Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4097/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 Abasqulu qızının vəkili X9 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-101/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3165/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh «xxxxxxxx» MMC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-101/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiatələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti, daha sonra apelyasiya şikayətinə əlavə vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır. Qiymətləndirmə dövrü ərzində əmlaka baxış keçirilməmiş, ipoteka predmetinin ilkin satış qiymətinin yüksək göstərilməsi sonradan həmin əmlakın açıq hərracda satılmasını və bankın tələblərinin həmin əmlaka yönəldilməsini qeyri-mümkün etmişdir. Buna görə də qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh “X4 Mərkəzi” MMC-yə qarşı “hərracın etibarız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 32 saylı mənzilin satılması ilə bağlı keçirilmiş hərracların, hərracların keçirilməsi ilə bağlı tərtib edilmiş protokolların və həmin hərracların nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3165/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh “X4 Mərkəzi” MMC-yə qarşı “hərracın etibarız hesab edilməsi” tələbinə dair 2(103)-1959/2020 saylı mülki iş, onunla əlaqəli olan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh «xxxxxxxx » MMC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi» tələbinə dair 2(103)- 4097/2020 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətlərini müdafiə edərək qeyd etdi ki, əmlakın qiymətləndirilməsi zamanı hər hansı bir araşdırma aparılmamış, həmçinin əmlaka baxış keçirilməmişdir. Nümayəndə “hərracın etibarsızlığı” tələbi ilə bağlı mülki iş üzrə isə qeyd etdi ki, onlar ikinci hərrac keçirilməmişdən əvvəl hərrac təşkilatına müraciət etmiş, hərracın dayandırılmasını xahiş etmişlər. Hesab etmişlər ki, hərrac dayndırılıb, lakin sonradan onlara məlum olub ki, hərrac dayandırılmayıb. Bu səbəbdən, hesab edirlər ki, 30 gün müddət süni şəkildə keçdiyindən hərrac etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili R.Umudov apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, “xxxxxxxxxxxx” MMC-dən 378.015 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh3 606/15-11-10 saylı xx.xx.2015-ci il tarixli sifariş məktubu əsasında «xxxxxxxx» MMC tərəfindən qiymətləndirmə işi həyata keçirilmiş, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yəhya Bakuvi küçəsi 12-də yerləşən 32 saylı mənzil 315.000 manata qiymətləndirilmişdir və bu barədə xxxxxxxx MMC tərəfindən xx.xx.2015-ci il tarixdə 15-629 №-li “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat” tərtib edilmişdir. Mülki iş materiallarında olan xx.xx.2015-ci il tarixli 15-629 №-li «xxxxxxxx» MMCnin «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında» mübahisəli Hesabatın surətindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yəhya Bakuvi küçəsi 12-də yerləşən 32 saylı mənzil 315.000 manata qiymətləndirilmişdir. «X13» MMC-nin ƏEM/N 69-968/19 saylı ekspert rəyində Bakı şəhəri, Yəhya Bakuvi küçəsi 12-də yerləşən 32 saylı mənzilin 2015-ci il üçün orta bazar dəyərinin 317.000, likvid dəyərinin isə 315.000 manat olduğu göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* №-li çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən 12 saylı evin 4 otaqlı 32 saylı mənzili tam mülkiyyət hüququ üzrə Manafova Abasqulu qızının mülkiyyətindədir,. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən 12 saylı evin 4 otaqlı 32 saylı mənzili 21,02.2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1540/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnamənin kserosurətindən görünür ki, Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı ASC-nin cavabdehlər “xxxxxxxxxxxx” MMC, Ağasəf Mölə oğlu Quliyev, X6, X7, X8 və X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka yüklü əmlaka və borclunun digər əmlakına yönəldilməsinə dair iddiasının təmin edilməsi, xx.xx.2009-cu il tarixli 307 İ saylı kredit müqaviləsi üzrə yaranmış 290.000 manat məbləğində əsas borcu, 88.015 manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, cəmi 378.015 manat məbləğində borcun “xxxxxxxxxxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə X3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylıı mənzilə yönəldilməsi, əmlakların açıq hərracda satılması yolu ilə banka olan borcun ödənilməsi, mənzil satıldıqdan 1 aydan gec olmayaraq həmin mənzildə qeydiyyatda olan və yaşayan cavabdehlərin mənzildən çıxarılması və əmlakın boşaldılması, onların mənzildən istifadə hüquqlarına xitam verilməsi və Abasqulu qızı Manafovanın İddiaçı ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. “X4 Mərkəzi” MMC tərəfindən hərracın keçirilməsi barədə iırişlərin “xxxxxxxxxxxx" MMC-yə, Mirrauf Manafova, Cavabdeh2 təqdim edilməsi rədə poçt qəbzlərindən görünür ki, onlara hərracın keçirilməsi barədə məlumat verilmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-3523/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh2 cavabdeh “xxxxxxxx" MMC-yə qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi tələbinə dair mübahisəyə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi qəbul olunanadək ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 32 saylı mənzilin üzərinə həbsin qoyulması, həmçinin həmin mənzilinin satılması məqsədilə hərracın keçirilməsinin dayandırılması qərara alınmışdır. “X4 Mərkəzi” MMC-nin xx.xx.2015-ci il tarixli hərracın dayandırılması barədə 40 nömrəli protokolun kserosurətindən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 3523/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilin satışı ilə bağlı hərrac dayandırılmışdır. “X4 Mərkəzi” MMC tərəfindən Nərimanov rayon icra Şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 289 saylı məktubun kserosurətinə əsasən borclu “xxxxxxxxxxxx” MMC-yə məxsus əmlak (Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, ev 12, mənzil 32) Nərimanov RİŞ-nin sifarişinə əsasən Hərrac Mərkəzinə daxil olmuşdur. xx.xx.2015-ci il tarixində ilkin hərrac keçirilmiş, lakin Səbail rayon Məhkəməsinin 2(009)-3523/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə hərrac dayandırıldığı üçün təkrar hərracı keçirtmək mümkün olmamışdır. Cavabdeh3 tərəfindən “X4 Mərkəzi” MMC-yə, Cavabdeh2 və “İddiaçı" ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 4062-606/2015-15-10 saylı məktubun kserosurətinə əsasənSəbail rayon Məhkəməsinin xx.xx.2015-ci tarixli, 2(009)-3523/2015 saylı qərardadına əsasən hərracın keçirilməsi dayandırılmışdır, bundan sonra həmin məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadına əsasən Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(009)-3523/2015 saylı qərardadı ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8630/2015 saylı, xx.xx.2016-cı il tarixli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)- 1484/2016 saylı qərarı ilə Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı qüvvədə qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1540/2014 saylı, xx.xx.2014cü il tarixli icra sənədinin icrası ilə əlaqədar “xxxxxxxxxxxx” MMC-dən 378.015 manat borcun və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzillə bağlı hərracın keçirilməsini davam etdirərək nəticə barədə Nərimanov yon icra və Probasiya Şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. “X4 Mərkəzi” MMC tərəfindən Cavabdeh3nə, tələbkar İddiaçı ASC-yə, borclular “xxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2 və X5 göndərilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, onlara Cavabdeh3 xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilin ilkin satış qiyməti 315.000 manata satılması ilə bağlı xx.xx.2019-cu il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. “X4 Mərkəzi” MMC tərəfindən Cavabdeh3nə, tələbkar “İddiaçı" ASC-yə, borclular “xxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2 və X5 göndərilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, onlara Cavabdeh3 xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi .qəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinin satış qiyməti 267.750 manata satılması ilə bağlı xx.xx.2019-cu il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. “X4 Mərkəzi” MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin “xxxxxxxxxxxx” MMC-yə, Mirrauf Manafova, Cavabdeh2 təqdim edilməsi iradə poçt qəbzlərindən görünür ki, onlara hərracın keçirilməsi barədə məlumat verilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh3nə, Bakı Apellyasiya Məhkəməsinə və “X4 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-1540/2014 saylı icra sənədini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılması xahiş edilmişdir. Cavabdeh3 tərəfindən “X4 arkəzi” MMC-yə ünvanlanmış 5568 saylı, xx.xx.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, sözügedən icra sənədi üzrə tələbin yönəldiyi Cavabdeh2 məxsus ipoteka yüklü edilmiş Bakı şəhəri, Nərimanov İonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzilə dair keçiriləcək hərracın lyandırılması barədə göstəriş verilməsi xahiş olunmuşdur. Yasamal rayon icra və Probasiya Şöbəsi tərəfindən Əmlakların Qiymətləndirilməsi Xidməti “xxxxxxxx” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1639/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən LPO İddiaçı ASC-nin cavabdeh Əmlak Qiymətləndirilməsi Xidməti “xxxxxxxx” MMC-yə Cavabdeh2 və Cavabdeh3nə qarşı “əmlakı qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi" tələbinə dair mübahisəyə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi qüvvəyə minənədək ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12 ünvanında yerləşən 4 aqlı32saylı mənzilin satılması məqsədilə hərracın keçirilməsi dayandırılmalıdır. Hərracın dayandırılması barədə xx.xx.2019-cu il tarixli, 068 nömrəli protokolun kserosurətindən görünür ki, Cavabdeh3 5568-15-10 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinin satışı ilə bağlı hərrac dayandırılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-101/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 3165/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsini iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-101/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yəhya Bakuvi küçəsi 12-də yerləşən 32 saylı mənzilin qiymətləndirilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması «X13» MMC-yə həvalə edilmişdir. Mülki işdə olan «X13» MMC-nin ƏEM/N 69-968/19 saylı ekspert rəyində Bakı şəhəri, Yəhya Bakuvi küçəsi 12-də yerləşən 32 saylı mənzilin 2015-ci il üçün orta bazar dəyərinin 317.000, likvid dəyərinin isə 315.000 manat olduğu göstərilmişdir. Göründüyü kimi mübahisəli «xxxxxxxx» MMC tərəfindən qəbul olunmuş xx.xx.2015ci il tarixli 15-629 №-li «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat» da Bakı şəhəri, Yəhya Bakuvi küçəsi 12-də yerləşən 32 saylı mənzilin 2015-ci il tarix üçün ilkin qiyməti real bazar qiymətinə uyğun olaraq düzgün müəyyənləşdirildiyindən, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə həqiqi sayılır. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Kollegiya Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3165/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı apellyaisya şikayətində qeyd etmişdir ki, “X4 Mərkəzi” MMC tərəfindən ilkin hərrac təyin edilərkən, birinci elan «bildirişi hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməli olduğu halda bu tələbə riayət edilməmiş, ilkin hərracı “ipoteka Haqqında" Azərbaycan Respublikası Qanunun 42.1 -ci maddəsinin tələblərinə zidd olaraq, hərracın keçirilməsi, bildirişin verildiyi tarixdən 26 gün sonraya təyin edilmişdir. Bu səbəbdən iddiaçı həmin əsasa görə ilkin hərracın etibarsız hesab edilməsini tələb edir. Eyni zamanda ikinci hərrac keçirilməmişdən əvvəl icra sənədinin geri qaytarılması barədə ərizə verildiyi halda bununla da hərracın keçirilməsi dayandırılmalı olduğu halda ikinci hərrac keçirildiyindən, həmin hərracın da iddiaçı etibarsız hesab edilməsini xahiş etmişdir. “İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığıgündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən ilkin hərracın keçirilməsi barədə məlumat ən geci 30 gün qalmış bildirilməlidir. Eyni zamanda, hərracın keçirilməsi barədə bildiriş qanunda nəzərdə tutulmuş qaydada hərraca 20 gün qalmış verilmiş və hərrac sifariş verildiyi vaxtdan 30 gündən gec olmayaraq təyin edilmişdir, (sifariş xx.xx.2019-cu il tarixdə verilmiş, ilkin hərrac xx.xx.2019-cu il tarixdə təyin edilmiş, bildiriş xx.xx.2019-cu il tarixdə göndərilmişdir). Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ilkin hərrac “ipoteka haqqında” Qanunun tələblərinə riayət edilməklə keçirilmiş və iddiaçının dəlilləri hərracın etibarsız hesab ediİməsi üçün əsas deyildir. Kollegiya qeyd edir ki, hərrac 30 gündən gec keçirildiyi halda qanunun tələblərinə zidd keçirilmiş hesab edilə bilərdi. İddiaçının apellyasiya şikayətinin digər dəlili, yəni ikinci hərracın etibarsız hesab edilməsi ilə bağlı Kollegiya qeyd edir icraatın dayandırılması barədə sifarişçi təşkilat kimi icra və probasiya şöbəsi tərəfindən hərrac mərkəzinə ünvanlanmış məktub birinci hərrac keçirildikdən sonra daxil olduğundan və həmin məktub daxil olan vaxtdan icraat dayandırıldığından, ikinci hərracın qanunsuz keçirilməsi barədə dəlilləri də əsassızdır. “İpoteka haqqında” AR Qanununun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir(maddə 43.4). AR Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, məhkəmə iş üzrə düzgün nəticəyə gəlmiş, qətnamələr qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olmaqla, qətnamələrin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onların verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-101/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3165/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-4097/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4097/2020
26.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver