Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4208/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(006)-159/2024 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nəqliyyat vasitəsinin BD163101 №-li qeydiyyat şəhadətnaməsindən görünür ki, 2014-cü il buraxılışlı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı1dur.
2. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətindəki 2008-ci il buraxılışlı “Toyota Land-Cruiser 200 minik” markalı 10TJ834 dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququnu 26 avqst 2021-ci ildən 26 avqust 2026-cı ilədək Cavabdeh3 MMC-yə etibar etmişdir. Etibarnamədə verilmiş səlahiyyətlərin digər şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur.
3. Cavabdeh3 MMC-nin 01 mart 2023-cü il tarixli etibarnaməsindən görünür ki, MMC “X14” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili 31 mart 2023-cü il tarixədək idarə etmək üçün Cavabdeh2 vermişdir.
4. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 01 mart 2023-cü il tarixində saat 11:00 dəqiqədə Hacıqabul rayonunda yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsirli “Toyota Land-Cruiser 200 minik” markalı 10TJ834 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 (Cavabdeh1 məxsus olan avtomobili yol vərəqi əsasında idarə etmişdir), zərəçəkən əmlak isə “Kia Forte” markalı 77BN180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmuşdur (mülkiyyətçisi və hadisə vaxtı avtomobili idarə edən İddiaçı1).
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ TTTYŞ tərəfindən tərtib edilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə barədə 01 mart 2023-cü il tarixli 64 saylı aktdan görünür ki, İddiaçı1 baş vermiş qəza zamanı ayıq olmuşdur.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ TTTYŞ tərəfindən tərtib edilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə barədə 01 mart 2023-cü il tarixli 65 saylı aktdan görünür ki, Cavabdeh2 baş vermiş qəza zamanı ayıq olmuşdur.
7. Tibbi Ərazi Bölmələrini X8 Hüquqi Şəxsi “X13” X11 ambulator xəstənin tibbi kartasından 02 mart 2023-cü il tarixli 345 nömrəli çıxarışından görünür ki, 01 mart 2023-cü ildə Bakı-Qazax yolunun 92 km-də olan toqquşma nəticəsində İddiaçı2 “döş qəfəsinin küt travması” diaqnozu qoyulmuşdur.
8. Tibbi Ərazi Bölmələrini X8 Hüquqi Şəxsi “X13” X11 ambulator xəstənin tibbi kartasından 02 mart 2023-cü il tarixli 346 nömrəli çıxarışından görünür ki, 01 mart 2023-cü ildə Bakı-Qazax yolunun 92 km-də olan toqquşma nəticəsində İddiaçı1 “bud-çanaq oynağının, sağ dizin əzilməsi və boynun küt travması” diaqnozu qoyulmuşdur.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 07 mart 2023-cü il tarixli 78 nömrəli ekspert rəyindən görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı2 bədən səthində heç bir xəsarət aşkar olunmadı. Tibbi sənədlərdə göstərilən “Döş qəfəsinin küt travması. Döş qəfəsinin bərk əzilməsi” diaqnozuna gəlincə isə “küt travma” və “əzilmə” hər hansı bir sıyrıq, qançır, yara və s. ilə müşayiət olunmadığına görə, xəsarət kimi qiymətləndirilmir və məhkəmə-tibbi müayinəsi zamanı öz təsdiqini tapmamışdır. Kompyüter-tomoqrafiya zamanı ağciyərlərdə (solda) aşkar olunan “plevra qalınlaşması, plevra boşluğunda minimal maye izlərinin izlənməsi, fibrotik çəkintilər” əvvəllər keçirilmiş hər hansı bir iltihabi prosesin artıq əlamətləridir, travma ilə səbəbli əlaqəsi yoxdur.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 10 mart 2023-cü il tarixli 81 nömrəli ekspert rəyindən görünür ki, 1995-ci il təvəllüdlü İddiaçı1 bədən səthində aşkar olunan xəsarətlər – sol budun yuxarı 1/3-nin ön səthində və sağ dizdə qançır - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitə - 01 mart 2023-cü il hərəkətdə olan minik avtomobilinin digər minik avtomobili ilə toqquşması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir.
11. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 18 mart 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, HK-195 №-li araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh2 və İddiaçı1 əməllərində cinayət tərkibi olmadığından (İddiaçı1 əməlində həmçinin, inzibati xətanın tərkibi olmadığından) barələrində cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır.
12. Avtomotoservis və Ticarət müəssisəsi mütəxəssis Ələkbərov F.M. tərəfindən verilmiş 05 mart 2023-cü il tarixli rəy aktından görünür ki, “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə görə 6726 manat, təmir işlərinə görə 2800 manat olmaqla, cəmi 9526 manat xərc tələb olunur.
13. "xxxx" MMC-nin 01 aprel 2023-cü il tarixli 1259 nömrəli qiymətləndirmə aktından görünür ki, 2014-cü il buraxılışlı “Kia Forte” markalı 77BN180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə görə 10491,00 manat, təmir işlərinə görə 4075,00 manat olmaqla, cəmi 14566,00 manat xərc tələb olunur.
14. "xxxx" Sığorta Şirkətinin 06 aprel 2023-cü il tarixli CLM**********47 nömrəli sığorta aktından görünür ki, 05 aprel 2023-cü ilı tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyana görə sığorta məbləğinin maksimum həddi 5000 manat təşkil edir. Məbləğ köçürülmə yolu ilə İddiaçı1 ödənilməlidir.
15. AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinin 05 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, HK-1/195 nömrəli material AR Baş Prokurorluğu tərəfindən öyrənilmiş, lakin qərarın ləğv edilməsi halı olmamışdır.
16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 16 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 barəsində “Əmək və məşğulluq” altsisteminə Cavabdeh3 MMC tərəfindən əmək müqaviləsi bildirişi daxil edilməmişdir.
17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 26 avqust 2023-cü il tarixli cavab məktubundan görünür ki, “Elektron notariat” İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən 26 avqust 2021-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində Cavabdeh1 adından Cavabdeh3 MMC-nin adına **-TJ-*** və **-BC-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser 200 minik” markalı nəqliyyat vasitələrinə dair etibarnamələr rəsmiləşdirilmişdir. İcarə müqaviləsinin təsdiqlənməsi barədə məlumat aşkar edilməmişdir.
18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 06 sentyabr 2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Toyota Land-Cruiser 200 minik” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 26 avqust 2021-ci ildə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin nəqliyyat vasitəsi 28 aprel 2023-cü ildə Cavabdeh1 tərəfindən X2, məlumatlar verilən tarixə X4 adına qeydiyyatda olmuşdur.
19. "xxxx" MMC tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli aktlardan görünür ki, “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələri üçün 5540 manat, ustalar üçün isə 2270 manat tələb olunur.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli 9/5972-8/2287 nömrəli ekspert rəyindən görünür ki, 2014-cü il buraxılışlı “Kia Forte” markalı, istifadəyə yararlı vəziyyətdə olan avtomobilin 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 19000,00 manat müəyyən olunur. 2014-cü il buraxılışlı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsindən sonra salamat qalan yararlı vəziyyətdə olan hissələri avtomobilin dəyərinin təxminən 40 faizini təşkil edir. 2014-cü il buraxılışlı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin yolnəqliyyat hadisəsindən sonra təmir olunması rentabelli hesab olunur. Nəzəri hesablama yolu ilə, “AvtoBox” LLCnin 01 aprel 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11005,00 manat müəyyən edilir. 2014-cü il buraxılışlı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın hadisə baş verən 01 mart 2023-cü il tarixə məbləği qəza nəticəsində salamat qalan yararlı hissələrinin dəyəri avtomobilin ümumi dəyərindən çıxıldıqdan sonra 7995,00 manat müəyyən olunur.
21. "xxxx" Sığorta Şirkətinin 30 oktyabr 2023-cü il tarixli cavab məktubundan və ona əlavə edilən 10942 nömrəli, 10 aprel 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı1 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
22. İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan maddi zərərə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən 14566 manat, mənəvi zərərə görə 5000 manat və vəkil xərclərinə görə 500 manatın alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
23. İddia onunla əsaslandırılmışdır ki, 01 mart 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 93-cü km-də Cavabdeh2 idarə etdiyi “X14” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri istiqamətində ehtiyat yolda dayanmmış vəziyyətdə olan İddiaçı1 məxsus “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Bu hadisəyə səbəb “X14” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh2 yola nəzarət etməməsi və avtomobillə yüksək sürətlə hərəkət etməsi olmuşdur. “X14” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində zərbənin təsirindən təkəri qırılmış və buna görə də “tormoz” edə bilməmişdir. Hadisə zamanı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobildə iddiaçılar İddiaçı1 və İddiaçı2 olmuşlarr. Hadisə ilə bağlı araşdırma aparılmış, 18 mart 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbuedilmiş və material üzrə avtomobili hadisə zamanı idarə edən Cavabdeh2 barəsində AR İXM-nin 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi barədə qərar çıxarılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 01 mart 2023-cü il tarixdə baş vermiş hadisədən sonra bədənlərində yaranmış ağrılarla bağlı 02 mart 2023-cü il tarixdə “X13”ə müraciət etmiş, həkim tərəfindən İddiaçı1 bud-çanaq oynağının, sağ dizinin əzilməsi və boynun küt travması, İddiaçı2 isə döş qəfəsinin küt travması müəyyən olunmuşdur. Qeyd edilənlər və hadisənin baş verməsini əks etdirən foto-şəkillər, hadisə yerindəki izlər bir daha sübut edir ki, həmin hadisə Cavabdeh2 səriştəsizliyi, vəziyyətə nəzarət edə bilməməsi və sürət həddini aşması nəticəsində baş vermişdir. Baş vermiş hadisənin birtərəfli araşdırılması vurulan zərərə, hadisəyə düzgün qiymət verilməməsi, cavabdehlər tərəfindən iddiaçıların hüquqlarının pozulmasına, onlara vurulan həm maddi, həm də mənəvi zərərin ödənilməməsinə gətirib çıxartmışdır. Hadisəyə düzgün qiymət verilməməsi ilə bağlı və bunun nəticəsində iddiaçıların hüquqlarının pozulması ilə 18 mart 2023-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı qəbul etmiş təhqiqatçı, polis mayoru Azər Əmiraslanov barəsində müvafiq instansiyalara müraciət olunmuşdur və nəticələri barədə məlumat verilməsi barədə məktublar alınmışdır. “X14” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 olmaqla o, özünə məxsus avtomobili Cavabdeh3 MMC-yə icarəyə vermiş və avtomobil MMC tərəfindən Cavabdeh2 etibarnamə əsasında idarə etmək hüququ verilmişdir. 01 aprel 2023-cü il tarixində İddiaçı1 “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinə "xxxx" MMC-də diaqnostik baxış keçirildikdən sonra məlum olmuşdur ki, avtomobilin ehtiyat hissələrinin cəmi qiyməti 10491,00 manat və xidmət haqqı üçün 4075 manat, ümumilikdə 14566 manat tələb olunur. Hadisə ilə bağlı "xxxx" Sığorta Şirkəti tərəfindən İddiaçı1 5000 manat pul ödənilmişdir. Lakin həmin məbləğ iddiaçının əmlakına vurulan zərərin az bir hissəsini qarşılamışdır. İddiaçı2 hadisədən sonra sağlamlığında yaranan problemlərlə bağlı həkimə müraciət edilmiş, o, müalicələr almış və dərman preparatları qəbul etmişdir. Baş vermiş hadisə ilə bağlı cavabdehlərdən heç biri iddiaçılarla maraqlanmamış və hadisəyə görə nə maddi, nə də mənəvi cəhətdən onlara kömək etməmişlər.
24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli 9/5972-8/2287 nömrəli ekspert rəyindən görünür ki, 2014-cü il buraxılışlı “Kia Forte” markalı, istifadəyə yararlı vəziyyətdə olan avtomobilin 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 19000,00 manat müəyyən olunur. 2014-cü il buraxılışlı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsindən sonra salamat qalan yararlı vəziyyətdə olan hissələri avtomobilin dəyərinin təxminən 40 faizini təşkil edir. 2014-cü il buraxılışlı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin yolnəqliyyat hadisəsindən sonra təmir olunması rentabelli hesab olunur. Nəzəri hesablama yolu ilə, “AvtoBox” LLCnin xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11005,00 manat müəyyən edilir. 2014-cü il buraxılışlı “Kia Forte” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın hadisə baş verən xx.xx.2023-cü il tarixə məbləği qəza nəticəsində salamat qalan yararlı hissələrinin dəyəri avtomobilin ümumi dəyərindən çıxıldıqdan sonra 7995,00 (19000,00 - 11005,00) manat müəyyən olunur.
25. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2024-cü il tarixli 9/9592 nömrəli ekspert rəyindən görünür ki, 9/5972 nömrəli rəyin 3-4-cü səhifələrindəki (mülki işin 151-ci səhifəsi) cədvəldə 15-ci nömrə ilə qeyd edilmiş “yanacaq çənin – 70 manat” və 52-ci nömrə ilə qeyd edilmiş “yanacaq çəni – 250 manat” kimi göstərilməsinin səbəbi 15-ci nömrədə qeyd edilmiş ehtiyat hissəsinin yanacaq çənin boyun hissəsi, digər 52-ci nömrədə qeyd edilmiş ehtiyat hissəsi avtomobilin yanacaq çənidir.
26. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(006)- 159/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq İddiaçı1 dəymiş maddi zərərin əvəzi olaraq 3255 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
27. Qətnamə onunla əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli olması, hadisə nəticəsində İddiaçı1 mülkiyyətində olan və onun tərəfindən idarə edilən nəqliyyat vasitəsinə maddi zərər dəyməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 sağlamlığına heç bir ziyan dəyməməsi, maşına vurulmuş zərərlə bağlı isə müvafiq sığorta şirkəti tərəfindən İddiaçı1 5000 manat, cavabdehlər – maşının mülkiyyətçisi Cavabdeh1 və etibar edilmişi etibar edən - Cavabdeh3 MMC tərəfindən isə 2750 manat məbləğində pul verilməsi hazırki iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardır. İddiaçılar "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktına istinad edərək, maşına 14566 manat məbləğində maddi ziyan dəydiyini iddia etdiyindən, lakin cavabdeh bu məbləği mübahisələndirdiyindən, iş materiallarında mütəxəssis tərəfindən verilmiş başqa bir rəy aktında ziyanın məbləğinin 9526 manat olması göstərildiyindən, obyektiv araşdırma aparmaq və həqiqətə nail olmaq məqsədilə məhkəmə tərəfindən iş üzrə müvafiq ekspertiza təyin edilmiş, ekspertiza nəticəsində İddiaçı1 məxsus avtomobilin yolnəqliyyat hadisəsindən sonra təmir olunmasının rentabelli hesab edilməsi müəyyən edilmiş, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə avtomobilin təmir-bərpa xərcinin təxminən 11005 manat məbləğində olması qənaətinə gəlinmişdir. Ekspert rəyi Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən və ziddiyyətli məqamlara aydınlıq gətirilməsi zəruri olduğundan, məhkəmə tərəfindən təyin edilmiş əlavə ekspertiza nəticəsində yuxarıda qeyd edilmiş ekspert rəyinin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məhkəmə tərəfindən məqsədə müvafiq hesab edilmişdir. Beləliklə, məhkəmə maşına vurulmuş zərərlə bağlı 5000 manat məbləğində sığorta ödənişinin sığorta şirkəti tərəfindən, həmçinin, 2750 manat məbləğində pulun isə digər cavabdehlər tərəfindən İddiaçı1 verilməsini nəzərə alaraq hesab edir ki, İddiaçı1 məhz 3255 manat məbləğində maddi ziyanın əvəzinin Cavabdeh2 tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin 3255 manatdan artıq məbləğdə təmin edilməsi onun əsassız varlanmasına gətirib çıxaracaqdır. Digər İddiaçı2 və ya onun sağlamlığına isə real maddi ziyan dəyməsi müəyyən edilmədiyindən (əsassız tələbdir), Cavabdeh2 törətdiyi delikt nəticəsində ziyan dəyməsi müəyyən edilən maşının isə onun oğlunun – İddiaçı1 mülkiyyətində və istifadəsində olması mübahisəsiz olduğundan (tələbə subyektiv hüququ yoxdur), eyni zamanda, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC əsl cavabdehlər olmadığından məhkəmə hesab edir ki, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “maddi zərərin ödənilməsi” barədə olan iddia tələbi təmin edilməməlidir. Məhkəmə “mənəvi zərərin ödənilməsi” barədə olan iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı orada olan iddiaçıların (İddiaçı1 sükan arxasında, anası – digər İddiaçı2 isə sərnişin kimi) stress keçirməsi, baş vermiş hadisənin onların şüurunda mənfi psixoloji reaksiyaya səbəb olması mübahisəsizdir. Lakin məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçılara onların iddia etdiyi məbləğdə mənəvi zərər dəyməsi ağlabatan deyildir. Belə ki, məhkəmə mənəvi zərərin hər bir halda məhkəmə tərəfindən sərbəst qiymətləndirilməli olmasına əsaslanaraq, dəymiş mənəvi zərərin 1000 manat məbləğində olması qənaətini ədalətli və ağlabatan hesab edir.
28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 926, 1096, 1097, 1108-ci maddələrinə, “İcbari sığortalar haqqında” Qanunun 10, 13.1-13.2, 52.1, 56.1.2-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2023-cü il tarixli, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarlarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
29. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
30. Şikayətin dəlillərinə görə, iddiçılara vurulmuş maddi zərər sığorta şirkəti tərəfindən ödənilmişdir. Ona görədə hesab edir tələb təmin oluna bilməz. Belə ki, o iddiaçılara heç bir mənəvi zərər vurmamış, lakin bütün bunlara baxmayaraq məhkəmə məndən mənəvi zərərəin əvəzinin tutulub iddiaçılara verilməsi barədə əsasız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
34. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10. Sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğdə ifadə olunan son həddidir. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Maddə 13.1-13.2. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Maddə 56.1.2. Sığortaçının bir sığorta hadisəsinə görə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin son həddi 5 000 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, sığorta hadisəsi sığorta təminatı altına alınmış riskin reallaşmasıdır ki, onun baş verməsi ilə sığorta ödənişini tələb etmək hüququ yaranır. Sığorta hadisəsi konkret bir hadisədir, haldır, lakin onun baş verməsi nəticəsində bir və ya daha çox zərərçəkmiş (nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası zamanı üçüncü şəxslər) ola bilər.
35. Konstitusiya Məhkəməsinin Plenumu «“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2023-cü il tarixli Qərarında xüsusi olaraq qeyd etmişdir ki, bir neçə üçüncü şəxsin əmlakına zərər vurulmasının bir sığorta hadisəsinin nəticəsi kimi qiymətləndirilməsi üçün baş vermiş yolnəqliyyat hadisəsinin faktiki halları araşdırılmalı və müvafiq nəticəyə gəlinməlidir. Məzmunu açıqlanan normalardan göründüyü kimi, bir yol-nəqliyyat hadisəsi nəticəsində iki və daha çox üçüncü şəxslərə zərər vurulması ilə hər bir üçüncü şəxsə münasibətdə ayrıayrılıqda sığorta hadisəsi baş vermiş hesab edilmir və bu hal bir sığorta hadisəsi nəticəsində iki və daha çox üçüncü şəxsə zərərin vurulması kimi çıxış edir. Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, mövcud qanunvericiliyə görə icbari sığorta münasibətlərində bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, zərərçəkən zərərin sığorta ödənişi ilə əhatə olunmayan hissəsinin ödənilməsi ilə bağlı zərərvurana qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada delikt hüququ üzrə tələb irəli sürməkdə haqlıdır.
36. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
37. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ... mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
38. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
42. Məhkəmə kollegiyası lkin olaraq onu qeyd edir ki, apellyasiya şikayəti ümumiyyətlə əsaslandırılmamış, əsas olaraq iddiçılara vurulmuş maddi zərərin sığorta şirkəti tərəfindən ödənildiyi qeyd olunmuşdur.
43. Qanunvericiliyə əsasən zərərin yalnız 5000 manat məbləğində hissəsinin sığorta şirkəti tərəfindən qarşılanması nəzərdə tutulur, zərər 5000 manatdan artıq olduqda isə delikt törətmiş şəxs tərəfindən ödənilməlidir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, maşına vurulmuş zərərlə bağlı 5000 manat məbləğində sığorta ödənişinin sığorta şirkəti tərəfindən, həmçinin, 2750 manat məbləğində pulun isə digər cavabdehlər tərəfindən İddiaçı1 verilməsi nəzərə alınmaqla İddiaçı1 məhz 3255 manat məbləğində maddi ziyanın əvəzinin Cavabdeh2 tutulmasını tələb etməkdə haqlıdır.
44. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, mənəvi zərərin tutulması əsassızdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı orada olan iddiaçıların (İddiaçı1 sükan arxasında, anası – digər İddiaçı2 isə sərnişin kimi) stress keçirməsi, baş vermiş hadisənin onların şüurunda mənfi psixoloji reaksiyaya səbəb olması mübahisəsizdir. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq mənəvti zərərin əvəzinin tutulması qənaətinə gəlmiş və məbləği də 1000 manat müəyyən etmişdir.
45. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
46. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(006)-159/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(006)-159/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev