Məhkəmə qərarları › İş №2(103)-4093/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4093/2020

12.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4093/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il il tarixli, 2(001)-721/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-KO- *** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobil üçün ödəmiş olduğu 12000 manat vəsaitin Cavabdeh onun xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 Rəsul Valeh oğluna qarşı Bakı şəhəri Sabunçu rayon Məhkəməsində iddia qaldıraraq aldığı avtomobilin dəyəri olan 11800 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək **-KO-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobilə görə İddiaçı vermiş olduğu 11800 manat məbləğində pulu vaxtında yəni 2018-ci ilin iyun ayında ona qaytarmadığına görə 1000 manat məbləğində pulun tutularaq ilkin iddia üzrə iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddiaya İddiaçı tərəfindən qarşılıqlı iddia verilərək avtomobildən faktiki istifadə və amortizasiya xərcləri nəzərə alınmaqla ilk iddianın 1000 manat azaldılaraq, həmin hissədə iddianın rədd edilməsi; qarşılıqlı iddianın təmin edilməsi, **-KO-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobilin X16 alınaraq ona verilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən xx xxx 2019-ci il tarixli, 2(008)- 2297/2019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, İddiaçı 10800 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq X23 verilməsinə, ilkin iddianın qalan hissəsinin və qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə çıxarılmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2019 cu il tarixli, 2(008)-2297/2019 saylı qətnaməsinin 3-cü səhifəsinin 7-ci abzasına Cavabdeh şahid qismində məhkəməyə bildirmişdir ki, **-KO-*** qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobil əvvəlcə onun mülkiyyətində olmuş, onu Nicat adlı şəxsdən 10000 manata almış, öz adına keçirmiş, ona əl gəzdirmiş və İddiaçı 12000 manata sataraq etibarnamə vermişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən xx xxx 2019-ci il tarixli, 2(008)-2297/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilsə də, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-11079/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini alana kimi tərəflər aralarında razılaşmış və xx.xx.2019 cu il tarixli ərizə tərtib edərək Bakı şəhəri 16 saylı xüsusi notariusunda təsdiqlənməklə İddiaçı tərəfindən X23 ödəniş olunmuşdur. Belə olan halda iddiaçının **-KO-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobil üçün ödəmiş olduğu 12000 manat vəsaitin Cavabdeh tələb etmək hüququ yaranmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(008)-2297/2019 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-11079/2019 saylı qətnamələri ilə müəyyən edilmişdir ki, Bakı şəhər BPİ-nin İstintaq və X19 cinayətlər istintaqı şöbəsində ********** nömrəli cinayət işinin istintaqı aparılır. Qeyd edilən cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Lənkəran şəhər sakini X17 adına və “xxxxxxxxxxxxx” ASC-nin Lənkəran filialında girovda olan 2008-ci il buraxılış KMHET41CP8A489434 ban nömrəli “Hyundai Sonata” markalı **-BP-*** qeydiyyat nişanlı avtomobilin ban nömrəsi kəsilərək həmin avtomobilə X18 adına qeydiyyatda olan, 2009-cu il buraxılışlı MHEU41DP9A632013 ban nömrəli, “Hyundai Sonata” markalı, **-FX-*** qeydiyyat nişanlı avtomobilin ban nömrəsi qaynaq edilmiş, bundan sonra həmin avtomobil Taleh Əzizovun ödəmədiyi kreditin təminatı kimi xx xxxx 2015-ci il tarixdə Nəsimi rayon İcra Şöbəsinin sifarişi əsasında hərrac yolu ilə X1. Sonradan isə həmin avtomobili X12 xx.xx.2017-ci il tarixdə **-KQ-*** nömrə qeydiyyat nişanı ilə Cavabdeh, o isə öz növbəsində xx.xx.2017-ci il tarixdə İddiaçı, sonuncu isə X3. Cinayət işinin istintaqı zamanı həmin, avtomobil hüquq mühafizə orqanları əməkdaşları tərəfindən aşkar edilərək X16 götürülmüşdür. Ona görə də X31 avtomobilin alğısatqısı üçün İddiaçı ödədiyi 10800 manatın geri lələb olunması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsində iddia qaldırmışdır. Göründüyü kimi məhkəmə aktları ilə müəyyən edilmiş hallardan və vəkil sorğusuna Baş Dövlət Yol Polisi idarəsindən alınmış cavab məktubundan da məlum olmuşdur ki, Cavabdeh həmin avtomobili X6 alaraq xx.xx.2017-ci i! tarixdə öz adına qeydiyyata aldırmışdır. Hətta Baş DövlətYol Polisi İdarəsi tərəfindən də bu hallar aşkar edilməmiş və Cavabdeh məlum olmamışdır. Cavabdeh vicdanlı alıcıdır. Öz növbəsində İddiaçı da vicdanlı alıcı olmuşdur, sadəcə o öz hüquqlarından yararlanaraq vicdanlı alıcı olması barəsində məhkəmələrdə dəlillər irəli sürməmişdir. Hazırki vəziyyətdə İddiaçı avtomobilin alğı-satqısına görə Cavabdeh ödədiyi pulu geri tələb edə bilməz. Ona görə ki, birincisi Cavabdeh vicdanlı alıcıdır, avtomobilin mübahisəli və yaxud da cinayət yolu ilə ban nömrəsinin qaynaq edilərək başqa bir ban nömrəsi altında saxta yolla satılmasını bilə bilməzdir. Bu hallar ona yeni məlum olmuşdur. İkincisi də, Cavabdeh nə İddiaçı, nə də ki, avtomobilin saxtalaşdırılaraq satmış və zərərvuran şəxs deyildir. İddiaçı hazırkı cinayət işi ilə bağlı zərəçəkmiş şəxs qismində tanınaraq istintaqın yekun nəticəsi ilə və gələcəkdə barəsində ittiham hökmü çıxarılan şəxslərdən dəymiş zərərin əvəzini tələb etmək hüququna malikdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il il tarixli, 2(001)-721/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il il tarixli, 2(001)- 721/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmənin iş üzrə gəlidiyi nəticəni yalnız əvvəllər iddiaçı X20 cavabdeh İddiaçı qarşı “avtomobilin geri tələb edilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(008)-2297/2019 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-11079/2019 saylı qətnamələrində müəyyən edilmiş faktlar ilə əlaqələndirmişdir. Həmin qətnamələr ilə müəyyən edilmişdir ki, hazırda sözügedən avtomaşın İddiaçı mülkiyyətində olan daşınar əmlak kimi qeydiyyatdan keçsə də, avtomaşının ban nömrəsinin dəyişdirilməsi ilə bağlı məlumat tam araşdırılıb müəyyən edilmiş hallara müvafiq qaydada hüquqi qiymət verildikdən sonra onun əsl sahibinə qaytarılması ilə bağlı istintaq və ya həmin araşdırma ilə əlaqədar qəbul edilə biləcək yekun məhkəmə qərarı ilə həll oluna bilər. Hazırkı iş üzrə Cavabdeh hazırki tələbə qarşı qarşılıqlı iddia qaldıraraq avtomobili geri tələb etməmiş, əksinə hazırda vicdanlı alıcı olduğu üçün avtomobilin qüsurlu, yəni ban nömrəsinin qaynaq edilərək digər avtobilin texniki göstəriciləri ilə saxtalaşdırılmasını o heç bir vaxt bilməmişdir və bilədə bilməzdi, mübahisəli avtomobil Baş Dövlət X28 texniki baxışından da keçəndə bu halı hətta mütəxəssislər aşkara çıxara bilməmişdirlər. Hazırda, o, İddiaçı ziyan vuran şəxs deyil, ona görə dəymiş ziyan adı ilə avtomobilə ödədiyi pulu İddiaçı ondan tələb edə bilməz. Etirazın əsasları kimi də məhkəmədə qeyd etmişdir ki, hazırki vəziyyətdə İddiaçı avtomobilin alğısatqısına görə Cavabdeh ödədiyi pulu geri tələb edə bilməz. Ona görə ki, birincisi Cavabdeh vicdanlı alıcıdır, avtomobilin mübahisəli və yaxud da cinayət yolu ilə ban nömrəsinin qaynaq edilərək başqa bir ban nömrəsi altında saxta yolla satılmasını bilə bilməzdir. Bu hallar ona yeni məlum olmuşdur. İkincisi də Cavabdeh İddiaçı avtomobili saxtalaşdırılaraq satmış və zərərvuran şəxs deyildir. İddiaçı hazırki cinayət işi ilə bağlı zərəçəkmiş şəxs qismində tanınaraq istintaqın yekun nəticəsi ilə və gələcəkdə barəsində ittiham hökmü çıxarılan şəxslərdən dəymiş zərərin əvəzini tələb etmək hüququna malikdir. Etirazının hüquqi əsası kimi də Azərbaycan Respublikası MM-nin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır, vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır deyə maddi hüquq normalarına istinad etmişik. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Bu səbəbdən də və yuxarıda qeyd edilən əsasla görə hesab etmişik ki, Cavabdeh avtomobili vicdanlı alıcı qismində almışdır və başqa şəxslərin vurduğu zərərə görə də cavabdeh olaraq məsuliyyət daşıya bilməz. Nə avtomobil, nədə ki, pul ondan tələb edilə bilməz. Göründüyü kimi məhkəmə hakimi başqa bir əsas tapmadan qeyd etdiyimiz kimi yalnız əvvəllər çıxarılmış məhkəmə aktları ilə müəyyən edilmiş faktlara istinad etmiş və bu əsasları da gətirməklə Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələblərinə söykənmişdir. Bunlar isə hesab edirik ki, məhkəmə aktları ilə müəyyən edilmiş faktlar deyil, sadəcə həmin iş üzrə məhkəmə hakimlərinin gəldikləri subyektiv nəticədir. Hazırki iddianın mahiyyətindən məlum olduğu kimi İddiaçı Cavabdeh hazırki pul tələbini ona dəymiş ziyan qismində tələb edir. Ona görə də onun iddiası Cavabdeh münasibətdə təmin edilməməklə dəymiş zərərlə bağlı Azərbaycan Respublikası MM-nin 21-ci və yaxud da 1096-cı maddələrinin tələblərinə əsasən yalnız ona ziyan vuran şəxslərdən tələb edilməsini məhkəmə tərəfindən iddiaçıya hazırda izah edilməli idi.Məhkəmə hakiminin təkrar olaraq belə bir qətnaməsi nəzərə alsaq ki, Cavabdeh da avtomobili öz növbəsində ardıcıllıqla başqa şəxslərdən əldə etmişdir, məhkəmələrdə yeni bir mübahisələrin açılmasına zəmin yaradır. Bununla yanaşı məhkəmənin gedişi zamanı Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan məlum cinayət işi araşıdırıldığından hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş etsək də məhkəmə mülki işin icraatının dayandırılması barədə qərardad çıxarmamışdır. Beləliklə, birinci instansiyası məhkəməsi tərəfindən mülki iş obyektiv və tam araşdırılmamış, onlara qiymət verilməsi zamanı bitərəfli və qərəzli mövqe tutulmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il il tarixli, 2(001)-721/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(008)-2297/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X31 cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **-KO-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobilə görə cavabdeh İddiaçı verdiyi 11.800 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı dövründə ilk iddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı iddia ərizəsinə əlavə ilə müraciət edərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən 90-KO059 dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobilə görə cavabdeh İddiaçı verdiyi 11.800 manat məbləğində pulu vaxtında, yəni 2018-ci ilin iyun ayında ona qaytarmadığına görə 1000 manat məbləğində pulun (əldən çıxmış faydanın) cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.İddiaçı X23 qarşı avtomobilin qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək avtomobildən faktiki istifadə və amortizasiya xərcləri nəzərə alınmaqla ilk iddianın 1000 manat azaldılaraq, həmin hissədə iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, **-KO-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobilin X16 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2297/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, İddiaçı 10800 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb X23 verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 11079/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(008)-2297/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(008)-2297/2019 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-11079/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş faktları, Bakı şəhəri BPİ-nin İstintaq və X19 cinayətlər istintaqı şöbəsinin baş müstəntiqi polis mayoru Ramil Məmmədovun xx.xx.2009-cu il tarixli arayışına istinad edərək, iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 573.1, 21.1, 21.2, 21.3-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək, iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovniki İsmayıl Əliyevin xx.xx.2020-ci il tarixli, ***-**** saylı məktubundan görünür ki, xx xxxx 2018-ci il tarixdə X8 RPİ-nin 34-cü PB-nə ərizə ilə müraciət edərək, oğlu Çingiz Ağayevin “Hyundai Sonata” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün tanışı X13 verməsinə baxmayaraq, sonradan sonuncunu tapa bilmədiyini, 2018-ci ilin may ayında “Turbo.az” saytında olan satış elanına əsasən oğlu ilə görüşdükdə satılan avtomobilin ona məxsus olmasından şübhələndiyini və avtomobilin ban nömrəsinin dəyişdirildiyini bildirmişdir. Ərizə ilə bağlı Xətai RPİ-nin 34-cü PB-nin baş təhqiqatçısı polis mayoru Ceyhun Hüseynov tərəfindən araşdırma aparılaraq toplanmış material Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində analoji faktlar üzrə xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, X15 Ağayevə məxsus “xxxxxxxxxxxxx” ASC-nin “Lənkəran” filialında girovda olan 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsi naməlum şəxs tərəfindən kəsilərək həmin nəqliyyat vasitəsinə X21 məxsus “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Nərnimanov” filialında girovda olan 2009-cu il buraxılışlı “Hyundai Sonata” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsi qaynaq edilmiş, daha sonra həmin avtomobil Taleh Əzizovun ödəmədiyi kreditin təminatı kimi xx xxxx 2015-ci il tarixdə Nərimanov rayon İcra Şöbəsinin sifarişi əsasında hərrac yolu ilə X2, sonuncu həmin avtomobili xx xxxxxx 2017-ci il tarixdi ** KO *** dövlət qeydiyyat nişanı ilə Cavabdeh, sonuncu xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhər BPİ-nin DYPİ-də bilavasitə tabe olan YPX Alayının yol patrul xidməti inspektoru, polis serjantı İddiaçı, o, isə xx xxxxxx 2018ci ildə Rauf İsayevə satmışdır. Çingiz Ağayevə məxsus avtomobilin ban nömrəsi saxtalaşdırıldığından, istintaq zamanı avtomobil saxlanılması üçün ona təhvil verilmişdir. İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilərək, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından dəfələrlə, sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə CPMnin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. İş materiallarından “X5 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx xxxx 2017-ci il tarixli, Y-483 saylı protokoldan görünür ki, “Hyundai Sonata” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil 7225 manata X1. İş materiallarından Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli, 016-4217- 1220 saylı məktubu və həmin məktuba əlavə edilmiş kompyuter çıxarışına əsasən “Hyundai Sonata” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil hərrac protokolu əsasında xx.xx.2017-ci ildə X7 adına mülkiyyət hüququ ilə qeydə alınıb, avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirilərək, ** MB *** olmuşdur. xx.xx.2017-ci ildə həmin avtmobil alğı-satqı müqaviləsi əsasında Cavabdeh satılmış, dövlət qeydiyyat nişanı dəyişdirilərək, ** KO *** olmuşdur. Həmin avtomobil xx.xx.2017-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında İddiaçı satılmış, sonuncu həmin avtomobilə görə xx.xx.2018-ci ildə X23 etibarnamə vermişdir. İş materiallarından xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan əsasən “Hyundai Sonata” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobili 7000 manata İddiaçı satmışdır. Kollegiya birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən, MPM-nin 82.3-cü maddəsinə istinad etməsini düzgün hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki: Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kollegiya hesab edir ki, hazırki iş üzrə Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(008)-2297/2019 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-11079/2019 saylı qətnaməsi ilə işə baxılarkən tərəf və ümumiyyətlə işdə iştirak edən şəxs olmadığından, həmin qətnamələrlə müəyyən olunmuş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmir. Beləliklə işin araşdırılmış halları ilə müəyyən olunur ki, mübahisəli “Hyundai Sonata” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil hərrac protokolu (alğı-satqı) əsasında xx.xx.2017-ci ildə X7 adına mülkiyyət hüququ ilə qeydə alınıb, avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirilərək, ** MB *** olmuşdur. xx.xx.2017-ci ildə həmin avtmobil alğı-satqı müqaviləsi əsasında Cavabdeh satılmış, dövlət qeydiyyat nişanı dəyişdirilərək, ** KO *** olmuşdur. Həmin avtomobil xx.xx.2017-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında İddiaçı 7000 manata satılmış, sonuncu həmin avtomobilə görə xx.xx.2018-ci ildə X23 etibarnamə vermişdir. Kollegiya qeyd edir ki, istintaqı aparılan cinayət işi üzrə MPM-nin 82.4-cü maddəsinə əsasən preyudisial əhəmiyyət kəsb edən qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 573.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərindən görünür ki, 3-cü şəxslər alğı-satqı müqaviləsi icra edilənədək əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, qeyd olunan maddi normanın dispozitiv şərtləri mövcud deyildir. Yəni, mübahisəli avtomobil xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən 7000 manata İddiaçı satılmış, sonuncunun sahibliyinə və istifadəsinə verilmişdir. Bundan sonra İddiaçı həmin avtomobilə görə xx.xx.2018-ci ildə X23 etibarnamə vermişdir. Kollegiya hesab edir ki, mübahisəli avtomobil İddiaçı mülkiyyətində olan daşınar əmlak kimi qeydiyyatdan keçsə də, avtomaşının ban nömrəsinin dəyişdirilməsi ilə bağlı məlumat tam araşdırılıb müəyyən edilmiş hallara müvafiq qaydada hüquqi qiymət verildikdən sonra onun əsl sahibinə qaytarılması ilə bağlı istintaq və ya həmin araşdırma ilə əlaqədar qəbul edilə biləcək yekun məhkəmə qərarı ilə həll oluna bilər. Hazırkı iş üzrə Cavabdeh vicdanlı alıcı olduğu üçün avtomobilin qüsurlu, yəni ban nömrəsinin qaynaq edilərək digər avtobilin texniki göstəriciləri ilə saxtalaşdırılmasını o heç bir vaxt bilməmiş və bilədə bilməzdi. Belə ki, mübahisəli avtomobil Baş Dövlət X28 texniki baxışından da keçəndə bu halı mütəxəssislər aşkara çıxara bilməmiş, Cavabdeh özü alğı-satqı müqaviləsi əsasında avtomobili Ceyhun Qənbərovdan, sonuncu isə icra məmurunun sifarişi əsasında keçirilən açıq hərracdan alğı-satqı əsasında əldə etmişlər. Hazırda, Cavabdeh İddiaçı ziyan vuran şəxs deyil, ona görə dəymiş ziyan adı ilə avtomobilə ödədiyi pulu İddiaçı ondan tələb etməsi əsaslı hesab edilə bilməz. MM-nin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır, vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. MM-nin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plunumunun xx xxxxxxx 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da, alıcı vicdanlı hesab olunur. Həmçinin vurğulanmışdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Kollegiya hesab edir ki, Cavabdeh avtomobili vicdanlı alıcı qismində almışdır və başqa şəxslərin vurduğu zərərə görə də cavabdeh olaraq məsuliyyət daşıya bilməz. Hazırki iddianın mahiyyətindən məlum olduğu kimi İddiaçı Cavabdeh hazırki pul tələbini ona dəymiş ziyan qismində tələb edir. İddiaçı hazırda da, avtomobilin mülkiyyətçisi olmaqla, cavabdehlə aralarında olan alğı-satqını mübahisələndirməmişdir. Kollegiya hesab edir ki, iddiaçının iddiası Cavabdeh münasibətdə təmin edilməməklə, dəymiş zərərlə bağlı Azərbaycan Respublikası MM-nin 21-ci maddələrinin tələblərinə əsasən yalnız ona ziyan vuran şəxsdən (şəxslərdən) tələb etməsi hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il il tarixli, 2(001)-721/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Xəyal Sarıyev Hakimlər: imzalar: Emin Mehdiyev Şərafət Məmmədova Əsli ilə düzdür Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar