Məhkəmə qərarları › İş №2(103)-4086/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4086/2020

21.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4086/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili X4, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakıilə, İddiaçı X1 cavabdehlər Cavabdeh, “xxxxxxxxxxxxx” MMC, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “şəxsin hüquqi şəxsin direktoru təyin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7, Yusif Əhmədovun “xxxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi və direktoru kimi fəaliyyət göstərməsinə maneçilik törədilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsi, Y.Əhmədovun MMC-yə qanuni təmsilçi seçilməsi ilə bağlı zəruri hərəkətlərin yerinə yetirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Y.Əhmədovun MMC-nin qanuni təmsilçisi olması barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət, iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, məhkəmə qətnaməsində qeyd edir ki, cəmiyyətin qanuni təmsilçisinin təyin edilməsi cəmiyyətin müstəsna səlahiyyətlərinə daxildir və bu mübahisəyə məhkəmədə baxıla bilməz. Bu hal isə, iddiaçının məhkəmə müdafiəsi və məhkəməyə çatımlılıq prinsipinin pozulmasıdır. Belə ki, iş materiallarından aydın olur ki, “xxxxxxxxxxxxx” MMCnin təsisçilərinin xx.xx.2019-cu il tarixdə ümumi yığıncağı keçirilmiş və gündəlikdə duran məsələ direktorun dəyişdirilməsi ilə bağlı olmuşdur. Lakin iclasda iştirak edən cavabdehin nümayəndəsi Orxan Süleymanov direktorun dəyişdirilməsinə etiraz edərək, qərarı imzalamaqdan imtina etmişdir. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutlmuş qaydada təsisçilərin ümumi yığıncağının keçirilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçının təsis hüquqları pozulmuş və iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. Hüququ pozulmuş vətəndaşın məhkəməyə mürcaiət etmək hüququ məhdudlaşdırıla bilməz. Bu halı təsdiq edən təsisçilərin ümumi yığıncağının protokolu və qərarı da məhkəməyə təqdim edilmişdir. Direktorun seçilməsinin cəmiyyətin təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olması direktorun öz hüquqlarından sui-istifadəsinə və məhkəmənin də buna göz yummasına əsas vermir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, Cavabdeh 9 ay müddətində həbsdə olmuş və bu müddət ərzində MMC-nin bütün təsis sənədləri və möhrü götürülmüşdür. Bunlar olmadan isə, müəssisədə hər hansı maliyyə və digər əməliyyatların aparılması mümkün olmamış, müəssisənin fəaliyyəti iflic vəziyyətinə düşmüşdür. Eyni zamanda, cavabdeh cəmiyyətin qeydiyyata alınmasından bu günə kimi heç vaxt cəmiyyətin illik fəaliyyətinin yekunlarına dair ümumi yığıncağı keçirməmiş, cəmiyyətin gəlirləri və xərcləri barədə təsisçi kimi iddiaçıya heç bir məlumat verməmiş, divident ödənməmişdir. Odur ki, qeyd olunanlara əsasən, şikayətin təmin olunmasını xahiş edir. Cavabdeh və onun nümayəndəsi isə, şikayətə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər və üçüncü şəxs hazırkı məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşdə olan sənədlərdən görünür ki, Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən, hüquqi şəxs “xxxxxxxxxxxxx” MMC (VÖEN **********) xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır və hüquqi ünvanı AZ3500, Qazax rayonu, İİ Şıxlı kəndidir. MMC-nin Nizamnaməsinə əsasən,cəmiyyətin təsisçiləri Şahin Şıxlinski və Cavabdehdur. Nizamnamə kapitalının miqdarı 100 manat müəyyən edilməklə, hər birinin nominal dəyəri bir manat olan 100 paydan ibarətdir və təsisçilər tərəfindən bir dəfəyə pul şəklində ödənilmişdir. Nizamnamə kapitalında təsisçilərin payı: Şahin Şıxlinski - 50%, 50 manat, 50 pay, pul şəklində; Cavabdeh - 50%, 50 manat, 50 pay, pul şəklində müəyyən edilmişdir. Cəmiyyətin ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır və cəmiyyətin icra orqanlarını yaratmaq, onların səlahiyyətlərinə vaxtınndan əvvəl xitam vermək, icra orqanlarının səlahiyyətlərini kənar idarəçiyə vermək onun müstəsna səlahiyyətinə aiddir. Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik və onun işlərinin aparılması ümumi yığıncağa hesabat verən təkbaşçı icra orqanı olan Baş direktor tərəfindən həyata keçirilir. Baş direktor ümumi yığıncağın iclasında cəmiyyətin təsisçisi olan və ya olmayanların sırasından seçilir (təyin edilir). O, təkrar müddətə seçilə (təyin edilə) bilər. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) qaydasında baxılmalı olmasını ehtiva edir. Hazırda iddiaçı, məhkəmədə iddia qaldıraraq, cavbadeh Cavabdeh “xxxxxxxxxxxxx” MMC direktoru vəzifələrini icra edə bilmədiyinə, müəssisəyə ciddi zərər vurduğuna istinad edərək, Yusif Əhmədovunqanuni təmsilçi seçilməsi ilə bağlı zəruri hərəkətlərin yerinə yetirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını tələb edir. Mülki Məcəllənin 91.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və (və ya) təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin. 91.1-1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. MM-in 91.3.2-ci maddəsinə əsasən, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verməkməhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir. Mülki qanunvericiliyin sadalanan normalarından və “xxxxxxxxxxxxx” MMC-nin Nizamnaməsindən də göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin ali orqanı olmaqla, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, habelə, cəmiyyətin təsisçisi olan və olmayanların sırasından baş direktorun seçilməsi ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir. Belə olan halda, hər hansı şəxsin məhdud məsuliyyətli cəmiyyətin qanuni təmsilçisinin təyin edilməsi və ya qanuni təmsilçi seçilməsi ilə bağlı məsələ müstəsna qaydada cəmiyyətin iştirakçılarının ümumi yığıncağında həll edilməli məsələ olmaqla, məhkəmə qaydasında həll edilməsi mümkün deyil. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 261, 398, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-112/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar