Məhkəmə qərarları › İş №2(103)-4131/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4131/2021

05.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4131/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı “əşyaların çıxarılması” barədə ilkin, Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 qarşı “əmlakın geri götürülməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-233/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı əşyaların çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh1 əvvəllər tanımamışdır. Mərhum atası X13 2016-cı il tarixdə vəfat etmişdir. Atası sağlığında onlara məxsus İçəri Şəhərdə yerləşən “Hanım eli” kafesini Günel adlı şəxsə icarəyə vermişdir. 2019-cu ilin noyabr ayında icarə müqaviləsi bitdikdən sonra isə Günel xarici ölkəyə çıxıb getmişdir. Bir müddət sonra Cavabdeh1 ona zəng edərək bildirmişdi ki, onların kafedə olan bir neçə əşyalar və cam balkon şüşəsi ona məxsusdur. Onun bu barədə məlumatı olmasa da, onunla razılaşmış və demişdir ki, gəlib əşyalarını götürsün. Lakin bir ilə yaxındır ki, cavabdeh həmin deməsinə görə ona məxsus əşyaları gəlib aparmadı. Bu səbəbdən o, həmin əşyaları gətirib hazırda yaşadığı ünvana yerləşdirmişdir. Belə ki, həmin kafe əvvəllər mənzil olmuşdur və həmin mənzili kirayə verməsi fikri vardır. Həmin əşyalar hazırda onun evindədir və bu səbəbdən darısqallıq yaradır. O, dəfələrlə cavabdehə əşyalarını gəlib aparmasını desə də, sonuncu hər dəfə bəhanə gətirərək məsələdən yayınmışdır. Cavabdeh1 məxsus əşyalar hələ də hal-hazırda yaşadığı ünvan 1 ünanında yerləşən evində qalmışdır. Cavabdeh şəxsə əşyalarını evdən çıxarılması ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh şəxs bu vaxtadək əşyalarını götürməmişdir. Yalnız aşadığakı əşyalar ona məxsus mənzildə qalmışdır: Stol - 15 ədəd, Stul - 30 ədəd, Qaz plitəsi - 2 ədəd, Divan - 4 ədəd, Televizor - 1 ədəd, Dəzgah - 5 ədəd, “Moyka” - 2 ədəd, Şüşə (cam balkon) - 21 ədəd, Şüşə qapı - 1 ədəd. Qeyd olunan əşyaların ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilində qalması onun birbaşa olaraq mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı qeyd edilmiş əşyaların cavabdehin hesabına ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı əmlakın geri götürülməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən sahəsi 33 kv m olan, ictimai iaşə obyekti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçəri Şəhər” DTMQ İdarəsinin Elmi Mədəni Mərkəzinə aiddir. 07.01.2013-cü il tarixdə X4 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçəri şəhər” DTMQ İdarəsinin Elmi Mədəni Mərkəzi ilə “X12” müqavilə imzalayaraq göstərilən obyekti icarəyə götürmüşdür. 2013-cü ilin sonlarına yaxın o, həmin obyekti baxıb görmüş və icarədar olaraq götürüb işlətmək qərarına gəlmişdir. Anar Kərimov ilə aralarında olan razılığa əsasən bütün onun biznesinə, o cümlədən hazırda mübahisə predmeti olan əşyalara hamısına birlikdə 150.000 ABŞ dolları pul vəsaiti ödəmiş və həmin biznesi satın almışdır. 2013-cü ilin dekabr ayında bu dəfə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçəri Şəhər” DTMQ İdarəsinin X5, yəni Cavabdeh1la BFA-55 nömrəli “X12” müqavilə, sonrada isə 30 sentyabr 2014-cü il tarixdə həmin müqaviləyə əlavələr imzalayaraq fəaliyyətə başlamışlar. 2015- ci ilin sonlarında səhətində yaranan problemlərlə əlaqədar həmin ticarət obyektini işlətmək məqsədilə digər Cavabdeh2 təhvil vermişdir. Təhvil verərkən onunla arasında təhvil-təslim aktı tərtib etmişlər. Sonradan 2020-ci ilin yanvar ayında o, xaricdə olarkən oğlunu həmin obyektə onlara məxsus olan əmlakı götürməyə göndərərkən iddiaçı telefon vasitəsilə onu hədələyərək oğlunun bura gəlməməsini, gələcəyi təqdirdə isə onu polis orqanlarına verəcəyini bildirmişdir. Bir müddət sonra o, əmlakını götürmək istədikdə onun əmlakı vermədiyini və əmlakın bir hissəsinin olmadığını başa düşmüş və fikirləşmişdir ki, yalnız qanuni yolla əmlakı bundan almaq mümkündür. Artıq 2 ilə yaxındır ki, onun əmlaklarını istifadə edir və əmlakına ziyan vurur. Hesab edir ki, siyahıda göstərdiyi əmlaklar cavabdeh İddiaçı geri alınmalı və əmlakın istifadəsinə görə ona dəyən maddi ziyan İddiaçı alınaraq ona ödənilməlidir. Göstərilən əmlaklar vaxtında ona verilsəydi onları icarəyə verə bilərdi və gəlir əldə edə bilərdi. Belə ki, göstərilən restoran əmlaklarını ən azından istifadə üçün icarəyə vermiş olsaydı, o, bu müddət ərzində 10.000 manat gəlir əldə etmiş olardı. Siyahıda göstərilən əmlaklar cavabdeh İddiaçı alınıb ona qaytarılmalı, əldən çıxmış fayda kimi 10.000 manat pul və mənəvi zərərə görə 50.000 manat vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Stol 18 ədəd 4 nəfərlik Taxta Türkiyə 200x18=3600, Stul 56 ədəd Həsirli Yerli 52 X56=2912, Divan 4 ədəd 4 nəfərlik Parça Yerli 350 X4=1400, Külqabı 25 ədəd Şüşə Türkiyə 5 azn/125 azn, Duz qabı 20 ədəd Şüşə Türkiyə 2 azn/40 azn, Salfetka qabı 18 ədəd Şüşə Türkiyə 2 azn/36 azn, Qənd qabı 18 ədəd Xrustal şüşə Türkiyə 4 azn/72 azn, Qaşıq balaca 40 ədəd Dəmir Türkiye 2.5mX40=100, Limon çəngəl 15 ədəd Dəmir Türkiyə 2 azn/30 azn, Limon qabı 15 ədəd Şüşə Türkiyə 1 azn/15 azn, Çörək qabı 18 ədəd Həsirli Türkiyə 6 azn/108 azn, Mürəbbə qabı(balaca) 40 ədəd Şüşə Türkiyə 6 azn/240 azn, Mürəbbə qabı 18 ədəd Şüşə Türkiyə 8 azn/ 144azn, Dərin boşqab 40 ədəd Çini Türkiyə 10azn/400azn, Dayaz boşqab böyük 150 ədəd Çini Türkiyə 6 azn/900 azn, Dayaz boşqab 150 ədəd Çini Türkiyə 8azn/1200azn, Kasa 30 ədəd Çini Türkiyə 4 azn/120 azn, Nəlbəki 150 ədəd Çin 2 azn/300 azn, Stəkan (çay) 150 ədəd Şüşə Çin 2 azn/300 azn, Çaynik 30 ədəd Türkiyə 10azn/300azn, Çaydan 1 ədəd Türkiyə 15 azn, Samovar 1 ədəd Türkiyə 80 azn, Qaşıq böyük 150 ədəd Dəmir Türkiyə 4 azn/600 azn, Çəngəl 150 ədəd Dəmir Türkiyə 4 azn/600 azn, Bıçaq 150 ədəd Dəmir Türkiyə 5 azn/750 azn, 26 Şərab stəkanı 120 ədəd Şüşə Türkiyə 10X120=1200, Stəkan (su üçün) 150 ədəd Şüşə Türkiyə 6 azn/900 azn, Araq stəkanı 150 ədəd Şüşə Türkiyə 4 azn/600 azn, Çaxır stəkanı 40 ədəd Şüşə Türkiyə 6 azn/240 azn, Pivə stəkanı 30 ədəd Şüşə Türkiyə 10azn/300azn, Kofe dəmləyən 1 ədəd Türkiyə 450 azn, Böyük plov boşqabı 20 ədəd Çini Türkiyə 20azn/400azn, Souz boşqabı 20 ədəd Çini Türkiyə 20azn/400azn, Sirkə üçün qab 10 ədəd Şüşə Türkiyə 6 azn/60 azn, Qazan böyük 4 ədəd Metal Türkiyə 50azn/200azn, Qazan balaca 6 ədəd Metal Türkiyə 30azn/180azn, Tava böyük 5 ədəd Tefal(keramik) Çin 60 azn/300 azn, Tava balaca 20 ədəd Tefal(keramik) Rusiya 40 azn/ 80 azn, 39 Sac 6 ədəd Çin 40azn/240azn, Sac (qutab üçün) 1 ədəd Çin 120 azn Şiş (kabab) 50 ədəd Yerli 3 azn/150, azn 42 Setkalar(kabab) 7 ədəd Türkiyə 15azn/105azn, Tabaka üçün tava 2 ədəd Yerli 60azn/120azn, Aş qazan 1 ədəd Metal Yerli 50 azn, Aşsüzən 1 ədəd Metal Yerli 30 azn, Ləyənlər 5 ədəd Plasmas Yerli 10 azn/50azn, Kantenerlər 10 ədəd Plasmas Türkiyə 15azn/150azn, Zibil yeşiyi 1 ədəd Türkiyə 10 azn, Limon bıçaq 2 ədəd Çin 6 azn/12 azn, Balta 2 ədəd Türkiyə 30azn/ 60 azn, Dəsmallar 5 ədəd Türkiyə 10 azn/50 azn, Süfrə 36 ədəd Parça Yerli 20azn/720azn, Sarımsaq əzən 1 ədəd Dəmir Türkiyə 5 azn Kartof əzən 1 ədəd Türkiyə 10 azn, Abkərdən böyük2/balaca3 5 ədəd Dəmir Türkiyə 30/40 azn/60 azn/120 azn, Duz, istiot qabı/dəst 2 ədəd Çin 3 azn/6 azn, Xemir Mikser 1 ədəd Dəmir Çin 2500 azn, Şirəçəkən 1 ədəd Çin 150 azn, Ətçəkən 1 ədəd Türkiyə 180 azn, Kofemolka 1 ədəd Çin 80 azn, Blender 1 ədəd Çin 50 azn, Tərəzi 1 ədəd Çin 50 azn, Kartof fri bişirən 1 ədəd Türkiyə 150 azn, Mikrodalğalı soba 3 ədəd Çin 150X3=450, Qaz sobası 2 ədəd Çin 650X2=1300, Elektrosamovar 1 ədəd Türkiyə 300 azn, Şirniyyat peçi 1 ədəd Çin 4000 azn, Soyuducu vakum böyük 1 ədəd Türkiyə”UĞUR” 2800 azn, Dondurma soyuducu 3 ədəd Türkiyə 500 azn/ 1500 azn, Su soyuducusu 2 ədəd Türkiyə 400 azn/800 azn, Televizor 2 ədəd 80”/64” Çin 800 azn/ 600 azn, Moyka 2lik Türkiyə 60 azn, Dəzgah 5 ədəd Türkiyə 150 X5= 750, Piti qabı 10 ədəd Yerli 4 azn / 40 azn, Maqqaşlar(qaşıq) 2 ədəd Türkiyə 10 azn/ 20azn, Yuxayayan 1 ədəd taxta Yerli 30 azn, Qutab kəsən 1 ədəd Türkiyə 6 azn, Çil-çıraq böyük 3 ədəd Çin 150 X3=450, Çil-çıraq balaca 10 ədəd Çin 80 azn/800 azn, Kalkulyator 1 ədəd Çin 10 azn, Balıq bişirmək üçün setka 2 ədəd Türkiyə 15 azn/30 azn, Divar şəkilləri 6 ədəd Yerli 70 azn/ 420 azn,Tok peçi 2 ədəd Çin 650X2=1300, Dəzgah ət doğramağa 1 ədəd 500 azn, Meyvə qabı 5 ədəd Şüşə, xrustal Çin 20 azn/100 azn, Kassa aparatı stolu 1 ədəd taxta Yerli 230 azn, Kofe çaşka dəst 24 ədəd Çin 40 azn, Çörək bıçağı 2 ədəd Çin 5 azn, Çapacaq 1 ədəd Çin 50 azn, Su sayğacı Çəkilmə xərcləri 250 azn, 3 fazalı işıq sayğacı Çəkilmə xərcləri 5000 azn, Tort soyuducusu 850 azn Ümumilikdə: 48056 manat. Hesab edir ki, siyahıda qeyd olunan əşyalar cavabdeh İddiaçı alınıb ona verilməli, yuxarıda sadalanan əşyaların, onların ümumilikdə dəyəri 48.056 manat, göstərilən əmlaklar,onlar olmadıqda dəyəri geri alınması, cavabdehlərdən əldən cıxmış faydaya görə 10000 manat, mənəvi ziyana görə 50.000 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-233/2021 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi tam, qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək, İddiaçı Cavabdeh1 xeyrinə aşağıdakı əmlakların natura şəklində alınaraq verilməsi və həmin əmlakların Cavabdeh1 hesabına Bakı şəhəri, Səbail rayonu, Həqiqət Rzayeva küçəsi, ev 7, 11 saylı mənzilindən çıxarılməsi: - (15 ədəd stol; 30 ədəd stul; 2 ədəd qaz plitəsi, 4 ədəd divan, 1 ədəd televizor, 5 ədəd dəzgah, 2 ədəd moyka, 21 ədəd şüşə (cam balkon) və 1 ədəd şüşə qapı) qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Kollegiyanın iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, həmçinin bildirmişlər ki, onların tələb etdiyi cam balkon təkcə şüşədən deyil, həmçinin dəmir konstruksiyadan ibarətdir. Buna görə həmin konstruksiya da ona qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli sahə olan yaşayış yeri ona məxsusdur. Onun qarşısında olan cam balkon dövlətə məxsusdur. Onlar hər ay pul ödəyirdilər. 2015-ci ildə Cavabdeh1 restoranda olan əmlaklar ona məxsus olduğunu bildirmişdir. O, mübahisəli sahəni Günel Ərdəmə icarəyə vermişdir, Cavabdeh1 əşyaları verib icarəyə. 2015-ci ildə restoranı icarəyə verəndə orada heç bir əmlak olmayıb. O, heç bir əmlak verməmişdir. Cavabdeh1 öz əşyalarını pulun muqabilində Cavabdeh2 icarəyə vermişdir. Cavabdeh1 restoranda olan stol, stul, şüşə, cam balkon ona məxsus olduğunu bildirmişdir. Günel də ona bunu bildirmişdir. O, 2019-cu il tarixdə 9cu X15 İsmayılov adında polis əməkdaşını dəvət etmiş, Cavabdeh1 oglunu da dəvət etmişdir, restoranda olan əmlakları siyahıya almışlar. Bu barədə akt tərtib olunmuşdur. Aktda Cavabdeh1 oglu da imza etmişdir, lakin əmlakları götürməmişdir. Qarşılıqlı iddia ərizəsində sadalanan və ondan tələb olunan əmlaklar onda deyil və o barədə məlumatsızdır. Cavabdeh1 ümumiyyətlə tanımamışdır, atasından vəfatından sonra onu görmüşdür. Cavabdeh1 ona bildirmişdir ki, əmlaklar ona məxsusdur, o isə demişdir ki, həmin əmlakları gəlib aparsınlar. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Ellada Bayramova hazırki mübahisənin onlara aidiyyəti olmadığını bildirmiş və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh Erdən Günel və üçüncü şəxs Anar Kərimov məhkəmə iclasına gəlməmiş, kollegiya onların işitrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qarşılıqlı iddianın qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni yalnız qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsini mübahisələndirdiyi aydın olur. Xüsusilə nəzərə alınmalıdır ki, qətnaməni digər tərəflər mübahisələndirilməmişdir və bu səbəblə ilkin iddia tələbinin, həmçinin qarşılıqlı iddia tələbinin təmin olunan hissələri apellyasiya baxışının predmeti deyildir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X6 öz ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun atasıdır. 2019-cu ildə atası burada olmadığına görə təhviltəslim edilməsini ona tapşırmışdır. Təhvil-təslimdə Günel iştirak etmişdir. Atasına məxsus əmlaklar həm restoranda, həm də qarajda olmuşdur. Yəni əmlakların bir hissəsi qarajda idi. Obyektdə olan əmlaklar aktda sadalanan əmlaklar olmuşdur və akt onun tərəfindən imzalanmışdır. Qarajda olan əmlaklara açar olmadığına görə baxış keçirə bilməmiş. Akt tərib edərkən orada olan polis ona bildirmişdir ki, sabah gəlib qarajdakı əmlakları da götürsün. Restoranda o işləmişdir, qarşılıqlı iddia ərizəsində göstərilən əmlaklar orda mövcud olmuşdur. İş üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 09.07.2007-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Həqiqət Rzayeva küçəsində yerləşən 7 saylı evin 30,5 kv.m. ümumi sahəsindən ibarət 11 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə X7 ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsinin Elmi-mədəni mərkəzi arasında bağlanılmış 07.01.2013-cü il tarixli X12 BFA-36 nömrəli müqaviləsinin kserosurətindən görünür ki, tərəflər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna gələn turistlərin və yerli sakinlərin mənalı istirahətini, Azərbaycan mədəniyyətinin nümunələrinə olan marağının və tələbatının təmin edilməsi ilə bağlı bu müqavilənin 2.1.2-ci bəndində göstərilən ərazidən istifadə olunmaqla müvafiq xidmətlərin göstərilməsinin təşkili məqsədi ilə birgə fəaliyyət göstərmək və bu məqsədlə nail olmaq üçün lazımi hüquqi və faktiki hərəkətləri razılaşdırılmış şəkildə həyata keçirilməsini öhdəsinə götürmüşlər. Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən Mərkəz müvafiq xidmətlərin təşkili üçün Ellada Əsədovaya H.Rzayeva küçəsi, 7/11 ünvanında yerləşən 1 mərtəbəli, 33 kv.m. olan yerli əhəmiyyətli (“Şur” kafesinin qurşısındakı açıq sahə) abidəni turizm infrastrukturu obyekti kimi ayrılması, idarənin qurumları və E.Əsədovann fəaliyyətinin əlaqələndirilməsi və qarşıya çıxan problemlərin həllində qanunvericiliklə müəyyən olunmuş qaydada və çərçivədə köməklik göstərilməsi və s. öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 31.12.2013cü il tarixədək bağlanılmışdır. İş üzrə Cavabdeh1 ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsinin Elmi-mədəni mərkəzi arasında bağlanılmış 02.12.2013-cü il tarixli X12 BFA-55 nömrəli müqaviləsinin kserosurətindən görünür ki, tərəflər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna gələn turistlərin və yerli sakinlərin mənalı istirahətini, Azərbaycan mədəniyyətinin nümunələrinə olan marağının və tələbatının təmin edilməsi ilə bağlı bu müqavilənin 2.1.2-ci bəndində göstərilən ərazidən istifadə olunmaqla müvafiq xidmətlərin göstərilməsinin təşkili məqsədi ilə birgə fəaliyyət göstərmək və bu məqsədlə nail olmaq üçün lazımi hüquqi və faktiki hərəkətləri razılaşdırılmış şəkildə həyata keçirilməsini öhdəsinə götürmüşlər. Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən Mərkəz müvafiq xidmətlərin təşkili üçün Cavabdeh1 H.Rzayeva küçəsi, 7/11 ünvanında yerləşən 1 mərtəbəli, 33 kv.m. açıq sahənin ictimai iaşə obyekti kimi ayrılması, idarənin qurumları və Cavabdeh1 fəaliyyətinin əlaqələndirilməsi və qarşıya çıxan problemlərin həllində qanunvericiliklə müəyyən olunmuş qaydada və çərçivədə köməklik göstərilməsi və s. öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 31.12.2013-cü il tarixədək bağlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsinin Elmimədəni mərkəzi və fiziki şəxs Cavabdeh1 arasında bağlanmış 02.12.2013-cü il tarixli BFA-55 saylı X12 müqaviləyə 30.09.2014-cü il tarixli 1 saylı Əlavədən görünür ki, tərəflər Cavabdeh1 istifadəsinin müvafiq xidmətlərin göstərilməsinin təşkili məqsədilə turizm infrastrukturu obyektinin ayrılması müqabilində 01.10.2014-cü il tarixdən etibarən Mərkəzə aylıq 530 manat həcmində sabit pul məbləğini, əldə etdiyi aylıq ümumi gəliri 5% (lakin 60 manatdan az olmamaq şərti ilə) mərkəzə odəyəcəyi barədə razılığa gəlmişlər. Əlavə imzalandığı gündən qüvvəyə minir və 31.12.2014-cü il tarixədək qüvvədə qalmışdır. İş üzrə 17.12.2013-cü il tarixli aktın kserosurətindən görünür ki, “İçəri Şəhər” DTMQ-nun mülkiyyətində olan 50 kv.m. sahəsi “Şur Kafesi”ndə fəaliyyət göstərmiş X9 məxsus olan tikilinin, içərisində olan müəyyən avadanlıqların, həmçinin obyektin giriş hissəsində olan metal konstruksiyanı istifadə və sahiblik edilməsi məqsədi ilə “Qoruğun” razılığı ilə biznesin alınması şərti ilə razılaşaraq Cavabdeh1 150.000 ABŞ dolları məbləğində pul vəsaitini X9 vermiş və bu gündən etibarən həmin sahəni istifadə edərək orada öz biznesini qurulması və gəlir əldə edilməsi razılaşmışlar. İş üzrə İddiaçı, X10 və Cavabdeh1 oğlu tərəfindən 13.12.2019-cu il tarixdə tərtib edilmiş aktın kserosurətindən görünür ki, ünvan 3 ünvanında yerləşən “Xanım eli” restoranında olan 15 ədəd stol, 30 ədəd stul, 1 ədəd qaz plitəsi, 4 ədəd divan, 1 ədəd televizor, 5 ədəd dəzgah, 2 ədəd “moyka”, bundan əlavə 1 ədəd qaz plitəsi X3 təhvil verilmişdir. İş üzrə İddiaçı, X2, X11, X14 və şahid Elçin Səmədov tərəfindən 25.12.2019-cu il tarixdə tərtib edilmiş aktın kserosurətindən görünür ki, ünvan 1 ünvanında yerləşən “Hanım eli” restoranında olan 21 ədəd şüşə cam balkon və bir ədəd şüşə qapı İddiaçı məxsus Yasamal rayonu, 2-ci Alatavada yerləşən evə “Qazel” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla göndərilmişdir. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni mərkəzi tərəfindən İddiaçı ünvanlanmış 29.12.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, sözügedən 33 kv.m. açıq sahənin İddiaçı tərəfindən birgə fəaliyyət müqaviləsi əsasında istifadəyə götürülməsinə etiraz etmirlər. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni mərkəzi tərəfindən İddiaçı ünvanlanmış 30.12.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, H.Rzayeva, 7/11 ünvanında yerləşən 33 kv.m. açıq sahəni əhatə edən şüşə və yüngül metal konstruksiyanın müraciətinə əlavə etdiyi eskizdə əks olunmuş şəkildə dəyişdirilməsi Mərkəz tərəfindən məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü Cavabdeh1 üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya Cavabdeh1, həmçinin onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında bildirdiklərinə münasibətdə qeyd edir ki, onlar cam balkonun həmçininin dəmir konstruksiyadan ibradət olduğunu və həmin konstruksiyanın onlara qaytırlmalı olduğunu bildirsələr də, iddia tələbindən bunu irəli sürməmişlər. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-233/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar