Məhkəmə qərarları › İş №2(103)-4187/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4187/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4187/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2 (103)-4187/2020 18 iyun 2020-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, x16 və x4 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçının nümayəndəsi x7 iştirakı ilə, İddiaçı “İddiaçı Sığorta” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-nə qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 30.01.2020-ci il tarixli qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-432/20 saylı 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh1 1840 (bir min səkkiz yüz qırx manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumun, cəmi 1870.30 (bir min səkkiz yüz yetmiş manat 40 qəpik) manat məbləğində pul vəsaitinin alınaraq “İddiaçı Sığorta” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, “İddiaçı Sığorta” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-ə qarşı “subroqasiya qaydasında pul” tələbi barədə iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, “BMW” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1840 (bir min səkkiz yüz qırx manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, cəmi 1870.30 (bir min səkkiz yüz yetmiş manat 40 qəpik) manat Cavabdeh1 və Cavabdeh2ndən tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 25.04.2018-ci il tarixdə idarə etdiyi “İSUZU SAZ NP 37” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobillə Tiblisi prospektində hərəkət olarkən “BMW” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərək hadisə yerini tərk etmişdir. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən, Cavabdeh1 hadisə yerindən yayındığı və həmin qanunun 25-ci maddəsinə əsasən, avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi üçün üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin TP 771414 saylı inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. x5 təqdim etdiyi Qüsur Aktına (VÖEN: **********) uyğun olaraq, “BMW” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə 1840 (bir min səkkiz yüz qırx manat 0 qəpik) manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 052999 saylı sığorta aktına əsasən, 'İddiaçı” Sığorta Şirkəti dəymiş zərərə uyğun olaraq 1840 (bir min səkkiz yüz qırx manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 1840 (bir min səkkiz yüz qırx manat 0 qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qsmən təmin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-432/20 saylı 30 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdeh x17 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə əlavə olunmuş AB N seriyalı 796640 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, Cavabdeh2 MMC “İSUZU SAZ NP 37” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibidir. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron çıxarışdan müəyyən olunur ki, Cavabdeh3 “xxxxxxxxxx” Müəssisəsinin qanuni təmsilçisidir. İş materiallarında olan 15.04.2015-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, bir tərəfdən icarəyə götürən "xxxxxxxxxx" müəssisəsinin direktoru Cavabdeh3 və digər tərəfdən icarəyə verən Cavabdeh2 MMC-nin direktoru x23 razılığa gələrək icarəyə verən ona məxsus olan 7 ədəd İSUZU SAZ NP-37 markalı avtobusu 5 il müddətinə icarəyə vermişdir: **- TG-***; 10- TG- 912; **-TG-***; **-TG-***; **-TG-***; **-TG-***; **-TG-***. İş materiallarında olan «İcarəçi» adlandırılan “Fiziki şəxs” x9 şəxsində 106 saylı marşrut xətti və «İcarəyə verən» adlandırılan xxxxxxxxxx müəssisənin direktoru Cavabdeh3 arasında bağlanmış 18.08.2017-ci il tarixli İcarə müqaviləsindən görünür ki, icarəyəverən, qanuni əsaslarla ona məxsus olan “İzuzu Saz NP 37” markalı avtobus nəqliyyat vasitəsinin icarəyə verir, icarəçi isə həmin Nəqliyyat vasitəsi xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Müqavilə 18.08.2018-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan müqavilənin surətindən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan x10 **-TG-*** dövlət nömrə nişanlı avtomobili 01.04.2018-ci il tarixdən 01.05.2018-ci il tarixədək idarə etmək üçün Cavabdeh1 yol vərəqəsi vermişdir. İş materiallarında olan 25.04.2018-ci il tarixli TP seriyalı 771414 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh1 24.04.2018-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddəsinin tələbini pozduğuna görə 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 18.07.2018-ci il tarixli Sığorta aktından görünür ki, 28.11.2017-ci il tarixli icbari sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsi nəticəsində “BMW” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə 1840 manat məbləğində dəymiş zərərin x5 hesabına köçürülmüşdür. İş materiallarında olan 06.11.2018-ci il tarixli Qüsur Aktına (VÖEN: **********)uyğun olaraq, “BMW” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə 1840 (bir min səkkiz yüz qırx manat 0 qəpik) manat ziyan dəymişdir. İş materiallarında olan 27.07.2018-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, x5 hesabına 1840 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki,cavabdehlər öhdəliklərinin icrası barədə xəbərdar olunmuşdur. İş materiallarında olan AD N seriyalı 164420 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, x18 “BMW 750 minik” markalı nəqliyyat vasitəsinin sahibidir. İş materiallarında olan ƏN-İV seriyalı 434783 saylı etibarnamənin surətindən müəyyən olunur ki, mülkiyyətçi x18 “BMW 750 minik” markalı markalı nəqliyyat vasitəsinin idarə edilməsinə dair x1 vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraqhesab edir ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri müəyyən olunduğundan, onun vurulmuş zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar ücün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərcəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya diqər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Kollegiya hesab edir ki, hazırkı iş üzrə digər cavabdehlər olan Cavabdeh3 və Cavabdeh2 MMC Cavabdeh1 vurduğu zərərə görə maddi məsuliyyət daşımırlar. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh2 MMC sözügedən avtobusu 15.04.2015-ci il tarixli İcarə müqaviləsinə əsasən Cavabdeh3 5 il müddətinə icarəyə vermiş, daha sonra, Cavabdeh3 bu müqavilənin 8-ci bəndinə uyğun olaraq, öz növbəsində 18.08.2017-ci il tarixli İcarə müqaviləsinə əsasən hadisə törətmiş avtobusu 18.08.2018-ci il tarixədək x2 vermişdir. 18.08.2017-ci il tarixli müqavilənin qüvvədə olduğu müddət ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan x9 01.04.2018-ci il tarixdən 01.05.2018-ci il tarixədək qüvvədə olan yol vərəqəsinə əsasən idarə etmək üçün avtobusu hazırki iş üzrə digər Cavabdeh1 vermiş, sonuncu da müqavilənin və yol vərəqəsinin qüvvədə olduğu müddət ərzində, 24.04.2018- ci il tarixdə qeyd olunan yol-nəqliyyat hadisəsini törətmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, borc verən x15 borcalan x11 110.000 (bir yüz on min) ABŞ dolları məbləğində borc pul vermiş, borcalan x17 borc verən x13 110.000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmiş, borc alan isə həmin pul məbləğini 30 aprel 2017-cı il tarixədək tam qaytarmağı öhdəsinə götürmüşdür. Aralarında bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilə Bakı şəhəri 3 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən 3M-104 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. Lakin cavabdeh öhdəliyi pozmuş, borcunu qaytarmamışdır. Ggstəriləndlərə əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC Cavabdeh1 vurduğu zərərə görə maddi məsuliyyət daşıya bilməzlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Həmin Qanunun 25.1.2-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunamn, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Zərərçəkənin ona vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ, zərərvuranların isə başqasının əmlakına vurulmuş zərərin əvəzini tam ödəmək öhdəliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə müəyyən olunmuşdur. Bu normaların mənasına görə hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə 30 yanvar 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar