdə yanğın hadisəsi baş vermiş, yanğın zamanı ümimilikdə evə 40000 (qırx min) manat məbləğində maddi ziyan dəymişdir. Yanğın baş verdiyi zaman həmin ev Cavabdeh mülkiyyətində olmuşdur. Yanğından sonra həmin ev sığorta olunduğuna görə sığorta şirkətindən 5700 (beş min yeddi yüz) manat sığorta pulu alınmışdır. Bundan sonra cavabdehlər evin qalıqlarını sökərək, orada yarımçıq tikili inşa ediblər. Həmin işdə də iddiaçılar evin yararsız vəziyyətə düşməsinə görə 40000 manat, sığorta şirkətindən alınmış 5700 manat və digər ziyanlara görə vəsaitlərin cavabdehlərdən alınaraq onlara verilməsini tələb ediblər. Həmin qətnamədən görünür ki, iddia tələbinin əsasını təşkil edən hallar sübuta yetirilmədiyindən, rədd edilib. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı onunla cavabdeh arasında olan başqa məhkəmə işi üzrə müəyyən edilmiş halları başqa tələblər formasında ifadə etməklə yenidən mübahisələndirməyə cəhd etmişdir ki, buna da mülki qanunvericililiklə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3.-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respubblikası Konstitusiya Məhkəməsinin Plenumu “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixliqərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxxx 2014-cü il tarixli qərarında qeyd edib ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə xx xxxxxxx 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə xx xxxx 2003-cü il tarixli Qərar). Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının hazırkı iddia ərizəsində irəli sürdüyü tələbinin əsası kimi istinad etdiyi hallar araşdırıldığından və öz təsdiqini tapmadığından iddia rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-373/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar