Məhkəmə qərarları › İş №2(103)-4134/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4134/2020

21.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4134/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaç İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1077/2020 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X10 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-dən ona dəymiş 3,000,000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1077/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın mənəvi ziyanın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,cavabdeh orqanın bu cür məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona ana kimi mənəvi zərər dəymiş. xx.xx.1980-ci ildə doğulmuş gənc oğlu həyatını itirmişdir. Övladının faciəvi şəkildə həlak olmasından sonra həyat yoldaşının həm psixi durumu pisləşdi, həm də kardioloji problemləri yarandı. Bu günədək övladının itkisinin iztirabını çəkir. Bəlkə də zaman keçdikcə bu iztirab bir az yüngülləşərdi, lakin həyat yoldaşının həmin hadisədən indiyədək düşdüyü mövcud durum, onun yarasını və iztirablarının hər gün təzələnməsinə səbəb olur. Mənəvi ziyanın nümunəvi bir çəkisi müəyyən olunmadığından, həmçinin qanunvericilikdə mənəvi ziyanın maddi formada əvəzləşdirilməsi mümkün sayıldığlndan bu hadisə nəticəsində ona vurulan ziyanı iddiadan da göründüyü kimi 3.000.000 manat məbləğində dəyərləndirmişdir.Məhkəmə Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilən zərərin əvəzininzərər vuran tərəfindən tam həcmdə ödənilməsi müddəasını tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Çünki, nə qədər ki, qanun vurulan zərərə görə qiymətləndirməni iddiaçı olaraq ona aid edir. O, da bu qiymətləndiməni 3.000.000 manat məbləğində hesablayır. Bu səbəbdən də ona vurulan zərər cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir.Göründüyü kimi, Nəsimi rayon məhkəməsi qətnaməsi ilə maddi hüquq normasını düzgün tətbiq etməməklə səhvə yol vermişdir.Buna görə də iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.Göstərilən hallardan başqa əlavə olaraq qeyd edir ki,onun başına gələn oğlunun vaxtsız ölümü ilə nəticələnən bu cür bədbəxt hadisələrdən heç kim sığortalanmamışdır. Bu hal cavabdeh qurumun vətəndaşlara, ümumilikdə xidmət göstərdiyi insanlara qarşı öz işinivicdanlı və düzgün icra etməməsinin və eləcə də müvafiq tədbirlər görülməyəcəyi təqdirdə gələcəkdə də bu cür halların çoxalacağının birbaşa ifadəsidir.Məhkəmə çəkişməsinin əsas məqsədinin sosial ədalətin bərqərar olmasından ibarət olduğundan, iddianın tam təmin olunmasının ədalətli olacağına və gələcəkdə bu cür bədbəxt hadisələrin yaşanmaması üçün cavabdehin və onun məsul işçilərinin daha məsuliyyəti olmasına vadar edəcəyinə inanırlar. Qətnamədən həmçinin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X10 də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halı İddiaçı oğlunun 2012-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsində həlak olmasıdır. Bu hadisə nəticəsində İddiaçı mənəvi sarsıntı keçirməsi isə konkret formada sübut olunmalıdır. İş materiallarında bu halın mübahisəsiz olmasını təsdiq edən heç bir sənəd mövcud deyildir. Oğlunun həlak olması ilə bağlı iddiaçının bir ana kimi qəmlənməsi təbiidir. Lakin şəxsin yaxın qohumunu itirməsi, hələ onun mənəvi sarsıntı keçirməsinə dəlalət etmir. İddia ərizəsində iddiaçının və onun həyat yoldaşının hadisə ilə bağlı mənəvi iztirab keçirməsi göstərilsə də, bu faktla bağlı məhkəməyə hər hansı sübut, yaxud xəstəliyi təsdiq edən sənədlər təqdim edilməmişdir. Eyni zamanda baş vermiş hadisə ilə iddianın qaldırıldığı tarix arasında 7 il müddət fərqinin olması, iddiaçının mənəvi zərər çəkməsi halını istisna edir. Belə ki, öz yaxınlarını itirmiş şəxslər bədbəxt hadisənin ilk günlərində olduqca kədərli olurlar, zaman keçdikcə həmin vəziyyət yüngülləşir. Ona görə də hazırkı iddia ölümün baş verməsindən uzun illər sonra verildiyi üçün hadisələr arasında səbəbli əlaqə mövcud deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, ziyan çəkməsi danılmaz fakdır. Məhkəmə təcrübəsində də oxşar işlə bağlı qətnamə vardır. Belə ki, eyni məhkəmə tərkibində bu cür qətnamə qəbul olunmuşdur. Həmin qətnamədə mənəvi zərərin məbləği 30000(otuz min) manat müəyyən edilmişdir. O qətnaməni təqdim edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 da cavabdehin şikayətinin təmin olunması, iddiaçının şikayətinin isə rədd olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edrəkən qənaətini belə əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin əməkdaşı X1 tutduğu vəzifə ilə əlaqədar dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olduğu halda həmin qaydaları pozması nəticəsində baş vermiş qəzada 26 nəfər az ağır, 5 nəfər ağır xəsarətlər almış, 6 nəfər, o cümlədən iddiaçının oğlu X11 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşlər. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, 20 000 manat məbləğində pul vəsaitinin vurulmuş mənəvi ziyanın əvəzi kimi cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən İddiaçı xeyrinə ödənilməsi ağlabatan hesab olunmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarına göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X7 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X13 məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X7 haqqında Konvensiya»nın müddəaları və X13 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən ləğv edilməsi və apellyasiya şikayətinin qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Cavabdehin apellyasiya şikayətində isə qətnamənin tam ləğv edilməsi xahiş edilsə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə iddianın təmin edilməyən hissəsində, cavabdehin şikayəti üzrə isə iddianın təmin edilən hissəsində yoxlanılmalıdır. Hazırkı iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mənəvi zərərin əvəzi məbləği istisna olmaqla düzgün olmuşdur Əvvəla, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi təkzib olunmazdır. Çünki, cavabdeh qurumun işçisinin cinayət törətməsi nəticəsində iddiaçının oğlu ölmüşdür. İkincisi, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə ümumiyyətlə başadüşülən deyildir. Belə ki, cavabdeh qeyd edir ki, iddiaçının mənəvi sarsıntı keçirməsi sübut olunmalıdır. Başqa sözlə cavabdeh vaxtsız övlad itirən valideynin mənəvi sarsıntı keçirməsinə inanmır, ancaq qəmləndiyini qəbul edir. 7 il müddətin keçməsini də iddiaçının mənəvi zərər keçirməsini istisna edən hal kimi qiymətləndirir. Çünki, yaxınlarını itirilənlərin bədbəxt hadisənin ilk günləri kədərli olsa da zaman keçdikcə həmin vəziyyətin yüngülləşməsi halının baş verdiyinə inanır. Əlbətdə ki, mənəvi sarsıntının və iztirabın nə olduğunu yalnız o halı yaşayan şəxs anlaya bilər. Bu cür dəlillər isə əsassız olmaqla həm də əxlaq və mənəviyyat normaları ilə bir araya sığmır. Yalnız mülki məsuliyyətdən yayınmaq xatirinə bu cür dəlillərdən istifadə etmək isə yolverilməzdir. Çünki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə onun vaxtsız, cavan və günahsız övlad itirməsi faktı birbaşa əsasdır və əlavə sübuta lüzum yoxdur. Qeyd olunanlara baxmayaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mənəvi zərərin vurulması faktı təsdiq olunsa da mənəvi zərərin əvəzi kimi qət olunan məbləğ həm işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyil, həm də eyni hadisə üzrə analoji işlərdə artıq fərqli məhkəmə aktları qəbul edilmiş və iddiaçının nümayəndəsi və vəkili tərəfindən də belə bir məhkəmə aktı apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Buna görə də, qeyd olunan hallar nəzərə alınmaqla mənəvi zərərin əvəzi kimi qət olunan məbləğin artırılması və otuz min manat müəyyən edilməsini apellyasiya instansiyası məhkəməsi işin hallarına uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaç İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərərin məbləği hissəsində dəyişdirilməli və cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X4 tutulmalı olan mənəvi zərərin əvəzi 30000 (otuz min) manat müəyyən edilməli, qətnamə, İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 apellyasiya şikayəti təmin edilməməli, qətnamə, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaç İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1077/2020 nömrəli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilsin və cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X4 tutulmalı olan mənəvi zərərin əvəzi 30000 (otuz min) manat müəyyən edilsin. Qətnamə, İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar