Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4191/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və X5 ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi Cavabdeh2, İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər X11, X17 və X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-286/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X11, X17 və X8 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, özünün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 saylı fərdi evə köçürülməsi, Cavabdeh1 isə həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı İddiaçı Mülki Prosessual Məcəllənin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr ilə müraciət edərək, özünün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 saylı fərdi evə köçürülməsi, Cavabdeh1 evdən çıxarılması, həmçinin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və sonuncunun övladı X18 evə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 saylı fərdi yaşayış evinə giriş-çıxışına qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, işə məhkəmə iclasında baxılan zamanı iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər Mülki Prosessual Məcəllənin 55-ci maddəsinə əsasən X11, X17 və X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə, evdən çıxarılma, istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 saylı fərdi yaşayış evinə köçürülməkləri, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 saylı fərdi yaşayış evindən çıxarılmağı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və sonuncunun övladı X18 evə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 saylı fərdi yaşayış evi 1/5 hissədə ona məxsusdur. Cavabdeh1 1990-cı ildə qardaşı X20 ilə nikaha daxil olaraq evə gəlin gəlmişdir. Qardaşı 2017-ci ildə rəhmətə gedəndən sonra cavabdeh olan gəlin Cavabdeh1 onu evə buraxmır. O, həmin evdə doğulmuşdur və həmin evdə yaşamışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 saylı fərdi yaşayış evi 1/5 hissədə mülkiyyətçisi olduğu halda cavabdeh evin açarını dəyişib və onu evə buraxmır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 saylı fərdi yaşayış evi hər birinə 1/5 hissədə İddiaçı, X11, X17 və X8 məxsusdur. Cavabdeh1 1990-cı ildə qardaşı X20 ilə nikaha daxil olaraq evə gəlin gəlmişdir. Qardaşları 2017-ci ildə rəhmətə gedəndən sonra cavabdeh olan gəlin Cavabdeh1 onları evə buraxmır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 saylı fərdi yaşayış evi 1/5 hissədə mülkiyyətçisi olduğu halda cavabdeh evin açarını dəyişib və onu evə buraxmır. Özü də 1 ilə yaxındır ki, Türkiyədə işləyir və evdə yaşamır və onun qızları Cavabdeh2 gəlin köçdüyü 2013-cü il tarixdən, Cavabdeh3 isə gəlin köçdüyü 2015-ci ildə həmin evdə yaşamırlar, onlar ərlərinə məxsus evdə yaşayırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-286/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 saylı fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbinin qismən təmin edilməsi, X3, X6 və X2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 saylı fərdi yaşayış evinə köçürülməsi, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, İddiaçı iddiasının təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti iddiaçının iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X11, X17 və X8 isə birgə apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iddiasının təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin edilməsini xahiş etmişdirlər. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin apellyasiya şikayəti onların iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır Məhkəmə kollegiyasının iclasında İddiaçı və iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər X11, X17 və X8 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apelyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia tələblərinin təmin olunmayan hissələri təşkil edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər qeyd olunan hissələrdə mübahisələndirmiş, cavabdeh isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-286/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X7, X9 və X4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2009-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X26 ona məxsus Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, 37 saylı evi həmin ünvanda yaşayan oğlu X12 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışların surətindən görünür ki, ünvan 1 1/5 hissədə olmaqla İddiaçı, X8, X17, X16, İddiaçı və X19 xüsusi mülkiyyətindədir. X19 payı açıq qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli ******* saylı arayışın surətindən görünür ki, ünvan 1 ünvanında İddiaçı, Cavabdeh2, Cavabdeh1, X16, X27, X10, X17 və Cavabdeh3 qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Əzizbəyov (Xəzər) rayon VVAQ şöbəsi tərəfindən xx xxxxxxxx 1990-cı il tarixdə verilmiş V-JQ 386036 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, qeyd olunan tarixdə X20 ilə X13 arasında akt qeydləri kitabında 744 saylı qeyd aparılmaqla nikah bağlanmış, arvada Mayılova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə ölkədən çıxmış, xx.xx.2019-cu il tarixdə qayıtmış, xx.xx.2019-cu il tarixdə yenidən çıxmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü ildə anadan olmuş X1 anası Cavabdeh1, atası X14r. İlkin iddia tələbi və iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia ərizəsindən görünür ki, İddiaçı, X11, X17 və X8 məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 saylı fərdi yaşayış evinə köçürülmələrini xahiş etmişlər. İşin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 saylı fərdi yaşayış evi 1/5 hissədə olmaqla İddiaçı, X11, X17 və X2 xüsusi mülkiyyətindədir, onlar həmin evə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X11, X17 və X2iddia tələblərindən görünür ki, Cavabdeh1 evdən çıxarılması, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və sonuncunun övladı X18 evə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 saylı fərdi yaşayış evinə giriş-çıxışına qadağa qoyulması məhkəmədən xahiş olunmuşdur. İşin qeyd olunan hallarına əsasən məhkəmə Cavabdeh1 qarşı verilmiş iddiaya münasibətdə haqlı olaraq hesab etmişdir ki, həmin şəxsə münasibətdə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməklə iddia bu hissədə öz hüquqi həllini tapmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli qərarından görünür ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir. İşin tədqiq olunan hallarından görünür ki, Cavabdeh1 X20 ilə 1990-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 ünvanına gəlin gəlmiş və həmin vaxtdan etibarən orada yaşayaraq istifadə hüququ əldə etmişdir. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər həmin hissələrdə iddia tələbini Cavabdeh1 daimi olaraq Türkiyə Cümhuriyyətinə köçüb getməsinə istinad edərək, Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə əsaslandırmışlar. Lakin iş materialları ilə birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, cavabdeh İddiaçı Türkiyəyə işləmək üçün müvəqqəti olaraq getmişdir. Əslində isə onun məqsədi yaşadığı evdən daimi olaraq köçüb getmək olmayıb, o sadəcə olaraq məcburiyyətdən başqa ölkəyə gedib ki, öz maddi təminatını bərpa etsin. Bundan əlavə, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2009-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X26 ona məxsus Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, 37 saylı evi həmin ünvanda yaşayan oğlu X12 (Cavabdeh1 mərhum ərinə) vəsiyyət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu cür mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində daha uzun müddət saxlanır. Göründüyü kimi, Cavabdeh1 yaşayış sahəsini daimi olaraq tərk etməmiş, müvəqqəti işləmək üçün başqa ölkəyə getmişdir. Qeyd olunanlara əsasən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh İddiaçı mübahisəli evə qeydiyyata düşmüş, iddiaçın ailə üzvü olmaqla həmin evdən istifadə hüququ əldə etmişdir. Onun evdən istifadə hüquqlarına xitam verilməsi, eyni zamanda giriş çıxışına qadağa qoyulması işin halları və qanunvericiliyin tələbləri ilə uzlaşmır. Həmçinin məhkəmə iddia tələblərinin Cavabdeh3, Cavabdeh2 və sonuncunun övladı X18 evə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 saylı fərdi yaşayış evinə giriş-çıxışına qadağa qoyulması hissəsi ilə bağlı olaraq aşağıdakı halları qeyd edir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli ******* saylı arayışın surətindən görünür ki, ünvan 1 ünvanında İddiaçı, Cavabdeh2, Cavabdeh1, X16, X27, X10, X17 və Cavabdeh3 qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü ildə anadan olmuş X1 anası Cavabdeh1, atası X14r. İşin qeyd olunan hallarına əsasən məhkəmə Cavabdeh3, Cavabdeh2 və sonuncunun övladı X21 qarşı verilmiş iddiaya münasibətdə hesab edir ki, həmin şəxslərə münasibətdə də, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməklə iddia bu hissədə öz hüquqi həllini tapmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, Cavabdeh1 X20 ilə 1990-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, ev 37 ünvanına gəlin gəlmiş və həmin vaxtdan etibarən orada yaşayaraq istifadə hüququ əldə etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli ******* saylı arayışın surətindən görünür ki, ünvan 1 ünvanında İddiaçı, Cavabdeh2, Cavabdeh1, X16, X27, X10, X17 və Cavabdeh3 qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 və X1 anası Cavabdeh1, atası X14r. İddiaçı həmin hissədə iddia tələbini Cavabdeh3, Cavabdeh2 həmin evdən köçüb getməsinə istinad edərək, Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə əsaslandırmışlar. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh3, Cavabdeh2 həmin evdən daimi olaraq yaşamaq üçün başqa yaşayış sahəsinə köçməmişlər. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx xxxxxx 2009-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X26 ona məxsus Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, döngə 2, 37 saylı evi həmin ünvanda yaşayan oğlu X12 (Cavabdeh3 və Cavabdeh2 atasına) vəsiyyət etmişdir. Göründüyü kimi, Cavabdeh3 və Cavabdeh2 yaşayış sahəsini daimi olaraq tərk etməmişlər, Cavabdeh1 isə müvəqqəti işləmək üçün başqa ölkəyə getmişdir. Qeyd olunanlara əsasən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 mübahisəli evə qeydiyyata düşmüşlər, iddiaçın ailə üzvü olmaqla həmin evdən istifadə hüququ əldə etmişlər. Onların həmin evdən istifadə hüquqlarına xitam verilməsi, eyni zamanda giriş çıxışına qadağa qoyulması işin halları və qanunvericiliyin tələbləri ilə uzlaşmır. Apellyasiya şikayətlərinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla, yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-286/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X7, X9 və X4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X3, X6 və X2 birgə verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-286/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X7, X9 və X4 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4191/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4191/2020
17.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver