Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4208/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 2315/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X8rşı, üçüncü şəxs X7 cəlb edilməklə “mənzilə dair verilmiş Çıxarışın yardımçı sahə hissəsində ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, mənzilsahələr ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Belə ki, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 162/130 saylı sərəncamına əsasən, ünvan 1-də kommunal şərait ümumi olaraq müəyyən edilmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 162/130 saylı sərəncamına əsasən, ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzil, hansıki, sahəsi 101,6 kv.m olan (yaşayış sahəsi 74 kv.m, yerdə qalan sahə isə ümumi kommunal sahə) vətəndaş Eyvazov T.Ş. oğluna verilmişdir. Onun vəfatından sonra isə həmin mənzil onun həyat yoldaşı və hazırki iş üzrə iddiaçı olan İddiaçı adına rəsmiləşdirilmişdir. Sözügedən binada kommunal şərait ümumi olduğuna görə qonşular öz aralarında razılaşma edərək, müəyyən hissələri öz mənzilləri ilə birləşdirmiş və həmin birləşdirilən sahələrdən gündəlik ehtiyaclarını qarşılamaq üçün mətbəx və sanitar qovşaq kimi istifadə etmişdirlər. Lakin həmin sahələr heç vaxt ayrıca olaraq özəlləşdirilməmiş və özəlləşdirilməsi də mümkün olmamışdır. Çünki həmin sahələr mülkiyyətçilərin ümumi istifadəsində və ümumi mülkiyyətində olmuşdur. İddiaçı tərəfindən də qarşılıqlı razılaşma əsasında həmin köməkçi sahələr öz mənzilinə birləşdirilmiş və uzun illərdi onun istifadəsində olmuşdur. Lakin sonradan məlum odmuşdur ki, əslində ümumi istifadə olan kommunal sahə X3 adına rəsmiləşdirilmişdir. Daşınmaz Əmlak Dövlət Reyestr Xidməti tərəfındən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında ******* saylı, RX Seriyalı, xx.xx.2013-cü il tarixli Çıxarışına əsasən ünvan 1-də yerləşən ümumi şəraitli kommunal sahələr mülkiyyət hüquqi ilə X6 məxsus olmuşdur. Çıxarış və Texniki pasportdan aydın olur ki, ümumi şəraitli kommunal sahələr mülkiyyətçilərin ümumi mülkiyyətinə verilməli olduğu halda AR ƏMDK yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı X14 tərəfindən verilməmiş və bununla da mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozmuşdur. Bununla bağlı iddiaçı tərəfindən AR ƏMDK yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı X11 tərəfimdən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlak Dövlət Reyestrindən ******* saylı, RX Seriyalı, xx.xx.2013-cü il tarixli Çıxarışın yardımçı sahə hissəsində ləğv edilməsi üçün ərizə ilə müraciət edilmişdir. AR ƏMDK yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı X14 tərəfindən xx xxxxxx 2019-cu il tarixli, **********42 saylı məktubla ərizəsinə imtina verilmişdir. Sözügedən imtina məktubu ona rəsmi qaydada xx.xx.2019-cu il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı X14nin üzərinə ünvan 2 ünvanında yerləşən mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində 1740 nömrəli reyestr kitabının 159905 nömrəli vərəqində aparılmış qeydiyyatın və Hüquqların Dövlət qeydiyyatı haqqında ******* saylı, RX Seriyalı, xx.xx.2013-cü il tarixli Çıxarışın ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 2315/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X8rşı üçüncü şəxs X7 cəlb edilməklə mənzilə dair aparılmış qeydiyyatın və verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-2315/2019 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və iddiaçının nümayəndəsi və vəkilinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* No-li çıxarışdan müəyyən olunur ki, ünvan 1, mənzil 58 ünvanında yerləşən xüsusi mülkiyyət kimi xx.xx.2016-cı il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* No-li çıxarışdan müəyyən olunur ki, ünvan 1, mənzil 54 ünvanında yerləşən xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mənzilə dair texniki pasportdan görünür ki, ünvan 1, mənzil 58 **********54- 05101-093038 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* No-li çıxarışdan müəyyən olunur ki, ünvan 1, mənzil 58 ünvanında yerləşən xüsusi mülkiyyət kimi xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X2 vərəsəsi İddiaçı Bakı şəhəri, T.Əliyev küçəsi, ev 54, mənzil 48-dən 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X14 tərəfindən xx.xx.2016 tarixdə X4 verilmiş **********54-05101-093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1, mənzil 58 ünvanında yerləşən ümumi sahəsi 78.5 kv/m olan daşınmaz əmlakdan ibarətdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı 042656 No-li qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1, mənzil 58 X2 adına xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016- cı il tarixli, 2(006)-4445Z2016 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh X6 qarşı qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilməmişdir. AN-İ 157493 nömrəli xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, satıcı X5 ilə alıcı X7 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 14 saylı evin, 54 saylı mənzili X3 mülkiyyətinə keçmişdir. Bakı Apelyasiya Məhkəməsinin sorğusuna əsasən xx xxxx 2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli daşınmaz əmlak X1 xx.xx.2012-ci ildə nənəsi Səltənət Hüseyn qızından miras qalaraq mülkiyyətinə keçmişdir. X9 isə Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli Sərəncamı əsasında mənzilə hüquq əldə etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1, mənzil 54 ünvanında yerləşən mənzil X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və buna dair xx.xx.2013- cü il tarixdə ******* saylı, RX Seriyalı Çıxarış alınmışdır. İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil X6 X5 tərəfindən satılmış və alıcı tərəfindən dəyəri tam həcmdə ödənilmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisəli mənzilə dair Çıxarışın alınması zamanı qanunvericiliyin tələblərinə riayət edildiyindən, Çıxarışın ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələblərinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla ünvan 1, mənzil 54 ünvanında yerləşən mənzilin mülkiyyət hüququ ilə X3 adına verilmiş xx.xx.2013-cü il tarixli Çıxarışın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddia tələbinin əsassız olduğundan rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 2315/2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4208/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4208/2020
30.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver