Məhkəmə qərarları › İş №2(103)-413/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-413/2022

15.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-413/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, həmçinin nümayəndəsi X18 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-380/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalına, “Oksigen” Klinikasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5a qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair qətnamə qəbul edilməsini, maddi zərərə görə Cavabdeh1 2700 (iki min yeddi yüz) manat, Cavabdeh2 və Oksigen Klinikasından müştərək qaydada 213 (iki yüz on üç) manat, cavabdeh X2 müştərək qaydada 60 (altmış) manat, cavabdeh “Bonadea” Hospitalından 1462 (min dörd yüz altmış iki) manat alınaraq ona ödənilməsi barədə, ona vurulan mənəvi zərərə görə cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalından, "xxxx" MMC-dən, “X2” Cavabdeh1, X15 müştərək qaydada 100000 (bir yüz min) manat pul alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hamiləliyinin ilk həftələrindən həkim Cavabdeh1 müraciət etmişdir və onun məsləhəti ilə digər cavabdehlər tərəfindən də müayinə olunmuşdur..Müayinə sənədlərinin bir qismində şübhələr olmuşdur. X22 da bu şübhələrə göz yummuşdur. Belə ki, 2nd-3nd Trimester (həkim Cavabdeh2, müayinə tarixi xx.xx.2020) sənədindən görünür ki, “başın çevrəsi”- 225 qeyd edilmişdir. Halbuki Referans aralığı 194.8-225.3 göstərilmişdir. Qarın çevrəsi 209 göstərilmişdir. Halbuki referans aralığı 161.0-196.4 göstərilmişdir. Bu göstəricilər normadan artıq göstərir. Həmin sənəddə sağ hissədə-dölün baş hissəsi, dölün sifət hissələri, boyun, döş qəfəsi, ürək hissələri, qarın hissələri, ətraflar hissəsi qrafaların qarşısında ölçülər qeyd edilməmiş, Ölçülərin qeyd edilməsi əvəzinə “normal” sözü qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli, 23 həftəlik 5 gün hamiləlik sənədində (həkim Cavabdeh6, X3 həkimi) yan mədəciklər, şəffaf çəpər boşluğu, orta xətt beyin çadırı, hissəsində ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “izlənilir” ifadəsi qeyd edilmişdir. Həmin sənəddə üz strukturları (burun-dodaq, üçbucağı, profil, orbitallar) hissəsində ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “izlənilir” ifadəsi qeyd edilmişdir. Həmin sənəddə qulaq seyvanlan, fəqərə sütunu, qarnını ön divarı, mədə, sidik kisəsi, öd kisəsi, böyrəklər, ürəyin 3 damar kəsiyi hissəsində ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “izlənilir” ifadəsi qeyd edilmişdir. 3-li skrinin testi 16 dekabr 2019-cu il tarixli: Burada sənədin aşağı hissəsində risk xəttinin riskə yaxın olması müşahidə olunur.Hamiləlik dövrünün 12-ci həftəsində daun sindromu bilindiyi halda, ona bu məlumat verilməmiş və seçim hüququ izah edilməmişdir. Halbuki, o, vaxtında bilsə imiş, digər hüquqlarından istifadə edərək, həm uşağın, həm də özünün əziyyətinə son qoymaq üçün onu vaxtında, qanunun icazə verdiyi bir vaxtda götürmək (abort etmək) hüququndan istifadə edə bilərmiş. İndi isə o, uşağın əziyyətlərini ömürlük gözü ilə görərək, həm onun zülm çəkdiyini, eyni zamanda onunla bərabər özünün də daimi psixoloji zülm çəkəcəyini düşünür. O artıq mənəvi ziyana ömürlük uğramışdır.Uşağın xəstəliyi isə müalicə olunması mümkün olmayan xəstəlikdir. Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddiaya etiraz edərək qeyd etmişdirlər ki, iddia ərizəsində göstərilənlər tamamilə əsassız olmaqla, iddia tələbinin heç bir hüquqi əsası yoxdur, buna görə də rədd edilməlidir. İddia ərizəsi onunla “əsaslandırılmışdır” ki, cavabdehin hamilə olduğu müddətdə onu müayinə edən həkimginekoloq Cavabdeh1 iddiaçını müxtəlif testlərdən keçirsə də, onun dünyaya gələcək körpəsində daun sindromu olması ehtimalının olmasını tam nəzərə almamış, onu mümkün olan bütün testlərdən keçirməmiş, eyni zamanda, iddiaçını prenatal dövrdə müayinə edən həkim Cavabdeh2 da onun müayinə edərkən döldə daun sindromunun olması ilə bağlı mümkün riskləri dəqiq müayinə etməmiş, bundan başqa “Bonadea” klinikasında doğuşu qəbul edərkən həkim-ginekoloq Cavabdeh1 onunla işini düzgün qurmamış və düzgün rəftar etməmiş və kobud davranmış, vaxtında ona tibii yardım göstərilməmiş, onun doğuşu ilə bağlı sənədləşdirmə düzgün aparılmamış, uşağın doğulmasından sonra onun daun sindromu ilə xəstə olması müəyyən edilmişdir, buna görə də ona maddi və mənəvi ziyan dəymişdir.İş üzrə cavabdeh, həkim ginekoloq, tibb üzrə fəlsəfə doktoru Cavabdeh1 “X7” MMC-də çalışmaqla, iddiaçı həmin hospitalda hamilə qadın kimi qeydiyyatdan keçdikdən sonra onu müayinə etmişdir. Səhiyyə Nazirliyinin hamiləliyin düzgün müayinəsi və dölün sağlam dünyaya gəlməsi üçün faydalı olan, daha üstün şərtlər müəyyən edən X12 (ÜST) tərəfindən təsdiq edilən klinik protokollar mövcud olduqda onların tətbiq edilə biləcəyinə dair tövsiyyələri nəzərə alınaraq, Cavabdeh1 tərəfindən təcrübəli ginekoloq kimi, iddiaçı hamiləlik dövründə skrintestlərə cəlb edilmişdir. ÜST tövsiyyələri və Hamiləliyin təqibi üzrə dünyada qəbul edilən ən yaxşı təcrübəyə (“best practice”) əsaslanmaqla iddiaçı 2-li və 3-lü skrininq testlərə cəlb edilmişdir. İddiaçının gənc olması (28 yaşı var) ailə və genetik anamnezində bir xromosom patologiyası izlənilmədiyi üçün onun hamiləliyində genetik patalogiya üzrə şübhə yaratmamışdır. İddiaçının 2-li testi zamanı müayinə nəticəsinə əsasən ultrasəsdə NTboyun yaxalıq sahəsi 1,8 mm olmuş, bu tam normal hesab olunur. Həmin müayinənin şəkilləri iddiaçıya daim verilmiş və onun “müşahidə vərəqi”nə də əlavə edilmişdir. İddiaçının keçdiyi ikili test üzrə hesablanmış trisomiya riski 13/18 xromosomda 1:10000 , 21-ci xromosom üzrə isə 1:332 nəticə vermişdir. İddiaçı 3-lü testə 18 həftə 5 günlük müddətdə cəlb edilmişdir. Trisomi riski 18 1:10000 və 21-ci xromosom üzrə 1:332 nəticə vermişdir. Göründüyü kimi, hər iki testin nəticələrinə əsasən, dölün daun sindromlu doğulması riski olmamış, daha doğrusu, qəbul edilmiş təcrübəyə uyğun olaraq iddiaçı “riskli zona”da olmamışdır. Belə ki, hamiləliyin müayinəsi üzrə üzrə dünya təcrübəsində və X8 protokollartında tövsiyyə edilən normativlərə əsasən, 2li testdə nəticə 1:200 olduqda xəstə (döl) “riskli zona”da hesab edilir, risk göstəricisi 1:200 olan zaman NiP testinin (Noninvasive Prénatal Testing), risk 1:100 olduğu halda isə Amniosintezin keçirilməsi tövsiyyə edilir. Daun sindromuna risk qrupuna aid olan pasientlərdə skrininq testlərdə risk nisbəti 1:100 göstəricisində olur. Yəni bu halda, dölün daun sinromu ilə doğula biləcəyini güman etmək olar. Yuxarıdakı göstəricilərdən göründüyü kimi, iddiaçının 2-li testlərinin nəticələrinə əsasən onun risk qrupuna adi edilməsi üçün əsas olmamışdır. Həmçinin, müayinə nəticələrindən (müşahidə vərəqinə də əlavə edilən) göründüyü kimi, iddiaçının hamiləliyi dövründə aparılan ultrasəs müayinələri zamanı da heç bir patologiya aşkarlanmamış, dölün inkişafı normal olmuş, döldə heç bir orqanda qüsur aşkarlanmamışdır. Əlavə olaraq nəzərə alınmalıdır ki, tibbin və texnikanın indiki inkişaf səviyyəsində ultrasəs müayinəsinin informativlik göstəricisi 45-70%, ikili və üçlü testlərin informativliyi isə 80 % qiymətləndirilir. Bu isə o deməkdir ki, istisnaların olması mümkündür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-380/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalına, “Oksigen” Klinikasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5a qarşı “ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi, maddi zərərə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Oksigen Klinikasından, Cavabdeh6, X2, cavabdeh “Bonadea” Hospitalından 9435 (doqquz min dörd yüz otuz beş) manat maddi ziyana görə, mənəvi ziyana görə 100000 (bir yüz min) manat pul müştərək qaydada alınaraq ona ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi və məhkəmə xərcləri İddiaçı aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(103)-8337/2021 saylı Qərardadı ilə Komission məhkəmə-tibbi ekspertizası, həmçinin Bakı Apellyasiya məhkəməsinin 05 may 2022-ci il tarixli 2(103)- 413/2022 saylı Qərardadı ilə Təkrar-Komission məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili, həmçinin, nümayəndəsi iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdirlər. Əlavə olaraq Bakı Apellyasiya məhkəməsinin 05 may 2022-ci il tarixli 2(103)-413/2022 saylı Qərardadı ilə təyin olunmuş Təkrar-Komission məhkəmə-tibbi ekspertizası əsasında verilmiş 01 iyul 2022-ci il tarixli Rəylə razı olmadıqlarını bildirmişlər və təkrar ekspertiza təyin olunmasını xahiş etmişlər. Məhkəmə Kollegiyası iddiaçının vəkilinin, həmçinin, nümayəndəsinin Təkrar-Komission məhkəmə-tibbi ekspertizası əsasında verilmiş 01 iyul 2022-ci il tarixli Rəylə razı olmadıqlarını bildirsələr də buna dair tutarlı dəlillər göstərmədiklərinə görə vəsatəti təmin etməmişdir. İş üzrə Cavabdeh1 vəkili Vəkil3 ərizə göndərərək apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X16” X23 585/KEŞ saylı ekspert rəyindən görünür ki, 1992ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, doğuşdan sonra aparılmış genetik müayinə cavabında (Fish-üsulu) yenidoğulmuş Yusif Qasımovda 47XY+21/46XY Daun sindromunun mozaik formasının olduğu müəyyən edilmişdir. 2.3.9. İddiaçı hamiləlik dövrünün müşahidəsi zamanı ona aparılmış ikili skrininq testinin (ikili test üzrə hasblanmış trisomiya riski 13/18 xromosomda 1:10000, 21-ci xromosom üzrə 1:854 nəticə vermişdir. Üçlü test 18-ci həftə+5 gün müddətdə aparılıb, trisomiya riski 18 1:10000 və 21-ci xromosomlar üzrə 1:332 nəticə vermişdir) hesablanması normaya müvafiq olmuş, bu səbəbdən də xromosom patologiyasının araşdırılması üçün digər testlərin təyin edilməsinə tibbi göstəriş olmamışdır. 4.8. İş materiallarında olan tibbi sənədlərdə göstərilənlərə əsasən, hamiləliyin 11-ci və 16-cı həftələri arası İddiaçı aparılmış ultrasəs müayinələrində döldə patologiya və inkişaf qüsurları müəyyən edilməmişdir. Həmçinin radioloji görüntülərlə Daun sindromu təyin edilmir. 5-7.12. Aparılan ikili və üçlü testlərin informativliyi 80 % ultrasəs müayinəsinin informativliyi isə 45-70% təşkil edir. İddiaçı Elmar qızına aparılmış USM-ə əsasən NTboyun yaxalıq sahəsi 1,8 mm olduğu müəyyən edilmişdir. Bu və digər göstəricilər normaya uyğun olduğu üçün digər invaziv müayinələrin (amniosintez) aparılmasına tibbi göstəriş olmamışdır. 1011. İkili test üzrə hesablanmış trisomiya riski 13/18 xromosomda 1:10000, 21-ci xromosomda isə 1:854 nəticəsi alınmışdır. Üçlü test 18 həftə 5 gün trisomiya riski 18 1:10000 və 21-ci xromosomda 1:332 nəticəsi alınmışdır. Aparılmış müayinə cavablarına əsasən, döldə Daun sindromunun şübhəsi olmamışdır. 13. İddiaçı 11-ci və 16-cı həftələrində aparılmış müayinələrdə NT (ənsə şəfafflığı) və burun sümüyünün ölçüləri müəyyən edilmişdir. Birinci trimestr skrininqi ilə bərabər dəyərləndirilmişdir. Daun sindromuna görə risk aşkar edilməmişdir. 24-cü həftəsində aparılmış USM-ə brax oscfaliya (başın yumru olması) izlənilməmiş, qulaqlarının yerləşməsi isə qeyd edilməmişdir. 14.20. İddiaçı 24-cü həftəsində aparılmış ultrasəs müayinəsində ürək qüsurlarının şübhəsi aşkar edilməmişdir. 15. İddiaçı 24-cü həftəsindı aparılmış fetal ürək müayinəsi zamanı ürək kəsikləri əldə olunmuşdur, həmin müddətdə döldə Daun sindromuna xarakterik qüsurlar aşkar edilməmişdir. 16. İddiaçı aparılmış ikili və üçlü skrininq testlərində Daun sindromunun riski aşkar edilməmişdir. 17. Müayinə zamanı istifadə edilən reaktiv preparatlarının keyfiyyətinin təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. 18.19. Aparılan ikili və üçlü testlərin informativliyi 80%, ultrasəs müayinəsinin informativliyi isə 45-70% təşkil edir. Hamiləlik dövründə İddiaçı qeydiyyatda olduğu və doğuşunun qəbul edildiyi Cavabdeh4 xəstəxanasında onun adına tərtib edilmiş “Hamilə və X20 vərəqəsi”ndə və “Doğum tarixi”ndə olan laborator və instrumental müayinələrin nəticələri normaya uyğun olmuş və Daun sinromunun mövcudluğuna hər hansı bir göstərici müəyyən edilməmişdir. Bu səbəbdən də, İddiaçı uşağının Daun sindromu ilə doğulacağını əvvəlcədən proqnozun verilməsi mümkün olmamışdır. 21. İddiaçı hamiləliyinin müşahidəsi zamanı aparılmış müayinə və müalicələr Səhiyyə sistemində mövcud klinik protokolların tələblərinə uyğun olmuşdur. - X10 2nd-3rd trimester test xx.xx.2020-ci il tarixli göstəricilərindən görünür ki, dölün baş, sifət, boyun, döş qəfəsi, ürək, qarın, ətraflarının göstəriciləri normaldır. Dölün anatomoyasının sonoqrafik mənzərəsi N=Normal, AbAnormal*, NV=görüntülənə bilmədi. - Cavabdeh4 Beynəlxaq Hospitalının xx.xx.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 145 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının xx.xx.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 166 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının xx.xx.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 60 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının xx.xx.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 321 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının xx.xx.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 150 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının xx.xx.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 150 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının xx.xx.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 10 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının xx.xx.2019-cu il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 200 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının xx.xx.2020-ci il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 150 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının xx.xx.2020-ci il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 45 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının xx.xx.2020-ci il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 150 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının xx.xx.2020-ci il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 45 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının xx.xx.2020-ci il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 25 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının xx.xx.2020-ci il tarixli fakturasından görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 200 manat ödəniş edilmişdir. - X10 xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 213 manat ödəniş edilmişdir. - Cavabdeh4 Beynəlxaq Hospitalının xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, göstərilən xidmətə görə İddiaçı tərəfindən 1500 manat ödəniş edilmişdir. - Caspian Hospitalının xx.xx.2020-ci il tarixli müayinəsinin nəticələrindən görünür ki, Dölün Beyin arxitekturası: arxa sistern-4,5 mm, beyincik-24 mm. Yan mədəciklər, şəffa çəpər boşluğu, orta xətt beyin çadırı-izlənir. Üz strukturları: burun-dodaq uçbucağı, profil, ortibatlar-izlənir. Qulaq seyranları-izlənir. Fəqərə sütünü, ətraflar-izlənir. Qarın öz divarıizlənir. Mədə, sidik kisəsi, öd kisəsi-izlənir. Böyrəklər-izlənir, hər iki börrəkdə dazili d=4-5 mm. Diafraqma (+), qaraciyər-ağ ciyər differensasiya olunur. Ürəyi: Situs-Solitus. 4kameralıdır, 3 damar kəsiyi-izlənir. Plasenta-qalınlığm 30 mm, yerləşməsi: arxa divarda, “Placenta previa”- yoxdur. Şaqa kənarı daxili dəlikdən>30 mm aralı yerləşir. Dölyani mayemiqdarı normaldır, az çöküntülü. Göbək ciyəsi- 3 damar (2A, 1 V), sərbəst. Nəticə: Biometrlik ölçülərə görə 23 h.5g. hamiləlik, həcmi çəki: 656 qr. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X1 xx.xx.2020-ci il tarixli epikrizindən görünür ki, vəziyyət kafidir. Dərisi zəid subikterikdir. Auskultasiya zamanı tənəffüs normaldır. Ürək tonları aydındır. Göbəyi düşüb. Dibi qurudur. Qarnı yumşaqdır. Süni yeməklə, əmziklə qidalanır. Qidanı həzm edir. Bədən kütləsi (+200) artım var. Xəstə yaxşılaşma ilə sahə həkiminin, uşaq cərrahının, uşaq novroloqunun və genetik nəxarətinə evə yazılır. - “Referans” X13 & Poliklinikin xx.xx.2020-ci il tarixli Xromosom analizi (Periferik qan) nəticəsindən görünür ki, Periferik qanın əkilməsinə əldə edilən metafaz lövlələrinin GTG bant üsulu ilə əldə edilən mikroskopik dəyərləndirilməsi zamanı xromosom sayında və ya quruluşunda anomaliya aşkar olunmamışdır. Hər hansı bir sübhəni aradan qaldırmaq üçün Molekulyar Kariotip (CGH Array) analizinin aparılması və ailəyə genetik konsultasiya məsləhət görülür. - “Referans” X13 & Poliklinikin xx.xx.2020-ci il tarixli Xromosom analizi (Periferik qan) nəticəsindən görünür ki, Periferik qanın əkilməsinə əldə edilən metafaz lövlələrinin GTG bant üsulu ilə əldə edilən mikroskopik dəyərləndirilməsi zamanı xromosom quruluşu normal olmuş, sayında isə anomaliya aşkar olunmamışdır. Xəstədə aşkar edilən 47, XY, +24 kariotipi sərbəst trisomiya 21 (Daun sindromu) ilə uyğundur. Aşkar edilən bu anomaliyanın gələcək nəsillərdə özünü biruzə verməsi ehtimalı 1-1,4%-dir. Bu səbəblə hər hansı bir şübhəni aradan qaldırmaq üçün ailəyə genetik konsultasiya məsləhət görülür. - X4 xx.xx.2020-ci il tarixli genetik rəyindən görünür ki, yenidoğulmuş Qasımov Adsıza vizual baxış keçirdilərək uşağın kariotipinin dəqiqləşdirilməsi üçün kariotipin təyini analizi məsləhət görülmüşdür. Kariotip analizinin dəqiqlik səviyyəsini yüksəltmək məqsədi ilə analiz ən müasir metodla- FİSH üsulu ilə həyata keçirilmişdir. Alınan nəticə 47, XY, +21 / 46, XY (Daun sindromu mozaik forma). Bu metod standart GTG metodundan fərqli olaraq (20-40) baxılacaq metafazaların sayını dəfələrlə artırdığından (150-500) daha dəqiq həssaslığa malikdir və səhv olma ehtimalını sıfıra endirir. - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 Cavabdeh4 MMC-də həkim mama ginekoloq vəzifəsində çalışır. Əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 61 saylı xx.xx.1997-ci il tarixli əmri ilə təsdiq edilmiş “Hamilə və X20 Vərəqəsi”ndən görünür ki, İddiaçı müayinə və müalicəsinə dair məlumatlar əks olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixl 100 nömrəli əmri ilə təsdiq edilmiş ******* saylı “Doğum Tarixi” vərəqələrindən görünür ki, İddiaçı hamiləliyi, doğuşun gedişi və doğuşdan sonrakı məlumatları əks olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixl 100 nömrəli əmri ilə təsdiq edilmiş ******* saylı “X11” vərəqəsindən görünür ki, İddiaçı qıznın xx.xx.2020-ci il tarixdə Cavabdeh4 MMC-yə doğuş üçün daxil olmuş, xx.xx.2020-ci il tarixdə evə yazılmışdır. Doğuşda kişi cinsində, çəkisi 2880 qram, boyu 49,5 sm, baş dairsəsinin ölçüsü 3 sm olan uşaq doğulmuşdur. Yenidoğulmuşa dair digər məlumatlar vərəqədə və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Qasımova Samirə “Bona DEA Beyənlxalq Hospitalı”nda həkim Cavabdeh1 nəzarətində hamiləliyini davam etdirmişdir. Onun barəsində Hamilə və X20 vərəqəsi, doğum tarixi və X11 sənədləri tərtib edilmişdir. Hamiləlik zamanı o, həmin tibb müəssisəsində tibbi protokollara uyğun olaraq laborator instrumental muayinələrdən keçmişdir (ultrasəs muayinəsi, qanın umumi və biokimyəvi analizi, ikili və üclü skrininq testlər və s.). İddiaçı iddia ərizəsini əsaslandırarkən qeyd etmişdir ki, müayinə sənədlərinin bir qismində şübhələr olmuşdur. X22 da bu şübhələrə göz yummuşdur. Belə ki, 2nd-3nd Trimester (həkim Cavabdeh2, müayinə tarixi xx.xx.2020) sənədindən görünür ki, “başın çevrəsi”- 225 qeyd edilmişdir. Halbuki Referans aralığı 194.8-225.3 göstərilmişdir. Qarın çevrəsi 209 göstərilmişdir. Halbuki referans aralığı 161.0-196.4 göstərilmişdir. Bu göstəricilər normadan artıq göstərir. Həmin sənəddə sağ hissədə-dölün baş hissəsi, dölün sifət hissələri, boyun, döş qəfəsi, ürək hissələri, qarın hissələri, ətraflar hissəsi qrafaların qarşısında ölçülər qeyd edilməmiş, Ölçülərin qeyd edilməsi əvəzinə “normal” sözü qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli, 23 həftəlik 5 gün hamiləlik sənədində (həkim Cavabdeh6, X3 həkimi) yan mədəciklər, şəffaf çəpər boşluğu, orta xətt beyin çadırı, hissəsində ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “izlənilir” ifadəsi qeyd edilmişdir. Həmin sənəddə üz strukturları (burun-dodaq, üçbucağı, profil, orbitallar) hissəsində ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “izlənilir” ifadəsi qeyd edilmişdir. Həmin sənəddə qulaq seyvanlan, fəqərə sütunu, qarnını ön divarı, mədə, sidik kisəsi, öd kisəsi, böyrəklər, ürəyin 3 damar kəsiyi hissəsində ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “izlənilir” ifadəsi qeyd edilmişdir. 3-li skrinin testi 16 dekabr 2019-cu il tarixli: Burada sənədin aşağı hissəsində risk xəttinin riskə yaxın olması müşahidə olunur. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, hamiləlik dövrü müşahidəsi zamanı xəstəyə ikili və üçlü skrining testlər olunmuş, əldə olunan nəticələrdə daun sindromunu təsdiq edecək limitlərin altında olduğundan dölün sağlamlığı nəzərə alınaraq aminiosintez aparılmasına ehtiyac olmadığı qənaətinə gəlinmişdir. Belə ki, İddiaçı hamiləlik dövrünün müşahidəsi zamanı ona aparılmış ikili skrininq testi üzrə hasablanmış trisomiya riski 13/18 xromosomda 1:10000, 21-ci xromosom üzrə 1:854 nəticə vermişdir. Üçlü test isə 18-ci həftə+5 gün müddətdə aparılmış, trisomiya riski 18 1:10000 və 21-ci xromosomlar üzrə 1:332 nəticə vermişdir. X8 protokollartında tövsiyyə edilən normativlərə əsasən 2-li testdə nəticə 1:200 olduqda xəstə (döl) “riskli zona”da hesab edilir, risk göstəricisi 1:200 olan zaman NiP testinin (Noninvasive Prénatal Testing), risk 1:100 olduğu halda isə Amniosintezin keçirilməsi tövsiyyə edilir. Daun sindromuna risk qrupuna aid olan pasientlərdə skrininq testlərdə risk nisbəti 1:100 göstəricisində olur. Yəni bu halda, dölün daun sindromu ilə doğula biləcəyini güman etmək olar. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli genetik rəydən də görünür ki, hamiləlik dövründə iddiaçının ikili-üçlü testlərində şübhə yaradan məqamlar aşkar edilməmişdir. Belə ki, mövcud olan tibbi-genetik protokolda və FMF (Fetal medicine Foundation) məsləhətlərinə əsasən hamilə xanımları invaziv diaqnostika (amniosuntez və ya xorionbiosiya) testlərinin göstəriciləri 1:100 və daha yuxarı risk səviyyəsində aşkarlandıqda tövsiyə edilməlidir. İddiaçıda bu göstəricilər ikili testdə 1:854, üçlü testdə isə 1:332 səviyyəsində qeydə alınmışdır. Bu nəticə isə “neqativ” olaraq qəbul edilməkdədir. Eyni zamanda iddiaçı iddiasında göstərmişdir ki, Cavabdeh1 onu aminiosintez testinə göndərmədiyini qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi həmin testin keçirilməsi ilə bağlı konkret protokol yoxdur və bu zaman fərdi yanaşma prinsipi tətbiq edilir ki, iddiaçının ikili və üçlü skriniq testlərində onun risk zonasında olduğu müəyyən edilmədiyindən aminiosintez testi cavabdeh tərəfindən keçirilməmişdir. Həmçinin iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli USM müayinəsi (X22 Bonadeo hospitalı) sənədindən görünür ki, burun, dodaq üçbucağı-normal yazılmışdır. Ölçülər qeyd edilməmişdir. Həmin sənəddən görünür ki, müayinə tam, hərtərəfli aparılmamış, üz strukturları tam izlənilməmişdir. Natamam izləmə olmuşdur. 4. xx.xx.2020- ci il tarixli USM müayinəsi (X22 Bonadeo hospitalı) sənədindən görünür ki, burun, dodaq üçbucağı- norma yazılmışdır. Ölçülər qeyd edilməmişdir. Həmin sənəddən görünür ki, müayinə tam, hərtərəfli aparılmamış, üz strukturları, burun sümüyü, ənsə şəffaflığı ölçülməmiş, tam izlənilməmişdir. Natamam izləmə olmuşdur. xx.xx.2019-cu il tarixli, 18 həftə 5 günlük müayinə sənədindən (Bonadeo hospitalı, X22) görünür ki, həkim tərəfindən müayinə tam, hərtərəfli aparılmamış, üz strukturları, ənsə şəffaflığı, təpə büzdüm ölçüsü, tam izlənilməmişdir. Natamam izləmə olmuşdur. Belə ki, məhkəmə iddia tələbinin yuxarıda qeyd edilən hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli USM müayinəsi zamanı daun sindromunu əks etdirən heç bir əlamətə rast gəlinməmiş, həmçinin iddia tələbində qeyd edilənin əksinə göstəricilər USM müayinəsində qeyd edilmişdir. Müayinə zamanı döldə patologiya və inkişaf qüsurları aşkar edilməmişdir. Həmçinin ultrasəs müayinə nəticələrində BT-boyun yazalıq sahəsi 1,8 mm qeyd edilmişdir ki, bunda normativ hüdudlar daxilindədir. İddia tələbində göstərilmişdir ki, iddiaçı hamiləliyinin 6-cı ayında Cavabdeh1 göndərişi əsasında X10 həkimi Cavabdeh2 qəbulunda olmuş və dölün ürəyini yoxlatmışdır. Lakin Cavabdeh2 uşağı və onun bütün orqanlarını yoxlasa da, heç bir qüsur aşkar etməmiş və hər şeyin normal olduğunu bildirmişdir. Məhkəmə tərəfindən yaranmış mübahisə ilə bağlı xüsusi bilik tələb edən sualların aydınlaşdırılması məqsədi ilə məhkəmə tibbi ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X16” X23 585/KEŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı 24-cü həftəsində aparılmış ultrasəs müayinəsində ürək qüsurlarının şübhəsi aşkar edilməmişdir. İddiaçıya hamiləliyinin 24-cü həftəsində aparılmış fetal ürək müayinəsi zamanı ürək kəsikləri əldə olunmuşdur, həmin müddətdə döldə Daun sindromuna xarakterik qüsurlar aşkar edilməmişdir. Nəticədə məhkəmə araşdırması zamanı iddiaçının mübahisələndirilən hissədə iddia tələbində qeyd etdiklərinə dair hər hansı hal aşkar edilməmişdir. İddiaçının hamiləliyinin 24-cü həftəsi zamanı keçirilmiş ultrasəs müayinəsi zamanı uşağın daun sindromu olmasına ehtimal yarada biləcək hallar müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı iddiasında qeyd etmişdir ki, rəfiqələrinin məsləhəti ilə həkim Rəna Abasovanın qəbulu getmiş. Lakin o da müayinə nəticələrini düzgün qeyd etməmiş, həkim səhlənkarlığına yol vermişdir. Amma hamiləliyin iləriləyən dövrlərində protokol üzrə aparılan dopler-EXOKQ müayinələrində ürək tərəfindən anomaliyalar olması şübhəsi müşahidə edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə həkim Rəna Abasova tərəfindən aparılmış USM dopler EXOKQ-də orqanik heç bir potologiya müşahidə edilməmiş və bu barədə tibbi göstəriciləri əks etdirən sənəd rəqəmsal cavablar əlavə edilməklə təqdim edilmişdir. Ümumiyyətlə iddiaçı tərəf iddia tələbində cavabdehlər tərəfindən dölün müayinəsinin düzgün aparılmamasını, Cavabdeh1 onu natamam müayinə etməsini, təqdim edilən qan analizləri, USM müayinələrinin nəticələrinin natamamlığına göz yumaraq onun və uşağının səhhətinə qarşı səhlənkarlıq etdiyini göstərmişdir. Cavabdeh tərəf isə buna etiraz edərək iddiaçının hamiləlik dövründə dölün müayinəsi isə bağlı aparılan bütün müayinə və müşahidələrin düzgün aparıldığını, aparılmış müayinələr zamanı uşağın daun sindromlu olmasının mümkün olmadığı qeyd etmişdir. Yaranmış anlaşmazlığın ədalətli həlli məqsədi ilə məhkəmə tərəfindən tibbi ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X16” X23 585/KEŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı hamiləlik dövrünün müşahidəsi zamanı ona aparılmış ikili skrininq testinin (ikili test üzrə hasblanmış trisomiya riski 13/18 xromosomda 1:10000, 21-ci xromosom üzrə 1:854 nəticə vermişdir. Üçlü test 18-ci həftə+5 gün müddətdə aparılıb, trisomiya riski 18 1:10000 və 21-ci xromosomlar üzrə 1:332 nəticə vermişdir) hesablanması normaya müvafiq olmuş, bu səbəbdən də xromosom patologiyasının araşdırılması üçün digər testlərin təyin edilməsinə tibbi göstəriş olmamışdır. İş materiallarında olan tibbi sənədlərdə göstərilənlərə əsasən, hamiləliyin 11-ci və 16-cı həftələri arası İddiaçı aparılmış ultrasəs müayinələrində döldə patologiya və inkişaf qüsurları müəyyən edilməmişdir. Həmçinin radioloji görüntülərlə Daun sindromu təyin edilmir. Aparılan ikili və üçlü testlərin informativliyi 80 % ultrasəs müayinəsinin informativliyi isə 45-70% təşkil edir. İddiaçı Elmar qızına aparılmış USM-ə əsasən NTboyun yaxalıq sahəsi 1,8 mm olduğu müəyyən edilmişdir. Bu və digər göstəricilər normaya uyğun olduğu üçün digər invaziv müayinələrin (amniosintez) aparılmasına tibbi göstəriş olmamışdır. 10-11. İkili test üzrə hesablanmış trisomiya riski 13/18 xromosomda 1:10000, 21-ci xromosomda isə 1:854 nəticəsi alınmışdır. Üçlü test 18 həftə 5 gün trisomiya riski 18 1:10000 və 21-ci xromosomda 1:332 nəticəsi alınmışdır. Aparılmış müayinə cavablarına əsasən, döldə Daun sindromunun şübhəsi olmamışdır. Aparılan ikili və üçlü testlərin informativliyi 80%, ultrasəs müayinəsinin informativliyi isə 4570% təşkil edir. İddiaçı 11-ci və 16-cı həftələrində aparılmış müayinələrdə NT (ənsə şəfafflığı) və burun sümüyünün ölçüləri müəyyən edilmişdir. Birinci trimestr skrininqi ilə bərabər dəyərləndirilmişdir. Daun sindromuna görə risk aşkar edilməmişdir. 24-cü həftəsində aparılmış USM-ə brax oscfaliya (başın yumru olması) izlənilməmiş, qulaqlarının yerləşməsi isə qeyd edilməmişdir. İddiaçı aparılmış ikili və üçlü skrininq testlərində Daun sindromunun riski aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(103)-8337/2021 saylı Qərardadı ilə Komission məhkəmə-tibbi ekspertizası təyin edilmiş, lakin iddiaçı və vəkili həmin Rəylə razılaşmamışlar ki, Rəy vermiş ekspertlərdən X9 həkim Cavabdeh1 ilə bir klinikada işləyir.Belə ki, müəyyən olunmuşdur ki, həqiqətən də ekspertlərdən X9 “BONADEA” BEYNƏLXALQ HOSPİTALİNDA konsultant -həkim işləyir. Odur ki, iddiaçının və vəkilinin vəsatətini təmin edərək məhkəmə kollegiyası 05 may 2022-ci il tarixli 2(103)-413/2022 saylı Qərardadı ilə Təkrar-Komission məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Məhkəmə Kollegiyası iddiaçının vəkilinin, həmçinin, nümayəndəsinin Təkrar-Komission məhkəmə-tibbi ekspertizası əsasında verilmiş 01 iyul 2022-ci il tarixli Rəylə də razı olmadıqlarını bildirsələr də buna dair tutarlı dəlillər göstərmədiklərinə görə vəsatəti təmin etməmişdir. Məhkəmə Kollegiyası həmçinin, həmin 01 iyul 2022-ci il tarixli Rəyi sübut kimi digər iş materialları ilə birgə qiymətləndirilərək nəticəyə gəlmək üçün bunu istisna edən dəlillər müəyyən etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəməüçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X16” X23 551 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1992-ci il təv. İddiaçı adına tərtib olunmuş tibbi sənədlərin təhlilinə, iş materiallarındakı məlumatlara, tibbi ədəbiyyat mənbələrinə əsaslanaraq, qərardadda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.2.4.14. Ən son yenilənmiş İSUOG (Beynəlxalq qadın-doğum ultrasonoqrafiya cəmiyyəti)- nın 2022 ci il may ayında orta-trimester hamiləlik müayinəsi protokoluna görə müayinələr zamanı cənə, əng sümükləri, qulaq, burun, burun deşikləri, üzün profilinin görüntülənməsi məcburi deyil və bu anatomik strukturlarda hec bir ölcü aparılmır. Fetal üzdə üst dodaq - dodaq yarıqlarının aşkarlanması və gözlərin müayinəsi bu protokola görə tövsiyyə olunur. Fetal üzün 3D müayinəsi bu protokola görə baxılması mütləq deyil. Qarın çevrəsi dölün qidalanma statusunu göstərir. Baş ölçüləri isə əsasən ailəvi xarakter daşıyır.Ağır beyin qüsurlarında baş ölçüləri adətən kicik, bəzi ağır beyin xəstəliklərində isə baş ölçüləri böyük ölçülə bilər. Bu ölçülərin birbaşa Daun sindromu ilə əlaqəsi göstərilmiyib.Hamiləlik zamanı aparılan ultrasonoqrafıya müayinəsinin əsas məqsədi döldə böyük qüsurların aşkarlanması, mümkün olan ürək qüsurları, xüsusən Trisomiya 21 (Daun sindromu) sindromlu uşaqların 40% da əsasən rast gəlinən ağır ürək qüsurlarının, göbək yırtığı (20% rast gəlinir), 12 barmaq bağırsağın atreziyası (10% rast gəlinir) kimi qüsurların aşkarlanması məqsədi daşıyır.Belə ki, İddiaçı hamiləlik zamanı bu tip qüsurlar aşkar edilməyib. Ultrasonoqrafıya xromosomal xəstəliklərin xüsusən Daun sindromlu uşaqların aşkarlanmasında yüksək həssas müayinə metodu olaraq qəbul olunmur. Daunlara xarakter ürək qüsurları və yuxarıda adı keçən qüsurlar aşkarlananda invaziv genetik testlər təyin olunmaqla Daun sindromu aşkarlana bilər. Qeyd etmək lazımdir ki, dünyanın bütün ölkələrində hər 600 hamiləlikdə bir Daunlu uşaq dünyaya gəlir və bunların 50% də fetal biometriya yəni ölçülər normal fetuslardan fərqlənmir. Belə ki, ölçülərin aparılması zəruri deyildir.

3. AFP (Alfa-1 fetoprotein) səviyyəsi hal-hazırda müasir təbabətdə cox az geniş istifadə olunur və AFP səviyyəsinin artması əsasən sinir borusu xəstəlikləri ilə əlaqəsi olduğu bilinir. AFP səviyyəsinin tək başına Daun sindromu ilə əlaqəsi qurula bilməz. Üclü test zamanı AFP bu testin tərkib hissəsi kimi istifadə olunur.

6. İddiaçı 11-16-ci həftəliyinə uyğun hamiləliyində aparılmış USM-də döldəki NT (ənsə şaffaflığı) ölçülür və bu dəyər normal dəyərlər daxilində təyin edilib.

7. İddiaçı 11-16-ci həftəliyinə uyğun hamiləliyində aparılmış NT (ənsə şəffaflığı) və CRL (təpə -büzdüm ) həftəsinə uyğun ölçülüb.

8. İddiaçı 11-16-ci həftəliyinə uyğun USM-də döldəki NT (ənsə şəffaflığı) -nin 95% persentili, yəni yuxarı norması.3,0-3,5 mm, CRL həftəyə görə dəyişir və müayinə aparılan həftəyə uyğun olub. NB-də (burun sümüyü) erkən həftələrdə əsasən var ya da yox cavab verilməsi yetərlidir. Burun sümüyü ölçülməsi 11-14-cü həftələrdə vacib sayılmır.

9. NT, CRL və NBL -nin ölçüsü birbaşa Daun sindromu şübhələnməkdə yetərsizdir. Sadəcə NT-3,5 mm dən böyük ölçüldükdə birbaşa amnion mayesi alınmağına tibbi göstəriş ola bilər və Daun sindromu o zaman ancaq genetik təsdiq oluna bilər.

10. Hamiləliyin 11-16-ci həftəliyinə uyğun USM-də 50% halda klassik və ya mozaik Daunlu uşaqlar normal ölçülə bilər. Doğumdan sonrada görülür ki, Daunlu uşaqların böyük bir qisminin ölçüləri digər uşaqlardan ciddi seçilmir.

11. ölkəmizdə prenatal xidmət çərçivəsində Daun sindromuna görə skrininqinin aparılması ücün xüsusi bir proqramı hal-hazırda yoxdur və əksər halda bu ailə və həkimlərin şəxsi təşəbbüsləri əsasında bu skrininqlər həyata keçirilir ki,bu hamiləlikdə də bu testlər aparılmışdır.

12. Skrinink testləri aparılmış və hamilə yüksək risk qrupuna düşməmişdir. Eyni zamanda qeyd etmək olar ki, bəzən bu testlər cox aşağı risk qrupu göstərdikdə belə uşaq Daun doğula bilər ki, bu testlərin yalancı-neqativliyi olaraq bilinir və ya bəzən test yüksək şüphə oyatdığı bir cox halda alınan amnion mayesində genetik analiz zamanı Daun sindromu təsdiq olunmaya bilər ki, buda testin yalancı-pozitivliyi olaraq bilinir.

13. Aparılan testlərdə şüphə oyandıran və həkimə növbəti genetik araşdırma etməsini zəruri edən hal olduğu müəyyən edilməmişdir.

15. Daun sindromunun 3 genetik variantı var və bunların hansı variantda olması uşağın klinik olaraq necə olacağını və ya hamiləlik zamanı əlamətlərin olub-olmamasını təyin etməz. Sadəcə növbəti hamiləlikdi təkrarlanma ehtimalını bilmək ücün bu önəmlidir və ona görə uşağı Daun doğulan ailələrə valideynlərində genetik analiz verməsi tövsiyyə olunur. Cünkü translokasiya variantlarını ya ata və ya ana daşıya bilər. Bu uşaqda ən son sitogenetik analizdə trisomiya 21 klassik varinatı aşkar edilmişdir.

16. Yuxarıda qeyd edildiyi kimi, Daun sindromu araşdırması proqramı ölkəmizdə olmasa da, bu testlər ya ailənin istəyi və ya həkimin tövsiyyəsi ilə aparılmışdır. Lakin testlər yüksək risk ortaya çıxarmamışdır.

17. Yenidoğulmuşun doğumdan sonra ürək müayinəsi yüksək səviyyədə aparılmışdır. Aşkar olunan qüsurlarla bağlı uşaq kardiologiyasının sübutlu təbabətə dayanan nüanslarını nəzərə aldıqda aşkarlanan problemlər ^şaqda həyatın erkən dövrlərində həyati təhlükə törədəcək səviyyədə olmayıb və ana bətnində görülməsi mümkün olan problemlər olmayıb.

18. Üctaylı qapaqlardan qanın geri axması və venoz axacaqda geri axınların olubolmamasının təyini 12 -ci həftədə döldə NT artdıqda aparıla bilər. NT normal ölçüldükdə adı keçən detallar dəyərləndirilmir.12-ci həftə Ultrasonoqrafiya protokolunda ona görə də bu barədə informasiya yoxdur.

19. Ananın qanında aparılan biokimyəvi testlər zamanı Daun sindromuna şübhə olmamışdır.

20. İddiaçı götürülmüş analizlərin tədqiqatında istifadə olunan reaktivlər, preparatlar optimal olmuş və müasir təbabətdə tətbiq edilən üsullara uyğun olmuşdur. Belə ki, həmin metodlardan hal-hazırda ixtisaslaşdırılmış klinikalarda istifadə olunur və sindromlu xəstəliklərə şübhəli halların aşkarlanmasına xidmət edir.

21. İddiaçı adma tərtib olunmuş tibbi sənədlərin təhlilindən görünür ki, aparılan laborator və instrumental müayinələr Daun sindromunun diaqnostikasını əminliklə inkar edir. Lakin pasientin istəyindən asılı olaraq etaplı müayinələrin - amniotik maye tədqiqatının aparılması müəyyən faiz informativ ola bilərdi. 22.24. Hal-hazırda Səhiyyə sistemində mövcud qaydalara uyğun olaraq hamiləlik dövründə həkimlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tövsiyə edilən testlər (laboratcr və instrumental müayinələr) tibbi tələblərə uyğun düzgün icra edilmiş, hər hansı bir qüsur və çatışmazlığa yol verilməmişdir.

23. Hər bir ürək qüsurunun ana bətnində diaqnostika olunma ehtimalı vardır. Halhazırda dünyanın hec bir ölkəsində ürək qüsurları 100% və ya əminliklə diaqnostika olunmur. Cünkü buna təsir edən çoxlu faktorlar vardır. Bəzi doğumdan sonra görülən və anadangəlmıə ürək qüsurları adlandırılan problemlər bu uşaqda olduğu kimi PDA və ASD doğumdan 48 saat sonra diaqnoz oluna bilər. PDA ana bətnində bağlansa uşaq ana bətnində tələf olur. Hal-hazırda prenatal təbabətdə ən öndə gedən ölkələrdə belə ürək qüsurlarının diaqnostikası 50% civarındadır.

25. Daun sindromu xromosomların say artımı ilə bağlı bir anomaliyadır. Tibbi cihazlar vasitəsilə, yəni burada əgər ultrasonoqrafiya və ya biokimyəvi labaratoriya cihazları nəzərdə tutulursa bu sindromun diaqnostikası mümkün deyildir. Bu sindromun ana bətnində diaqnostikası ancaq döldən əldə olunan materiallarda-amnion mayesi və ya qan materialında sitogenetik metodlarla diaqnostika oluna bilər. Bütün genetik və xromosomal xəstəliklərdən sığortalanmağın tək yolu hamiləlik zamanı bu materiallarda geniş həcmli genetik analizlər aparılması ilə mümkün ola bilər.

26. Daun sindromu xromosomal xəstəliklər qrupundan olduğu ücün hal-hazırda nə ana bətnində, nə də doğumdan sonra tam müalicəsi olan bir xəstəlik deyildir. Sadəcə uşaqların fiziki və əqli potensialının inkişafı ücün bu uşaqlarla məşğul olan xüsusi mərkəzlər var və bu uşaqlar bizim ölkımizdə də dövlətin qayğısı ilə əhatə olunan mərkəzlərdə bu imkanlardan istifadə edirlər. Avropa ölkələrində 22-ci həftədən sonra ana bətnində diaqnoz olunduğu halda belə bu hamiləliklərin sonlandırılması qanunlarla mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, uşaqda daun sindromunun hansı növünün olmasından asılı olmayaraq hazırkı mübahisənin mahiyyəti cavabdeh tərəfindən iddiaçıya hamiləlik dövründə müayinə və müailəcinin düzgün aparıb-aparmaması və iddiaçıya düzgün məlumat verməməsi nəticəsidə yenidoğulanın daun sindromlu doğulması məsələsinin aydınlaşdırması olmuşdur ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfin əməllərində hər hansı bir qanun pozuntusu aşkarlanmamış, iddiaçının hamililəlik dövründə müayinə və müalicəsi Səhiyyə sistemində mövcud klinik protokolların tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Belə ki, məhkəmə araşdırması zamanı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalının, “Oksigen” Klinikasının, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5nın Mülki Məcəllənin 1096.1ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulması halı müəyyən edilməmiş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmamışdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublıkasının Qanununun 25-ci maddəsinə əsasən, Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir. Hazırkı halda da iddiaçı “BONADEA” Beynəlxalq Hospitalında, “Oksigen” Klinikasında, Cavabdeh5nda müayinə və müalicə nəticələrinə dair məlumatlandırılmış, məhkəməyə “Hamilə və X20 vərəqəsi”, “X11” vərəqəsi və “Doğum tarixi” məlumatları məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçıya “Bonadea intemational Hospital”da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun “Hamilə və X20 vərəqəsi” açılmış və iddiaçının hamiləlik dövrünün müayinə və müşahidəsi ilə bağlı bütün məlumatlar orada öz əksini tapmışdır. Belə ki, iddia ərizəsində hospitalda ona aid dosyenin olmadığını qeyd etsə də, göstərilənlərin əksinə olaraq “Müşahidə vərəqəsindən” göründüyü kimi orada iddiaçıya dair bütün məlumatlar dolğun şəkildə öz əksini tapmışdır. Nəticədə məhkəmə araşdırması zamanı iddia tələbində qeyd edildiyi kimi İddiaçı hamiləlik dövründə müalicə və müayinəsi zamanı hər hansı həkim səhlənkarlığına yol verilməmiş, müayinə və müailicə düzgün, normativ normalar əsasında, səhiyyə sistemində mövcud olan protokollara uyğun aparılmışdır. İddiaçı tərəf isə qeyd edilən halı təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini qeyd olunan hallara münasibətdə sübut edə bilməmiş və onun iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalına, “Oksigen” Klinikasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5a qarşı “ona dəymiş maddi zərərin ödənilməsi, maddi zərərə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Oksigen Klinikasından, Cavabdeh6, X2, cavabdeh “Bonadea” Hospitalından 9435 (doqquz min dörd yüz otuz beş) manat maddi ziyana görə müştərək qaydada alınaraq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iddia tələbinin ikinci, yəni dəymiş mənəvi ziyana görə 100000 (yüz min) manat pulun cavabdehlərdən tutulmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki,birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdr ki, İddiaçı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalına, “Oksigen” Klinikasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5a qarşı “ona dəymiş mənəvi zərərin ödənilməsi, mənəvi ziyana görə 100000 (bir yüz min) manat pul müştərək qaydada alınaraq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-380/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar