Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4159/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İlk iddia tələbi üzrə iddiaçının nümayəndəsi X2, Cavabdeh və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8298/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia ərizəsi üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ödənilmiş kirayə haqqına görə 12500 manat, ev əşyalarına görə 10000 manat, təmirə görə 5000 manat, cəmi 27500 manat maddi zərər, 15000 manat mənəvi zərərin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8298/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 11 saylı evin 59 saylı mənzilinə köçürülməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 11, mənzil 59 ümumi sahəsi 48.14 kv.m, iki otaqlı olmaqla xx.xx.2009-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüquqları ilə iddiaçıya, yəni İddiaçı məxsusdur. Cavabdeh İddiaçı qardaşıdır. İddiaçı 2015-ci ilin mart ayında, faktiki xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahından iki övladı dünyaya gəlmişdir. İddiaçı ailə həyatı qurduqdan sonra cavabdeh evin açarını dəyişmiş, iddiaçı və onun ailəsinin mənzilə daxil olmağına maneçilik törətmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçı xüsusi mülkiyyətində olan mənzilindən məhrum olmuşdur. Bu səbəbdən o, körpə uşaqları ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 30/42, mənzil 15-də kirayədə yaşamaq məcburiyyətində qalmışdır və o, hər ay 250 manat kirayə haqqı ödəmişdir. Yekunda məhkəmə qətnaməsi icra olunması ilə bağlı xx.xx.2019-cu il tarixdə icra məmuru vasitəsilə iddiaçı mənzilinə köçə bilmişdir. Cavabdeh qanunsuz hərəkətlərinə görə İddiaçı kirayə haqqı olaraq 12500 manat ödəmişdir. Bundan əlavə iddiaçı mənzilə köçərkən çox acınacaqlı vəziyyət ilə qarşılaşmışdır. Belə ki, 8 il əvvəl iddiaçı mənzili tam təmir etməsinə 10000 manat təmirə, 12000 manat ev əşyaları və mebellərə pul xərcləməsinə baxmayaraq, cavabdeh evdəki bütün əşyaları, mebelləri çıxarmış, təmiri bərbad vəziyyətə salmışdır. İddiaçı evin yaşamaq üçün yararlı vəziyyətə gətirilməsi üçün təmirə 3500 manat, əşyalara 6000 manat pul xərcləmiş, evi tam yararlı vəziyyətə gətirmək üçün bundan əlavə 5000 manat pul lazımdır. Həmçinin cavabdeh tərəfindən iddiaçıya vurulan mənəvi zərərin məbləği 15000 manat dəyərində qiymətləndirilir. Evin artıq sökülmüş olması icra məmurunun izahatından, icra məmurunun tərtib etdiyi aktdan da aydın görünür. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia tələbi üzrə Cavabdeh və nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, ünvan 3 ünvanında yerləşən 59 saylı mənzil xx.xx.2009-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8564/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-231/2018 saylı qətnaməsinin qismən - “Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 11 nömrəli evin 59 nömrəli mənzilindən cavabdehlər X5 və X1 kompensasiya ödənilmədən çıxarılmasının təmin edilməməsi” hissəsində ləğv edilmiş, cavabdehlər X5 və X1 Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 11 nömrəli evin 59 nömrəli mənzilindən kompensasiya ödənilmədən çıxarılması, İddiaçı tərəfindən 20.000 (iyirmi min) manat kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 11 nömrəli evin, 59 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi, pul kompensasiyasının ödənilməsi ilə Cavabdeh mənzildən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(011)1481/2018 nömrəli qətnaməsinin İddiaçı apelyasiya şikayətinə münasibətdə mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən ilkin iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yəni öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi mülki hüquq pozuntularından (deliktdən) əmələ gələn öhdəlik göstərilmişdir. Mülki qanunvericilikdə delikt məsuliyyətinin əmələ gəlməsinin 3 şərti göstərilmişdir: zərər vuranın hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizliyi), zərər vuranın hüquqa zidd əməli ilə zərər faktı arasında səbəbli əlaqə, zərər vuranın təqsiri. Göstərilən üç şərt məcmu halında birləşərək delikt faktını mülki hüquq pozuntusu kimi qiymətləndirməyə imkan verir. Yəni ilkin iddia üzrə iddiaçı yuxarıda qeyd edilən hər üç şərtin mövcud olmasını sabut etməlidir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 11 saylı evin, 59 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, tərəflər bir ailə üzvü olmaqla həmin mübahisəli mənzildə qeydiyyatdadırlar, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8564/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən 20.000 manat kompensasiya ödənilməklə Cavabdeh həmin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi, pul kompensasiyasının ödənilməsi ilə Cavabdeh mənzildən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir, İddiaçı tərəfindən Cavabdeh nəzərdə tutulmuş kompensasiya məbləği ödənilməmişdir. Cavabdeh hazırda faktiki olaraq həmin mənzildə yaşamır, qeyd edilənlər tərəflər arasında mübahisəsiz hallar kimi qəbul edilir. Bundan başqa, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh istifadə hüququnun olduğu mübahisəli mənzilə daxil ola bilmir və İddiaçı tərəfindən ona maneçilik törədilir. Bununla belə, qarşılıqlı iddiaçının mübahisəli mənzilə istifadə hüququnun itirilməsinə əsas verən və mənzilə köçürülməsini istisna edən hallar, həmçinin ilkin iddiaçı tərəfindən Cavabdeh hərəkətləri nəticəsində ona hər hansı maddi və mənəvi zərər dəyməsi halları, belə zərərvurmada Cavabdeh aidiyyəti məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə, ilkin iddia tələbinə münasibətdə hesab edir ki, bu tələbin əsasını təşkil edən İddiaçı maddi və mənəvi zərər çəkməsini təsdiq edən hallar sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin ilkin iddiaçı tərəfindən iş materiallarına Cavabdeh hərəkətləri nəticəsində ona hər hansı maddi və mənəvi zərər dəyməsini təsdiq edən sübutlar əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən icra məmuru Gündüz Sadıqov və şahid qismində iddiaçının və cavabdehin anaları X3 da dindirmiş, ilkin iddia üzrə iddiaçının iddiasını təsdiq edəcək hər hansı hal müəyyən edilməmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152.1, 152.3, 157.1, 158.1.2, 158.4 və 560.3.4-cü maddələrinə istinat edərək əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, nə qədər ki, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə “Cavabdeh mübahisəli mənzildən isifadə hüququna xitam verilməsinin kompensasiya ödənilməsi ilə eyni vaxtda icra edilməsi” nəzərdə tutulmuşdur və kompensasiya ödənilməsi təmin olunmamışdır, Cavabdeh mübahisəli Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 11 saylı evin, 59 saylı mənzilə dair istifadə hüququ itirilməmişdir. Bu hallar isə Cavabdeh istifadə hüququnun mövcud olduğu mübahisəli mənzilə köçürülməsi barədə qarşılıqlı iddia tələbinin təmin olunması üçün yetərlidir. Digər tərəfdən məhkəmə hesab edir ki, İddiaçı özünün mənzilə dair tam mülkiyyət hüququndan Cavabdeh həmin mənzilə istifadə hüququnun ziddinə istifadə edərək hüquqdan suiistifadəyə yol verdiyinə görə də qarşlılıqlı iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İlkin iddia tələbi üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8298/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-4159/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4159/2020
03.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver