Məhkəmə qərarları › İş №2(103)-4134/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4134/2023

08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4134/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 (hüquq varisi X52) və İddiaçı6 Cavabdehna ("xxxx" MMC) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ("xxxx" MMC) cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 (hüquq varisi X52) və İddiaçı6 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pul” qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X20 Cavabdehna qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi və mənəvi zərərin ödənilməsi, özbaşına tikililərin sökülməsi, qeyri yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pul tələbi” “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X16 ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İlk iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 prosessual hüquq varisi X52, Cavabdehın ("xxxx" MMC) nümayəndəsi (direktoru) Nümayəndə, Üçüncü şəxs X20 iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh ("xxxx" MMC) firması tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdehna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdehndan İddiaçı1 xeyrinə 15000 ABŞ dolları, 66000 manat məbləğində maddi zərərin və 20000 manat məbləğində mənəvi zərərin, İddiaçı2 xeyrinə 3300 ABŞ dolları və 25000 ABŞ dolları məbləğində maddi zərərin, 20000 manat məbləğində mənəvi zərərin, İddiaçı3 xeyrinə 9800 ABŞ dolları, 10000 ABŞ dolları məbləğində maddi zərərin və 20000 manat məbləğində mənəvi zərərin, İddiaçı4 xeyrinə 4000 ABŞ dolları və 75000 manat məbləğində maddi zərərin, İddiaçı5 xeyrinə 5000 ABŞ dolları, 15000 manat məbləğində maddi zərərin və 20000 manat məbləğində mənəvi zərərin, İddiaçı6 xeyrinə 3800 ABŞ dolları, 120000 manat maddi zərərin və 20000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh onlara - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı həmin firmaya məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasından çıxarılmağı barədə iddiası qismən təmin edilmiş, sonuncu iki şəxs – İddiaçı5 və İddiaçı6 istisna olmaqla, qalan şəxslərin mübahisəli binadan çıxarılmaları barədə qətnamə qəbul edilmişdir. Hesab edirlər ki, iddiaçı Cavabdeh direktoru Nümayəndə mübahisələndirilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdikdən sonra onları oradan çıxarmaq barədə qərara gəlməmişdən əvvəl satınalmada ona ödədiyi pulları, həmçinin təmir-tikinti işlərinə çəkdikləri külli miqdarda vəsaiti qaytarmaq barədə fikirləşməli və bundan sonra onların yaşadığı evlərdən çıxarılmağı barədə iddia qaldırmalı idi. Görünür, firmanın direktoru Nümayəndə ötən illər ərzində dələduzluq kimi formalaşmış xarakterinə yenə də sadiq qalmağa üstünlük vermişdir. Belə ki, Cavabdeh direktoru Nümayəndə hal-hazırda mübahisələndirdiyi qeyri-yaşayış sahəsini vaxtilə hissə-hissə müxtəlif şəxslərə sataraq həmin vaxtlarda da dələduzluq əməllərinə yol vermiş və buna görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə məhkum edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə vaxtilə xx.xx.2004-cü il tarixdə yenə də iddiaçı Nümayəndə biz cavabdehlərdən İddiaçı1 və qeyrilərinə qarşı halhazırda mübahisələndirilən qeyri-yaşayış sahəsindən çıxarılmaları barədə iddia tələbinin rədd edilməsini və qətnamənin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmasını qeyd etsə də, bu gün də qüvvədə olan həmin qətnaməyə heç bir münasibət bildirilməmiş, iddianı təmin etmişdir. Baxmayaraq ki, onlar ailə üzvləri ilə birlikdə həmin firmaya məxsus qeyri-yaşayış sahəsində vaxtilə - təxminən on beş ildən yuxarı olar ki, heç də özbaşına yerləşməmişlər. Hal-hazırda rəsmi surətdə qeyri-yaşayış sahəsi hesab edilən, lakin uzun müddətdir ki, faktiki olaraq yaşayış sahəsinə çevrilmiş mübahisəli binanın ayrıayrı otaqları məhz firmanın direktoru, hansı ki, onların çıxarılmağı barədə məhkəmədə hüquqi şəxs kimi iddia qaldırmış Nümayəndə tərəfindən onlara satılmışdır. Onlar hər biri ötən müddət ərzində satın aldıqlar qeyri-yaşayış sahəsini yaşayış sahəsinə çevirməklə müəyyən artırmalar edib, təmir-tikinti işləri aparmış və bütün bunlara külli miqdarda vəsait sərf etmişlər. Buna görə də hesab edirlər ki, firmanın direktoru satmış olduğu qeyri-yaşayış binasının hər birinin yaşadığı ayrı-ayrı hissələrinə çəkmiş olduğumuz xərci, həm satınalma vaxtı ona ödədikləri pulu onlar tam surətdə ödəməli, həmçinin onun hərəkətləri nəticəsində çəkdiyi mənəvi iztirabların qarşılığını ödəməlidir. Yalnız bundan sonra onların Cavabdehna məxsus binadan çıxarılmağı mümkün hesab edilə bilər. Həmin xərclər aşağıdakılardan ibarətdir: 1. İddiaçı1 2002-ci ildən mübahisəli qeyri-yaşayış sahəsində yerləşmiş və buna görə Cavabdeh direktoru Nümayəndə satınalma vaxtı 15000 (on beş min) ABŞ dolları məbləğində nağd şəkildə bir dəfəyə pul ödəmişdir. Ötən müddət ərzində qeyriyaşayış sahəsini yaşayış sahəsinə çevirərək evin qabaq hissəsinə 12 metr ölçüdə artırma əlavə edib, koridor, mətbəx, hamam, tualetin tikintisinə 22000 (iyirmi iki min) manat məbləğində, evin arxa tərəfindəki 12 metr ölçüdə artırmaya 11000 (on bir min) manat, dam örtüyünün dəyişdirilməsinə 18000 (on səkkiz min) manat, kanalizasiya xətti, su, işıq və qazın çəkilişinə 15000 (on beş min) manat, beləliklə, aparmış olduğu təmir-tikinti işlərinə ümumilikdə 66000 manat məbləğində xərc çəkmişdir. Bundan əlavə İddiaçı1 ona yetirilən mənəvi zərəri 20000 manat məbləğində dəyərləndirir; 2. İddiaçı2 2004-cü ilin fevral ayından etibarən mübahisəli qeyri-yaşayış sahəsinin iki otaqdan ibarət bir hissəsində ailə üzvləri ilə birlikdə yaşayır və həmin otaqları öz vəsaiti hesabına yaşayış sahəsinə çevirmişdir. Həmin otaqlara görə müvafiq qəbz və aktla 3300 ABŞ dolları məbləğində pul ödənilmiş və orada aparılmış təmir-tikinti işlərinə isə 25000 (iyirmi beş min) ABŞ dolları pul xərclənmişdir. Qeyri-yaşayış sahəsindəki otaqlara görə Cavabdeh direktoru Nümayəndə ona etibarnamə vermişdir. İddiaçı2 da ona yetirilən mənəvi zərəri 20000 (iyirmi min) manat məbləğində dəyərləndirir; 3. İddiaçı3 2004-cü ilin fevral ayından etibarən Cavabdehna məxsus qeyri-yaşayış sahəsində yaşadığı otaqları 9800 (doqquz min səkkiz yüz) ABŞ dollarına satın almış, həmin qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə çevrilməsinə və orada aparılan təmir-tikinti işlərinə 10000 (on min) manat məbləğində pul xərcləmişdir. İddiaçı3 da ona yetirilən mənəvi zərəri 20000 (iyirmi min) manat məbləğində dəyərləndirir; 4. İddiaçı4 Cavabdehna məxsus yaşadığı sahəni 4000 (dörd min) ABŞ dollarına Cavabdeh direktoru Nümayəndə müvəkkil etdiyi başqa şəxsdən almış, qeyri-yaşayış sahəsini yaşayış sahəsinə çevirərək orada təmir-tikinti işləri aparmaqla, həmin işlərə ümumilikdə 60000 (altmış min) manat məbləğində pul xərcləmişdir; 5. İddiaçı5 Cavabdehna məxsus yaşadığı sahəni 2004-cü ildə 5000 (beş min) ABŞ dollarına satın almış və orada yaşadığı müddətdə həmin sahəni yaşayış sahəsinə çevirmək üçün təmir-tikinti işlərinə 80000 (səksən min) manat məbləğində vəsait xərcləmiş, yetirilən mənəvi zərəri 20000 (iyirmi min) manat məbləğində dəyərləndirir; 6. İddiaçı6 2000-ci ildə Cavabdeh direktoru Nümayəndə 3800 (üç min səkkiz yüz) ABŞ dollarına 450 m2 torpaq sahəsi alıb, 120 m2 yaşayış sahəsi tikərək həmin evin hər m2 -nə 1000 (min) manat hesabı ilə 120000 (yüz iyirmi min) manat pul xərcləmiş, yetirilən mənəvi zərəri 20000 (iyirmi min) manat dəyərləndirir. Buna görə də hesab edirlər ki, onlara vurulan maddi və mənəvi zərər Cavabdeh hesabına ödənilməlidir. Qarşılıqlı iddia tələbi.

3. Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh mülkiyyətində olmaqla, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülərək qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, Cavabdehna məxsus əmlakların məhv edilməsi nəticəsində vurulmuş zərərin dəyərini təşkil edən 127700 (yüz iyirmi yeddi min yeddi yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdehna ödənilməsi, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istehsalat sahəsi kimi fəaliyyət göstərməyə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan 100000 (yüz min) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada Cavabdehna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (qarşılıqlı iddia ərizəsi dəqiqləşdirilmişdir).

4. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçıların öz iddia ərizələrində göstərdikləri halların heç biri həqiqətə uyğun deyildir. Əksinə, cavabdehlər Cavabdehna məxsus qeyri-yaşayış sahəsini zəbt edərək orada məskunlaşmaqla və qeyri-yaşayış sahəsinin ətrafında özbaşına tikililər inşa etməklə firmaya külli miqdarda ziyan vurmuş, uzun illər boyu firmanı öz mülkiyyətindən məhrum etmişlər. ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli Texniki Pasport və 25 iyul 2012-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışa əsasən Cavabdehna məxsusdur. Qeyd olunan qeyri-yaşayış sahəsi - ünvan 22 ünvanında yerləşən daşınmaz əmlak “Bakı Geofizika Cihazları Təcrübə-Eksperimental" zavodu ilə bağlanmış xx.xx.1992-ci il tarixli müqaviləyə əsasən dəyəri ödənildikdən sonra Cavabdeh mülkiyyətinə keçmişdir. Cavabdeh mülkiyyətini təsdiq etmək üçün Bakı şəhər Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Cavabdehna zavoddan alınan mülkiyyətə 1992-ci ilin oktyabr ayında 15826 nömrəli, 30/651 saylı texniki pasport verilmişdir.

5. 2004-cü ildə bir neçə şəxs şirkətin öz hüquqlarını tam həyata keçirə bilməməsindən istifadə edərək, şirkətə məxsus qeyri-yaşayış sahəsini zəbt etmiş, orada yaşamağa başlamış və sonradan qanunsuz olaraq qeydiyyat sənədləri düzəltmişlər. Onlar həmin şəxslərdən dəfələrlə qeyri-yaşayış sahəsini boşaltmalarını tələb etsə də, onlar bundan imtina etmiş və qeyd edilən ünvanda pasport qeydiyyatında olduqlarını bildirmişlər. Hazırkı iş üzrə cavabdehlərin Cavabdehna məxsus qeyri-yaşayış sahəsində yaşamaları və oraya pasport qeydiyyatına düşmələri qanunsuz olduğundan Cavabdeh mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra onun tərəfindən qeyd edilən şəxslərin pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2- 1(82)-2149/2015 saylı, 28 dekabr 2015-ci tarixli qərarı ilə 1926-cı il təvəllüdlü İddiaçı5 ünvan 6 ünvanı üzrə, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı3 ünvan 7 ünvanı üzrə, X4 və X7 ünvan 8 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-l(103)-447/2017 saylı, 28 fevral 2017-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qərarının xx.xx.1973-cü il təvəllüdlü İddiaçı3 ünvan 7 ünvanı üzrə, X4 və X7 ünvan 10 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı4, İddiaçı1 və İddiaçı2 isə ümumiyyətlə qeyri-yaşayış sahəsində qeydiyyatsız yaşayırlar. İddiaçı Cavabdehlər İddiaçı5, İddiaçı3, İddiaçı4, İddiaçı1, Məmmədov Sədaqət oğluna və İddiaçı6 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Cavabdeh mülkiyyətində olan qeyriyaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-423/2019 saylı, 11 yanvar 2019-cu il qətnaməsi ilə iddianı qismən təmin edərək, cavabdehlər İddiaçı5, İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı6 “Lalə" firmasına məxsus ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçılar öz iddia ərizələrində Suraxanı Rayon Məhkəməsinin 1- 004 saylı, 02 iyun 2004-cü il tarixli hökmünə istinad etməklə, Cavabdeh təsisçisi olan Nümayəndə qeyd edilən mübahisəli tikililəri müxtəlif şəxslərə satmaqla dələduzluq etdiyini, bununla əlaqədar məhkum olunduğunu bildirir və bununla da guya Nümayəndə onlara da otaqlar satdığını sübuta yetirmək istəyirlər. Məhkəmənin nəzərinə çatdırlır ki, ilkin iddia üzrə iddiaçıların öz iddia ərizələrində göstərdikləri bu halların da heç bir əsası yoxdur. Belə ki, həqiqətən də Nümayəndə Suraxanı Rayon Məhkəməsinin 1- 109/2004 saylı, 02 iyun 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmuşdur. Lakin hazırkı iş üzrə ilkin iddiaçılardan heç biri həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmamış, onların Nümayəndə barəsində hər hansı şikayətləri olmamışdır. Bu hal bir daha sübut edir ki, ilkin iddia üzrə iddiaçıların öz iddia ərizələrində guya Nümayəndə onlara hər hansı otaq, tikili və ya yaşayış sahəsi satması barədə göstərdiklərinin heç bir əsası yoxdur. Çünki əgər Nümayəndə həmin vaxt həqiqətən də onlara hər hansı tikili satmış olsaydı, bu zaman bu şəxslər də Nümayəndə barəsində müvafiq qaydada şikayət edərdilər. Məhkəmənin nəzərinə çatdırılır ki, tərəflər arasında artıq kifayət qədər qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur və həmin məhkəmə qərarları ilə ilkin iddia üzrə iddiaçılar-qarşılıqlı iddia üzrə cavabdehlərin Cavabdehna məxsus qeyri-yaşayış sahəsində qanunsuz olaraq yaşadıqları, orada qanunsuz tikinti işləri aparmaları müəyyən edilmişdir. Bu səbəbdən də hesab edirlər ki, qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən aparılmış özbaşına tikinti işləri, iddiaçı Cavabdeh mülkiyyət hüquqlarını pozduğundan, onun mülkiyyətində olan istehsalat sahəsinin təyinatının dəyişdirilməsinə səbəb olduğundan və həmin qeyri-yaşayış sahəsinin təyinatı üzrə istifadə edilməsini mümkünsüz etdiyindən qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən inşa edilmiş bu özbaşına tikililər onların hesabına sökülməli və qeyri-yaşayış sahəsi əvvəlki vəziyyətinə gətirilməlidir.

6. Cavabdehlər tərəfindən Cavabdehna məxsus qeyri-yaşayış sahəsi qanunsuz olaraq zəbt edilən zaman həmin qeyri-yaşayış sahəsi istehsalat sahəsi kimi fəaliyyət göstərmişdir və orada aşağıda sadalanan xeyli avadanlıqlar, inventarlar və mal-maddi qiymətlilər olmuşdur. Sonuncu dəfə 2019-cu ilin may ayında məhkəmənin iştirakı ilə qeyri-yaşayış sahəsinə keçirilmiş yerli baxış zamanı müəyyən olundu ki, aşağıda sadalanan əmlaklar qeyri-yaşayış sahəsində yoxdur, ehtimal edir ki, onlar mənimsənilmiş və satılmışdır: 1. Almaniya istehsalı soyuducu kompressoru - 12000 manat; 2. 2 gözlü yeməkxana sobası, duxovka ilə - 5000 manat; 3. Xəmir yoğuran maşın (1 dəfəyə 75 kq) - 1000 manat; 4. 25 şamlı xrustal çilçıraq - 5000 manat; 5. Xalça - 1500 manat; 6. Katelni istilik - 3000 manat; 7. Katelni buxar üçün - 1000 manat; 8. 4 gözlü məişət sobası duxovka ilə - 200 manat; 9. 5 tonluq tərəzi - 1500 manat; 10. Həyət darvazası - 1000 manat; 11. Qənnadı listləri və qəlibləri - 2000 manat; 12. Şirniyyat stolları - 3000 manat; 13. Şirniyyat rəfləri - 1000 manat; 14. Şirniyyat dəzgahları üçün ehtiyat hissələri - 20000 manat; 15. 2 mərtəbəli daxili bişirmə sahəsi - 35000 manat; 16. 12 m2 şirniyyat və çörək sobası - 35000 manat; 17. Pərdələr - 500 manat. Cavabdehlər həmin qeyri-yaşayış sahəsini zəbt etdikdən sonra orada olan bütün avadanlıqları, inventarları və mal-maddi qiymətliləri yoxa çıxarmaqla şirkətə külli miqdarda maddi ziyan vurmuşlar. Onlar, həmçinin istehsalat sahəsini istehsalat fəaliyyəti göstərmək üçün yararsız vəziyyətə gətirmişlər ki, bununla da şirkətə xeyli maddi ziyan vurmuşlar. Belə ki, hal-hazırda qeyri-yaşayış sahəsinin yenidən istehsalat fəaliyyəti üçün yararlı hala gətirilməsi üçün 100000 (yüz min) manat məbləğində maddi vəsait tələb olunur. Cavabdehlər tərəfindən məhv edilmiş avadanlıqların, inventarların və mal-maddi qiymətlilərin isə dəyəri ümumilikdə 127700 (yüz iyirmi yeddi min yeddi yüz) manat təşkil edir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs iddiası.

7. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X36 Cavabdehna qarşı “pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndan 30000 manat vəsaitin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o da aldanaraq cavabdehə əvvəlcə 5000 manat “alqı-satqı üçün pul vermiş, sonra isə 25000 manata kimi xərc çəkərək özünə bir otaqlı şərait yaratmışdır.

9. Suraxanı Rayon Məhkəməsinin 2(010)-7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Səlimə Miriyeva) ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 (hüquq varisi X52) və İddiaçı6 Cavabdehna ("xxxx" MMC) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk iddia təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X20 Cavabdehna qarşı “pul” tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı Cavabdeh ("xxxx" MMC) cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 (hüquq varisi X52) və İddiaçı6 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pul tələbi”nə dair qarşılıqlı iddiası təmin edilməmişdir.

10. Cavabdeh ("xxxx" MMC) firması qətnamədən apellyasiya şikayəti vermişdir.

11. Digər tərəflər qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, məhkəmə tərəfindən Cavabdehna ("xxxx" MMC) Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi,10 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz ƏmlakınDövlət Reyestrindən RX ******* nömrəli çıxarışa və xx.xx.2011-ci il tarixli Texniki Pasporta əsasən təsbit olunmuş mülkiyyət hüququ pozulmuşdur.

13. Sökülməsi tələb olunan həmin qanunsuz tikililər xx.xx.2011-ci il tarixli Texniki Pasportla mülkiyyətçiyə ayrılmış və onun istifadəsi üçün nəzərdə tutulmuş torpağın ərazisində tikilmişlər. Nəzərə alınmalıdır ki, həmin qanunsuz tikililər əsasən hamam və ayaqyolu hissələrindən ibarətdir.

14. Məhkəmə tərəfindən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 8-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı xx.xx.2021-ci il tarixli “Əhmədova Azərbaycana qarşı” işinə istinad edilərək qarşılıqlı iddia üzrə iddia tələbləritəmin edilməmidir. Halbuki, Məhkəmə faktiki olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını təmamilə kontekstdən kənar tətbiq etmişdir. Çünki, qərardan görünür ki, (hələ rəsmi azərbaycan dilinə tərcümə edilməyib) iddia ARDNŞ-ın törəmə müəssisəsi olan “Azneft” İstehsalat Birliyi tərəfindən qaldırılmış iddiadır. ARDNŞ dövlət müəssisəsi olduğundan Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən məsələyə dövlət və vətəndaş arasında olan mübahisə kimi baxılmışdır.

15. Aydındır ki, Suraxanı Rayon Məhkəməsinin icraatında baxılan iş payçısı vətəndaş olan şirkət ilə digər vətəndaşlar arasında olan mübahisədir. Və bu mübahisəyə dövlət və vətəndaş arasında olan mübahisəyə göstərilmiş hüquqi münasibət tətbiq edilə bilməz.

16. Əvvəla iddiaçılar qanunsuz olaraq 18 (on səkkiz) ildən çoxdur ki, zəbt etdikləri sahələrə mülkiyyətçinin girişini belə qadağan etmişlər və həmin sahələrdən yararlanmışlar. Ən əsası isə Cavabdeh payçısı Nümayəndə bu illər ərzində özü və dörd nəfərdən ibarət ailəsi hal-hazırda da kirayələrdə yaşayır. Belə olan halda “Əhmədova Azərbaycana qarşı” işinin hallarının Suraxanı Rayon Məhkəməsi tərəfindən hazırki işə tətbiq olunmasının nə dərəcədə ədalətsiz və qərəzli olması üzə çıxmış olur.

17. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-2149/2015 nömrəli, 28 dekabr 2015-ci il tarixli qərarı ilə iddiaçılardan həmin ünvana qanunsuz qeydiyyata düşmüş şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-447/2017 nömrəli 28 dekabr 2015-ci il tarixli qərarı ilə qərar dəyişdirilmədən saxlanılmışdır.

18. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-1122/2022 nömrəli 15 noyabr 2022-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 27 aprel 2011-ci il tarixli 1939/5-378/2- 2011 saylı qərardadından cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətə və Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1939/5-378 saylı qərardadından işdə iştirak etməyən İddiaçı4, İddiaçı1, İddiaçı2, X52, İddiaçı3 və X36 tərəfindən verilmiş şikayət təmin olunmamışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən vurğulanmışdır ki, “hazırkı işdə isə mübahisələndirilən qətnamənin apellyasiya şikayəti verən İddiaçı4, İddiaçı1, İddiaçı2, X52, İddiaçı3 və X20 hüquq və vəzifələrinə toxunduğu müəyyən olunmur.”

20. Belə ki, İddiaçı4, İddiaçı1, İddiaçı2, X52, İddiaçı3 və X36 tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə mülkiyyət hüququ əldəetmiş iddiaçının mülkiyyətçinin hüquqlarını həyata keçirməsi 3-cü şəxslərin hüquqlarını pozur və yeganə yaşayış yerindən məhrum edir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən bütün dəlillər, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dəlilləri araşdırılaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2011-ci il tarixli 1939/5-378/2-2011 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, İşdə iştirak etməyən İddiaçı4, İddiaçı1, İddiaçı2, X52, İddiaçı3 və X36 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1939/5-378 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

21. Qanuni qüvvəsini almış bu qətnamə və qərardadlarda Cavabdeh təsdiq edilmiş mülkiyyət hüquqları Suraxanı Rayon Məhkəməsi (hakimS.Miriyeva) tərəfindən nəzərəalınmadan, Cavabdeh ("xxxx" MMC), təsisçi Nümayəndə hüquqları və qanuni mənafeləri nəzərə alınmadan qanunsuz qətnamə çıxarılmışdır. Maddi hüquq normalarının istinad olunan maddələrinin tələbləri pozulmuşdur.

22. Suraxanı Rayon Məhkəməsi tərəfindən mülkiyyət hüququnun qorunmasının əhəmiyyəti ilə bağlı aşağıda göstərilən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına diqqət yetirməsi daha doğru olardı. Belə ki, "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı"işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun özəmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. "Loizidu Türkiyəyə qarşı" iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi, mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Göstərilənlər, istinad edilən ümumbəşər dəyərlərdən olan mülkiyyət hüququnu təsbit edən maddi hüquq normalarının və qəbul edilərək qanuni qüvvəsini almış qətnamə və qərardadların ziddinə Suraxanı Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilməsini sübut edir və bu əsaslarla da qətnamə ləğv edilməlidir.

23. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərar).

24. Qətnamədə ilkin iddia üzrə iddiaçılar BabayevYusif Əbdil oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X20 qətnamənin 9-16-cı bəndlərində (Qətnamə 6-9-cu səhifələr) bir ağızdan guya cavabdeh Nümayəndə pul verdiklərini bildirirlər və pullarını və s. geri tələb edirlər. Məhkəmə bu iddialara qarşı cavabdehin cavabını göstərmir. Halbuki, iş materiallarında olan 02 iyun 2004-cü il tarixli Suraxanı Rayon Məhkəməsinin hökmünü məhkəmə birtərəfli isifadə edərək təsisçi və qanuni təmsilçi Nümayəndə CM-nin 178-ci maddəsi ilə məhkum edilməsini qeyd edir. Halbuki, hökmdən görünür ki, hökm qanuni qüvvəsini alana qədər zərərçəkmiş kimi tanınmış X17, X10, X5 onlardan aldığı pulları qaytarmışdır və həmin şəxslərin ona qarşı heç bir şikayət və tələbləri olmadığı göstərilmişdir. Başqa heç kimdən Nümayəndə pul vəsaiti almamışdır. Cavabdehna məxsus ərazidə kimlərinsə yerləşdirilməsi və həmin şəxslərdən (İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X36) pul alınması icarə müqaviləsinə əsasən sahəni götürmüş İddiaçı1 tərəfindən edilmişdir. Bu o şəxsdir ki, indiyə qədər bir manat olsun belə icarə haqqı Cavabdehna ya Nümayəndə ödəməmişdir). Bu hallar məhkəmə iclaslarında öztəsdiqini iddiaçıların şifahi ifadələrində öz əksini tapmışdır. Hökmlə bağlı daha bir iş üçün əhəmiyyətli halı diqqətinizə çatdırılır ki, dövlət tərəfindən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi,10 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli Çıxarış və xx.xx.2011-ci il tarixli Texniki Pasport verilməklə mülkiyyət hüququ tanınmışdır. Göstərilənlər Qətnamənin 33-cü bəndinin yarımçıq olduğunu, işin həqiqi hallarının tam əks olunmadığını göstərir. Bu hallar qətnamədə öz əksini tapmamışdır, hesab edilir ki, qərəzli olaraq susulmuşdur, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli olaraq baxılmamışdır.

25. Qətnamənin 38-ci bəndində göstərilmişdir ki, “Hazırda həmin tikililərdən ilk iddiaçılar və üçüncü şəxs yaşayış yeri kimi istifadəedir, lakin onların həmin ərazidən (yalnız firmanın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən) çıxarılmalaırna dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı var.” Göründüyü kimi, Məhkəmə iddiaçıların qanunsuz zəbtlə bağlı hərəkətlərini təqdiredici yönümdə sərgiləmişdir, qanuni qüvvəsini almış qətnamənin olmasını isə işə maneə kimi göstərmişdir. Əlbəttə ki bu halda Məhkəmənin hansısa qərəzsizliyindən söz belə ola bilməz. Qətnamənin 39-cu bəndində “... hazırda istifadələrində olan və konstruktiv dəyişikliklər edilmiş qeyriyaşayış sahəsini, eləcə də ona bitişik inşa edilmiş tikililəri...” ifadəsi iddia ərizəsində yoxdur, Məhkəmənin təxəyyülüdür və Nümayəndə qarşı qərəzli xarakter daşıyır. Hakim qeyri-yaşayış ərazisini zəbt etmiş iddiaçıların guya “xeyli əziyyət” çəkdiyini vurğulamaq istəyir ki, bunu da onların vəkili edə bilərdi hakim yox. Bu hissədə əlavə vurğulamaq istəyirik ki, ekspert rəyində belə, bu az saylı əlavə tikililər kimi göstərilmişdir. İddiaçılar da iddia ərizəsində əsasən mülkiyyətçi ilə razılaşdırmadıqları təmir xərclərindən yazırlar. Nəzərə alınmalıdır ki, həmin qanunsuz tikililər əsasən hamam və ayaqyolu hissələrindən ibarətdir.

26. Qətnamənin 40, 45-cı bəndləri Cavabdeh və onun təsisçisi Nümayəndə qarşılıqlı iddiasının təsvirindən ibarətdir.Hətta bu təsvir belə qərəzli şəkildə təhrif olunmuşdur. Bənddə göstərilir ki, “.. tələb edir ki, firmanın keçmiş kommersiya fəaliyyətini bərpa etsin, hətta fəaliyyəti bir qədər də genişləndirib yeni məhsullar istehsal edərək gəlir əldə etsin. Bu səbəbdən o, qarşılıqlı iddia ərizəsinə sonradan verdiyi əlavədə özbaşına tikililərin sökülməsindən əlavə həm də firmanın istehsalat sahəsi kimi fəaliyyətini bərpa etmək üçün cavabdehlərdən pul tələb etmişdir.”Nümayəndə yaxın on-on beş ildə hansısa gəlir əldə etməsi gülünc bir yanaşmadır. İyirmi ildir dörd nəfərdən ibarət ailəsi ilə kirayələrdə qalan bir insana “gəlir əldə etmək”, “özbaşına tikililərin sökülməsindən əlavə həm də firmanın istehsalat sahəsi kimi fəaliyyətini bərpa etmək üçün cavabdehlərdən pul tələb etmək” ifadələrini yapışdırmaq Məhkəmənin başdan-ayağa qeri-obyektivliyini göstərir. Qarşılıqlı iddia qeyri-yaşayış sahəsində İddiaçı1 icarayə verilmiş əmlakların ya onların dəyərinin geri alınması tələbidir. Məhkəmə qarşılıqlı iddianın mətnini belə təhrif etmişdir. Tamamilə həqiqətdən uzaq, qeyri obyektiv, birtərəfli, qərəzli yanaşmadır. Qətnamənin 41-ci bəndində Məhkəmə mülkiyyətçini tapdalamaq üçün yazır “... müdaxilə müəyyən edildikdən sonra müdaxilənin əsasının olub-olmaması, başqa sözlə, müdaxiləyə haqq qazandırmağın mümkünlüyü məsələsi həll edilməlidir”. Hakim müdaxiləyə haqq qazandırmaq istəyir. Belə yanaşmada hansı obyektivlikdən, qərəzsizlikdən söz gedə bilər.

27. 42-ci bənd məlum Hökmün (tərəf hüquqi yardım üçün imkansızlıqdan həmin hökmdən hələ də şikayət verə bilməmişdir) ilkin iddia üzrə iddiaçıların xeyrinə təsvirindən ibarətdir. Faktların hökmün kontekstindən çıxarılaraq “sərbəst” redəktə olunmuş variantıdır. Məhkəmə Nümayəndə həmin dövrdən ərazinin sahibi olmasını, o cümlədən şikayətçilərin həmin tikililərdə yaşamaqda davam etməsinə baxmayaraq onların pullarının qaytarılmasının, hətta Abdullayeva Telli adlı zərərçəkmişin “... şikayət ərizəsini yazmış, lakin həmin ərizəni Sabir və Şahvələdin xahişi ilə yazmışdır. Faktiki olaraq o Nərimana pul verməmiş və ondan ev almamışdır.” (Hökm səhifə 2) ifadəsinə belə göz yumaraq Cavabdehna, Nümayəndə qərəzli, qeyri-obyektiv münasibət sərgiləmişdir. Qətnamənin 43, 44-cü bəndində göstərilənlərlə bağlı nəzərə alınmayıb ki, işin həqiqi halı Nümayəndəla İddiaçı1 arasında 2003-cü ilin aprel ayında çörək sexinin icarə müqaviləsinin bağlanması və İddiaçı1 Nümayəndə qeyri-yaşayış sahəsində olmamasından isitfadə edərək qeyri-yaşayış sahəsindəki müxtəlif tikililəri ayrı-ayrı şəxslərə satmasıdır. Bu hallar məhkəmə iclaslarında da dəfələrlə səsləndirilmişdir. Daha sonra, bənddə istinad olunan müddəti çoxdan keçmiş etibarnaməyə istinad tam əsassızdır. Abdullayev Gülağa isə Nümayəndə pul verməmişdir və onun əsassız və haqsız olaraq ərazini zəbt etməsini həm də o sübut edir ki, o da Cavabdehna məxsus qeyri-yaşayış sahəsindən çıxması müqabilində pul tələbi irəli sürmüşdür. Çünki, ona qanunsuz tikinti aparıb, qanunsuz çıxarış alması bəllidir və iddiaya qoşulmaqla bir daha bunu təsdiq etmişdir. Belə olan halda Məhkəmənin “müdaxilənin mütənasibliyi”ni qiymətləndirməsində konstitusion hüququ olan mülkiyyət hüququnu pozaraq qanunsuz zəbt etmiş şəxsləri müdafiəyə durması prosessual qanunvericiliyin əsaslarından olan Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir maddəsini pozması kimi qiymətləndirilməlidir. (MPM2.2.)

28. Qətnamənin 46-cı bəndində göstərilmişdir ki, “Qarşılıqlı iddiaçının əksinə, ilk iddiaçılar isə həmin qeyri-yaşayış sahəsindən yaşayış yeri kimi istifadə edir” və iddiaçıların hədsiz mərhumiyyətlə üzləşə biləcəyindən yazır. Bir daha qeyd edirik ki, Nümayəndə özü iyirmi ildir ki dörd nəfərdən ibarət ailəsi ilə kirayələrdə qalan bir insandır. Məhkəmə Nümayəndə mülkiyyətçi olduğuna görə onun mərhumiyyət çəkməməsinə əmindir. Halbuki, iyirmi ildir ona məxsus qeyri-yaşayış sahəsini yaşayış sahəsinə çevirərək qanunsuz olaraq yaşayan insanları müdafiə edir, Nümayəndə isə tanımaq istəmir. Çox qərəzli, məhkəməyə yaraşmayan bir mövqedir. Hüquqları tapdalanan insanın taleyi Məhkəməni maraqlandırmır, Məhkəmə qanunun, elementar ədalətin və insanlığın tələblərini pozmuş iddiaçıları müdafiə edir. Qətnmənin 47, 48-ci bəndlərində Məhkəmə ilk iddiaçıların həmin ünvandan çıxarılması barədə qanuni qüvvəsini almış qətnamə olsa da, onların ailə üzvlərinin çıxarılmalarıilə bağlı heç bir qərarın olmamasını göstərmişdir. Halbuki, məhkəmə gedişində iddiaçılar özləri də ailələrinin sonradan həmin zəbt olunmuş sahələrdə yerləşdirildiyini etiraf etmişlər. Nəzərə alınmalıdır ki, bu addım həmçinin qanuni qüvvəsini almış qətnamənin icrasının çətinləşdirilməsi məqsədi də güdüb. Cavabdeh həmin şəxslərin də qanuni əsaslarla malik olduğu daşınmaz əmlakdan çıxarılması ilə bağlı iddia qaldırmaq niyyətindədir. İlkin iddia üzrə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya istinad isə təmamilə əsassız və ədalətsizlikdir. Nümayəndə və onun ailəsinə də Konvensiyanın tələbləri şamil olunmalıdır. Bu zəmində “Əhmədova Azərbaycana qarşı” işə üzrə qərara istinad edilməsi təmamilə əsassızdır. Bir daha vurğulayırıq ki, həmin qərar vətəndaşla dövlət (ARDNŞ) arasında yaranmış mübahisə ilə bağlıdır. Nümayəndə və ya Cavabdeh dövlət orqanı və ya dövlət tərəfindən maliyyələşdirilən qurum deyildir. Azərbaycan vətəndaşı olaraq Məhkəmələr bu ailənin də hüquqlarını qorumalıdır. Göstərilən xüsusatlar prosessual hüquq normalarının pozulması olub məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

29. Məhkəmə ilkin iddia üzrə iddiaçıların xüsusi mülkiyyəti qanunsuz zəbt etdiklərinə, əlavə qanunsuz tikilillər tikmələrinə haqq qazandırmaq üçün sübutları yarımçıq, birtərəfli göstərmişdir. Qətnamənin 43, 44-cü bəndində göstərilənlərlə bağlı nəzərə alınmayıb ki, işin həqiqi halı Nümayəndəla İddiaçı1 arasında 2003-cü ilin aprel ayında çörək sexinin icarə müqaviləsinin bağlanması və İddiaçı1 Nümayəndə qeyriyaşayış sahəsində olmamasından isitfadə edərək qeyri-yaşayış sahəsindəki müxtəlif tikililəri ayrı-ayrı şəxslərə satmasıdır.

30. Məhkəmə tərəfindən Cavabdehna ("xxxx" MMC) ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli Çıxarışa və xx.xx.2011-ci il tarixli Texniki Pasporta istinad edilmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, sökülməsi tələb olunan həmin qanunsuz tikililər xx.xx.2011-ci il tarixli Texniki Pasportla mülkiyyətçiyə ayrılmış və onun istifadəsi üçün nəzərdə tutlmuş torpağın ərazisində tikilmişlər. Hazırkı işlə birbaşa əlaqəsi olan məhkəmə aktlarına Suraxanı Rayon Məhkəməsinin qətnaməsində də istinad olunmuşdur. Mülkiyyət hüququnu təsdiq edən sənədlər, isitinad olunan qətnamə və qərardadlar qətnamədə sadalansa da nəticədə Cavabdeh ("xxxx" MMC), təsisçi Nümayəndə hüquqları və qanuni mənafeləri nəzərə alınmadan qanunsuz qətnamə çıxarılmışdır.

31. Bu səbəbdən, qətnamənin qismən, qarşılıqlı iddia tələblərinin təmin olunmaması hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

32. Məhkəmə kollegiyasının iclasında Cavabdehın nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozularaq qətnamə qəbul edilmişdir. Belə ki, onun mübahisələndirilən topraq sahəsində istifadə hüququ var, iddiaçılar orda yalnız sanitar qovşaq və mətbəx tikiblər, o həmin adamları tanımır, həmin torpaq sahəsini onlara o, verməmişdir, o, Şüvəlanda yerləşən cəzaçəkmə müəssisəsində olanda həmin adamlar başqa adamlar tərəfindən yerləşdirilmişdir, çıxdıqdan sonra baxdı ki, bu adamlar artıq torpaq sahəsindən istifadə edirlər. İddiaçı6 münasibətdə o, aidiyyəti qurumlara ona 450 kvm torpaq sahəsi verilməsi barədə məktub ünvanlamışdır. İddiaçı1 onun işçisi olub, ona tez-tez deyirdi ki, torpaq sahəsindəki sex boş qalıb, axırda onu dilə tutdu, bir xanıma icarəyə verdi sonradan özü həmin xanımla evləndi. İddiaçılar bu sahədən çıxarılmalıdırlar. Rayon məhkəməsi qeyd edir ki, iddiaçıların ailə üzvlərinin çıxarılmasına dair qətnamə yoxdur, hazırda o, onların ailə üzvlərinin çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında İddiaçı4 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, cavabdeh MMC-nin direktoru Nümayəndə dələduzluqla məşğul olmuş, buna görə azadlıqdan məhrum olunmuşdur. Onun dedikləri həqiqətəuyğun deyil, həmçinin bildirdi ki, cavabdehin həmin ərazini özəlləşdirməsi qanunsuz olduğundan onlar çıxarışı məhkəmə qaydasında mübahisələndirmişlər. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və rayon məhkəməsini qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

34. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5 prosessual hüquq varisi O.Şirinov eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ş.Kərimova ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər.

35. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı2, İddiaçı6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

36. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

37. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı, 026595 nömrəli qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı6 xüsusi mülkiyyəti kimi xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır.

38. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 423/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı5, İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı6 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin qanuni sahibliyə qaytarılması” tələbinə dair iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı3, İddiaçı4, İddiaçı1 Əbdül oğlu və İddiaçı2 Cavabdehna məxsus ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

39. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 4732/2021 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh, cavabdeh İddiaçı4 tərəfindən ayrı-ayrılıqda və digər cavabdehlər İddiaçı5 hüquqi varisi olan X52, İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 106/2021 nömrəli qətnaməsi (hansı ki, bu qətnamə ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-423/2018 saylı qətnaməsinin qismən, yəni iddia tələbinin cavabdeh İddiaçı5 münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, İddiaçı5 Cavabdehna məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 apellyasiya şikayətlərinin təmin edilməməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə səərf olunmuş 100 manat pulun cavabdehlər İddiaçı5, İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir) dəyişdirilmədən saxlanılmışdır.

40. Bakı şəhəri 10 saylı dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, ƏN-İ № 001877 nömrəli etibarnamədən görünür ki, Nümayəndə ünvan 22-da yerləşən Cavabdeh şirkətində olan, sahəsi 14.6 (19) və 15.6 (21) m2 olan iki otağa dair İddiaçı2 üç il müddətinə etibarnamə vermiş, etibarnamənin xx.xx.2007-ci ilədək qüvvədə olması göstərilmişdir.

41. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/6563 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışda qeyd olunan ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış binasının tərkibində (həyətyanı tikililər və qurğular) daxil olan 636.1 m2 ərazinin koordinatları müvafiq quruma (Əmlak Məsələləri Dövlət Xidməti) sorğu verilməklə müəyyən oluna bilər. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışda qarşılıqlı iddiaçı Cavabdehın mülkiyyətində olan, ümumi sahəsi 518.3 m3 olan birmərtəbəli qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş xx.xx.2011-ci il tarixdə tərtib olunmuş texniki pasportda qeyd olunan ərazinin (0.1654 ha) hüdudları daxilində yerləşən (İddiaçı4, Arzu Kərimovanın, İddiaçı1, Oruc Şirinovun, İddiaçı2 və İddiaçı6 faktiki istifadəsində olan) bütün tikililərin sxemi tərtib olunmuşdur. Sxem rəyin tədqiqat hissəsində göstərilmişdir.

42. Azərbaycan Respublikası Qaçqınların və X27 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 625 nömrəli arayışdan görünür ki, Qubadlı rayonundan məcburi köçkün İddiaçı1 Əbdül oğlu ünvan 15 ünvanında xx.xx.2009-cu il tarixdən müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi oğlu X6 ibarətdir.

43. Azərbaycan Respublikası Qaçqınların və X27 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 626 nömrəli arayışdan görünür ki, Füzuli rayonundan məcburi köçkün İddiaçı4 ünvan 15 ünvanında xx.xx.2005-ci il tarixdən müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi X31, X32, X21 və X8 ibarətdir.

44. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 372 nömrəli arayışdan görünür ki, İddiaçı6 ünvan 16 ünvanında qeydiyyatdadır. Ailə tərkibi arvadı X3, qızı X11 və oğlu X1 ibarətdir.

45. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X33 öz övladları ilə birlikdə əri X37 qeydiyyatda olduğu ünvan 16 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi özündən əlavə oğlu X44 və qızı X22 ibarətdir. X36 əri X23 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatsız yaşayır.

46. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatsız yaşayır. Ailə üzvləri arvadı X38, oğulları X2 Tariyel Həbil oğlundan ibarətdir. İddiaçı3 arvadı X13, qızı X24, qızı X25 və X40 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatsız yaşayır.

47. ünvan 19 ünvanında dövlət mülkiyyətində olan 0.06331 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 518.3 m2 olan birmərtəbəli qeyri-yaşayış sahəsi (çörək sexi) Cavabdeh mülkiyyətindədir və bu hüquq xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.

48. Cavabdeh adına olan xx.xx.2011-ci il tarixdə tərtib olunmuş texniki pasport ilə qeyri-yaşayış binasının mövcud vəziyyəti fərqlidir. Belə ki, qeyri-yaşayış sahəsinin qarşısında və ona bitişik vəziyyətdə müxtəlif təyinatlı əlavə tikililər inşa olunmuş, eləcə də qeyri-yaşayış sahəsində konstruktiv dəyişikliklər edilmişdir.

49. Həm texniki pasportda nəzərdə tutulan, lakin konstruktiv dəyişiklik edilmiş tikililərdə, həm də texniki pasportda nəzərdə tutulmayan əlavə tikililərdə ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 hüquq varisi X52 və müstəqil tələb irəli sürən üçüncü şəxs X36 yaşayırlar.

50. İlk iddiaçılardan İddiaçı6 da həmin ərazidə yaşasa da, o, ünvan 20 ünvanında yerləşən, ümumi sahəsi 100 m2 olan fərdi yaşayış evinin mülkiyyətçisidir və bu hüquq xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır.

51. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı3, İddiaçı4, İddiaçı1 Əbdül oğlu, İddiaçı2 və İddiaçı5 Cavabdehna məxsus ünvan 11 ünvanında yerləşən qeyriyaşayış binasından çıxarılmaları qət edilmişdir.

52. Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2004-cü il tarixli hökmündən məlum olur ki, Cavabdeh direktoru Nümayəndə hazırda Cavabdeh mülkiyyətində olan qeyriyaşayış binası üzərində firmanın mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi dövrdə binada cüzi təmir işləri etdikdən sonra binada olan iki otağı almaq istəyən X14 etibarından sui-istifadə edərək, həmin otaqları yaşayış sahəsinə çevirib alqı-satqının rəsmiləşdirilməsini yalandan vəd etməklə 2000-ci ilin dekabr ayının axırlarında Samir Abbasovun 1550 ABŞ dolları məbləğində pulunu mənimsəyərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Daha sonra Nümayəndə təkrarən Cavabdeh mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi binalarda cüzi təmir işləri etdikdən sonra binada olan üç otağı almaq istəyən X9 etibarından sui-istifadə edərək, həmin otaqları yaşayış sahəsinə çevirib alqı-satqının rəsmiləşdirilməsini yalandan vəd etməklə 2001-ci ilin mart ayında Şahvələd Məmmədovun 3300 ABŞ dolları məbləğində pulunu mənimsəyərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Nümayəndə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və üç il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmış, amnistiya qərarına əsasən cəzadan azad edilmişdir.

53. Cavabdeh direktoru Nümayəndə ünvan 22 ünvanında yerləşən, Cavabdeh şirkətinə məxsus olan, sahəsi 14.6 (19) və 15.6 (21) m2 olan iki otağa dair İddiaçı2 üç il müddətinə etibarnamə vermiş, etibarnamənin xx.xx.2007-ci ilədək qüvvədə olması göstərilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

54. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya.

55. Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ. 1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

56. 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

57. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tətbiq edilən prosessual hüquq normaları:

58. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

59. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən onun qarşılıqlı iddia tələbi hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

61. Apellyasiya şikayətinin iddiaçıların cavabdehin mülkiyyətinə qanunsuz müdaxilə etməsi dəlili üzrə kollegiya qeyd edir ki, rayon məhkəməsinin qeyd etdiyi kimi cavabdehin qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxilə heç də Cavabdeh direktoru Nümayəndə təsvir etdiyi kimi onun heç bir məlumatı, icazəsi olmadan, tamamilə iradəsindən kənar şəkildə “əmlakı zəbetmə” şəklində baş tutmamışdır. Əksinə, qeyri-yaşayış sahəsindəki bu günkü vəziyyətin yaranmasına gətirib çıxaran əsas amil elə firmanın direktoru Nümayəndə cinayət əməlləri olmuşdur. Belə ki, o, hələ firmanın qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmadığı dövrdə qeyri-yaşayış sahəsinin otaqlarını yaşayış sahəsinə çevirib satmaq vədi ilə Samir Abbasov və Şahvələd Məmmədov adlı şəxslərə qarşı dələduzluq cinayəti törətmiş, bu əməllərin törədilməsində təqsirli bilinməsinə dair məhkəmə hökmü çıxmışdır. Hazırkı iş üzrə ilk iddiaçıların bəziləri də yaşadıqları “ev”ləri həmin şəxslərdən “al”mışlar. Hətta iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə iddia ərizəsini əsaslandırarkən Şahvələd Məmmədovun ona “yaşamaq üçün müvəqqəti verdiyi” otaqları (hansı ki, hökmlə bu otaqların heç də müvəqqəti verilmədiyi, əksinə dələduzluq yolu ilə “satıldığı” müəyyən olunur) İddiaçı5 “satdığı”nı, 200 ABŞ dolları qarşılığında müvəqqəti otaqlarda yaşamasına icazə verdiyi Şəmsi Ağayev adlı şəxsin faktiki nikahda olduğu Telli Abdullayevanın isə otaqları Ramiz Vahidov adlı şəxsə satdığını bildirmişdir. Hazırkı iş üzrə ilk iddiaçılardan İddiaçı3 da öz yaşadığı “ev”i elə həmin Ramiz Vahidovdan “al”mışdır.

62. İlk iddiaçıların bəzilərinin qeyri-yaşayış sahəsində yerləşməsi isə elə birbaşa Nümayəndəla bağlı olmuşdur. Belə ki, o, ilk iddiaçılardan İddiaçı2 qeyri-yaşayış sahəsinin iki otağına dair etibarnamə vermiş, İddiaçı6 həmin ünvanda yerləşən torpaq sahəsindən 450 m2 ayrılmasına razılıq vermiş, İddiaçı1 isə qeyri-yaşayış sahəsini icarəyə vermişdir.

63. Məhkəmə kollegiyasının iclasında da cavabdehin nümayəndəsi Nümayəndə özü də İddiaçı6 450 kvm torpaq sahəsi verilməsinə dair aidiyyəti qurumlara məktub yazdığını bildirmişdir.

64. Eyni zamanda, İddiaçı6 də həmin ərazidə yaşasa da, o, ünvan 20 ünvanında yerləşən, ümumi sahəsi 100 m2 olan fərdi yaşayış evinin mülkiyyətçisidir və bu hüquq xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır.

65. Beləliklə, rayon məhkəməsinin qeyd etdiyi kimi cavabdeh İddiaçı6 münasibətdə həmin şəxsin yaşadığı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış olduğundan ona münasibətdə qarşılıqlı iddianın təmin edilməsi ən başdan istisna edilmişdir.

66. Apellyasiya şikayətinin digər dəlili sökülməsi tələb olunan həmin qanunsuz tikililərin xx.xx.2011-ci il tarixli Texniki Pasportla mülkiyyətçiyə ayrılmış və onun istifadəsi üçün nəzərdə tutulmuş torpağın ərazisində tikilməsi və həmin qanunsuz tikililərin əsasən hamam və sanitar qovşaq hissələrindən ibarət olması ilə bağlıdır.

67. Kollegiya qeyd edir ki, rayon məhkəməsi həmin dəlilə qiymət vermiş, iddiaçıların həmin ərazini yaşayış yeri kimi istifadə etməsi müəyyən edilmiş və həmin tikililərə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 8-ci maddəsi kontekstindən ev kimi qiymət vermişdir, bu səbəbdən bu tikililərin hansı təyinatlı olması dəlili əhəmiyyətsizdir.

68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçıların həmin ərazidən çıxarılmasına dair qüvvədə olan məhkəmə aktları olması barədə dəlili üzrə qeyd edir ki, həmin tikililərdən ilk iddiaçılar və üçüncü şəxs yaşayış yeri kimi istifadə edir, istinad olunan məhkəmə aktları isə iddiaçıların yalnız firmanın mülkiyyətində olan qeyriyaşayış sahəsindən çıxarılması ilə əlaqədardır. Cavabdehin hazırkı qarşılıqlı iddia tələbi də ilkin iddiaçılar tərəfindən inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülərək qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması ilə bağlıdır.

69. Apellyasiya şikayətində qeyd edilir ki, rayon məhkəməsi tərəfindən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 8-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı xx.xx.2021-ci il tarixli “Əhmədova Azərbaycana qarşı” işinə istinad edilmişdir. Halbuki, Məhkəmə faktiki olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını təmamilə kontekstdən kənar tətbiq etmişdir. Çünki, qərardan görünür ki, (hələ rəsmi azərbaycan dilinə tərcümə edilməyib) iddia ARDNŞ-ın törəmə müəssisəsi olan “Azneft” İstehsalat Birliyi tərəfindən qaldırılmış iddiadır. ARDNŞ dövlət müəssisəsi olduğundan Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən məsələyə dövlət və vətəndaş arasında olan mübahisə kimi baxılmışdır. Aydındır ki, Suraxanı Rayon Məhkəməsinin icraatında baxılan iş payçısı vətəndaş olan şirkət ilə digər vətəndaşlar arasında olan mübahisədir və bu mübahisəyə dövlət və vətəndaş arasında olan mübahisəyə göstərilmiş hüquqi münasibət tətbiq edilə bilməz.

70. Kollegiya bununla bağlı qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili təhrif olunmuş mülahizədir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında qeyd edilmişdir ki, dövlətin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyada nəzərdə tutulan hüquqlara təkcə dövlət yox, ayrıayrı şəxslər tərəfindən olan müdaxilənin qarşısının alınması üçün pozitiv öhdəlikləri var.

71. Məsələn, “X15rşı” işdə Avropa İnsan Hüquqları Məhkəməsi belə qənaətə gəlmişdir ki, həmin işdə ərizəçinin valideynlərindən qalmış evə sahibllik edərək orada yaşamasın icazə verilməmişdi. Məhkəmə bu işdə ona görə fərqli qərar çıxardı ki, sözügedən tədbirin məqsədi kirayəçilərin sosial müdafiəsindən ibarət idi və yerli məhkəmələr müəyyən etmişdilər ki, ərizəçinin həmin evə təcili ehtiyacı yoxdur, çünki o, ailənin digər üzvləri ilə birlikdə başqa evə yaşayırdı. Məhkəmə belə qərara gəldi ki, bu işdə fərdin maraqları ilə cəmiyyətin maraqları arasında ədalətli balansa əməl olunub və 8-ci maddə pozulmayıb.

72. Kollegiya apellyasiya şikayətinin digər dəlili, yəni cavabdehin nümayəndəsi (direktoru) Nümayəndə uzun müddətdir ailəsi ilə kirayələrdə qalması barədə dəlili üzrə qeyd edir ki, birincisi, o, bununla bağlı hər-hansı sübut təqdim etməmişdir, başlıcası isə bu məsələnin hazırkı mübahisənin həllinə hər hansı təsiri ola bilməz.

73. Apellyasiya şikayətində qeyd edilir ki, mülki iş materiallarında olan 02 iyun 2004-cü il tarixli Suraxanı Rayon Məhkəməsinin hökmünü rayon məhkəməsi birtərəfli isifadə edərək təsisçi və qanuni təmsilçi Nümayəndə CM-nin 178-ci maddəsi ilə məhkum edilməsini qeyd edir. Halbuki, hökmdən görünür ki, hökm qanuni qüvvəsini alana qədər zərərçəkmiş kimi tanınmış X17, X10, X5 onlardan aldığı pulları qaytarmışdır və həmin şəxslərin ona qarşı heç bir şikayət və tələbləri olmadığı göstərilmişdir. Başqa heç kimdən Nümayəndə pul vəsaiti almamışdır. Cavabdehna məxsus ərazidə kimlərinsə yerləşdirilməsi və həmin şəxslərdən (İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X36) pul alınması icarə müqaviləsinə əsasən sahəni götürmüş İddiaçı1 tərəfindən edilmişdir. Bu o şəxsdir ki, indiyə qədər bir manat olsun belə icarə haqqı Cavabdehna, ya Nümayəndə ödəməmişdir.

74. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır və qeyd edir ki, həmin dəlil Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2004-cü il tarixli hökmü, həmçinin Nümayəndə ilk iddiaçılardan İddiaçı2 qeyri-yaşayış sahəsinin iki otağına dair etibarnamə verməsi, habelə İddiaçı6 həmin ünvanda yerləşən torpaq sahəsindən 450 m2 ayrılmasına razılıq verməsinə dair xx.xx.2000-ci il tarixli ərizəsi ilə (1-ci cild, i/v 86) təkzib olunur.

75. Rayon məhkəməsi həmçinin qətnamədə Cavabdehna məxsus əmlakların məhv edilməsi nəticəsində vurulmuş zərər və firmanın istehsalat fəaliyyətinin bərpası üçün tələb edilən pulla bağlı hissələrdə haqlı olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsinə əlavədə cavabdehlər tərəfindən məhv edilib yararsız hala gətirilən çoxsaylı əşya adı çəkilsə də, bu əşyalardan heç biri ilə bağlı, həmçinin Firmanın istehsalat fəaliyyətini bərpa etmək üçün zəruri olan pulla bağlı hissədə də məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda məlum olur ki, qarşılıqlı iddia bu hissələrdə də təmin edilə bilməzdi.

76. Yuxarıda qeyd edilənlərə əsasən, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə:

77. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün hüquqi nəticəyə gələrək, qarşıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə həmin hissədə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

78. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh ("xxxx" MMC) firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh ("xxxx" MMC) firmasının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar