Məhkəmə qərarları › İş №2(103)-419/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-419/2024

06.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-419/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və sair”, birləşdirilmiş işlə bağlı iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair mülki işlər üzrə QƏTNAMƏ (Açar sözlər: “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və sair, müqavilənin etibarsızlığı”) Hakimlər Şirinov İkram Sabir oğlu (sədrlik edən və məruzəçi), Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh MMC-nin direktoru X5, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 Hüseyn qızı, Üçüncü şəxs E.Talıbovun nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs "xxxx" MMMC-nin direktoru X4 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs E.Talıbov tərəfindən verilmiş apellyasiya şikayətləri və Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Birinci iş üzrə:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrin ibarət hərəkətlərinə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma” barədə tələblə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneələrə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı qeyri-yaşayış sahəsini cavabdehə təhvil verir, 2.3-cü bəndinə əsasən, iddiaçı ümumi məbləğin 708.000 manatını cavabdehə əvvəlcədən ödəyir. Müqavilə üzrə verilmiş 21 yanvar 2009-cu il tarixli kassa mədaxil orderinin qəbzindən göründüyü kimi, pay ödənişi olaraq 708.000 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə tam ödənilmişdir. Bina tikildikdən sonra iddiaçı tərəfindən müvafiq sənədlər Dövlət orqanın təqdim olunmuş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarış əsasında 167.8 kv.m olan Qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə dövlət reyestrinin 143 nömrəli reyestr kitabının 13435 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınmışdır. Qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən tam şəkildə təmir olunaraq müvafiq mebel avadanlıqları ilə təmin olunmuşdur. İddiaçı 2014-cü ildən ölkə xaricində yaşadığından əmlakı üzərində nəzarət etməmiş və bundan istifadə edən cavabdeh Qeyri-yaşayış sahəsinə sahiblənmişdir. 2019- 2020-ci illər ərzində mülkiyyətçinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi dəfələrlə qeyri-yaşayış sahəsinə daxil olmaq istəsə də, MTK-nın əməkdaşları (mühafizəçi, komendant, qanuni təmsilçinin nümayəndəsi və s) tərəfindən buna imkan verilməmiş, hətta polis orqanlarına edilən müraciətlər nəticəsiz qalmışdır.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Pərviz Zamanlı) ilə iddia təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulması, İddiaçı ünvan 2 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m-dən ibarət (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri yaşayış sahəsinə buraxılması qərara alınmışdır.

4. Həmin qətnamədən cavabdeh və üçüncü şəxs E.Talıbov apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri.

5. Cavabdeh “MMC” apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi kimi, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156-cı məhəllədə Cavabdeh MMC-nin inşa etdiyi çoxmənzilli 4 saylı yaşayış binasında ümumi sahəsi 177 kv.m ibarət qeyri-yaşayış sahəsinin alqısatqısı ilə bağlı İddiaçı və Cavabdeh MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə Cavabdeh MMC-nin iradə ifadəsi olmamışdır. Bildiriririk ki, Bakı şəhəri, Xəta rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi təxminən 780 kv.m. təşkil edir (binanın bütöv altı). Həmin qeyri-yaşayış sahəsi 5 ayrı-ayrı sahələrə bölünərək, ayrı-ayrı şəxslərə satılmışdır. Həmin şəxslərin arasında isə hazırki iş üzrə İddiaçı yoxdur. İddiaçının iddia etdiyi nə 177 kv.m (müqavilə üzrə), nə də ki, 167 kv.m (çıxarış üzrə) sahə də həmin qeyri-yaşayış sahəsində yoxdur. Belə ki, 4 №-li yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi təxminən 780 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC X14 ilə (87 k v.m) xx.xx.2013-cü il tarixdə, X9 ilə (174,0 kv.m) xx.xx.2008-ci il tarixdə, X8 ilə (80 kv.m), X11 ilə (131 kv.m) 2008-ci il tarixdə (sonradan "xxxx" MMC-yəsatılmışdır) ilə və “Azərbaycan Karlar Cəmiyyəti” İçtimai Birlik ilə ((305,0 kv.m) xx.xx.2020-ci il tarixdə müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında plansxemlər tərtib edilmiş, əmlaklar müqavilə bağlanmış şəxslərə təhvil verilmişdir (müqavilələr, çıxarış, plan sxemlər apellyasiya şikayətinə əlavə edilir. Göründüyü kimi, Bakı şəhəri, Xəta rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində iddiaçının iddia etdiyi 177 kv.m (müqavilə üzrə) və ya 167 kv.m (çıxarış üzrə) sahə mövcud deyildir. Bütün bunlar barədə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi birinci instansiyası məhkəməsinə məlumat vermişdir. Bir daha bildirilir ki, Bakı şəhəri, Xəta rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən ayrı-ayrı hissələrə bölünərək özgəninkiləşdirilmişdir. Həmin mərtəbədə artıq Cavabdeh MMC-yə məxsus əmlak yoxdur. Belə olan halda, Cavabdeh MMC-nin İddiaçı guya “ona məxsus sahəyə” buraxmaması barədə bildirdikləri həqiqətə uyğun deyil. Çünki, İddiaçı adına çıxarış olsa da, çıxarışda qeyd olunan sahə ünvan 3 ünvanda inşa edilmiş 4 №-li çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yoxdur. Həmçinin "xxxx" MMC-yə həmin yerdə əmlak məxsus deyil. Belə olan vəziyyətdə Cavabdeh MMC hazırkı iş üzrə iddia tələbinə cavabdeh verən şəxs deyil. Əslində İddiaçı, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin tərkibi hissəsi olan Elsevər Talıbova məxsus, sahəsi 174 kv.m. olan əmlaka iddia edir. Bununla bağlı bildirilir ki, Cavabdeh MMC və Elsevər Talıbov arasında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə əsasında Elsevər Talıbov Bakı şəhəri, Xəta rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsini əldə etmişdir. E.Talıbov qeyd edilən əmlakın tam dəyərini Cavabdeh MMC-yə ödəmiş, bu barədə ona maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir. Bakı şəhəri, Xəta rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, Elsevər Talıbovun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Belə ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 4563/2019 saylı qətnaməsindən görünür ki, Elsevər Talıbov, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəta rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tam həcmdə təmin edilmişdir. E.Talıbov həmin qeyri-yaşayış sahəsini təmir etmişdir. Hazırda da həmin əmlak E.Talıbovun qanuni sahiblik və istifadəsindədir. Hazırkı iş üzrə İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsinin E.Talıbova məxsus olması barədə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğuna görə, E.Talıbova qarşı deyil, Cavabdeh MMC-yə qarşı iddia irəli sürmüşdür. Halbuki, Cavabdeh MMC orada hər hansı əmlaka malik deyil. İddiaçı isə ona məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin texniki göstəricilərini, o cümlədən sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini əks etdirən plan-sxem və digər zəruri məlumatları məhkəməyə təqdim etməmişdir. İşə baxan birinci instansiyası məhkəməsi də qeyd edlilən məlumatları iddiaçıdan tələb etməmiş, məhkəmə tikinti-texniki ekspertiza təyin etməmiş, qərar qəbul edərkən, yalnız bir çıxarışa əsaslanmış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Bu səbəbdən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2980/2022 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması tələbi barədə” iddiasının təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Həmin qətnamədən üçüncü şəxs E.Talıbov apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, mübahisə predmetinin yönəldiyi ünvan 4 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 174 kv.m qeyri-yaşayış sahəsinə dair onunla və "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən ona təhvil verilmiş, o isə həmin əmlakın dəyərini MMC-yə tam ödəmiş və qeyri-yaşayış sahəsini qəbul etmişdir. Qeyri-yaşayış sahəsinin dəyərinin Cavabdeh MMC-yə tam ödənilməsi barədə MMC tərəfindən onun adına verilmiş kassa mədaxil orderi və maliyyə arayışı ilə təsdiq edilir. Elsevər Talıbov qeyri-yaşayış sahəsinin dəyərini ödədiyi vaxtdan da həmin əmlakın mülkiyyətçisi hesab edilmişdir. Çünki, Elsevər Talıbov və Cavabdeh MMC arasında müqavilə bağlandığı vaxt (xx.xx.2008-ci il) zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il Plenum Qərarı ilə müəyyən edilmiş və qərara alınmışdır ki, Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə görə, əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunverciliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Onu da qeyd edirik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1-ci maddəsinə görə, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Yuxarıda qeyd olunluğu kimi, ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2008-ci il tarixdən E.Talıbovun natamam mülkiyyət hüququ ilə yüklü olmuşdur. Belə olan halda, həmin əmlak mülkiyyətçi E.Talıbovun razılığı olmadan başqa şəxsə özgəninkiləşdirilə bilməzdi. Onu da qeyd etmək lazımdır ki, E.Talıbovun dəyərini ödəyərək əldə etdiyi 174 kv.m qeyri-yaşayış sahəsi İddiaçı ümumiyyətlə təhvil verilməmişdir.

7. Qeyri-yaşayış sahəsi müqavilə bağlandığı 2008-ci ildən E.Talıbovun faktiki istifadə və sahibliyində olmuşdur. Lakin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh MMC-nin inşa etdiyi 12 ədəd mənzil və E.Talıbova məxsus qeyri-yaşayış sahəsinin qapıları bağlanmış, qeyri-yaşayış sahəsindən istifadə edilməsi, təmir işlərinin aparılması E.Talıbova qadağan edilmişdir. Bu səbəbdən də E.Talıbov iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəta rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Elsevər Talıbovun həmin iddiası təmin edilmiş, ünvan 5 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində Elsevər Talıbovun sahiblik və istifadə hüququnun tanıması, həmin qeyri-yaşayış sahəsindən Elsevər Talıbov tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmişdir. Göründüyü kimi, ünvan 6 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, sonuncunun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Bundan sonra Elsevər Talıbov həmin qeyri-yaşayış sahəsini təmir etdirmişdir. Hazırda da həmin əmlak Elsevər Talıbovun qanuni sahiblik və istifadəsindədir. Hazırki iş üzrə İddiaçı, əsassız iddia etdiyi qeyri-yaşayış sahəsi üzərində Elsevər Talıbovun hüquqlarının tanınması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olması barədə məlumatlıdır. Bu səbəbdən də o, Elsevər Talıbova qarşı deyil, Cavabdeh MMC-yə qarşı iddia irəli sürmüşdür. Halbuki, Cavabdeh MMC orada hər hansı əmlaka malik deyil. Həmin yerdə yerləşən qeyri-yaşayış sahəsi isə Elsevər Talıbova məxsusdur və həmin sahənin ümumi ölçüsü 174 kv.m təşkil edir. Onu da qeyd etmək lazımdır ki, İddiaçı əvvəllər heç vaxt Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinə iddia etməmiş, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda olmamış, Elsevər Talıbova qarşı heç bir pretenziya, tələb irəli sürməmişdir. Elsevər Talıbov hazırda apelyasiya qaydasında mübahisələndirdiyi qətnamənin mövcudluğundan Türkiyə Respublikasından qayıtdıqdan sonra, Cavabdeh MMC-nin işçilərinin verdiyi məlumat əsasında 2023-cü ilin yanvar ayında xəbəri olmuşdur. Sahil-D Kompani” MMC-nin işçisindən aldığı qətnamədən görünür ki, MMC-nin nümayəndəsi A.Hüseynov izahatında bildirmişdir ki, İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə bağlanmış müqavilə saxtadır. Əslində həmin əmlakın mülkiyyətçisi Elsevər Talıbovdur. Bunları bildirən nümayəndə A.Hüseynov məhkəməyə sənədləri, o cümlədən də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətini təqdim etmişdir. Lakin buna baxmayaraq, işə baxan birinci instansiyası məhkəməsi, Elsevər Talıbovu hazırki iş üzrə üçüncü şəxs qismində cəlb etməmiş, son nəticədə isə Elsevər Talıbovun hüquq və maraqlarına toxunan qətnamə qəbul etmişdir. Qeyd olunan kobud prosessual pozuntudan başqa, birinci instansiyası məhkəməsi həmçinin İddiaçı ona məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin texniki göstəricilərini, o cümlədən sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini əks etdirən plan-sxem və digər zəruri məlumatların mövcud olmamasına əhəmiyyət verməmiş, qeyd edlilən məlumatları, sənədləri, sübutları İddiaçı tələb etməmiş, iş üzrə öz təşəbbüsü ilə məhkəmə tikinti-texniki ekspertiza təyin etməmiş, qeyri-yaşayış sahəsinə baxış keçirməmiş, qərar qəbul edərkən, yalnız İddiaçı adına olan çıxarışa əsaslanmış, iş üzrə əsaslı və qanuni qərar qəbul edilməsi üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Xətai Rayon Məhkəməsi həmçinin İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilib-verilməməsini, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş texniki pasport (verildiyi halda) hansı əmlakın ölçüləri əsasında verilməsi istiqamətində də heç bir hərəkət etməmiş, bununla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərməmiş, cavablar almamış, işin baxılmasına səthi yanaşmışdır. Xətai Rayon Məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış Elsevər Talıbovun hüquq və vəzifələrinə dair məsələni onun hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdir. Bu isə birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması tələbi barədə” iddiasının təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iş üzrə:

8. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı“müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 7 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 177 m2 (çıxarışa əsasən 167,8 m2) olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC və İddiaçı arasında bağlandığı bildirilən 21 yanvar 2009-cu il tarixli müqavilə və İddiaçı adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, 21 yanvar 2009-cu il tarixli müqavilədən doğan hüquqi nəticələrin, o cümlədən ünvan 7 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 177 m2 (çıxarışa əsasən 167,8 m2) olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeyd əsasında onun adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Orxan Məmmədli) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri.

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, Cavabdeh MMC-nin direktoru X10 və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə etibarsız əqddir. Belə ki, ümumi sahəsi 177 kv.m ibarət qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı və Cavabdeh MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə Cavabdeh MMC-nin iradə ifadəsi olmamışdır. Belə ki, 2008-ci ilin sonları, 2009-cu ilin əvvəli, o vaxt Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri vəzifəsində işləyən E.Mahmudov ”Sahil-D Kompani” MMC-nin rəhbərliyinə müxtəlif vasitələrlə təzyiqlər göstərərək ünvan 2 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsindən oğlu, hazırkı iş üzrə cavabdeh İddiaçı adına 177 kv.m ölçüsündə qeyriyaşayış sahəsinin sənədləşdirilməsini tələb etmişdir. Təzyiqlər bir müddət davam etmiş, lakin sonradan E.Mahmudovun göstərişi ilə MMC-yə bildirilmişdir ki, qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmasa, MMC-nin rəhbərliyi və yaxın qohumları ilə “başqa cür rəftar ediləcəkdir”. E.Mahmudovun yuxarıda qeyd edilən vəzifədə olması səbəbindən onun təzyiqlərinə davam gətirmək mümkün deyildi və son nəticədə MMC-nin rəhbərliyi göstərilən davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalıb qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmilləşdirilməsi barədə MMC-nin direktoru M.Cəfərova zorla müqaviləyə imza etdirillmişdir. Eyni zamanda MMC, İddiaçı adına sözügedən qeyri-yaşayış sahəsinin dəyərinin guya ödənilmiş olmasına dair “Maliyyə arayışı” hazırlayaraq əks tərəfə təqdim etmişdir. Bu məsələnin üstündən çox bir zaman keçmiş, İddiaçı heç vaxt qeyri-yaşayış sahəsini MMC-dən tələb etməmişdir.

11. Göründüyü kimi, hazırda etibarlılığı mübahisələndirilən Cavabdeh MMC və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə hakimiyyətdən sui-istifadə, hədə-qorxu təsiri altında imzalanmış müqavilədir. Müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinə görə İddiaçı MMC-nin hesabına hər hansı məbləğdə pul ödəməmişdir. Bundan başqa, bildirilir ki, Bakı şəhəri, Xəta rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi təxminən 780 kv.m. təşkil edir (binanın bütöv altı). İddiaçının iddia etdiyi nə 177 kv.m (müqavilə üzrə), nə də ki, 167 kv.m (çıxarış üzrə) sahə də həmin qeyri-yaşayış sahəsində yoxdur. Cavabdeh MMC və İddiaçı arasında bağlandığı iddia edilən qeyri-yaşayış sahəsi isə əslində 177 kv.m ibarət olmaqla 14 yanvar 2008-ci il tarixdə X2 qeyri-yaşayış sahəsidir. Həmin qeyr-yaşayış sahəsinin E.Talıbova məxsus olması, sonuncunun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Belə ki, Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh MMC-nin inşa etdiyi 12 ədəd mənzil və Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinin qapıları bağlanmış, qeyriyaşayış sahəsindən istifadə edilməsi, təmir işlərinin aparılması E.Talıbova qadağan edilmişdir. Bu səbəbdən də E.Talıbov iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəta rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №- li çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Göründüyü kimi, Elsevər Talıbovun Cavabdeh MMC ilə bağladığı müqavilənin şərtlərinə və həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə, həm də qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən E.Talıbov mübahisəli əmlakın mülkiyyətçisidir. Belə olan halda, onun razılığı olmadan əmlak başqa şəxsə (İddiaçı) özgəninkiləşdirilə bilməzdi.

12. Bundan başqa, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsinin müddəalarını səhv təfsir və tətbiq edərək iddiaçı Cavabdeh MMC-nin iddiasının müddətlə məhdudlaşmış olduğu qənaətinə gəlmişlər.

13. Qeyd edilənlərə əsasən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində icraat:

14. Bakı Apellyasiya Məhkəməsinin (hakim Musayeva Cəmilə) 2(103)-6493/2023 xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-6493/2023 saylı mülki işin İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma” tələbinə dair 2(103)-6077/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

15. Hazırkı işlərə apellyasiya qaydasında baxılarkən, mübahisəli sahənin də yerləşdiyi binaların hazırkı idarəedicisi "xxxx" MMMC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. Tərəflərin izahatı:

16. Məhkəmə kollegiyasının iclasında cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi A.Hüseynov hər iki iş üzrə apellyasiya şikayətlərini müdafiə edərək və şikayətlərin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi və xüsusi olaraq vurğuladı ki, İddiaçıla həmin dövrdə məlum vəziyyətdə bağlanmış müqavilə hədə-qorxu və təzyiq altında bağlandığından etibarsızdır.

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 hər iki apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs E.Talıbovun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi və göstərdi ki, mübahisəli sahənin E.Talıbovun istifadəsinə verilməsinə dair qüvvədə olan qətnamə mövcuddur, bu səbəbdən də İddiaçı iddiası təmin oluna bilməzdi.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdi ki, İddiaçı həmin sahəni qanuni əsaslarla müvafiq müqavilə bağlamaqla və dəyərini tam ödəməklə əldə etmiş, buna dair müvafiq sənədlərin əsli iş materiallarına təqdim olunmuşdur, xx.xx.2014-cü ildə iddiaçı həmin sahəyə dair mülkikyyət hüququnu təsdiq edən müvafiq çıxarış almış, həmin sahə iddiaçı tərəfindən tam təmir edilərək icarəyə verilmiş, sadəcə olaraq iddiaçının müəyyən müddət ölkədə olmamasından istifadə edən MMC-nin rəhbərliyi, çoxsaylı başqa işlərdə olduğu kimi, bu sahəyə dair də arxa tarixə E.Talıbov adlı şəxsin adına müqavilə tərtib etmiş, sonradan isə iddiaçının xüsusi mülkiyyətində olan həmin sahəni ələ keçirmək məqsədi ilə süni məhkəmə mübahisəsi təşkil edərək, sahənin mülkiyyətçisindən gizlin və onun iştirakı olmadan, E.Talıbov guya MMC-nin ona maneə törətməsini iddia etmiş, MMC-də dərhal- heç nə olmamış kimi, iddianı etiraf etməklə, sahənin mülkiyyətçisi üçün hər hansı hüquqi qüvvəsi olmayan qətnamə əldə etmişlər. Sual olunur ki, əgər MMC E.Talıbovun iddiası ilə razılaşaraq, dərhal onu etiraf edirdisə, onda bu iddianın verilməsinə nə zərurət vardı. Demək ki, bu müqavilə və qətnamə də düşünülmuş şəkildə hazırlanmışdır. Uzun müddət davam edən məhkəmə çəkişmələrində E.Talıbovun iştirak etməməsi də təsdiq edir ki, bütün bunların hamısı bu işlər üzrə artıq ixtisaslaşmış MMC-nin rəhbərliyinin növbəti saxtakarlığının nəticəsidir.

20. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi M.Ağayev Kollegiyanın mülahizəsinə uyğun qətnamə qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi:

21. 21 yanvar 2009-cu il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin direktoru X10 tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 177 m2 -dən ibarət olan qeyri-yaşayış sahəsi (maqazin) İddiaçı təhvil verilmişdir.

22. 21 yanvar 2009-cu il tarixli Cavabdeh MMC-nin kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 4 saylı binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsi üçün 708000 manat kassaya mədaxil edilmişdir.

23. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən müəyyən edilir ki, ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 167,8 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir.

24. 14 yanvar 2008-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin direktoru X10 tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 174,0 m2 -dən ibarət olan qeyri-yaşayış sahəsi X7 təhvil verilir.

25. Maliyyə arayışından görünür ki, ünvan 9 ünvanında yerləşən 4 saylı yaşayış kompleksi Cavabdeh MMC-yə məxsusdur. Bu kompleksin 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 174,0 m2 olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı X9 tərəfindən tam ödənilmişdir, onun Cavabdeh MMC-yə borcu yoxdur.

26. 14 yanvar 2008-ci il tarixli Cavabdeh MMC-nin kassa mədaxil orderindən görünür ki, X9 tərəfindən 4 saylı binanın 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 174,0 m2 olan qeyri-yaşayış sahəsi üçün 261000 manat kassaya mədaxil edilmişdir.

27. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində X1 və istifadə hüquqlarının tanınması, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsindən (mağazadan) X9 tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmişdir.

28. Həmin qətnamədən məlum olur ki, Cavabdeh MMC-in səlahiyyətli nümayəndə kimi məhkəmədə A.Hüseyinov təmsil etmiş, o məhkəmə iclasında E.Talıbovun iddiasını qəbul edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir.

29. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ünvan 2 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 m2 (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 m2 ) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maneələrə son qoyulması, İddiaçı ünvan 2 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 m2 (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 m2 ) qeyri-yaşayış sahəsinə buraxılması qət edilmişdi.

30. Cavabdeh MMC-nin 01 iyul 2015-ci il tarixli 01 nömrəli əmrinə əsasən X5 01 iyul 2015-ci il tarixdən müvəqqəti olaraq icraçı direktor vəzifəsinə təyin edilmişdir.

31. Cavabdeh MMC-nin yığıncağının 01 iyul 2015-ci il tarixli protokoluna əsasən 01 iyul 2015-ci il tarixdən X5 Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir.

32. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-298/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarına əsasən iddiaçı İbrahimov Sahib Hüseyn oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6461/2018 saylı 29 iyun 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

33. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx/xx-121749/16 saylı məktuba əsasən müəyyən edilir ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)- 4563 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 10 ünvanında inşa edilmiş 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində X1 və istifadə hüquqları tanınmalı və oranın təmir olunmasına qoyulmuş qadağalar aradan qaldırılmalıdır. Sözügedən icra sənədinin icrası ilə bağlı tərəflərindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında "xxxx" MMC-yə bildiriş göndərilmişdir. Bununla əlaqədar sözügedən qeyriyaşayış sahəsinə tərəflərindən baxış keçirilmiş və həmin qeyri-yaşayış sahəsinin giriş qapısının möhürləndiyi aşkar olunmuşdur. Bundan sonra möhürün kim tərəfindən vurulduğu soraqlaşdırılmış və Cavabdeh MMC-nin işçilərinin şifahi məlumatına və tələbkarın ərizəsinə əsasən bu möhürün AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən vurulduğu bildirilmişdir. Qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə sözügedən qeyri-yaşayış sahəsinin giriş qapısına tərəflərindən möhürün vurulub-vurulmaması barədə həmçinin həmin sahənin ümumiyyətlə onların apardığı hər hansı işin predmeti olub-olmaması barədə Xətai Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur.

34. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-504/2023 saylı xx.xx.2023cü il tarixli qərarına əsasən Cavabdeh MMC-nin rəhbəri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır.

35. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-821/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

36. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-33/202 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən 01 iyun 1953-cü ildə Cəlilabad rayonunda doğulmuş, ünvan 11 ünvanında yaşayan X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Tətbiq edilən maddi hüquq

37. Azərbaycan Respubikasının Konstitusiyası: Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

39. “Akimova Azərbaycana qarşı” xx.xx.2007ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları:

40. Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

41. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini cavabdeh və üçüncü şəxs E.Talıbov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən, Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci iş üzrə cavabdeh MMC və üçüncü şəxs E.Talıbov tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, ikinci iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, ikinci iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası, hazırkı mübahisənin asan və anlaşılan qaydada araşdırılması, həm də ardıcıllığın təmin edilməsi üçün hesab edir ki, birləşmiş işlər üzrə ilkin olaraq ikinci iş, sonra isə birinci iş üzrə dəyərləndirmənin aparılması doğru olardı.

44. İkinci iş üzrə:

45. Kollegiya ilk növbədə ikinci iş üzrə iddiaçı MMC-nin apellyasiya şikayətinə münasibət bildirir.

46. İddiaçının apellyasiya şikayətinin əsas dəlili həmin qeyri-yaşayış sahəsinə dair müqavilənin məhz İddiaçı həmin vaxt nazir vəzifəsində işləyən atasının hədə və qorxusu ilə bağlanması, həmin müqaviləyə görə MMC-yə hər hansı ödənişin edilmədiyi, əslində həmin sahənin cavabdehdən əvvəl E.Talıbova satılması, həmin mübahisəli qeyri-yaşayış sahəsinə E.Talıbovun sahiblik və istifadəsinin tanınması barədə məhkəmə qətnaməsinin olması, məhkəmənin MM-in 354-cü maddəsini yanlış təfsir etməsi ilə bağlıdır.

47. Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.

48. 21 yanvar 2009-cu il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin direktoru X10 tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 177 m2 -dən ibarət olan qeyri-yaşayış sahəsi (maqazin) İddiaçı təhvil verilmişdir.

49. Belə ki, İddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və buna dair ona xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir. İddiaçıya verilmiş çıxarış indiyədək nə Cavabdeh MMC, nə də Talıbov Elsevər tərəfindən mübahisələndirilməmişdir və həmin çıxarış qüvvədədir.

50. Həmin qeyri-yaşayış sahəsinin E.Talıbovun sahiblik və istifadəsinə verilməsi barədə qüvvəyə minmiş məhkəmə aktı ilə bağlı bildirilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində E.Talıbovun sahiblik və istifadə hüquqlarının tanınması, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsindən (mağazadan) E.Talıbov tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilsə də, həmin işlə bağlı İddiaçı məlumatlandırılmamış, iş üzrə hər hansı qisimdə işdə iştirak etməyə cəlb edilməmişdir.

51. Rayon məhkəməsi qeyd etmişdir ki, MTN rəhbərliyi tərəfindən davamlı təzyiq göstərildiyi halda qeyri-qanuni hərəkət edərək, 2008-ci ildə artıq E.Talıbovun adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin yenidən, 2009-cu ildə Cavabdeh MMC tərəfindən İddiaçı adına müqavilə ilə rəsmiləşdirilməsi inandırıcı deyil və iddia ərizəsində ziddiyyətlərə yol açır. Həqiqətən də, əgər doğurdan da MMC-nin bildirdiyi kimi, İddiaçıla həmin vaxt müqavilə təzyiq və təsir altında bağlanmışdısa, həmin vaxt MMC-nin inşa etdiyi binalarda çoxlu sayda boş yerlərin olduğu halda, hansı səbəbdən məhz başqa şəxsə verilmiş sahəyə dair müqavilə bağlanmalı idi, MMC-nin nümayəndələri bu sualı hər hansı şəkildə izah edə bilməmişlər.

52. İddiaçı MMC MTN rəhbərliyinin göstərdiyi davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalaraq qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə istinad etsə də, buna dair MPM-in 77.1-ci maddəsinə əsasən, sübut təqdim etməmişdir.

53. Bundan başqa, Kollegiya qeyd edir ki, həmin qeyri-yaşayış sahəsinin MTN rəhbərliyi tərəfindən davamlı təzyiq göstərildiyi üçün məcburiyyətdən İddiaçı adına rəsmiləşdirdiyini iddia edən iddiaçı, 2009-cu ildə bağlanmış həmin müqavilənin etibarsızlığı ilə bağlı 2023-cü ildə, həm də İddiaçı öz mülkiyyət hüququnun müdafiəsinə dair MMC-yə qarşı tələb irəli sürdükdən sonra bu iddianı qaldırmışdır. Halbuki MTN 2015-ci ildə ləğv edilmişdir.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

55. Beləliklə, iddiaçı həmin müqavilənin MTN rəhbərliyinin təzyiqi nəticəsində bağlanmasına istinad edir, belə olan halda MMC qurumun ləğv edildiyi 2015-ci ildən (əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində) bir il ərzində əqdi mübahisələndirə bilərdi, lakin iddiaçı MMC həmin vaxt iddia qaldırmamış, yalnız xx.xx.2023-cü ildə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir.

57. Beləliklə də müəyyən olunur ki, hazırkı iş üzrə rayon məhkəməsinin Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddətin keçməsinə görə hüququn xitamına səbəb olması barədə qənaəti əsaslıdır.

58. Beləliklə, iddiaçı ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün MM-in 14-cü fəslində nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, demək ki, ikinci iş üzrə iddiaçı MMC-nin apellyasiya şikayəti əsassızdır.

59. Birinci iş üzrə:

60. Birinci iş üzrə Kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdeh qeyri-yaşayış obyektinin yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri barədə razılığa gəlməklə, müqavilə bağlamışlar. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (Mülki Məcəllənin 405-ci maddəsinin birinci cümləsi). Müqavilənin qiyməti də iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Həmin müqavilə və buna dair digər sənədlər iddiaçı tərəfindən təqdim edilməklə, qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla bu barədə çıxarış verilmişdir.

61. Göründüyü kimi, MM-in 152.1 və 157.4-cü maddələrinə əsasən iddiaçının tələbi əsaslı olmuşdur.

62. Birinci iş üzrə üçüncü şəxs E.Talıbovun apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surəti məhkəməyə cavabdeh MMC tərəfindən təqdim edilsə də, lakin buna baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi Elsevər Talıbovu hazırkı iş üzrə işdə iştirak etməyə cəlb etməmiş, son nəticədə isə E.Talıbovun hüquq və maraqlarına toxunan qətnamə qəbul etmişdir.

63. Kollegiya həmin dəlillə razılaşaraq bildirir ki, iddiaçının qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulması barədə hazırkı iddiasına baxılarkən, E.Talıbov mülki işə cəlb edilməmiş, həmçinin rayon məhkəməsi tərəfindən cəlb olunmamış şəxsin hüquq və vəzifələrinə dair məsələ onun hüquqlarının pozulması ilə nəticələnməklə həll edilmişdir.

64. MPM-in 387.2.4-cü maddəsinə görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

65. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən MPM-in 387.2.4-cü maddəsinin pozuntusuna yol verildiyindən, birinci iş üzrə cavabdeh MMC və üçüncü şəxs E.Talıbov tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi prosessual əsaslara görə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı iddia tələbi təmin edilməlidir. Nəticə:

66. Göstərilənlərə əsasən, birinci iş üzrə cavabdeh MMC və üçüncü şəxs E.Talıbov tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 2 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulmalı, İddiaçı ünvan 2 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m-dən ibarət (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsinə buraxılmalı, ikinci iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, ikinci iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

68. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir.

69. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ: Birinci iş üzrə: Cavabdeh MMC və üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. İddiaçı ünvan 2 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulsun. İddiaçı ünvan 2 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.mdən ibarət (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri yaşayış sahəsinə buraxılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh MMC və üçüncü şəxs X6 özlərinə aid edilsin. İkinci iş üzrə: İddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar