Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4214/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-3317/2022 saylı iş üzrə 21 aprel 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3317/2022 saylı iş üzrə 21 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3317/2022 saylı iş üzrə 12 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3317/2022 saylı iş üzrə 21 aprel 2022-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin yenidən icraata qəbul məsələsinin müzakirə edilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarına olan cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il təvəddülü Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 34, mənzil 25 ünvanında qeydiyyatdadır və şəxsiyyət vəsiqəsi 08.03.2026-cı il tarixədək qüvvədədir. Birinci instansiya qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində Cavabdeh ünvanını ünvan 1 iddia ərizəsinə əlavə edilmiş sənədlərdən cavabdehin yaşayış ünvanının Ucar rayonu, Qarabörk Ə/D, Qarabörk kəndində olması müəyyən edilir. Göründüyü kimi, Cavabdeh qeydiyyat yerinin müəyyən edilməsi barədə iş materiallarında ziddiyət mövcuddur. Ona görə də kollegiya hesab edir ki, qeyd olunan halı aradan qaldırılması üçün qərardad ləğv edilməli, ziddiyyətin aradan qaldırılması üçün iddia ərizəsinin yenidən icraata qəbul məsələsini yenidən müzakirə edərək qanuni və əsaslı qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi müəyyən edən 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Belə olan halda kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3317/2022 saylı iş üzrə 21 aprel 2022-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin yenidən icraata qəbul məsələsinin müzakirə edilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3317/2022 saylı iş üzrə 21 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin yenidən icraata qəbul məsələsinin müzakirə edilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4214/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4214/2022
01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver