Məhkəmə qərarları › İş №2(103)-4182/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4182/2022

07.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4182/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 839/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmlaka vurulmuş ziyana görə, 3045 manat, 3 ay ərzində hər gün üçün 150 manat qazancının itirilməsinə görə 4500 manat, cəmi 7545 manatın cvaabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 öz mülkiyyətində olan “X5” markalı, **-SP-*** dövlət nömrə nişanlı 20 nəfər tutumu olan mikroavtobusunu 23 may 2017-ci il tarixli etibarnamə ilə xx.xx.2023-cü ilədək nəqliyyat vasitəsini idarə etmək üçün ona vermişdir. İddiaçı öz növbəsində həmin nəqliyyat vasitəsilə Bakı-Tovuz marşrutunda sərnişin daşıma xidməti ilə məşğul olurdu. Bunun üçün Bakı Beynəlxalq Avtovağzalı ilə xx.xx.2020-ci il tarixli AS“Q-0017” saylı müqavilədə bağlamışdır. 2020-ci ilin fevral ayının 12-də saat təxminən 17.00 radələrində Bakı Beynəlxalq Avtovağzalına giriş edərkən iddiaçıdan sağ tərəfdə hərəkətdə olan “VAZ-21043” markalı **-VE-*** dövlət nömrə nişanlı taksi fəaliyyəti ilə məşğul olan avtomaşınla cavabdehin avtomaşınına sürtüldü. O, maşını sürüb orada olan yanacaqdoldurma məntəqəsinə getmişdir. Cavabdeh də onun dayandığı yerə gələrək, avtobusun arxa hissəsində saxlamışdır. İddiaçı və orada olan texniki nəzarət işçiləri də cavabdehə irad tutmuşlar ki, avtomobili arxada deyil, qabaq tərəfdə saxlasın, o da sürüb qabaqda saxlamış, sonra isə bu hadisədə kimin günahkar olmasını müzakirə etmişlər. Cavabdeh onun fikirləri ilə razılaşmamış və onun günahkar olduğunu demişdir. Bunu deyib, maşınına oturaraq iddiaçıya hədə-qorxu gəldikdən sonra və qəsdən bilə-bilə iddiaçının maşınının sağ tərəfindən bir dəfə zərbə ilə vuraraq tez sürərək qaçıb getmişdir. İddiaçı həmin vaxt 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bir gündən sonra iddiaçını Binəqədi rayon DYP şöbəsinə dəvət etmişlər. Şöbədə onlardan yazılı izahat almışlar və xx.xx.2020-ci il tarixli AP№0147970 saylı inzibati xəta haqqında protokol tərtib etmişlər. Tərtib edilmiş protokola əsasən cavabdeh hadisə yerindən yayındığına görə və ona maddi ziyan vurduğu üçün AR İXM-nin 327.1 və 327.6cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə günahkar hesab edilmişdir. Qeyd edir ki, avtovağzala fərqlənmə əmsalına görə 72 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən 3045 manat nəqliyyat vasitəsinə maddi ziyan vurulmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 839/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, əldən çıxmış fayda kimi 4165 (dörd min yüz altmış beş) manat məbləğində pul vəsaiti və 500 (beş) manat hüquqi xidmətin əvəzi tutularaq Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin e-2(008)-839/2021 nömrəli, 27oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə iki iddiaçı vardır. İddia tələbi avtomobilə vurulmuş zərərə görə ziyanın ödənilməsi və sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldən çıxmış fayda qismində zərərə görə ziyanın ödənilməsi ilə bağlıdır. Birinci İddiaçı1 fərdi sahibkardır, ********** saylı VÖEN ilə fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmışdır. Onun iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, yəni yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin daşınması ilə əlaqədar fəaliyyət göstərə bilməməsi nəticəsində əldən çıxmış fayda ilə bağlıdır. İkinci İddiaçı2dur. Mübahisə predmeti olan “X6 Mikroavtobus” markalı, 90SP512 dövlət qeydiyyat nişanlı avtomobilin sahibidir. Göründüyü kimi, bu mübahisə həm subyekt tərkibinə, həm predmetinə, həm də hüquq münasibətinin xarakterinə görə kommersiya mübahisəsidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydalarını pozaraq qətnamə çıxarmışdır. Məhkəmədə iştirakı təmin edilməmiş, məhkəmə iclasları barədə ona məlumat verilməmişdir. Bildirir ki, birinci instansiya məhkəməsi AR DİN Binəqədi RPİ DYPŞ tərəfindən barəsində xx.xx.2020-ci il tarixli, AP№0147970 saylı inzibati xəta haqqında protokola istinad etməklə onun sözügedən hadisədə təqsirli olması qənaətinə gəlmişdir. Halbuki, bu protokol inzibati tənbeh tətbiq etmə barədə qərar deyildir. Barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar olmadığı, yəni inzibati xəta törətməyi qərarla təsdiq edilmədiyi halda onun iddiaçılara zərər vurmağı da təsdiq edilə bilməz. Ona məxsus “VAZ 21043” markalı, 10VE651 dövlət qeydiyyat nişanlı avtomobil hadisə anında "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalı olmuşdur. İş materiallarından göründüyü kimi İddiaçı2 dəymiş zərərin məbləği sığorta şirkəti tərəfindən 230 manat məbləğində qiymətləndirilmiş, sonuncu həmin zərər məbləği ilə razılaşdığı üçün həmin məbləğdə sığorta ödənişi ona ödənilmişdir. Yəni İddiaçı2 ona qarşı maddi zərərlə əlaqədar tələb irəli sürə bilməz. Həmçinin İddiaçı2 əldən çıxmış fayda ilə əlaqədar da ona qarşı iddia qaldıra bilməz və bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə onun mülki məsuliyyətinin sığorta şirkətində sığortalandığını, maddi zərərə görə sığorta ödənişinin ödənildiyini, əldən çıxmış fayda ilə bağlı tələbi təmin edərkən sözügedən hadisəyə görə İddiaçı1 idarə etdiyi “X6 Mikroavtobus” markalı, 90SP512 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcminin vaxtında müəyyən edilməsi və sığorta ödənişinin ödənilməsinə cavabdehin onun deyil, "xxxx" ASC olmasını düzgün qiymətləndirməmiş, zərər dəymiş avtomobilə hansı səbəbdən sığorta ödənişinin gec ödənildiyini yoxlamamış, zərurət yarandığı halda sığorta şirkətini 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb etməmişdir. Birinci instansiya məhkəməsi avtomobilin İddiaçı2 mülkiyyətində olmasına və avtomobilin etibarnamə əsasında sürülməsi məqsədilə İddiaçı1 verilməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən avtomobilin hansı səbəbdən və hansı əsasla sərnişin daşınması üçün reysə buraxılmadığını, avtomobilin həmin şirkətə aidiyyətinin olub-olmamasını, İddiaçı1 avtomobillə bağlı həmin şirkətlə müqavilə bağlamaq səlahiyyətinin olub-olmamasını, avtomobilin zədəsinin onun istifadə olunmasına maneə törədib-törətməməsini, ümumiyyətlə həmin şirkətin avtomobilin üzərində istismar edilməsi ilə əlaqədar sərəncam vermək səlahiyyətinin olub-olmamasını yoxlamamışdır. Bununla da təsdiq olunur ki, 3-cü şəxsin qanuni əsas olmadan törətdiyi əməli nəticəsində iddiaçı avtomobilindən istifadə edə bilməmiş, məhkəmə isə dəymiş ziyanın mülki məsliyyətini sığortalamış sığorta şirkəti tərəfindən ödənilməsinə baxmayaraq heç bir araşdırma aparmadan və sübutlara əsaslanmadan iddianı ona qarşı təmin etmişdir. İddiaçı ən azı bir il ərzində ardıcıl aylıq gəlirlərinin həcmini təsdiq edən bank hesabından çıxarışı, ödəniş qəbzlərini, iddia etdiyi kimi 3 ay ərzində hər gün üçün 150 manat gəlir əldə edəcəyini, həmin məbləğin heç bir hissəsinin avtomobilin zəruri xərclərinə sərf olunmayacağını və əldə olunacaq məbləğin tam olaraq onun gəliri olacağını, ay ərzində neçə reysə çıxdığını və gələcəkdə neçə reysə çıxacağını, avtomobilin reysə buraxılmamasına qərar qəbul edən şəxsin buna səlahiyyətinin olub-olmamasını, avtomobilə sığorta ödənişinin hansı səbəbdən gec ödənilməsini və zədənin avtomobilin istismar edilməsinə manəe törətməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, əldən çıxmış fayda kimi 835.38 manat məbləğində pul vəsaiti və 60 manat hüquqi xidmətin əvəzi tutularaq Cavabdeh tutularaq İddiaçı1 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya nəzərə alır ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyi və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçılar qətnaməni mübahisələndirməmiş, cavabdeh isə iddianın təmin olunan hissəsindən apellyasiya şikayəti vermişdir. İş materiallarında olan nəqliyyat vasitələrinin zədələnməsi barədə 025165 saylı arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarirxdə İddiaçı1 məxsus **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə cavabdehə məxsus VAZ 21043 markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. -Avtovağzal və daşıyıcı arasında qarşılıqlı münasibətlərin qurulmasına dair AS”Q0017” saylı müqavilədən görünür ki, “Mercedes Benz” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Tovuz marşurutu üzrə sərnşin daşınması ilə bağlı fəaliyyət göstərir. -Paşabank ASC-nin xx.xx.2020-ci il tarixli qəbzindən görünür ki, 230 manat məbləğində sığorta ödənişi İddiaçı2 ödənilmişdir. -AzİnterTrans” MMC-nin arayışından görünür ki, İddiaçı1 “Mercedes Sprinter” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı-Tovuz istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. xx.xx.2020-ci il tarixdən mikroavtobus qəzalı olduğu üçün rəysə buraxılmamışdır. -AzİnterTrans” MMC-nin arayışından görünür ki, İddiaçı1 məlum hadisə ilə əlaqədar xx.xx.2020-ci il tarixdən fəaliyyətini davam etdirmişdir. -İnzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, AP ******* saylı protokoldan görünür ki, X1 Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. -********** saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2015-ci il tarixdən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. -Avtobusa satılmış sərnişin biletlərinin uçotu cədvəlindən görünür ki, Bakı-Tovuz marşurutu üzrə fəaliyyət göstərən “Mercedes Benz” markalı mikroavtobus üzrə 1 nəfər üçün sərnişin biletinin qiyməti 10,20 manat təşkil edir və xx.xx.2020-ci il tarixə 79,56 manat borc mövcuddur. -Avtobusa satılmış sərnişin biletlərinin uçotu cədvəlindən görünür ki, Bakı-Tovuz marşurutu üzrə fəaliyyət göstərən Mercedes Benz markalı mikroavtobus üzrə xx.xx.2020ci il tarixə 119,34 manat borc mövcuddur. -Avtobusa satılmış sərnişin biletlərinin uçotu cədvəlindən görünür ki, Bakı-Tovuz marşurutu üzrə fəaliyyət göstərən “Mercedes Benz” markalı mikroavtobus üzrə xx.xx.2019- cu il tarixə 143,21 manat borc mövcuddur. -xx.xx.2021-ci il tarixli, 68 saylı arayışdan görünür ki, İddiaçı1 hüquqi xidmətin göstərilməsi üçün 500 manat məbləğində ödəniş etmişdir. -Avtobusa satılmış sərnişin biletləri uçotu cədvəlindən görünür ki, **-SP-*** dövlət qeydiyyat nişanlı Bakı-Tovuz istiqamətli avtobusun sərnişin sayı 15 nəfər olan satılmış biletlərinin məbləği 119.34 manat təşkil edir. -Avtobusa satılmış sərnişin biletləri uçotu cədvəlindən görünür ki, **-SP-*** dövlət qeydiyyat nişanlı Bakı-Tovuz istiqamətli avtobusun sərnişin sayı 18 nəfər olan satılmış biletlərinin məbləği 143.21 manat təşkil edir. -Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-SP-*** dövlət qeydiyyat nişanlı, “X6” Mikroavtobus markalı avtomobilin sahibi İddiaçı2dur. -xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı2 “X6” Mikroavtobus markalı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini İddiaçı1 vermişdir. -xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikasının Hüquq Müdafiəçisi” hüquq məsləhətxanası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 həqiqətən həmin məsləhətxanaya müraciət edərək hüquqi yardıma görə 500 manat ödəmişdir. Ödənişi təsdiq edən qəbz həmin arayışa əlavə edilmişdir. İş materiallarının araşdırılması ilə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 cavabdehin təqsiri üzündən işləyə bilmədiyi 35 iş günü ərzində hər günü 119,34 manatdan hesablanmaqla işləmiş olsaydı, 4165 manat gəlir əldə edə bilərdi. Ona görə də həmin məbləğ əldən çıxmış fayda olaraq cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı avtomobilə dəyən ziyanın məbləği ilə bağlı sübutlar təqdim edə bilmədiyindən iddia həmin hissədə əsassızdır. Bundan başqa, məhkəmə hüquqi xidmətə görə ödənilmiş 500 manat pulun əvəzinin də cavabdehdən iddiaçıların xeyrinə tutulmalı olması qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsaslı hesab edir. Belə ki, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı1 ziyan dəyməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, bu ziyanın məbləğini, habelə ziyanın cavabdehlərdən hansına ödənilməsini düzgün müəyyən etməmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iş materiallarında olan inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, AP ******* saylı protokoldan görünür ki, Əsgərov X3 Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş yol nəqliyyat hadisəsi törətmişdir. Həmin inzibati xəta hadisəsinə görə inzibati qərar iş materiallarında aşkar olunmasa da, apellyasiya baxışı zamanı cavabdeh verdiyi izahatında həmin protokol üzrə cərimə olunduğunu və cəriməni ödədiyini bildirmişdir. MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bununla da, baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçılara məxsus “Mercedes Benz” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinin cavabdehin təqsirli hərəkəti nəticəsində baş verməsi təsdiq olunur. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçılara məxsus mikroavtobus xx.xx.2020-ci il tarixdə baş vermiş YNH nəticəsində zədələndikdən sonra, cavabdehə məxsus avtomobil Standard İnsurance Sığorta Şirkətində icbari sığorta növü üzrə sığortalı olduğuna görə, hadisədən təqribən 2 ay sonra - xx.xx.2020-ci il tarixdə İddiaçı2 230 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda iddiaçılar “Mercedes Benz” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin hadisə zamanı zədələnməsinə və qəzalı vəziyyətdə düşməsinə görə sığorta ödənişinin onlara gec ödənildiyini, nəticədə 35 gün işləyə bilmədiklərini, bu səbəbdən də ziyan çəkdiklərini bildirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin sığorta ilə bağlı müddəalarını özündə əks etdirən normalarına əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (926.1). Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir (926.2). Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir (926.3). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Qanunun mənasından da göründüyü kimi müvafiq sənədlər sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməlidir. Baxılan iş üzrə isə sığorta hadisəsi xx.xx.2020-ci il tarixdə baş vermiş, hadisədən təqribən 2 ay sonra - xx.xx.2020-ci il tarixdə 230 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Beləliklə, sığorta ödənişinin gecikdirilməsi və vaxtında verilməməsinə görə məsuliyyət bu ödənişin qanunla nəzərdə tutulmuş 7 iş günü müddətindən artıq müddətə görə cavabdehin deyil, sığortaçının üzərinə düşmüşdür. Bu mənada kollegiya hesab edir ki, iddiaçının məhz cavabdehin təqsiri üzündən 35 iş günü ərzində işə çıxmamasını iddia etməsi əsassız olmuşdur və iddiaçı bu halı sübuta yetirə bilməmişdir. Ona görə də, əldən çıxmış fayda şəklində iddiaçıya dəymiş ziyan yalnız 7 gün üçün hesablanmaqla müəyyən edilməlidir. İşdə olan avtobusa satılmış sərnişin biletləri uçotu cədvəlindən görünür ki, **-SP-*** dövlət qeydiyyat nişanlı Bakı-Tovuz istiqamətli avtobusun sərnişin sayı 15 nəfər olan satılmış biletlərinin məbləği 119.34 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, 119.34 manat orta qiymət götürülməklə əldə çıxmış faydanın 1 gün üçün bu həcmdə müəyyən edilməsi işin hallarına uyğun olmuşdur. Belə olduğu təqdirdə, dəymiş ziyanın məbləği 7 iş günü üçün (119,34x7=835,38) 835,38 manat müəyyən edilməlidir. Диэяр тяряфдян коллеэийа гейд едир ки, иддиачы Xamoyev Шaiq Ziyadxan oьlu “Mercedes Benz” markalы **-SP-*** dюvlяt qeydiyyat niшanlы avtomobilин мцлкиййятчиси олса да, автомобили юзц истифадя етмямиш вя газанъ ялдя етмямиш, етибарнамя ясасында явязсиз олараг диэяр иддиачы İddiaçı1 Vilayяt oьluнун истифадясиня вермишдир. Елман Аббасов ися фярди сащибкар олараг щямин автомобилля сярнишин дашымасы иля мяшьул олараг газанъ ялдя етмишдир. Щадисядян сонра Шаиг Хамойевя автомобиля дяймиш зяряр щяъминдя сыьорта юдяниши едилмишдир. Беля олдуьу тягдирдя, коллеэийа щесаб едир ки, иддиачы Шаиг Хамойевин ъавабдещдян она автомобилин зядялянмясиня эюря мадди зийан, щабеля ялдян чыхмыш файда олараг пул тяляб етмясинин щцгуги ясасы олмамышдыр. Диэяр иддиачы İddiaçı1 Vilayяt oьlu ися щямин автмобилля фярди сащибкар кими сярнишин дашымасы иля мяшьул олараг газанъ ялдя етмиш вя баш вермиш йол няглиййат щадисясиндян сонра бир мцддят фяалиййятини дайандырмаг мяъбуриййятиндя галмыш, нятиъядя она щямин мцддятдя ялдя етмяли олдуьу газанъ щяъминдя мадди зийан (ялдян чыхмыш файда) дяймишдир. Демяли, иддиа яризясиндя тяляб едилян ялдян чыхмыш файда иддиачы Елман Аббасова аид олмушдур. Она эюря дя, ъавабдещдян ялдян чыхмыш файданын тяляб едилмяси щиссясиндя иддиа тяляби йаныз иддиачы Аббасов Елман Вилайят оьлуна мцнасибятдя гисмян ясаслы олмушдур. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hüquqi xidmət haqqının tutulması ilə bağlı tələbə münasibətdə Kollegiya qeyd edir ki, xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikasının Hüquq Müdafiəçisi” hüquq məsləhətxanası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 həqiqətən həmin məsləhətxanaya müraciət edərək hüquqi yardıma görə 500 manat ödəmişdir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Prosessual qanunvericiliyin məhkəmə xərclərini tənzimləyən yuxarıda istinad olunan normalarına əsasən nümayəndələrə və vəkillərə ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Həmin məsrəflər də digər məhkəmə xərcləri kimi ödənilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilir. Qanun eyni zamanda məhkəmənin üzərinə nümayəndəyə və ya vəkilə ödənilmiş xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə tutulması vəzifəsi qoyur. Bu baxımdan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquqi xidmət haqqına görə 500 manat vəsaitin tutulması ağlabatan olmamışdır. Kollegiya tələbin təmin olunan hissəsinə müvafiq olaraq 60 manat xərcin cavabdehdən tutulmasını daha ağlabatan hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 839/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən əldən çıxmış fayda kimi 835,38 (səkkiz yüz otuz beş manat, otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti və göstərilmiş hüquqi xidmətin əvəzi olaraq 60 (altmış) manat Cavabdeh tutularaq İddiaçı1 ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.3-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 839/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Əsgərov X2 835,38 (səkkiz yüz otuz beş manat, otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti və göstərilmiş hüquqi xidmətə görə 60 (altmış) manat pul İddiaçı1 xeyrinə tutulsun. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar