Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4185/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3178/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 02.06.2020-ci il tarixdə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 16.06.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 30.09.2019-cu il tarixdə şifahi borc müqaviləsinə əsasən aldığı 300 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 30.09.2019-cu il tarixdə şifahi borc müqaviləsinə əsasən tanışı Cavabdeh 10 gün müddətinə qaytarmaq şərtilə 300 manat borc pul vermişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Bu müddət ərzində dəfələrlə əlaqə saxlayıb maraqlandıqda işlərinin pis getdiyini, bundan başqa da borclarının olmasını bildirmişdir. Bununla bağlı cavabdehlə olan “whatsapp” yazışmalarını məhkəməyə təqdim edir. Qeyd edilən məsələ ilə bağlı Yasamal RPİ 29-cu PB-nə müraciət etmiş, lakin polis bölməsi tərəfindən qeyd edilən xüsusatların mülki xarakterli olması səbəbindən aiddiyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3178/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə heç bir sübut olmadığı halda sadəcə iddiaçının təqdim etdiyi “Whatsapp” yazışmalarına əsaslanmaqla əsassız qərar çıxarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya cavabdehin səhhətində problem olması ilə bağlı məhkəməyə sübut təqdim etmədiyini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinin mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ididiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı 30.09.2019-cu il tarixdə şifahi borc müqaviləsinə əsasən Cavabdeh 300 manat borc pul vermişdir. Cavabdeh tərəfindən alınan borcu 10 gün müddətinə qaytarılması bildirilsə də, borcu geri qaytarmamışdır. İş materiallarında olan “whatsapp” vasitəsilə aparılan danışıqlardan görünür ki, borc verən tərəfindən dəfələrlə borcun ödənilməsi tələb edilmiş, lakin qarşı tərəf müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, “borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Göründüyü kimi, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı 300 manat borcu iddiaçıya qaytarmamışdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “whatsapp”da aparılan yazışmalar cavabdehə məxsus +**********09 nömrəsi ilə aparılmış və həmin yazışmalarada cavabdeh borcu qaytaracağını bildirmiş və bunun üçün iddiaçıdan vaxt istəmişdir. Kollegiya cavabdehin hər iki instansiya məhkəməsinə ünvanladığı ərizələrdə və teleqramlarda əlaqə nömrəsi kimi yuxarıda göstərilən +**********09 nömrəsini qeyd etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının sübut kimi təqdim etdiyi yazışmaların məhz cavabdehlə aparıldığı və cavabdehin iddiaçıya borcunun olduğunu etiraf etdiyini ehtiva edir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3178/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4185/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4185/2021
05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver