Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4136/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-12/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən “Leyla” şadlıq evinin sahəsi 150 kv.m. olan banket zalında apardığı təmir işlərində xərclədiyi 17370 manat miqdarında ona dəymiş maddi zərərin, həmin zərərin bərpası ilə əlaqədar ödənilmiş dövlət rüsumunun; təmir müddətində çəkdikləri əziyyət - mənəvi və fiziki zərərə görə 4000 manat məbləğində pulun tutulmasını, Cavabdeh yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115 və 117-cü maddələrini rəhbər tutaraq inzibati xəta törətməkdə təqsirli bilinməsini və məsuliyyətə cəlb olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış fayda hesab olunan məbləği ilkin iddia üzrə iddiaçı ilə bölüşəcəyindən ona düşəcək payın, yəni 24000 manat məbləğində vəsaitin vurulmuş maddi zərər hesab olunaraq iddiaçıdan tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ilk iddia ərizəsinin “Cavabdeh yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115 və 117- cü maddələrini rəhbər tutaraq inzibati xəta törətməkdə təqsirli bilinməsini və məsuliyyətə cəlb olunması” hissəsində icraata xitam verilmiş, qarşılıqlı iddia ərizəsi isə baxılmamış saxlanılmışdır.
4. Binəqədi Rayon Məhkəməsinin 2(001)-12/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, 5000 (beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 7,02 (yeddi manat iki qəpik) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
6. Cavabdeh qətnaməni mübahisələndirməmişdir.
7. İşə apellyasiya qaydasında baxılarkən X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
8. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən onun qeyd edilən ünvanda aparığı təmir işlərinin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekpertizası təyin edilmiş, həmin qərardad dəfələrlə icraya yönəldilməsinə baxmayaraq, cavabdehin ekpertlərə həmin obyektə baxış keçirməsi üçün şərait yaratmamağına görə ekspert rəyi verilməsi mümkün olmamışdır, bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh onun oğlu ilə uzun müddət dost olduğuna görə şifahi qaydada razılaşmışlar ki, sözügedən banket zalını iddiaçı təmir edəcək və onu cavabdehlə birlikdə idarə edəcəklər, gələn gəliri də yarıbayarı böləcəklər. Bundan sonra o, təmir işlərinə başladı. İlkin razılaşmaya görə təmirdən sonra notariat qaydada müqavilə bağlamalı idilər, sonradan cavabdeh danışıqdan yayındı, onun təmirindən istifadə edərək özü üçün qazanc götürür, onu obyektin idarə edilməsinə buraxmır, nə də ki, onun çəkdiyi xərcləri qaytarmır, həmçinin dəftər təqdim edərək, aparılan təmir işləri ilə bağlı orada qeydiyyat apardığını bildirdi, həmçinin qeyd etdi ki, cavabdeh ekspertizanın keçirilməsinə mane olmuş, rayon məhkəməsinin bütün cəhdlərinə baxmayaraq cavabdeh ekspertlərin təmir aparılmış sahəyə buraxmamış, onları qəti şəkildə rədd etmiş, eyni zamanda da ona məlum olmuşdur ki, cavabdeh onun təmirə çəkdiyi xərcləri ödəməkdən yayınmaq məqsədi ilə həmin sahəni formal olaraq bağışlama adı ilə anasının adına keçirmişdir, apellyasiya icraatı zamanı da eyni hallar təkrarlanmış, mütəxəssislər dəfələrlə həmin sahəyə baxmağa cəhd göstərsələr də, cavabdeh yenə də onları sahəyə buraxmamışdır, göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
10. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs T.Əliyeva məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
11. 11.02.2019-cu il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində məhkəməyə bildirmişdir ki, “Leyla” şadlıq evinin 2-ci mərtəbəsində elektrik işləri onun tərəfindən görülmüşdür. Divarların içindən kabelləri çəkmişdir. Bu işlərdə sifarişçi Cavabdeh olmuşdur.
12. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirmişdir ki, Cavabdeh onun dostu olub. Anası İddiaçı ilə də Cavabdeh o tanış edib. Onlar “Leyla” şadlıq evini təmir edəndə həmin yer anbar idi. Təmir 2016-cı ildə başlayıb və anası İddiaçı vəsaiti hesabına təmir olunub. Bütün bunlara o şahid olmuşdur. Təmir zamanı Cavabdeh birinci mərtəbini təmir etdirməklərini onlara bildirdi. Anası banket zalını sıfırdan təmir etdirdi. Banket zalında heç bir avadanlıq, işıq sistemi, havalandırma yox idi. Ümumulikdə təmirə 20000 manat civarında pul xərclənmişdir. Təmir zamanı mətbəx, işıq sistemi, havalandırma sistemi, kameralar, tavan, divarlar, pol və s. hər bir şey təmir olundu və quraşdırıldı.
13. Məhkəmə tərəfindən təmirə çəkilmiş xərcin müəyyən edilməsi üçün bir neçə dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, hətta sonuncu xx.xx.2021-ci il tarixli qərardadda məhkəmə tərəfindən “ ... tədiqat obyektinə baxış keçirilməsi mümkün olmadığı təqdirdə yuxarıda qeyd olunan sualların iş materiallarında olan sənədlər, fotoşəkillər və videoyazılar əsasında cavablandırılması imkanları dəyərləndirilsin” kimi qeyd də edilmiş, lakin mülki iş hər dəfə icrasız geri qaytarılmışdır. Sonuncu dəfə ekspert tərəfindən akt tərtib edilmiş və həmin aktda “... tədqiq edilən tikilinin qapısı bağlı olduğundan və iş üzrə Cavabdeh ünvana və məhkəmə binasına gəlmədiyindən, həmin obyektə baxış keçirilməsi mümkün olmadı” göstərilmişdir.
14. 03.08.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəməyə bildirmişdir ki, halhazırda qeyri-yaşayış sahəsinin mülkiyyətçisi dəyişib və həmin yerə baxış keçirilibkeçirilməməsinə dair məsələni Cavabdehlə deyil, yeni mülkiyyətçi ilə razılaşdırmaq lazımdır. Cavabdeh ona qarşı irəli sürülən tələbi qəbul etmir. Belə ki, İddiaçı təmirə cəmi 5000 manat xərcləyib, qalan bütün işləri Cavabdeh özü öz hesabına edib. İddiaçı bunun əksini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
15. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, Cavabdeh İskəndər oğlu ünvan 2 ünvanında yerləşən ümumi sahəi 219,4 kv metr olan qeyri-yaşayış sahəsini X2 bağışlamışdır (i/v 128).
16. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binası xx.xx.2019-cu il tarixdən X1 mülkiyyətindədir.
17. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4136/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında ünvan 1 ünvanında yerləşən “Leyla” şadlıq evinin sahəsi 150 kv.m. olan banket zalında İddiaçı tərəfindən aparılmış təmir işlərinin dəyərinin müəyyən edilməsi sualı qoyulmuşdur, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir.
18. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məlumatından məlum olur ki, obyektə baxış keçirmək üçün, xx.xx.2022-ci il tarixdə saat 10:00-da həmin ünvana getmişlər, lakin obyektin qarşısında qarşı tərəf idiaçıya baxış keçirməsinə şərait yaratmaqdan imtina etməklə qəti şəkildə rədd etmişdir.
19. İdiaçı məhkəməyə təmirlə bağlı çəkdiyi xərcləri qeyd etdiyi dəftəri də təqdim etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Tətbiq edilən prosessual hüquq normaları:
23. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. 97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. 97.4-1. İşdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
30. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
31. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Hüquqi dəyərləndirmə:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır.
35. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. İddiaçı öz dəlillərinin sübutu kimi yazı dəftərində şəxsən apardığı qeydlərin surətini və qaimələri təqdim etmişdir.
38. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında həmin vaxt cavabdehə məxsus qeyri-yaşayış sahəsinin təmir edilib birlikdə işlədilməsi barədə şifahi razılaşma olmuş, iddiaçı həmin qeyri-yaşayış sahəsini hissəvi təmir etdirmiş, sonra tərəflər arasında mübahisə yaranmış və birgə fəaliyyətləri davam etməmişdir. Halhazırda iddiaçı təmirə 17370 manat, cavabdeh isə iddiaçının 5000 manat xərclədiyini (öz qarşılıqlı iddia tələbində i/v 28) bildirir.
39. Rayon Məhkəməsi də iddia tələbini məhz cavabdehin etiraf etdiyi hissədə- təmir üçün çəkilən 5000 manat məbləğində təmin etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin qanununi əsasını yoxlamalıdır.
40. Hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.
41. Kollegiya qeyd edir ki, rayon məhkəməsi tərəfindən təmirə çəkilmiş xərcin müəyyən edilməsi üçün bir neçə dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, hətta sonuncu xx.xx.2021-ci il tarixli qərardadda məhkəmə tərəfindən “ ... tədiqat obyektinə baxış keçirilməsi mümkün olmadığı təqdirdə yuxarıda qeyd olunan sualların iş materiallarında olan sənədlər, fotoşəkillər və videoyazılar əsasında cavablandırılması imkanları dəyərləndirilsin” kimi qeyd də edilmiş, lakin mülki iş hər dəfə icrasız geri qaytarılmışdır. Sonuncu dəfə ekspert tərəfindən akt tərtib edilmiş və həmin aktda “... tədqiq edilən tikilinin qapısı bağlı olduğundan və iş üzrə Cavabdeh ünvana və məhkəmə binasına gəlmədiyindən, həmin obyektə baxış keçirilməsi mümkün olmadı” göstərilmişdir.
42. Bu səbəbdən, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4136/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında ünvan 1 ünvanında yerləşən “Leyla” şadlıq evinin sahəsi 150 kv.m. olan banket zalında İddiaçı tərəfindən aparılmış təmir işlərinin dəyərinin müəyyən edilməsi sualı qoyulmuşdur, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir.
43. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məlumatından məlum olur ki, obyektə baxış keçirmək üçün, xx.xx.2022-ci il tarixdə saat 10:00-da həmin ünvana getmişlər, lakin obyektin qarşısında qarşı tərəf idiaçıya baxış keçirməsinə şərait yaratmaqdan imtina etməklə qəti şəkildə rədd etmişdir.
44. Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
45. Kollegiya hazırkı halda hesab edir ki, cavabdeh tərəfin işin hərtərəfli araşdırılmasına – hazırkı işin həlli üçün mühüm sübuti əhəmiyyət kəsb edən ekspert rəyinin alınmasına (ekspertizanın keçirilməsinə) mane olması MPM-in 97 və 106.2-ci maddələrinin təsiri altına düşür, başqa sözlə, iddiaçı tərəfi təmirə çəkilmiş məbləği sübut etmə vəzifəsindən azad edir.
46. Hazırkı iş üzrə iddiaçı təmirə çəkdiyi 17370 manat pulu cavabdehdən tələb edir.
47. Rayon məhkəməsində işə baxılarkən cavabdeh 5000 manat hissədə iddia tələbini qəbul etmişdir.
48. Kollegiya hesab edir ki, iddia tələbi təmir üçün çəkilmiş qalan (17370- 5000=12370) 12370 manat hissədə də əsaslı sayılmalı və həmin hissədə təmin edilməlidir.
49. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.
51. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır).
52. Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119).
53. Beləliklə, kollegiya hesab edir ki, hazırkı iş üzrə təmirə çəkilmiş xərclə bağlı maddi zərərlə bağlı tələbin təmin edilməsi mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
54. Kollegiya hesab edir ki, bu işin xüsusi halları baxımından pozuntu faktının müəyyən edilməsi öz-özlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərlidir.
55. Rayon məhkəməsi hazırkı iş üzrə maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol vermiş, iddia tələbinin təmin edilməyən hissəsində iş üzrə düzgün qənaətə gəlməmişdir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
57. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
58. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:
59. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən 12370 (on iki min üç yüz yetmiş) manat alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
60. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri, yəni iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (30+15=45) 45 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
62. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-12/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 12370 (on iki min üç yüz yetmiş) manat və 45 (qırx beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan -mənəvi zərərlə bağlı hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev