Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4166/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “pulun ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat
1. İddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehdən 37.000 manat məbləğində pulun, hüquqi xidmət üçün ödənilmiş pulun əvəzi olaraq 520 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 202 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2020-ci il tarixli “Güzəştli mənzilin alğı-satqı və ipoteka müqaviləsinin” "xxxx" MMC ilə cavabdeh arasında bağlanmasına baxmayaraq, cavabdeh bugünə qədər “Kreditor-ipoteka saxlayan” Bank "xxxx" ASC-yə heç bir məbləğ ödəməmişdir. Bugünə qədər bütün ödənişləri Banka iddiaçı ödəmişdir və qalan bütün ödənişlər onun tərəfindən təmin edilməli idi. Ona görə də cavabdehin həmin müqavilənin "xxxx" MMC, Bank "xxxx" ASC və iddiaçı arasında bağlanmasına etiraz etməməsi barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Hazırda mənzildə iddiaçının oğlu Kamran yaşayır və Kamran arvadı boşanmaq ərəfəsində olduğundan aralarında ziddiyyətlər vardır. Cavabdeh iddiaçının qudası ilə qonşu olduğundan qudası cavabdehə hədə-qorxu gəldiyindən həmin mənzili iddiaçının adına keçirmək istəmir. Ona görə də cavabdehin etibarına güvənərək ipoteka qoyulmuş mənzili sonda əldə edəcəyinə ümid bağlayaraq iddiaçı 42.000 manat məbləğində pulu Banka ödədiyi üçün həmin məbləği cavabdehdən tələb etmək məcburiyyətindədir.
3. Cavabdeh də öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıda heç bir hüququ olmadığı halda aldatma yolu ilə adına ipoteka ödənişinə görə hesablanmış 2.668 manat məbləğində ƏDV pulunun alınıb qaytarılması barədə qətnamə qəbul edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir.
4. Qarşılıqlı iddia və cavabdehin ilk iddiaya etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixində "xxxx" MMC tərəfindən keçirilən satış müsabiqəsində iştirak edərək müqavilədə göstərilən ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2020-ci il tarixində verilmiş “Çıxarışa” əsasən həmin mənzili ipoteka ilə əldə etmişdir. Mənzilin satış qiyməti 60.063 manat məbləğində müəyyən edilmişdir. Mənzilin satış qiymətinin 20.063 manat məbləğində olan hissəsi cavabdeh tərəfindən, 40.000 manat məbləğində olan hissəsi isə “Kreditor-ipoteka saxlayan” və “Alıcı-İpoteka qoyan” arasında bağlanmış xx.xx.2020-ci il tarixli MİDA-251/20/001 nömrəli “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən cavabdehə verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. xx.xx.2020-ci il tarixdə isə "xxxx" MMC ilə cavabdeh arasında “Güzəştli mənzilin alğı-satqı və ipoteka müqaviləsi” bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən, cavabdeh 20.063 manat məbləğində ilkin ödənişi etdikdən sonra aidiyyəti üzrə kommunal hesablar aktivləşdirmişdir. Həmin vaxt cavabdeh iş üzrə iddiaçını ümumiyyətlə tanımırdı. Lakin ailə vəziyyəti ilə əlaqədar (iş yerinə yaxın olmaması səbəbindən) həmin ünvanda yaşamağı düşünmürdü. Cavabdeh, həmin mənzili kirayə vermək üçün almışdır. Eyni kriteriyalara cavab verən mənzilin hal-hazırda aylıq kirayə məbləği 450-500 manat ətrafındadır. Cavabdeh həmin mənzili qonşuluq münasibətindən yaranan və sonradan dost olduğu X2 vermişdir. Belə ki, Arif Nəzərovun qızı ailə qurmuşdur, evləri yox idi. Şərtləri də bu olmuşdur ki, aylıq ipoteka ödənişini təxminən 310 manatı onlar ödəyəcək və ilin sonunda da hər il cavabdehə 1.500 manat ödəməyi öhdəsinə götürəcəkdir. Danışdıqları kimi də, hər il həm evin ipotekasını, həm də ilin sonunda 1.500 manatı Arif Nəzərov ödəməyə başlamışdır. Elə bu səbəbdən də o gündən etibarən mənzilin internet provayder xidməti də Arif Nəzərovun arvadı X1 adına aktivləşdirilmişdir. Arif Nəzərov öz vəsaiti hesabına mənzili yenidən təmir etmişdir. Mənzildə mövcud olan bütün məişət əşyalarının ora yerləşdirilməsini də Arif Nəzərov həyata keçirmişdir. Həmin müddətdən bugünə yalnız mənzillə bağlı ödənişlərin keçirilməsi ilə bağlı məlumat almışdır. Aldığı məlumatlara əsaslanaraq bildirir ki, 2020-ci il dekabr ayı üçün 8,33 manat əmlak sığortası, 36,77 manat həyat sığortası, 216,27 manat standart aylıq ödəniş, 2021-ci ilin yanvar ayından 2023-cü ilin dekabr ayına kimi hər ay üçün 08,33 manat əmlak sığortası, 36,77 manat həyat sığortası, 265,16 manat standart aylıq ödəniş məbləğləri adına ödəmişdir. Cavabdehin əvvəl iddiaçı ilə tanışlığı, münasibəti və ya evlə bağlı hər hansı razılaşması olmamışdır. Evin müqaviləsi və bütün ödənişlərini evdə saxlamışdır. Yalnız qonşuluq əlaqələri sayəsində onun Arif Nəzərovun qudası olduğunu bilirdi. Son dövrlərdə onların arasında mübahisəli məsələ olduğundan isə ümumiyyətlə xəbərsiz idi. xx.xx.2022-ci il tarixində iddiaçı cavabdehlə telefon vasitəsilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. Görüş zamanı Arif Nəzərov ilə olan razılaşmadan xəbərdar olduğunu və bu ipoteka ödənişlərini kirayə əvəzində onun adına həyata keçirtdiyini bildirmişdir. Söhbət zamanı iddiaçı cavabdehə demişdir ki, bankda müvafiq qaydalar dəyişmiş, mənzilin ipoteka ödənişinin kirayə pulu əvəzinə cavabdehin adına ödənilməsində problem yaranmış, bunun üçün cavabdeh ona sənəd verməlidir və xahiş etmişdir ki, ətraflı məsləhət almaq üçün onunla birlikdə Savalan qəsəbəsində yaşayan Vəkil1 Elvin oğlu adlı hüquqşünasın yanına getsin. Cavabdeh iddiaçıya inanaraq razılaşmışdır. Onlar Vəkil1 ilə görüşmüş, onunla tanış olmuş, Vəkil1 bildirmişdir ki, cavabdehin adına ödənişləri etmək üçün akt tərtib olunmalıdır. Bakir Həsənov nə isə yazmış və cavabdeh iddiaçıya inandığı üçün həmin sənədi onun adından iddiaçı tərəfindən banka ödənişlərin edilməsi üçün akt olmasını güman edərək və həmin vaxt bir qədər içkili vəziyyətdə olduğundan həmin sənədi oxumadan imzalamışdır. Bundan sonra iddiaçı cavabdehi evə ötürərkən xahiş etmişdir ki, bu məsələlər barədə Arif Nəzərova məlumat verməsin, çünki Ariflə özü danışacaq. Cavabdeh də hansısa bir problemin mövcudluğundan şübhələnməmiş və iki qohum arasına girməmək məqsədilə iddiaçının xahişi ilə razılaşmışdır. İddiaçı xx.xx.2023 tarixdə cavabdeh ilə bir daha əlaqə saxlayaraq həmin aktın keçərli olmadığını bildirmiş və onun adına etibarnamə verməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya inandığı üçün və etibarnamədə yalnız ödənişin edilməsini nəzərdə tutulduğunu zənn edərək iddiaçının 17 saylı Notariat Ofisində yazdırdığı etibarnaməni oxumadan imzalamışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehə bir daha zəng edərək bildirmişdir ki, özü üçün telefon nömrəsi almaq istəyir, amma şəxsiyyət vəsiqəsi evdə qaldığı üçün ala bilmir və xahiş etmişdir ki, cavabdeh öz şəxsiyyət vəsiqəsi ilə onun üçün telefon nömrəsi alsın. Cavabdeh də heç nə düşünmədən razılaşmışdır. Bundan sonra cavabdeh iddiaçının hərəkətlərindən şübhələnməyə başlamış və qonşusu Arif Nəzərovla əlaqə saxlayaraq iddiaçı ilə arasında olan məsələləri Arifə danışmışdır. Söhbət zamanı Arif Nəzərov iddiaçı ilə aralarında olan ailə problemləri barədə, iddiaçının oğlu Kamranın arvadını tərk etdiyini, 2022-ci ilin dekabrında evdən birdəfəlik getdiyini demişdir. Cavabdeh bu söhbətdən sonra, yəni xx.xx.2023-cü il tarixdə notariusa yaxınlaşaraq iddiaçının adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Bu zaman cavabdehə məlum olmuşdur ki, etibarnamədə onun adından yalnız ödənişlərin edilməsi deyil, bütün hüquqların etibar edilməsi nəzərdə tutulmuşdur. Cavabdehə məlum olmuşdur ki, "xxxx" MMC-dən alınan mənzillərin ƏDV-lərinin geri qaytarılması ilə bağlı cavabdeh onu aldadıb adına etibarnamə yazdırıbmış. İddiaçı həmin ƏDV məbləğini mənimsəmək niyyəti ilə new.e-taxes.gov.az veb səhifəsi üzərindən onun adına aldadaraq əldə etdiyi telefon nömrə ilə şəxsi kabinet açmış və ƏDV-ni almaq üçün müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə etibarnamə ləğv edilsə də, iddiaçı, bundan 4 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə 3.000 manata yaxın məbləğdə ƏDV-ni almışdır. Bu hadisələrdən sonra iddiaçı dəfələrlə cavabdeh ilə əlaqə qurmağa çalışsa da, cavabdeh onunla danışıqlardan imtina etmişdir. Bundan sonra xx.xx.2023-cii il tarixində iddiaçı və iddiaçının arvadı telefonda mənzili onun adına keçirtmədiyi təqdirdə məhəllələrini və evini alt-üst edəcəyini, onların başına oyun açacağını deyərək hədə-qorxu gəlib onu və anasını hədələmişlər. İddiaçının hərəkətləri nəticəsində cavabdeh stressə düşmüş, infarkt keçirtmiş və onun ürəyindən əməliyyat olmuşdur. b) iş üzrə tərəflərin Rayon Məhkəməsinə verdikləri izahatlar barədə məlumat
5. İlk iddia üzrə iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 qarşılıqlı iddianın dəlillərinə etiraz edərək, ilk iddianı müdafiə etmiş və ilk iddianın məzmununa uyğun izahat vermişdir.
6. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 ilk iddianın dəlillərinə etiraz edərək, qarşılıqlı iddianı müdafiə etmiş və qarşılıqlı iddianın məzmununa uyğun izahat vermişdir.
7. Rayon Məhkəməsi tərəfindən işin baxılmasına mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bank "xxxx" ASC-nin nümayəndələri X5 və X3 Rayon Məhkəməsinə verdikləri izahatlarda bildirmişlər ki, ilkin ödəniş Bankın kassasına ödənilib, bununla bağlı sənəd təqdim edilib. ƏDV ilə bağlı bir məlumatları yoxdur. İstənilən adam borclunun adından ödəniş edə bilər. Bunun üçün etibarnaməyə ehtiyac yoxdur. ƏDV alınan zaman etibarnamənin yoxlanılması ilə bağlı Bankın bunu yoxlamaq üçün texniki imkanı yoxdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə (qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə xx.xx.2024-cü il tarixli qərardad nəzərə alınmaqla) ilə ilk iddianın qismən təmin edilməsini, Cavabdeh 25.723,13 manat məbləğində pulun, hüquqi xidmət üçün ödənilmiş 520 manat və 167,17 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulmasını, ilk iddianın qalan hissədə rədd edilməsini, 34,83 manat ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsini, qarşılıqlı iddianın rədd edilməsini qət etmişdir.
9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən irəli sürülən dəlillər sübuta yetirilməmiş, İddiaçı tərəfindən mübahisəli mənzilə görə (10.499,95 + 20.063) 30.562,95 manat ödəniş edildiyi iş materialları ilə öz təsdiqini tapmışdır. Bundan başqa, iddiaçı ödədiyi məbləğin 2.668 manat hissəsini ƏDV kimi geri almışdır. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30.562,95 manat məbləğdən 7 ayın ödənişi 2.171,82 manat (310,26 manat x 7 ay = 2.171,82 manat) və 2.668 manat ƏDV məbləği çıxılmalı və cavabdehdən iddiaçının xeyrinə 25.723,13 manat məbləğində pul vəsaiti tutulmalıdır. d) apellyasiya şikayəti barədə məlumat
10. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.
11. İlk iddiaya etirazın və qarşılıqlı iddianın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
12. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin, habelə qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi.
13. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və ilk iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
14. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş üçüncü şəxs Bank "xxxx" ASC apellyasiya baxışında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
15. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********68-05301-093200 olan “Çıxarışa “əsasən müəyyən edilən mənzili
18. Belə ki, işdə olan sənədlərdən, o cümlədən “kreditor-ipoteka saxlayan” Bank "xxxx" ASC, “alıcı-ipoteka qoyan” Cavabdeh və “satıcı” "xxxx" MMC arasında xx.xx.2020ci il tarixdə bağlanmış MİDA-251/20/001 saylı “Güzəştli mənzilin alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, "xxxx" MMC həmin mənzili Cavabdeh mülkiyyətinə vermiş, mənzilin qiyməti 60.063 manat müəyyən edilmiş, həmin məbləğdən 20.063 manat Cavabdeh tərəfindən, 40.000 manat isə Bank tərəfindən, Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli MİDA-251/20/001 saylı “Kredit müqaviləsinə” əsasən ödənilmişdir.
19. Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli MİDA- 251/20/001 saylı “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən, Bank cavabdehə 4% dərəcəsi ilə 210 ay müddətinə 40.000 manat məbləğində ipoteka krediti vermişdir.
20. Bundan sonra, yəni xx.xx.2020-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında 3/107/7/3 saylı “Çoxmənzilli binaların idarəedilməsi haqqında müqavilə” bağlanmışdır.
21. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2020-ci il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********68-05301-093200) “Çıxarışdan” görünür ki, həmin mənzil mülkiyyətdə olan daşınmaz əmlak kimi “Reyestrdə” Cavabdeh adına qeydiyyata alınmışdır.
22. Göstərilənlərə əsasən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, İddiaçı oğlu Kamran Balakişiyev iş üzrə tərəflərin tanışı olan Arif Nəzərovun qızı ilə evlənmiş və onlar 2022-ci ilin dekabr ayında yuxarıda qeyd edilən mənzilə köçərək, mənzildə yaşamağa başlamış, sonradan onların münasibətləri pozulmuş və Kamran Balakişiyev 2023-cü ilin iyul ayında mənzili tərk etmiş, mənzil Arif Nəzərovun qızının istifadəsində qalmış, cavabdeh ilə onların arasında hər-hansı rəsmi kirayə müqaviləsi mövcud olmamışdır. Mənzilə dair bütün kommunal xidmətləri Arif Nəzərovun arvadı Zəminə Nəzərovanın adından ödənilmiş, eyni zamanda internet də Zəminə Nəzərovanın adına açılmış, lakin işıq, qaz, su üzrə abonent kimi Cavabdeh adı göstərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya bütün səlahiyyətləri ötürməklə 15 il müddətinə ümumi etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixdə verdiyi etibarnaməyə xitam verdirmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə şəxsiyyət vəsiqəsinin əslini iddiaçıya vermişdir. İddiaçı etibarnaməyə xitam veriləndən 4 gün sonra xx.xx.2023-cü il tarixdə həmin etibarnamə əsasında 2.668 manat ƏDV məbləğini Bankdan geri almışdır.
23. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin əsillərindən və bank sənədlərindən görünür ki, mübahisəli mənzilə dair Bank "xxxx" ASC-yə (standart aylıq ödəniş, həyat sığortası ödənişi və əmlak sığortası ödənişi) 2020-ci ilin dekabr ayından başlayaraq 2023-cü ilin sentyabr ayınadək bir dəfə 261,37 manat, 33 ay üzrə hər ay 310,26 manat məbləğində ödənişlər (cəmi 261,37 + 310,26 manat x 33 ay = 10.499,95 manat) edilmişdir.
24. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 Rayon Məhkəməsi tərəfindən iş üzrə keçirilmiş hazırlıq iclaslarında həmin ödənişlərin Banka iddiaçı tərəfindən ödənilməsini inkar etməmiş, lakin həmin pulların Arif Nəzərov tərəfindən verildiyini bildirmişdir.
25. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı, onun vəkili Vəkil1 və cavabdeh arasında mübahisəli mənzilə dair xx.xx.2022-ci il tarixədək bütün ödənişlərin iddiaçı tərəfindən edildiyi, cavabdeh tərəfindən heç bir məbləğin ödənilmədiyi, bundan sonra da bütün ödənişlərin iddiaçı tərəfindən təmin ediləcəyi, mənzilə dair müqavilənin "xxxx" MMC ilə iddiaçının arasında bağlanmasına cavabdehin etiraz etmədiyi barədə xx.xx.2022-ci il tarixdə akt imzalanmışdır. Akt imzalandıqdan sonra cavabdeh aktda qeyd etmişdir və qeydi öz imzası ilə təsdiq etmişdir ki, mənzillə bağlı Banka bütün ödənişlər iddiaçı tərəfindən edilmişdir.
26. Göstərilənləri nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, cavabdeh xx.xx.2024-cü il tarixdə verdiyi etirazda müqavilə bağlanan zaman ümumiyyətlə cavabdehi tanımadığını, lakin xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında 20.063 manatı ödəmək üçün xx.xx.2020-ci il tarixdə iddiaçının onu Banka apardığını, ödəniş edilən zaman iddiaçının da onun yanında olduğunu bildirmişdir. Beləliklə, iddiaçı ilə cavabdehin müqavilə bağlanan zaman bir-birini tanıdığı müəyyən edilir.
27. Bundan başqa, 20.063 manatın da iddiaçı tərəfindən ödənildiyi yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli aktla müəyyən edilir. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, cavabdeh özü həmin aktda qeyd etmişdir ki, mənzillə bağlı Banka bütün ödənişlər iddiaçı tərəfindən edilmişdir.
28. Bundan əlavə nəzərə alınmalıdır ki, ilk ödəniş (20.063 manat) edilən zaman cavabdeh iddiaçı ilə birlikdə Banka getmişdir. Cavabdeh bunu onunla izah edir ki, iddiaçı onu banka öz maşını ilə apardığı üçün iddiaçı onun yanında olmuşdur. Lakin iddiaçı bildirir ki, o, cavabdeh ilə birlikdə Banka mənzilə görə ilkin ödənişi ödəmək üçün getmiş və ilkin ödənişi də o (iddiaçı) etmişdir.
28. Cavabdehin vəkili (nümayəndəsi) Rayon Məhkəməsi tərəfindən iş üzrə keçirilmiş hazırlıq iclaslarında həmin ödənişlərin Banka iddiaçı tərəfindən ödənilməsini inkar etməmiş, amma bildirmişdir ki, ilkin ödəniş Arif Nəzərov tərəfindən etmişdir. Məhkəmə baxış iclasında isə cavabdehin vəkili (nümayəndəsi) artıq milli mentalitetə uyğun olaraq həmin aylıq ödənişlərin kirayə pulu əvəzi kimi 2023-cü ilin sentyabr ayı da daxil olmaqla iddiaçı tərəfindən ödənildiyini bildirmişdir.
29. Rayon Məhkəməsi tərəfindən iş üzrə birinci hazırlıq iclası xx.xx.2023-cü il tarixdə keçirilmiş, cavabdeh xx.xx.2024-cü il tarixdə verdiyi etirazda bütün ödəniş qəbzlərini qeyd etmişdir. Rayon Məhkəməsi iddiaçının vəkilinin (nümayəndəsinin) izahatını inandırıcı hesab etmişdir (birinci hazırlıq iclasından sonra qəbzlərin fotoşəkillərinin çəkilməsi barədə). Belə ki, 90 ədədə yaxın qəbzlərin kserosurtələrinin cavabdeh tərəfində olmasının başqa ağlabatan izahı yoxdur. Sənədlər mübahisəli evdə olubsa, onların kserosurətlərinə zərurətin nədən ibarət olması aydın deyil və iddiaçı bütün sənədləri evdən alıbsa, kserosurətləri də almamağı məntiqi deyil.
30. Cavabdeh tərəf Rayon Məhkəməsinə bildirmişdir ki, ödənişlərin konkret kimin tərəfindən edildiyini bilməmiş, lakin iddiaçının tələbi ilə məhz ödənişlərlə əlaqədar ona 15 illik etibarnamə və şəxsiyyət vəsiqəsinin əslini vermişdir.
31. Rayon Məhkəməsi həmçinin cavabdehin iddiaçı və iddiaçının vəkili Vəkil1 ilə birlikdə tərtib etdikləri aktın tərtib olunması zamanı cavabdehin bir qədər içkili vəziyyətdə olduğu üçün aktın məzmunundan xəbərsiz olmasını, sonradan etibarnaməni də oxumadan verməsini verməsini inandırıcı hesab etməmişdir.
32. Məhkəmə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki cavabdehin qeyd edilən aktın məzmunundan xəbərsiz olması qəbul edilmiş olsa belə, onun tərəfindən həmin aktda özü tərəfindən edilmiş qeyddən görünür ki, onun göstərdiyi və hazırda müzakirə edilən dəlili əsassızdır.
33. Bundan başqa qəbul edilməlidir ki, 50 yaşlı və müəyyən həyat təcrübəsinə malik olan şəxsin oxumadan etibarnaməni imzalaması inandırıcı deyil.
34. Qeyd edilənləri nəzərə alan Məhkəmə belə nəticəyə gəlir ki, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh güzəştli şərtlərlə mənzil etmək hüququna malik olduğundan həmin mənzili özü üçün deyil, müəyyən şərtlərlə məhz iddiaçı üçün əldə etmişdir. Mənzilə görə Banka 2023-cü il tarixədək edilmiş ödənişləri təsdiq edən qəbzlər iddiaçıda olduğuna, cavabdeh onun tərəfindən ödənişin edilməməsini təsdiq etdiyinə görə müəyyən edilir ki, 2023-cü ilin sentyabr ayınadək, həmin ay da daxil olmaqla edilmiş bütün ödənişlər, o cümlədən ilkin ödəniş iddiaçı tərəfindən edilmişdir. Həmin mənzili iddiaçı oğlu üçün almaq istəmiş, lakin oğlu ilə oğlunun arvadı arasında ziddiyyətlər başlayandan sonra iş üzrə tərəflərin arasında hazırki mübahisə yaranmışdır.
35. Rayon Məhkəməsinin gəlmiş olduğu qənaətlə razılaşan Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisəli mənzilə görə Banka (10.499,95 + 20.063 =) 30.562,95 manat ödəniş edilmişdir. Belə olan halda qəbul edilməlidir ki, cavabdeh iddiaçıya münasibətdə əsassız olaraq varlanmışdır.
36. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər (maddə 1091.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.).
37. İddiaçının ödədiyi məbləğin 2.668 manat hissəsini ƏDV kimi geri aldığını və iddiaçının oğlunun 7 ay mübahisəli mənzildə yaşadığını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 30.562,95 manat məbləğdən 7 ayın ödənişi (310,26 manat x 7 ay =) 2.171,82 manat və 2.668 manat ƏDV məbləği çıxılmalı və cavabdehdən iddiaçının xeyrinə 25.723,13 manat məbləğində pul vəsaiti tutulmalıdır. g) apellyasiya baxışının nəticəsi
38. Beləliklə də, qeyd edilənlərə əsasən müəyyən edilir ki, ilk iddia qismən əsaslı, qarşılıqlı iddia isə əsassızdır. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır.
39. Buna görə də, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən apellyatorun özünə aid edilməlidir.
41. Məhkəmə həmçinin bildirir ki, iddiaçı və iş üzrə üçüncü şəxs olan Bank apellyasiya şikayəti vermədikləri üçün və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanıldığı üçün onlar hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.
42. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
43. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli qətnamə (qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə xx.xx.2024-cü il tarixli qərardad nəzərə alınmaqla) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı və iş üzrə üçüncü şəxs olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.