Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-416/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra – MMC) qarşı “MMC-nin nizamnamə kapitalındakı paya uyğun əmlakın naturada verilməsi tələbi barədə”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“MMC-də iştiraka xitam verilməsi və sair tələbləri barədə” qarşılıqlı iddiasına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdeh İddiaçı qarşı “MMC-də iştiraka xitam verilməsi və sair tələbləri barədə” müstəqil iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli qətnamədən iş üzrə İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkilləri (nümayəndələri) X4, X7 və X8, habelə nümayəndəsi (övladı) Adıgözəlzadə Ələkbər Füzuli oğlunun, cavabdehlərin və üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlərə qarşı ilk iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “xxxxxxxxxx” X1 (hazırda adı dəyişdirilmiş və Cavabdeh2 MMC kimi qeydiyyata alınmışdır) nizamnamə kapitalının 50% payçısı kimi, MMC-nin balansında olan bütün əmlakların nizamnamə kapitalındakı 50% təsis payına uyğun naturada bölünməklə onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdehlər Cavabdeh1 və MMC ilk iddia ilə birlikdə baxılmaq üçün İddiaçı qarşı qarşılıqlı iddia və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs N.Cengiz İddiaçı qarşı müstəqil iddia irəli sürərək, İddiaçı MMC-də iştirakına xitam verməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi və İddiaçı 6.184.633,23 manatın tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(005)-4443/2018) ilk iddianın rədd edilməsini, qarşılıqlı və müstəqil iddianın qismən təmin edilməsini, İddiaçı 6.184.633,23 manatın tutularaq MMC-yə ödənilməsi, qarşılıqlı və müstəqil iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq, ona qarşı irəli sürülmüş iddiaların rədd, ilk iddianın isə təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(103)- 2870/2019) ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin qismən, yəni qarşılıqlı və müstəqil iddialara aid hissədə ləğv edilməsi, qarşılıqlı və müstəqil iddiaların rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iş üzrə İddiaçı ayrıca, cavabdehlər və üçüncü şəxsin isə birgə verdikləri kassasiya şikayətlərinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar (İş № 2(102)-4783/2019) ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsini, cavabdehlərin və üçüncü şəxsin kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yenidən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə yenidən baxılır. Mülki işə apellyasiya qaydasında yenidən baxan Məhkəmə bildirir ki, İddiaçı ilk iddiası və apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı MMC-nin 1995-ci ildən təsisçisi və 50% payçısı olmuş, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ilə aralarında formal, uydurma olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” bağlanmış, həmin müqaviləyə əsasən, İddiaçı MMC-nin 50% payın 25%-i Cavabdeh1 satmışdır. Müqavilədə qeyd olunur ki, o, 25% təsis payını alıcıya 2.500 ABŞ dollarına satmışdır, lakin bu məbləğ xxxxxxxxxxxxxxxxxxxxxndə tamamilə formal olaraq göstərilmişdir. Belə ki, MMC-nin balansında olan əmlakların və anbarda olan malların dəyəri milyonlarla manat təşkil edir. MMC-nin balansında onlarla daşınmaz əmlak (torpaq sahələri, qeyri-yaşayış sahələri) 100-dən çox avtonəqliyyat vasitəsi vardır, belə olan halda, MMC-nin 25% payının dəyərinin 2.500 ABŞ dolları olması absurddur, bu da alğı-satqının formal xarakter daşımasını bir daha göstərir. Cavabdeh1 ilə bağlanmış xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnin formal xarakterli olmasını göstərən bir digər əsas odur ki, xxxxxxxxxxxxxxxxxxxxxndə göstərilən və satılan payın dəyərini təşkil edən (formal da olsa) 2.500 ABŞ dolları pul depozit hesabından nə onun tərəfindən, nə də nümayəndəsi tərəfindən çıxarılmamışdır, yəni satılan payın dəyəri olan pulu o əldə etməmişdir (nağd və ya digər formada), bu da bir daha göstərir ki, xxxxxxxxxxxxxxxxxxxxx tamamilə formal xarakterli olmuşdur. Cavabdeh1 tərəfindən formal da olsa MMC-nin 25% təsis payı alındıqdan sonra o, MMCnin fəaliyyətindən, idarə edilməsindən kənarda saxlanılmış, hətta MMC-nin inzibati binasına və fəaliyyət göstərdiyi yerlərə belə daxil ola bilmir, onun şirkətə daxil olmasına şərait yaradılmır. Cavabdeh1 tərəfindən MMC-nin adı da dəyişdirilmiş, yeni rəhbərlik təyin edilmişdir. Hazırda iddiaçı, MMC-dən təsis payına uyğun nə dividend, nə də MMC-nin maliyyə vəziyyəti və digər məsələlər barədə məlumat ala bilir. Buna görə də, hazırda yaranmış zərurətlə əlaqədar olaraq, tərəfindən yaradılmış, uzun müddət yeganə təsisçisi olduğu sonradan isə 50% təsis payına malik olduğu şirkətin nizamnamə kapitalındakı payına uyğun əmlakının naturada onun mülkiyyətinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd edildiyi kimi, sənəd üzərində 25% payının olduğu görsənsə də, faktiki olaraq şirkətin 50% təsisçisi iddiaçının özüdür. Lakin Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İş üzrə cavabdehlər və üçüncü şəxsin iddiaları isə belə əsaslandırılmışdır ki, MMCnin hazırda 3 səhmdarı var. MMC-nin səhmlərinin 50%-i Türkiyə Respublikasının vətəndaşı Nurettin Cengizə, 25%-i Cavabdeh1, digər 25%-i isə İddiaçı məxsusdur. İddiaçı digər payçıların etibarından sui-istifadə edərək MMC-nin ümumilikdə 7.333.517,08 manat pulunu mənimsəmiş və israf etmiş, o cümlədən 5.032.428,13 manatını isə MMC-nin kassasından nağd qaydada heç bir sənədləşmə aparmadan çıxardaraq ələ keçirmişdir. İddiaçı ilk iddiası tam əsassızdır. Belə ki, İddiaçı yuxarıda qeyd edilən xxxxxxxxxxxxxxxxxxxxxnin etibarsız hesab edilməsi barədə iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, onun iddiası əsassız hesab edilərək rədd edilmişdir. İddiaçı əsassız iddialarla məhkəməyə müraciət etməsinin səbəbi MMC-də faktiki rəhbərliyi həyata keçirdiyi dövrdə mənimsədiyi vəsaiti qaytarmamaq üçün təzyiq və təsir vasitəsidir. İddiaçı payının məbləği 1.148.883,85 manatdır. İddiaçı MMC-yə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində o, MMC-nin təsisçilərinin siyahısından çıxarılmalı və yerdə qalan 6.184.633,23 manat isə MMC-yə ödənilməlidir. İddiaçının vəkilləri (nümayəndələri) C.Yusifov, S.Cəfərov və Z.Musayev, habelə nümayəndəsi (övladı) Ə.Adıgözəlzadə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin və ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İş üzrə cavabdehlərin və üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və həm qarşılıqlı, həm də müstəqil iddiaların məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “xxxxxxxxxx” MMC-nin xx.xx.2006-cı ildə təsdiq edilmiş “Nizamnaməsindən” görünür ki, cəmiyyətin təsisçiləri (Türkiyə Respublikasının vətəndaşı) X15 və (Azərbaycan Respublikasının vətəndaşı) İddiaçısur. “xxxxxxxxxx” MMC-nin nizamnaməsinə edilmiş xx.xx.2017-ci il tarixli dəyişiklikdən görünür ki, cəmiyyətin təsisçiləri N.Cengiz, İddiaçı və Cavabdeh1dır. MMC-nin nizamnaməsinə edilmiş xx.xx.2018-ci il tarixli dəyişiklikdən görünür ki, cəmiyyətin nizamnaməsinin titul vərəqində və mətnində adı Cavabdeh2 MMC kimi oxunsun. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məktubundan görünür ki, İdarəyə daxil olmuş MMC-nin adının dəyişdirilməsindən sonra təsisçilərin və onların nizamnamə kapitalındakı paylarının miqdarında hər hansı dəyişikliyin olub-olmaması, cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatların təqdim edilməsinə dair müraciət baxılaraq bildirilmişdir ki, cəmiyyətin təsisçilərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ilə “xxxxxxxxxx” MMC-nin adı dəyişdirilərək Cavabdeh2 MMC kimi müəyyən edilmişdir və müvafiq dəyişiklik xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin bildirilir ki, idarədə olan reyestrdə Cəmiyyətin adının dəyişdirilməsindən məlumat aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, İdarədə olan reyestrə əsasən Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: Cavabdeh1 – 2.500 ABŞ dolları, 25 pay, 25% pul şəklində; İddiaçı – 2.500 ABŞ dolları, 25 pay, 25% pul şəklində; N.Cengiz (Türkiyə Respublikası) – 5.000 ABŞ dolları, 50 pay, 50% pul. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin MMC-nin direktoru X5 ünvanladığı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, idarəyə daxil olmuş MMC-nin təsisçisi İddiaçı və digərləri tərəfindən cəmiyyətə külli miqdarda ziyan vurulması barədə müraciəti üzrə araşdırma aparılmış və nəticədə material üzrə vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli müstəqil auditorun hesabatından görünür ki, 2011-2015-ci illər ərzində İddiaçı tərəfindən kassadan 503.242.813 manat götürülməsi əks olunur. Həmin məbləği təsdiq edən ilkin sənədlər araşdırmaya təqdim olunmamışdır. Hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanları tərəfindən araşdırılması zərurəti yaranmışdır. MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolundan görünür ki, iclasda MMC-nin 50% təsisçi payı sahib C.Nurettinin nümayəndəsinin rəsmi müraciətinə əsasən MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirən Auditorlar Palatasının lisenziyası əsasında fəaliyyət göstərən “xxxxxxxxxxxxx” MMC tərəfindən aparılmış audit yoxlaması barədə rəyin və MMC-nin fəaliyyət göstərdiyi dövrdən 2017-ci ilin avqust ayınadək olan dövrün maliyyə-təsərrüfat vəziyyəti müzakirə edilmişdir. İclasa 25% təsisçi payına sahib İddiaçı rəsmi məktubda müraciət olunsa da onun adından iştirak edən olmamışdır. İclasda qərara alınmışdır ki, İddiaçı tərəfindən mənimsənilmiş vəsaitlərin MMC-nin kassasına geri qaytarılması üçün tədbirlər görülsün; İddiaçı MMC-də iştirakına xitam verilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunsun, MMC-nin borclarının ödənilməsi üçün onun daşınar və daşınmaz əmlaklarından istifadə edilsin; (icarəyə verilməsi, özgəninkiləşdirilməsi və s. Formada); MMC-nin sahibkarlıq xx.xx.2019-cu il tarixədək dayandırılsın. Beləliklə, işdə olan sənədlərdən görünür ki, cavabdeh MMC (əvvəlki adı “xxxxxxxxxx”) xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı, MMC-nin hüquqi varisi olduğu “xxxxxxxxxx” Firmasının 1995-ci ildən təsisçisi və 50% payçısı olmuşdur. xx.xx.2017-ci il tarixdə iddiaçının MMC-də olan payının Cavabdeh1 2.500 ABŞ dollarına satılması barədə “xxxxxxxxxxxxxxxxxxxxx” bağlanmışdır. Hazırda MMC-nin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: İddiaçı – 2.500 ABŞ dolları, 25 pay, 25%, pul şəklində; Cavabdeh1 – 2.500 ABŞ dolları, 25 pay, 25%, pul şəklində; N.Cengiz- 5.000 ABŞ dolları, 50 pay, 50%, pul şəklində. İş üzrə İddiaçı mövqeyinə görə, xx.xx.2017-ci il tarixdə onunla Cavabdeh1 arasında formal və uydurma olaraq “Payın alğı-satqısı müqaviləsi” bağlanmışdır. Cavabdeh1 tərəfindən formal da olsa, MMC-nin 25% təsis payı alındıqdan sonra o (İddiaçı), MMC-nin fəaliyyətindən, idarə edilməsindən kənarda saxlanılmış, hətta MMC-nin inzibati binasına və fəaliyyət göstərdiyi yerlərə belə daxil ola bilmir, onun şirkətə daxil olmağına şərait yaradılmır. Cavabdeh1 tərəfindən MMC-nin adı da dəyişdirilmiş, yeni rəhbərlik təyin edilmişdir. Hazırda o, MMC-dən təsis payına uyğun nə divident, nə də MMC-nin maliyyə vəziyyəti və digər məsələlər barədə məlumat ala bilmir. Cavabdehlərin və üçüncü şəxsin iddiaçının dəlillərinə qarşı etirazı ondan ibarətdir ki, 2018-ci ilin yanvar ayına qədər olan dövrdə MMC-nin idarə olunması İddiaçı həvalə edilmişdir. İddiaçı digər payçıların etibarından sui-istifadə edərək MMC-nin ümumilikdə 7.333.517,08 manat məbləğində pulunu mənimsəmiş və israf etmiş, o cümlədən 5.032.428,13 manatını MMC-nin kassasından nağd qaydada heç bir sənədləşmə aparmadan çıxardaraq ələ keçirmişdir. İddiaçı MMC-dən mənimsədiyi vəsait auditor rəyi ilə də öz təsdiqini tapmışdır. Hazırda MMC-nin balans dəyəri 4.595.535,37 manat təşkil edir. İddiaçı hazırda MMC-də olan payının həcmi isə 25%-dir. Balans dəyərinə münasibətdə İddiaçı payının məbləği 1.148.883,85 manatdır. İddiaçının MMC-yə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində o, təsisçilərin siyahısından çıxarılmalı və yerdə qalan 6.184.633,23 manat MMC-yə ödənilməlidir. İş üzrə cavabdehlərin və üçüncü şəxsin iddiasını qismən təmin etmiş Rayon Məhkəməsi, gəldiyi nəticəni cavabdeh tərəfdən təqdim edilmiş “xxxxxxxxxxxxx” MMC-nin 08.052018-ci il tarixli auditor rəyinə əsaslanmışdır. Qeyd edilən rəydən görünür ki, həmin audit araşdırması, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən “xxxxxxxxxxxxx” MMC-nin auditoru V.Talıbov tərəfindən aparılmışdır; araşdırılan dövr – xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr; araşdırmanın məqsədi təsisçilərlə hesablaşmaların vəziyyətinin öyrənilməsi olmuşdur. Auditor aşağıdakı nəticəyə gəlmişdir: “Araşdırma nəticəsində xx.xx.2017-ci il tarixə 7.333.517,08 manat çatışmazlıq olması müəyyən edildi. xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək dövr üzrə həmin dövrdə cəmiyyətə rəhbərlik etmiş şəxslər tərəfindən sənədlərin təqdim edilməməsinə baxmayaraq, xx.xx.2011-ci il tarixə cəmiyyətin aktivlərinin 7.335.270,46 manat olması, özlüyündə cəmiyyətin həmin dövrdə mənfəətlə işləməsinə dəlalət etmiş olur. Göstərilmiş səbəbdən xx.xx.2011-ci il tarixədək olan dövr üzrə gəlir və xərcləri, həmçinin mənfəətin dəqiq məbləğini təyin etmək mümkün olmadı. Hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanları tərəfindən araşdırılması zərurəti yaranır. Nağd pul və ona bərabər vəsaitlərə nağd pulun, mühasibat uçotu qanunlarına uyğun olaraq “kassa mədaxil orderi” və “kassa məxaric orderi” vasitəsi ilə sənədləşdirilməməsi, kassa kitabından istifadə edilməməsi, Cəmiyyət tərəfindən xx.xx.2016-cı il tarixli 461-VQ saylı “Nağdsız hesablaşmaların aparılması haqqında” qanunun tələblərinə əməl edilməməsi, 2017-ci il ərzində əmək haqqının nağd şəkildə kassadan ödənilməsi faktlarının hüquqi cəhətdən qiymətləndirilməsi araşdırmanın səlahiyyətləri xaricindədir. Vergi Məcəlləsinə əsasən tədiyələrin hesablanması və ödənilməsi vəziyyətinin, vergi bəyannamələri ilə müqayisəsi ilkin sənədlərin olmaması və araşdırma qarşısında bir vəzifə kimi qoyulmaması səbəbindən tərəfimdən yoxlanılması mümkünsüzdür və ayrıca araşdırma tələb edir. Yuxarıda göstərilən səbəblərdən əməliyyatların qanuniliyinin yoxlanılması mümkün olmaması səbəbindən “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli 7687 İİİQ №-li Qanununun tələblərinə müvafiq olaraq araşdırma aparılması tövsiyə olunur (mənim vəzifəm yalnız təsisçilər arasında hesablaşmaların araşdırılmasının aparılması olmuşdur”. Sözügedən audit rəyindən görünür ki, audit araşdırmasının aparılması nəzərdə tutulduğu dövr – xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədəkdir. Lakin MMC-nin həmin dövrdə işləmiş vəzifəli şəxsləri tərəfindən sənədlər saxlanmadığına və araşdırmaya heç bir sənəd təqdim edilmədiyinə görə araşdırma yalnız xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrü əhatə etmişdir. Bundan başqa, auditin hesabatından həmçinin görünür ki, gəlir və xərcləri təsdiq edən ilkin sənədlər araşdırmaya təqdim edilməmiş, bu səbəbdən həmin məsələ üzrə göstəricilər yalnız kompüter proqram məlumatlarına əsasən qeyd edilmişdir. MMC üzrə malların idxalı, ixracı və satışı ilə bağlı məsələlər üzrə məlumatlar isə MMC-nin mühasib-operatoru X9 və MMC-nin baş anbardarı X2 izahatları əsasında müəyyən edilmişdir. Göründüyü kimi, MMC-nin maliyyə vəziyyəti, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyi və sair halların araşdırılmasını aparan audit maliyyə sənədlərinə deyil, kompüter-proqram məlumatlarına, habelə MMC-nin əməkdaşlarının izahatlarına əsaslanmışdır. Bu hal isə özü-özlüyündə auditin gəldiyi nəticəni natamam etməklə yanaşı həmin rəyin doğruluğunu şübhə altına alır. Tərəflər arasındakı mövcud mübahisənin düzgün və ədalətli həlli üçün xx.xx.2006cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində MMC-nin maliyyə vəziyyəti, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyi və sair halların araşdırılması məqsədilə Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması məqsədilə MMC-nin xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrə aid vergi bəyannamələri, vergi yoxlamalarının nəticələrinə dair aktlar, qərarlar və bununla bağlı sair sənədləri (illər üzrə ayrı-ayrılıqda) Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsindən götürülməsi barədə qərardad qəbul edərək həmin sənədləri ekspert tədqiqatına təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə vermiş olduğu xx.xx.2020-ci il tarixli 29194 saylı rəylə müəyyən olunmuşdur ki, təqdim edilmiş iş materiallarında olan MMC-nin xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına (təsisçilərlə hesablaşmaların vəziyyətinə) dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli müstəqil auditor hesabatı və digər sənədlərə əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək MMC-nin mənfəətinin 30.432.432,94 manat (158.627.067,30 (mal, iş və xidmət satışından daxil olma) – 102.446.751,96 (satışın maya dəyəri) – 25.747.882,4 (kommersiya xərci)) təşkil etməsi və xx.xx.2011-ci il tarixə cəmiyyətin aktivlərinin 7.335.270,46 manat olması müəyyən olunur. Həmin sənədlər əsasında 30.432.432,94 manat mənfəətin 6.666.59,86 manatının aktivlərin alınmasına, 16.442.456,0 manatının təsisçilərlə hesablaşmalara sərf edilməsi müəyyən olunmaqla, yerdə qalan məbləğin isə hara xərclənməsi barədə hesabatın təqdim edilməməsi müəyyən edilir. Həmçinin iş materiallarında olan MMC-nin xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına (təsisçilərlə hesablaşmaların vəziyyətinə) dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli müstəqil auditor hesabatı, 2009-2015-ci illər ərzində Türkiyə Respublikasından MMC-nin ünvanına daxil olmuş “uşaq bezləri” yükləri üzrə müvafiq audit araşdırmasına dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli müstəqil auditor hesabatı və digər sənədlərə əsasən MMC-də 2011-2015-ci illər ərzində kassadan heç bir sənədləşmə aparılmadan 5.032.428,13 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən götürülməsi və xx.xx.2017-ci il tarixə 7.333.517,08 manat məbləğində çatışmazlığın olması müəyyən edilir. Beləliklə, ekspert rəyi ilə İddiaçı MMC-yə məxsus olan pul vəsaitini mənimsəməsi və ya başqa qaydada israf etməsi, MMC-nin kassasından heç bir sənədləşmə aparmadan çıxarması faktı təsdiq olunmuşdur. Eyni zamanda, Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin MMC-nin direktoru X5 ünvanladığı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, idarəyə daxil olmuş MMC-nin təsisçisi İddiaçı və digərləri tərəfindən cəmiyyətə külli miqdarda ziyan vurulması barədə müraciəti üzrə araşdırma aparılmış və nəticədə material üzrə vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə həmin cinayət işinin nəticəsini aydınlaşdırmaq üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu vermiş və Baş İdarənin xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubunu almışdır. Həmin cavab məktubunda göstərilmişdir ki, Baş İdarənin İstintaq İdarəsində MMC-nin təsisçisi N.Cengizin müraciəti əsasında fakta görə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqı aparılır. İstintaq zamanı xx.xx.2019-cu il tarixdə mütəxəssisin dəvət olunması haqqında qərar qəbul edilmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Vergilər Nazirliyindən MMC-yə dair götürülmüş sənədlər mütəxəssisə rəy verilməsi üçün təqdim edilmişdir. Cinayət işi başlandığı gündən xx.xx.2019-cu il tarixədək hər hansı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilməmişdir. Beləliklə araşdırmanın nəticəsində Məhkəmə hesab edir ki, ilk iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 95-ci maddəsinin tələbinə görə, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Həmin Məcəllənin 96.1-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Göründüyü kimi, MMC-nin iştirakçısına nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi yalnız o, cəmiyyətdən çıxdığı zaman verilir. Lakin hazırki iş üzrə İddiaçı cəmiyyətdən çıxması barədə iddia qaldırmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı yalnız onun MMC-dən çıxması barədə iddia qaldırdıqdan sonra Mülki Məcəllənin 96.1-ci maddəsinin tələblərinə uyğun olaraq nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsini və ya əmlakın naturada verilməsini tələb edə bilər. İddiaçının Mülki Məcəllənin 220.3-cü maddəsinə istinad etməsi isə tam əsassızdır. Belə ki, həmin maddənin məzmunundan da göründüyü kimi payının naturada ayrılmasını yalnız paylı mülkiyyətin mülkiyyətçiləri tələb edə bilər. Lakin iddiaçının tələb etdiyi əmlaklar paylı mülkiyyətdə deyil və MMC-yə məxsusdur. Məhkəmə qarşılıqlı iddia və üçüncü şəxsin iddiası ilə bağlı isə qeyd edir ki, “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli müstəqil auditorun hesabatında və iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində İddiaçı MMC-dən vəsait mənimsəməsi müəyyən edilmişdir. Bundan başqa, İddiaçı və başqaları tərəfindən MMC-yə külli miqdarda ziyan vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən suiistifadə cinayətinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Mülki Məcəllənin 94-cü maddəsinə əsasən, iştirakçının şəxsi borcları üzrə tutmanın onun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına yönəldilməsinə, yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının kreditorları məhdud məsuliyyətli cəmiyyətdən tutmanın yönəldilməsi məqsədi ilə cəmiyyətin əmlakının borclunun nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməyi və bu əmlak hissəsini ayırmağı tələb edə bilərlər. Cəmiyyətin əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların tələb irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir. İştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı bütün payına tutmanın onun cəmiyyətdə iştirakına xitam verir. Odur ki, Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli müstəqil auditorun hesabatını, MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolunda müzakirə edilən və həmin iclasın qəbul etdiyi qərarı nəzərə alaraq İddiaçı MMC-yə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində təsisçilərin siyahısından çıxarılması və yerdə qalan 6.184.633,23 manatın isə MMC-yə ödənilməsini təmin etməklə Rayon Məhkəməsi işin hallarına uyğun düzgün nəticəyə gəlmişdir. Məhkəmə həmçinin qarşılıqlı və müstəqil iddiaların “dövlət reyestrində müvafiq dəyişikliklərin edilməsi barədə” hissəsini əsassız hesab edir. Çünki bu səlahiyyət müvafiq icra hakimiyyətinə məxsusdur, tələbin bu hissəsinə məhkəmə qaydasında hüquqi qiymət verilə bilməz, hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra, bununla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Odur ki, hesab edilməlidir ki, Rayon Məhkəməsi qarşılıqlı və müstəqil iddiaların qeyd edilən bu hissəsini təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-416/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-416/2020
18.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver