Məhkəmə qərarları › İş №2(103)-4170/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4170/2022

25.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4170/2022 25.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədirlik edən və məruzəçi), X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və Hüseyn X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı3 və Hüseyn X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olundan müştərək qaydada 33.428,40 manat (otuz üç min dörd yüz iyirmi səkkiz manat qırx qəpik), eləcə də məhkəməyə müraciət etməklə əlaqədar dövlət rüsumu üçün ödənilən 30 (otuz) manat pulun alınaraq, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə, İddiaçı2 “pul” tələbinə dair iddiası Cavabdeh1 münasibətdə qismən təmin edilmişdir. Həmin qətnamədən İddiaçı2 və Cavabdeh1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Mülki işin apellyasiya baxışı zamanı Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iş üzrə keçirilən məhkəmə iclas protokollarına dair qeydlər ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi ilə bağlı ərizə göndərilmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə İddiaçı2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılmalı və mülki iş məhkəmə iclas protokollarına dair qeydlərə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. 274.1-ci maddəsinə əsasən protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 365, 393 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin məhkəmə iclaslarının protokollarına verilmiş qeydlərə baxılması üçün mülki iş Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar