Məhkəmə qərarları › İş №2(103)-4202/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4202/2025

22.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4202/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: işin birləşdirilməsi, məhkəmə aiddiyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2688/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(006)- 2688/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması" tələbinə dair e-2(006)-2688/2025 saylı mülki işin, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh4 və X3 qarşı “borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair e-2-2(113)-2537/2025 saylı kommersiya mübahisəsi üzrə işlə bir icraatda birləşdirilməsi və İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. İddiaçı sözügedən qərardaddan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ünvanlandığı apellyasiya şikayəti məhkəməyə daxil olmuş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, e-2(006)-2688/2025 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(006)-2688/2025 saylı qərardadından İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayətin verilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamış və bu barədə qərardadda qeyd edilmişdir. MPM-in bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması başlıqlı 169-cu maddəsində isə işin birləşdirilməsinə dair qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin forma tələblərinə də uyğun şəkildə verilməmişdir. Belə ki, qanunvericilikdə məhkəmə qərardadından şikayətin həmin qərardadı qəbul etmiş birinci instansiya məhkəməsinə verilməsi nəzərdə tutulmuşdur. Hazırki şikayət isə qərardadı qəbul etmiş məhkəmə olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi əvəzinə, birbaşa Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ünvanlanmışdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2688/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki şikayəti apellyasiya şikayəti yox, şikayət adlandırmışdır. Lakin şikayətlə (hazırki şikayəti ilə) apellyasiya şikayəti arasında heç bir fərq yoxdur. Bu, formal tələblərlə şikayətin rədd edilməsindən başqa bir şey deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. MPM-də 267.3-cü maddədə nəzərdə tutulan şikayət ilə MPM-də qətnamələr və qərardadlardan nəzərdə tutulmuş apellyasiya şikayətləri arasında heç bir fərq yoxdur. Sadəcə 267.3-cü maddədəki şikayətin adında apellyasiya şikayəti yoxdur. Apellyasiya şikayətlərinin verilməsi üçün nəzərdə tutulmuş formaya uyğun şikayətin yazılması hər hansı prosessual tələbin pozulması hesab edilə bilməz. Əksinə, həmin formada qərardaddan verilən şikayət tələbləri MPM-nin göstərişlərinə daha uyğundur. 43cü maddəyə əsasən: 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 44-cü maddədə isə işlərin bir məhkəmədən başqa məhkəməyə verilməsi halları nəzərdə tutulmuşdur ki, onlardan biri də 43-cü maddədə nəzərdə tutulmuş bir-biri ilə əlaqəli işlərdir. Nəhayət 45-ci maddə "İşlərin başqa məhkəməyə verilməsi və ərazi aidiyyəti məsələlərindən şikayət vermə qaydası" adlanır. Maddənin 3-cü bəndinə isə göstərilib: işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Deməli birbiri ilə əlaqəli işlərin birləşdirilməsinə görə qəbul edilmiş qərardadlardan şikayət verilə bilər.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir.

11. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(006)- 2688/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması" tələbinə dair e-2(006)-2688/2025 saylı mülki işin, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh4 və X3 qarşı “borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair e-2-2(113)- 2537/2025 saylı kommersiya mübahisəsi üzrə işlə bir icraatda birləşdirilməsi və İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Mülki Prosessual Məcəllənin “Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti” adlanan 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

13. Göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e- 2(006)- 2688/2025 saylı qərardadı bir biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi ilə bağlı olmaqla, qərardadla mülki iş kommersiya işinə birləşdirilmiş, nəticədə mülki işin aiddiyyatı dəyişdirilərək işə kommerisya məhkəməsinə baxılması qərara alınmışdır.

14. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli Qərarına əsasən Mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə uyğun həll edilməlidir.

15. MPM-in 32.5-ci maddəsindən göründüyü kimi aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 16.Beləliklə, kollegiya qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2688/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı mülki işi kommersiya məhkəməsində olan işə birləşdirməklə məhkəmə aidiyyətinin dəyişməsi ilə bağlı olduğundan həmin qərardaddan MPM-in 32.5-ci maddəsi ilə şikayət verilməsi nəzərdə tutulmuşdur. 17.Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan şikayət verilməsinin nəzərdə tutulmaması əsası ilə şikayəti geri qaytararkən prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. 18.Digər tərəfdən MPM-in 402.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

19. Birinci instansiya məhkəməsi isə 01 may 2025-ci il tarixli, e-2(006)- 2688/2025 saylı qərardaddan şikayət verilə bilmədiyini qeyd etmişdir. Halbu ki, həmin qərardadla işin məhkəmə aidiyyətinin dəyişdirilməsini nəzərə almaqla məhkəmə tərəfin qərardaddan kassasiya şikayəti verə bilmək hüququnu izah etməli idi. Tərəfə hüquqları səhv izah olunduğundan tərəf düzgün qaydada şikayət verə bilməmişdir.

20. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2688/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçı tərəfindən verilən şikayətin mümkünlüyünə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. 21.Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2688/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(006)- 2688/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar