Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4202/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3344/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadından İddiaçı MMMC tərəfindən verilmiş şikayətini nəzərdən keçirib Müəyyən etdi: İddiaçı MMMC cavabdehlər Cavabdehnə və X4 qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlak tələbi” nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3344/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçıya müvafiq tələblə aidiyyət üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3344/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayətə hazırda apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud olmadığından qeyri-mümkün hesab edilməli və şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi üçün mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin tələblərinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir ( 269.1-269.3-cü maddələr). Həmçinin, həmin Məcəllənin 402.3.-cü maddəsində qeyd edilib ki, birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Bundan başqa MPM-nin 403-1-ci maddəsindən görünür ki, həmin maddədə kassasiya instansiyası məhkəməsinin məhkəmə aidiyyətinə dair mübahisələrə baxılma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 2-2(102)-918/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli Qərarının 13-cü bəndində qeyd edilir: “İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbulundan imtina edilsə də, qərardad işin kommersiya məhkəməsinə aid olması ilə əsaslandırılmışdır. Bu baxımdan, hakimlərin qarışıq tərkibi hesab edir ki, əsaslandırılmasından asılı olmayaraq, qərardadın qəbul edilməsi məhkəmə aidiyyəti məsələsi ilə bağlı olduğundan, hazırki şikayətə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 403-1-ci maddsəində nəzərdə tutulan qaydada baxılmalıdır.” Göründüyü kimi, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti məsələsi ilə bağlı olan qərardaddan şikayəti kassasiya instansiya məhkəməsinə göndərməli olduğu halda, apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da yuxarıda sadalan qanunvericilik normalarının tələblərini pozmuşdur. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, kollegiyanın qənaətinə görə, hazırda işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3344/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadından İddiaçı MMMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-4202/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4202/2023
12.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver