Məhkəmə qərarları › İş №2(103)-4131/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4131/2024

01.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4131/2024 01.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X7 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "pul vəsaitinin ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1894/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı X18 Cavabdeh MMC, ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzildən və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 manat pul vəsaiti, habelə əldən çıxmış fayda kimi xx.xx.2023-cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi və Cavabdeh MMC tərəfindən öz hesabına obyektdə quraşdırılmış istilik sistemi sökülməsi və tarixi abidənin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1894/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan X19 cavabdehlər X23, X15, X20 və İddiaçı qarşı "vərəsəlik hüququ üzrə sair mübahisələr” tələbinə dair 2-(006)- 434/2024 saylı iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı X10 cavabdeh "xxxx" X1rşı "pul vəsaitinin ödənilməsi və sair tələbinə dair" 2(006)- 1894/2024 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4, 256.0.3, 258.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4487/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı X19 cavabdehlər X23, X15, X20 və İddiaçı qarşı "vərəsəlik hüququ üzrə sair mübahisələr” tələbinə dair mülki iş icraata qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı X11 cavabdeh "xxxx" X2rşı "pul vəsaitinin ödənilməsi və sair tələbinə dair" mülki iş üzrə nəticənin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı X19 cavabdehlər X23, X15, X20 və İddiaçı qarşı "vərəsəlik hüququ üzrə sair mübahisələr” tələbinə dair 2-(006)-434/2024 saylı işin nəticəsindən asılılığının mövcudluğu aşkardır. Apellyasiya şikayətinin, ona qarşı etirazın dəlilləri, məhkəmənin mövqeyi: İddiaçı şikayət vermiş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1894/2024 nömrəli, xx.xx.2024-cü il qərardadının ləğv edilməsini və vəsatət rədd edilsin, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyinin tamamilə qanunsuz və əsassız olduğu aşağıda göstərilənlərlə təsdiq olunur:1 .Birinci instansiya məhkəməsi qərardadda qeyd etmişdir ki, “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı X11 cavabdeh "xxxx" X2rşı "pul vəsaitinin ödənilməsi və sair tələbinə dair" mülki iş üzrə nəticənin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı X19 cavabdehlər X23, X17, X20 və İddiaçı qarşı “vərəsəlik hüququ üzrə sair mübahisələr” tələbinə dair 2-(006)- 434/2024 saylı işin nəticəsindən asılılığının mövcudluğu aşkardır."Qərardadın əsaslandırıcı hissəsi yalnız yuxarıda qeyd edilən cümlədən ibarətdir. Məhkəmə, mülki işlərin asılılığını necə aşkar etdiyini, bunun nədən ibarət olduğunu və əsaslarını necə müəyyən etdiyini qərardadında ümumiyyətlə göstərməmişdir.Məhkəmə yuxarıda qeyd edilən mülki işlər üzrə irəli sürülmüş iddia tələblərinin nədən ibarət olduğunu aydınlaşdırmadan tamamilə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, icraatında olan iş üzrə iddia tələbləri aşağıdakıları ehtiva edir: “İ.CavabdehMMC, ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzildən və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın; 2.xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 manat pul vəsaiti, habelə əldən çıxmış fayda kimi xx.xx.2023-cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilsin; 3.Cavabdeh MMC tərəfindən öz hesabına obyektdə quraşdırılmış istilik sistemi sökülsün və tarixi abidənin əvvəlki vəziyyəti bərpa edilsin." Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan 2-(006)- 434/2024 saylı mülki iş isə vərəsəlik mübahisəsi olmaqla, hazırkı iş üzrə İddiaçı vərəsə kimi mülkiyyət hüquqlarını istisna etməyən iddia tələbini ehtiva edir. Məhkəmə nəzərə almamışdır ki, İddiaçı mübahisəli daşınmaz əmlaka mülkiyyət hüququ həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2497/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir. Belə vəziyyətdə, yəni 2-(006)-434/2024 saylı mülki işdə iddiaçının mülkiyyət hüquqları mübahisələndirilmədiyi halda, hazırkı mülki iş üzrə İddiaçı mülkiyyətçi kimi Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma, zərərin ödənilməsi və qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi tələblərinin qeyd olunan 2-(006)-434/2024 saylı mülki işlə heç bir əlaqəsi yoxdur. Məhkəmə, eyni zamanda, tərəflərin, xüsusən iddiaçının fikrini öyrənmədən, tərəfləri dinləmədən, iş üzrə tərəf olmayan üçüncü şəxsin əsassız vəsatətinin təmin edilməsinə dair tələsik olaraq tamamilə əsassız və qanunsuz qərardad qəbul etmiş, bununla da, iş üzrə Cavabdeh MMC-nin qanunsuz olaraq, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakdan faydalanmasına və mülkiyyətçiyə zərər yetirilməsinə şərait yaratmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1894/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə üçüncü şəxs X12 nümayəndəsi Vəkil3 apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, Aşağıda qeyd edilənlər səbəbindən həmin şikayətin əsassız və qanunsuz olması sübuta yetirilir, bu səbəbdən şikayət təmin edilməməli, Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-1894/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-351/2024 saylı iş üzrə aşağıda qeyd edilən tələblər üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-2327/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır: - X3 Əliyevanın adına əldə edilmiş daşınmaz əmlakların əslində onun vəsaiti hesabına alınmaqla ona məxsus olduğuna istinad etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60, 63 nömrəli alqı-satqı müqavilələrinin pərdələnmiş əqd hesab edilməsi, həmin əmlaklara onun mülkiyyət hüquqlarının tanınması, X13 tərəfindən X14 və X8 adına verilmiş vəsiyyətnamələrin etibarsız hesab edilməsi barədə; - İddiaçı qarşılıqlı iddiası üzrə, Yusif Quliyev, Rəhman Quliyev, Səadət Quliyeva və Rəşid Quliyevdən müştərək qaydada 250000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 1/4 hissəsinin naturada ayrılmaqla, mənzilin həmin hissəsinin boşaldılması və ona təhvil verilməsi barədə; - X20 da qarşılıqlı iddia qaldırmaqla Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 saylı mənzillərə, ünvan 4kiliyə olan hüquqlara dair onun vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması barədə. Həmin iş üzrə icraat payın naturada ayrılması ilə bağlı təyin edilmiş ekspertizaya görə dayandırılmışdır. Eyni zamanda, Bakı şəhəri, 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60, 63 nömrəli mənzillər ipoteka ilə yüklü edilmiş əmlaklar olmaqla (eyni zamanda həbsdə olduğuna görə vərəsəlik şəhadətnaməsi əsasında çıxarış alınması mümkün olmamışdır), həmin əmlaklara yönəldilmə ilə bağlı məhkəmə prosesləri davam etməkdədir.Üstəgəl, hazırki mübahisənin predmeti olan əmlaka, iddiaçı və onun bacı-qardaşları vərəsəlik şəhadətnaməsi əldə etməmişlər. Yəni, sözügedən əmlak mərhum X6 adında qalmaqla, həmin əmlaka nə vərəsəlik şəhadətnaməsi, nə də mülkiyyəti təsdiq edən hər hansı bir sənəd verilmişdir. Bundan əlavə, hazırki iş üzrə iddiaçının istinad etdiyi və özünü mülkiyyətçi olaraq hesab etməsinə əsas verdiyi xx.xx.2013-cü il tarixli vərəsəlik şəhadətnaməsi X26 tərəfindən Nəsimi Rayon Məhkəməsində mübahisələndirilir. Həmin iddianın təmin olması nəticəsində vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, əmlakın 1/6 hissəsinə vərəsəlik şəhadətnaməsinin verilməsi ehtimalı vardır. Hazırki işdə isə iddia tələblərinə diqqət yetirilsə aydın olar ki, iddia tələbləri aşağıdakı məzmundadır: - Cavabdeh MMC, ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzildən və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması. - xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 manat pul vəsaiti, habelə əldən çıxmış fayda kimi xx.xx.2023-cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi. - cavabdeh "Dynamex Express” MMC tərəfindən öz hesabına obyektdə quraşdırılmış istilik sistemi sökülməsi və tarixi abidənin əvvəlki vəziyyətinin bərpa edilməsi. İddiaçı şikayətdə mülkiyyətçi olması qeyd etsə də, nəzərə almaq istəmir ki, iddianın ikinci hissəsində tələb etdiyi məbləğləri 1/4 vərəsəlik şəhadətnaməsinin olmasına istinadən əldə edir. Yəni hazırda mübahisələndirilən vərəsəlik şəhadətnaməsi ləğv edilib, 1/6 və ya 1/10 olacağı təqdirdə hazırki iddia tələbinin ikinci hissəsinin formalaşma əsasları tamamilə dəyişəcəkdir. Göründüyü kimi, Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2-(006)-434/2024 saylı iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək hazırki iş üzrə qərar qəbul edilməsi yolverilməzdir. Bundan əlavə, iş üzrə icraatın dayandırılması üçün digər bir əsas odur ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3 51/2024 saylı iş üzrə qarşılıqlı iddiaçı X14 Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 saylı mənzillərə, ünvan 5ikiliyə olan hüquqlara dair onun vərəsəlik hüquqlarının tanınmasına dair iddia tələbi vardır. Həmin iddia tələblərinin təmin olunması halında isə hazırki iddia üzrə İddiaçı ümumiyyətlə hazırki iddianı qaldırmağa olan subyektiv hüququnu birbaşa aradan qaldırır ki, bu işin də nəticəsi hazırki iş üçün birbaşa əhəmiyyət kəsb edir. Hazırki şikayətlə əlaqədar olmasa da, iddiaçının iş materiallarına əlavə etdiyi 506 nömrəli mühafizə müqaviləsindən görünür ki, sözügedən mühafizə müqaviləsinin predmeti olan əmlaklar, ünvan 6 ünvanda yerləşən 26/27 nömrəli mənzillərdir ki, hazırki iddianın predmeti olan əmlaklar isə ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzil və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsidir. Yəni, həmin müqavilənin işin mahiyyəti ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Qeyd edilənlərdən göründüyü kimi, Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2-(006)-434/2024 saylı iş və Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-351/2024 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırki işin icraatı dayandırılmalıdır.Nəzərə alınmalıdır ki, hazırki işin icraatı dayandırılmayacağı təqdirdə, mübahisə tərəflərinin eyni predmet barəsində bir-birini tam və ya qismən təkzib edən, ziddiyətli məhkəmə qətnamələrinin qəbul edilməsi ilə nəticələnə bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Yuxarıda qeyd edilən səbəbdən, İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1894/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş edirlər. Apellyasiya baxışının hədləri, müəyyən edilən hallar, tətbiq edilən hüquq və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa Məhkəmə iş üzrə icraatı dayandırmalıdır. 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir”. Həmin qərarda vurğulanmışdır ki: X9 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyriməcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır.Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziyana görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 157-164, 267-269, 371, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş qərardadın ləğv edilməsi, hazırki mülki işin dayandırma (və ya bir icraatda birləşdirilmə) baxımından işlərin xüsusatların yenidən müzakirəsi üçün əsaslar müəyyən edir. Belə ki. İş üzrə dayandırılmış iş üzrə müvafiq məhkəmə icraatı sənədləri işə ("AZEMİS" Elektron Məhkəmə İnformasiya Sisteminə) əlavə edilmədiyindən kolegiya tərəfindən birmənalı qiymət verilməsi mümkün deyildir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan suiistifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Bu baxımdan qeyd edilməlidir ki, prosessual qanunvericiliyə əsasən vəsatət verən tərəf dayandırılmanın konkret hansı iş üzrə zəruri olmasına istinad etmədən ümumi mülahizələr yürütmüş, bir neçə işə istinad etmiş, bunları şikayətə verilən etirazında bir daha vurğulamışdır. Məhkəmə dayandırmanın əsasların və zəruriliyinin müzakirə etmədən qəbul etmiş qərarında onun səbəblərin əks etdirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə diqqətə çatdırılmalıdır ki: 264.0.5. məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi ayrıca akt şəklində qəbul edilən qərardadda göstərilməlidir. Çəkişmə şəraitində (hansı) işlərinin bağlılığın yuxarıda qeyd edilən qanunvericilik baxımından yenidən müzakirə edən birinci instansiya məhkəməsi həmin işlər üzrə tələblərin mahiyyətinə, hansı mərhələdə olmasına və s. dair müvafiq araşdırma aparıb müvafiq olaraq əsaslandırılmış qərar qəbul etməli, istinad edilən təfərrüatları təsbit edən sənədlərin nüsxələrinin isə işə ("AZEMİS" Elektron Məhkəmə İnformasiya Sisteminə) əlavə edilməsin təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1894/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və iş üzrə icraatın dayandırılması (və ya işlərin bir icraatda birləşdirilməsi) məsələsinə yenidən baxılması üçün iş Nəsimi rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar