Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4209/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyini üçüncü şəxs qismində cəlb etdiyi Cavabdehna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6120/2020 saylı 02.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinin geri qaytaılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6120/2020 saylı mülki iş üzrə 25.01.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6120/2020 saylı iş üzrə 02.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti məhkəmənin 25.01.2021-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 130.1, 130.3, 360, 363.1.2-cı maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə istinadən) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli 2(011)-6120/2020 nömrəli qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti geri qaytarılmışdır. Qərardadda qeyd olunanlara əsasən 07.04.2020-ci il tarixli K0207001 nömrəli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin hesabına apelyasiya şikayətinin verilməsi üçün 15,40 manat dövlət rüsumu ödəmiş, bununla da müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli 2(011)-6120/2020 nömrəli qətnaməsindən 07.04.2020-ci il tarixdə dövlət rüsumu ödəməsi absurd anlayışdır və iddiaçı dövlət rüsumunu mübahisələndirdiyi qətnamənin qəbul edilməsindən 7 ay əvvəlcədən ödəmiş, bu hal isə iddiaçının öz hüquqlarından vicdanla istifadə etməsini şübhə altına alır və hüquqlardan suiistifadəyə səbəb ola bilər. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyə bank və ya poçt sənədi verilir. İddiaçı şikayət vermiş və (Azərbaycan Respublikası Konstitusiyasının 60, 73, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 361, 364-cü maddələrinə istinadən) qeyd edilmişdir ki, iş materiallarında olan və 02 noyabr 2020-ci il tarixli qətnamənin rəsmi qaydada verildiyini təsdiq edən 16 noyabr 2020-ci il tarixli müşayət məktubunun üzərində 09 saylı cəzaçəkmə müəssisəinin apardığı qeydlərdən kifayət qədər aydın şəkildə görünür ki, 2(011)-6120/2020 saylı mülki iş üzrə qəbul edilmiş 02 noyabr 2020ci il tarixli qətnamə rəsmi qaydada 14 dekabr 2020-ci il tarixdə 09 saylı cəzaçəkmə müəssisəsinin ünvanına daxil olmuş, həmin tarixdə qətnamə aidiyyəti üzrə iddiaçıya təqdim olunmuş və elə həmin tarixdə də qətnamədən apellyasiya şikayəti verilmiş, rəsmi sənədlərdə mövcud olan qeydlər birmənalı şəkildə sübut edir ki, apellyasiya şikayətinin verilməsi zamanı qanunla müəyyən edilmiş qaydaya tam əməl olunmuş və prosessual müddət buraxılmamış, bununla əlaqədar olaraq, məhkəmənin iddiaçıdan prosessual müddətin bərpasına dair ərizənin məhkəməyə təqdim olunmasını tələb etməsi birmənalı şəkildə əsassız və qanunsuzdur. Həmçinin şikayətdə konkret faktların mövcudluğu ilə birmənalı şəkildə apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əlavə olunduğunun sübut olunduğu, birinci instansiya məhkəməsinin dövlət rüsumunun hər hansı bir qətnamə ilə bağlı deyil, istənilən mübahisəyə aşağı və ya yuxarı məhkəmə instansiyalarında baxılması məqsədilə məhkəmələrin hesabına ödənildiyini nəzərə almadığını, dövlət rüsumunun qəbzindən məbləğin elektron ödəmə sistemi vasitəsilə “xxxx” ASC-nin “Bravo-2” filialında Bakı Apellyasiya Məhkəməsinin hesabına köçürülüdüyü, ödənilmiş məbləğin Bakı Apellyasiya Məhkəməsinin hesabına köçürülüb-köçürülmməsini yoxlamağın qanunla Xətai Rayon Məhkəməsinin səlahiyyətlərinə aid edilmədiyi, Xətai rayon Məhkəməsinin yalnız apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əlavə edilibedilmədiyini yoxlamaq səalhiyyətinə malik olduğu, 07.04.2020-ci il tarixdə K0207001 nömrəli qəbz əsasında Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 15,40 AZN məbləğində dövlət rüsumunun təyinatı üzrə istifadə edilmədiyindən qəbzin saxlanıldığı və apellyasiya şikayətinə əlavə edilərək, Bakı Apellyasiya Məhkəməsinə təqdim olunduğu, burada hər hansı bir qanun pozuntusuna yol verilmədiyi və hüquqlardan sui-istifadə edilmədiyi qeyd olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 18.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 133, 357-366, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Qeyd edilməlidir ki, iddiaçı dövlət rüsumunun təyinatı üzrə istifadə edilmədiyindən qəbzin saxlanıldığı və apellyasiya şikayətinə əlavə edilərək, Bakı Apellyasiya Məhkəməsinə təqdim olunduğunu özü şikayətində qeyd etmişdir, bununla da qeyd edilən rüsumun təyinatının başğa işə aid olduğu təsdiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,. q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6120/2020 saylı mülki iş üzrə 25.01.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-4209/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4209/2021
03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver