Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4171/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi X1rşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)-652/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi X2 (bundan sonra, cavabdeh) qarşı iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 29/12G nömrəli kredit müqaviləsinin, xx xxxxxx 2009-cu il tarixli 29/12 nömrəli girov müqaviləsinin, xx xxxxxx 2012-ci il tarixli 732 nömrəli kredit müqaviləsinin və xx xxxxx 2012-ci il tarixli 855 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi, ümumilikdə 11550 manat kredit borc öhdəçiliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildən Cavabdeh ASC-nin Cənub filialının rəhbər işçiləri qanunsuz olaraq işçilərin adından kredit götürmüşlər. O da Cavabdeh ASC-də işlədiyi üçün rəhbər şəxsləri öz işçilərinin şəxsiyyət vəsiqələrini yığaraq şəxsi razılıq və şəxsi imzaları olmadan onların adına kredit borcu götürmüşlər. Bu şəxslərin sırasında o da vardır. Belə ki, xx.xx.2009-cu il tarixli 30/1 npömrəli kredit müqaviləsi ilə 5000 manat, xx.xx.2012-ci il tarixli 855 nömrəli kredit müqaviləsi ilə 3300 manat, xx.xx.2012-ci il tarixli 855 nömrəli kredit müqaviləsi ilə 3250 manat, ümumilikdə onun adına 11000 manat məbləğində kredit götürülmüşdür. Kreditlərdən onun xəbəri olmamışdır. Bir müddət sonra Cavabdeh ASC tərəfindən ona qarşı borc tələbinə dair iddia qaldırılmışdır və bundan sonra onun həmin kreditlərdən məlumatı olmuşdur. Həmin kredit müqavilələrində imzanın ona məxsus olmaması Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə də müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)- 652/2019 saylı qətnaməsi ilə (hakim Pərviz Hüseynov) iddia ərizəsi qismən təmin olunmuş, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 29/12G nömrəli kredit müqaviləsinin, xx xxxxxx 2009-cu il tarixli 29/12 nömrəli girov müqaviləsinin, xx xxxxxx 2012-ci il tarixli 732 nömrəli kredit müqaviləsinin və xx xxxxx 2012-ci il tarixli 855 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi hüquq normalarının pozulması ilə çıxarılması, iddiaçının kredit borcunun olması kimi əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbuletməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsinivəizahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 1(101)-95/2017 saylı hökmünə əsasən, iş üzrə ekspertiza keçirilmiş və müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş İddiaçı adına olan xx xxxxx 2012-ci il tarixli 855 nömrəli kredit müqaviləsinin aşağı hissəsində «Borcalan» qrafasında «İddiaçı» qeydinin qarşısındakı, xx xxxxx 2012-ci il tarixli «kassa məxaric orderi»ndə «orderdə göstərilən məbləği aldım» qeydinin qarşısındakı, «ödəmə qrafiki»ndə «borcalan» qrafasındakı, «Kredit sifarişi»nin 3-cü vərəqinin sonunda «İddiaçı» qeydinin qarşısındakı, xx xxxxx 2012-ci il tarixli 855 nömrəli «müddətli öhdəçilik»də «Müştərinin imzası» qeydinin qarşısındakı, xx xxxxx 2012-ci il tarixli ərizədə «xx xxxxx 2012-ci il» qeydinin qarşısındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda ekspertizaya təqdim edilmiş İddiaçı adına olan xx xxxxxx 2009-cu il tarixli 29/12G nömrəli kredit müqaviləsinin 2-ci vərəqinin aşağı hissəsində «Borcalan» qrafasında «İddiaçı» qeydinin qarşısındakı, xx xxxxxx 2009-cu il tarixli 29/12 nömrəli girov müqaviləsinin 2-ci vərəqində «borcalan və girovqoyan» qrafasındakı, xx xxxxxx 2009-cu il tarixli «kreditin ödənmə cədvəli»nin aşağı hissəsində «Mushterinin imzası» qeydinin qarşısındakı, «Kredit sifarişi»nin 3-cü vərəqinin sonunda « İddiaçı» qeydinin qarşısındakı, xx xxxxxx 2009-cu il tarixli «müddətli öhdəçilik»də «Müştərinin imzası» qeydinin qarşısındakı, xx xxxxxx 2009cu il tarixli ərizədə «İddiaçı» qeydinin qarşısındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin ekspertizaya təqdim edilmiş İddiaçı adına olan xx xxxxxx 2012-ci il tarixli 732 nömrəli kredit müqaviləsinin aşağı hissəsində «Borcalan» qrafasında «İddiaçı» qeydinin qarşısındakı, xx xxxxxx 2012-ci il tarixli «kassa məxaric orderi»ndə «orderdə göstərilən məbləği aldım» qeydinin qarşısındakı, «ödəmə qrafiki»ndə «borcalan» qrafasındakı, «Kredit sifarişi»nin 3-cü vərəqinin sonunda «İddiaçı» qeydinin qarşısındakı, xx xxxxxx 2012-ci il tarixli 732 nömrəli «müddətli öhdəçilik»də «Müştərinin imzası» qeydinin qarşısındakı, xx xxxxxx 2012-ci il tarixli ərizədə «xx xxxxxx 2012-ci il» qeydinin qarşısındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, Cavabdeh ASC ilə İddiaçı adından imzalanmış xx xxxxxx 2009-cu il tarixli 29/12G nömrəli kredit müqaviləsi, xx xxxxxx 2009-cu il tarixli 29/12 nömrəli girov müqaviləsi, xx xxxxxx 2012-ci il tarixli 732 nömrəli kredit müqaviləsi və xx xxxxx 2012-ci il tarixli 855 nömrəli kredit müqaviləsindəki imzalar İddiaçı tərəfindən icra olunmamışdır, qeyd olunan müqavilələrdəki imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda həmin müqavilələrlə əlaqədar olan kassa məxaric orderlərində, ödəmə qrafiklərində, kredit sifarişlərində, müddətli öhdəçiliklərdə, ərizələrdə, kreditin ödənmə cədvəllərində İddiaçı adından olan imzalar da İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, qeyd olunan müqavilələr iddiaçı tərəfindən imzalanmamış, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdeh qarşısında hər hansı öhdəlik üzərinə götürülməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan müqavilələr etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-nin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli Qərarınında göstərilmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır. Bu səbəbdən də qanunverici əqdin imzalanması qaydalarını xüsusilə tənzimləmişdir. Belə ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İşdə olan qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən olunmuşdur ki, İddiaçı adına olan xx xxxxx 2012-ci il tarixli 855 nömrəli kredit müqaviləsinin aşağı hissəsində «Borcalan» qrafasında «İddiaçı» qeydinin qarşısındakı, xx xxxxx 2012-ci il tarixli «kassa məxaric orderi»ndə «orderdə göstərilən məbləği aldım» qeydinin qarşısındakı, «ödəmə qrafiki»ndə «borcalan» qrafasındakı, «Kredit sifarişi»nin 3-cü vərəqinin sonunda «İddiaçı» qeydinin qarşısındakı, xx xxxxx 2012-ci il tarixli 855 nömrəli «müddətli öhdəçilik»də «Müştərinin imzası» qeydinin qarşısındakı, xx xxxxx 2012-ci il tarixli ərizədə «xx xxxxx 2012-ci il» qeydinin qarşısındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda ekspertizaya təqdim edilmiş İddiaçı adına olan xx xxxxxx 2009-cu il tarixli 29/12G nömrəli kredit müqaviləsinin 2-ci vərəqinin aşağı hissəsində «Borcalan» qrafasında «İddiaçı» qeydinin qarşısındakı, xx xxxxxx 2009cu il tarixli 29/12 nömrəli girov müqaviləsinin 2-ci vərəqində «borcalan və girovqoyan» qrafasındakı, xx xxxxxx 2009-cu il tarixli «kreditin ödənmə cədvəli»nin aşağı hissəsində «Mushterinin imzası» qeydinin qarşısındakı, «Kredit sifarişi»nin 3-cü vərəqinin sonunda « İddiaçı» qeydinin qarşısındakı, xx xxxxxx 2009-cu il tarixli «müddətli öhdəçilik»də «Müştərinin imzası» qeydinin qarşısındakı, xx xxxxxx 2009-cu il tarixli ərizədə «İddiaçı» qeydinin qarşısındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin ekspertizaya təqdim edilmiş İddiaçı adına olan xx xxxxxx 2012-ci il tarixli 732 nömrəli kredit müqaviləsinin aşağı hissəsində «Borcalan» qrafasında «İddiaçı» qeydinin qarşısındakı, xx xxxxxx 2012-ci il tarixli «kassa məxaric orderi»ndə «orderdə göstərilən məbləği aldım» qeydinin qarşısındakı, «ödəmə qrafiki»ndə «borcalan» qrafasındakı, «Kredit sifarişi»nin 3-cü vərəqinin sonunda «İddiaçı» qeydinin qarşısındakı, xx xxxxxx 2012-ci il tarixli 732 nömrəli «müddətli öhdəçilik»də «Müştərinin imzası» qeydinin qarşısındakı, xx xxxxxx 2012-ci il tarixli ərizədə «xx xxxxxx 2012-ci il» qeydinin qarşısındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. MM-in 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər olabilər. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Beləliklə, məhkəmə kollegiyası işin hallarını və qanuni qüvvədə olan məhkəmə hökmü ilə müəyyən olunmuş halları nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisələndirilən əqdləri bağlamaq üçün iradə ifadə olmamış, müqavilələri və digər əlaqəli sənədləri imzalamamış, imzası saxtalaşdırılmışdır. Belə olan halda isə, əqdlər iddiaçıya münasibətdə etibarlı sayıla bilməz. İddiaçının həmn əqdlərin etibarsızlığının tanınmasında subyektiv hüquqları mövcuddur. Cavabdeh isə apellyasiya şikayətində qeyd edilən məsələlərə (əqdlərdə imzaların iddiaçıya məxsus olmaması, hökmün mövcudluğu və s.) ümumiyyətlə münasibət bildirməmiş, sadəcə iddiaçının əqdlər üzrə borcunun olmasını qeyd etməklə kifayətlənmişdir. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin qeyd edilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olabilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi X1rşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)-652/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)-652/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4171/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4171/2020
09.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver