Məhkəmə qərarları › İş №2(103)-4143/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4143/2024

10.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4143/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh Pakistan Milli Bankı Bakı Filialı nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Pakistan Milli Bankı Bakı Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi“ tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1289/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Pakistan Milli Bankı Bakı Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdeh Pakistan Milli Bankın Bakı Flilalı adına aparılmış qeydiyyatın və 29.03. 2009-cu il tarixli MH №0186377 nömrəli Çıxarışın ləğv edilməsi, həmin evə İddiaçı2 adına olan qeydiyyatın (Çıxarışın) bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Pakistan Milli Bankın Bakı Filialı ilə X7 arasında bağlanmış 13 mart 2009-cu il tarixli 39 nömrəli kredit müqaviləsinin təminatı kimi Pakistan Milli Bankın Bakı Filialı ilə İddiaçı2 arasında 13 mart 2009-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən İddiaçı2 Məhdi qızının ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzil Bankın xeyrinə yüklü edilmiş və DƏDRX-nın Bakı İdarəsi tərəfindən 29.03. 2009-cu il tarixli MH № ******* nömrəli Çıxarışa əsasən Pakistan Milli Bankın Bakı Filialının xeyrinə qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2010-cu il tarixli 2(005)-361/2010 nömrəli qətnaməsi ilə Pakistan Milli Bankın Bakı Filialının cavabdeh X6 və İddiaçı2 qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi“ tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X3 cəmi 46692 manat məbləğində pulun Pakistan Milli Bankı Bakı Filialının xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı2 mülkiyyətində olan, ünvan 4 ünvanda yerləşən mənzilə yönəldilməsi barədə qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 02 mart 2010-cu il tarixli qətnaməsi qanun qüvvəyə minmiş və 28 oktyabr 2010-cu il tarixli icra vərəqəsinə əsasən Nərimanov rayon icra Şöbəsi tərəfindən təşkil edilmiş hərracın nəticələrinə dair alqı-satqı protokolu üzrə ünvan 6 ünvanda yerləşən mənzil Pakistan Milli Bankın Bakı Filialının mülkiyyətinə təhvil verilmiş, sonuncunun adına DƏDRX-nin Bakı şəhər İdarəsi tərəfindən 15.03. 2012-ci il tarxili MA № 03568 nömrəli Çıxarış verilmişdir. Nərimanov Rayon Məhkəməsinin 02 mart 2010-cu il tarixli 2(005)-361/2010 nömrəli qətnaməsi icra edildikdən sonra cavabdeh İddiaçı2 həyat yoldaşı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pakistan Milli Bankı Bankın Bakı Filialı ilə İddiaçı2 arasında bağlanılmış 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsinin etibarsız sayılması barərə qətnamə qəbuil edilməsini xahiş etmişdir. İddiaçı Əşrəf İsmayılov öz tələbini belə əsaslandırmışıdır ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmiş və ər-arvadın birgə mülkiyyətidir, lakin ipoteka müqaviləsi bağlanan zaman ondan razılıq ərizəsi alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyun 2015-ci il tarixli, 2(103)-4116/2015 saylı qətnaməsi ilə Əşrəf İsmayılovun apellyasiya şikayəti qismən təmin edilərək, Xətai Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, Pakistan Milli Bankın Bakı Filialı ilə İddiaçı2 arasında bağlanılmış 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, ipoteka müqaviləsi etibarsız olmala heç bir hüquqi nəticə doğura bilməz. Yəni, etibarsız sayılan həmin ipotekadan doğuran bütün digər hüquqi nəticələr əhəmiyyətsiz hesab edilmişdir. İpoteka müqaviləsinin etibarsız hesab edilməsi gələcəkdə iddiaçıya yeni əsasla sözügedən tələbləri yenidən irəli sürmək və yaxud Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin yeni açılmış hallarla bağlı ləğvini, bundan sonra isə icrada geri dönüşü tələb etmək hüququ verilir. Pakistan Milli Bankın Bakı Filialının həmin qətnamədən verdiyi kassasiya şikayəti təmin edilməmişdir, Ali Məhkmənin MK-nın 05 noyabr 2015-ci il tarixli 2(102)- 4928/2015-ci il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyun 2015-ci il tarixli 2(103)-4116/2015 saylı qətnaməsinə DƏDKRX-nin Bakı şəhər idarəsi tərəfindən Pakistan Milli Bankın Filialının adına aparılmış qeydiyyatın və 15.03. 2012-ci il tarixli MA № ******* nömrəli dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və İddiaçı2 adına olan qeydiyyatın bərpa edilməsi üçün əsas olmuşdur. X1 xəstələndiyi və vəfat etdiyi üçün digər məsələləri, birgə mülkiyyətdə olan evin bölüməsini və mülkiyyət payının ayrılmasını başa çatdıra bilməmişdir. Bununla belə, Əşraf İsmayılovun vəfat etməsi mirasın açılmasına səbəb olmuş və onun birinci növbəli vərəsələri olan iddiaçılar (arvadı və övladları) miras qalmış əmlakı faktiki surətdə qəbul etmişlər, hazırda da həmin evdə yaşayırlar və onu idarə edirlər. Onlar həmin evin faktki və qanuni mülkiyyətçiləridir. Bundan irəli gələrək həmin əmlka barəsində müvafiq subyektiv hüquqa malikdirlər. Lakin, Pakistan Milli Bankın adına olan qeydiyyat ləğv edilmədiyi üçün iddiaçılar vərəsəlik üzrə mülkiyyət hüquqularını rəsmiləşdirib qeydiyyata aldıra bilməmişlər. Ona görə, iddiaçılar Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2015-ci il tarixli 2(103)- 4116/2015 saylı qətnaməsini təqdim etməklə Bankın Filialının adına olan qeydiyyatın (Çıxarışın) ləğv edilməsi və İddiaçı2 qıznın adına olan qeydiyyatın (Çıxarışın) bərpa edilıməsi tələbi ilə DƏDKRX PŞ-ni 1 saylı Bakə şəhər İdarəsinə rəsmi müraciət etmişlər, lakin cavabdeh məktuba cavab verməmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdeh Pakistan Milli Bankın Bakı Flilalı adına verilmiş 29.03. 2009-cu il tarixli MH № ******* nömrəli Çıxarışın verilməsinə əsas olan dövlət reyestrində qeydiyyatın ləğv edilməsi, həmin evə İddiaçı2 adına olan qeydiyyatın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1289/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmiş, şikayətin dəlillərini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, eyni tərəflər arasında qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2015-ci il tarixli, 2(103)-4116/2015 saylı qətnaməsi ilə 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsinin etibarsız sayılması, həmin müqavilənin heç bir hüquqi nəticə doğurmamasına əhəmiyyət verilməməsi, qətnamədə yeni açılmış hallarla bağlı məhkəməyə müraciət edilməsinin təklif olunması, lakin bunun prosessual normaların tələbləri baxımından mümkün olmaması, iddia müddətinin keçməsi barədə gəlinmiş nəticəsnin qanunvericliyə zidd olması, bununla da iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması və s. göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə, eləcə də iddia ərizəsində və birinci instansiya məhkəməsində verilmiş izhata uyğun izahata vermiş, əlavə olaraq Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2015-ci il tarixli, 2(103)-4116/2015 saylı qətnaməsinə izah verilməsi barədə ərizə ilə müraciət etdiklərini bildirərək, apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Pakistan Milli Bankı Bakı Filialı nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində iddia tələbinə qarşı etirazda və verilmiş izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, əvvəllər eyni tələblə məhkəməyə müraciət olunmuş, lakin Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2015-ci il tarixli 2(103)-4116/2015 saylı qətnaməsi ilə digər tələblər, yəni “ipoteka qoyulmuş mənzilin bankın mülkiyyətinə keçirilməsinə dair hərrac protokolunun və bunun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin sözügedən mənzilin bankın mülkiyyətinə verilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv olunması, mülkiyyət hüquqlarının bərpa edilməsi” barədə tələblər təmin olunmamışdır. Hazırki vəziyyətdə iddiaçılar mərhum X5 hüquqi varisləri kimi yenidən eyni tələblə məhkəməyə müraciət edərək, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdeh Pakistan Milli Bankın Bakı Flilalı adına verilmiş xx.xx.2009-cu il tarixli MH № ******* nömrəli Çıxarışın verilməsinə əsas olan dövlət reyestrində qeydiyyatın ləğv edilməsi, həmin evə İddiaçı2 adına olan qeydiyyatın bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Belə olan halda isə, iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, kredit borcu hazırda da ödənilməmişdir, əgər qarşılıqlı razılıq əsasında iddiaçılar borcu ödəyərlərsə, o zaman mənzilin onlara qaytarılması həyata keçirilə bilər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın müddəalarına uyğun olaraq mülki prosessual qanunvericilikdə hər bir maraqlı şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilməsi təsbit olunmuşdur. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd edilməlidir ki, məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. İşdə olan sənədlərdən və qanuni qüvvədə olan məhkəmə aktlarından görünür ki, iddiaçı Pakistan Milli Bankının Bakı filialı cavabdeh X6 və İddiaçı2 qarşı «kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 361/2010 saylı 02 mart 2010-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X4 müvafiq kredit borcunun və digər xərclərin X10 Bakı filialının xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı2 mülkiyyətində olan ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayonu Teymur Əliyev küçəsi 38 saylı binada yerləşən 18 saylı mənzilə yönədilərək, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına ödəniş gününə Pakistan Milli Bankının Bakı filialına olan borcların ödənilməsi qət edilmişdir (həmin qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış və icraya yönəldilmişdir). Həmçinin, iş materiallarından müəyyən olunur ki, qətnamənin icrası zamanı ipoteka qoyulmuş mənzil açıq hərraca çıxarılmış, xx.xx.2012-ci il tarixli Y-803 nömrəli hərracın yekunları barədə protokola, xx.xx.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləyə və s. sənədlərə əsasən Pakistan Milli Bankının Bakı filialının mülkiyyətinə keçmişdir. Bundan bir neçə il sonra, İddiaçı2 həyat yoldaşı X8 iddia ilə məhkəməyə müraciət edərək, bankla İddiaçı2 arasında ünvan 10 ünvanında yerləşən 18 saylı mənzilin ipotekaya qoyulmasına dair bağlanılmış 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsinin, həmin mənzilin bankın mülkiyyətinə keçirilməsinə dair hərrac protokolunun və bunun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin sözügedən mənzilin bankın mülkiyyətinə verilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv olunması, mülkiyyət hüquqlarının bərpa edilməsi və kredit borcunun X7 ilə bank arasında 13 mart 2009-cu il tarixdə bağlanmış müqavilə üzrə dövriyyədə olan malların girovuna (avadanlıqlara) yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4116/2015 saylı 25 iyun 2015-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 2(011)-1854/2015 saylı iş üzrə 29 mart 2015-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, Pakistan Milli Bankının Bakı Filialı və İddiaçı2 arasında ünvan 10 ünvanında yerləşən 18 saylı mənzilin ipotekaya qoyulmasına dair bağlanılmış 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmiş, qətnamə “hərrac protokolunun və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bankın adına verilmiş mülkiyyət sənədinin ləğv olunması və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələblərinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə iddianın təmin olunmaması hissəsi onunla əsaslandırılmışdır ki, tələbinin “hərrac protokolunun və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bankın adına verilmiş mülkiyyət sənədinin ləğv olunması və mülkiyyət hüquqlarının bərpa edilməsi” hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, “həm hərracın keçirilməsi, həm də bu hərrac nəticəsində alqı-satqı müqaviləsinin bağlanaraq mənzilin bankın mülkiyyətinə verilməsi qanuni qüvvədə olan qətnamənin icrası qaydasında həyata keçirilmişdir. Bu isə o deməkdir ki, sözügedən tələblərin təmin edilməsi həmin qətnamənin preyudisial qüvvəsi baxımından mümkün deyildir. Bununla yanaşı nəzərə alınmalıdır ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi gələcəkdə iddiaçıya yeni əsasla sözügedən tələbləri yenidən irəli sürmək yaxud Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin yeni açılmış hallarla bağlı ləğvini, bundan sonra isə icrada geri dönüşü tələb etmək hüququ verir. X8 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, iddiaçılar onun qanun üzrə vərəsələri (uşaqları və həyat yoldaşı) olmaqla yenidən analoji tələblə (ipoteka qoyulmuş yaşayış sahəsinin hərracdan əldə edilməsi ilə bağlı cavabdeh Pakistan Milli Bankın Bakı Flilalı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, əvvəlki qeydiyyatın bərpa edilməsi) məhkəməyə müraciət etmişlər. Belə ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Göründüyü kimi, iddiaçının hazırkı tələbi (bankın adına aprılmış qeydin ləğv olunması və əvvəlki qeydin bərpa olunması) ilə əvvəlki tələbi eyni predmet barəsində və eyni əsaslıdır. Eləcə də, hər iki mübahisə eyni tərəflər arasındadır. Həmçinin qeyd edilməlidir ki, X8 vəfat etdiyindən, iddiaçılar onun hüquqi varisləri kimi hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Halbuki, MPM-in 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, artıq qanuni qüvvədə olan məhkəmə qərarı ilə iddiaçıların hazırkı tələbi ilə mahiyyət baxımından eyni olan müvafiq tələbinə baxılmış və ona hüquqi qiymət verilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, qüvvədə olan məhkəmə aktı ilə izah edilmişdir ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi gələcəkdə iddiaçıya yeni əsasla sözügedən tələbləri yenidən irəli sürmək, yaxud Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin yeni açılmış hallarla bağlı ləğvini, bundan sonra isə icrada geri dönüşü tələb etmək hüququ verir. Lakin iddiaçı tərəf həmin qətnamədən sonra müvafiq hərəkətlərin yerinə yetirilmə istiqamətində məhkəməyə hər hansı sübut təqdim etməmiş, yeni əsaslarla iddia qaldırmamışdır. Belə olan halda, həmin tələbə təkrarən məhkəmə qaydasında baxılması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, yolverilməzdir. MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Beləliklə, birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, prosessual hüquq normalarının tələblərinin pozmuş, əsassız olaraq tələbə mahiyyəti üzrə baxmışdır (Halbuki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2015-ci il tarixli qətnaməsi əvvəldən işdə olmuş, hətta birinci instansiya məhkəməsi hazırki qətnaməsində ona istinad etmiş, lakin yuxarıda qeyd edilən hallara hər hansı münasibət bildirməmişdir). Həmçinin qeyd edilməlidir ki, məhkəmə kollegiyasının hazırki mövqeyi ipoteka müqaviləsinin etibarsızlığı ilə əlaqədar maraqlı şəxslər tərəfindən digər tələblərin (zərər və s.) irəli sürülməsini, habelə yeni əsaslarla hərracın nəticələrinin mübahisələndirilməsi imkanını istisna etmir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edilən hissədə iş üzrə icraata xitam verilməsi qənaətinə gəldiyindən, apellyasiya şikayətinin müvafiq dəlillərinə mahiyyəti üzrə baxılmasını zəruri hesab etmir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Pakistan Milli Bankı Bakı Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi“ tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1289/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfin apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1289/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv olunsun, mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar