Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-422/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı mülki iş üzrə Açar sözlər: əmlakın naturada ayrılması X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8, İddiaçı, eyni zamanda İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “əmlakın naturada ayrılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 339/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 38 ünvanında yerləşən 0,19 ha torpaq sahəsi və orada yerləşən 54,50 kv.m bağ evi üzərində 5/16 hissədə İddiaçı1, 5/16 hissədə İddiaçı2, 1/8 hissə Cavabdeh2, 2/8 hissədə Cavabdeh1 mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8639 nömrəli ekspert rəyinə əsasən İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinin onun payına düşən sahədən 257 kv.metr az olduğu, İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsinin onun payına düşən sahədən 274 kv.metr az olduğu, Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin onun payına düşən sahədən 398 kv.metr artıq olduğu, Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin onun payına düşən sahədən 131 kv.metr artıq olduğu nəzərə alınaraq, mübahisəli bağ sahəsində faktiki olaraq aparılmış bölgünün (mövcud vəziyyət) tərəflərin paylarının miqdarına uyğun olmadığı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 38 nömrəli bağ sahəsində yerləşən, ümumi sahəsi 54.5 kv.mtr olan fərdi yaşayış evinin faktiki vəziyyətini, tikililərinin planlı yerləşməsini, bir yaşayış otağının olmasını, tərəflərin 5/16, 1/8 və 2/8 paylarına düşən yaşayış sahəsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 2.4-cü bəndində göstərilən yaşayış sahəsindən az təşkil etdiyi nəzərə alınaraq, tədqiq olunan evin tərəflərin paylarına uyğun olaraq bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2. 2.4, 2.7-ci bəndlərinə, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı, torpaq sahəsinin faktiki vəziyyəti, tərəflər arasında bölünmüş vəziyyətdə olduğu, həmin torpaq sahələrinə giriş-çıxış üçün ayrıca qapılar olduğu, həmçinin əlavə qapıların açılmasının mümkün olduğu nəzərə alınaraq, tədqiq olunan torpaq sahəsinin tərəflərin paylarına uyğun bölünməsinin texniki cəhətdən mümkün olduğu təklif edilən bölgü variantının rəyə əlavə edildiyi, sahəsi 54,50 kv metr olan bağ evinin faktiki olaraq mövcud olduğu və İddiaçı2 istifadəsində olan torpaq sahəsində yerləşdiyi qeyd edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixl rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 38 ünvanında yerləşən 54,50 kv metr bağ evinin real bazar dəyəri 20.000 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 38 nömrəli bağ ünvanında yerləşən 54.5 kv.m-dən ibarət evdə Cavabdeh2 1/8 hissə (ümumi sahə üzrə 6.8 kv.m) payının dəyərini təşkil edən 2.500 manat və Cavabdeh1 2/8 hissə (13.6 kv.m) payının dəyərini təşkil edən 5.000 manat pul vəsaitinin onlara İddiaçı2 Yusifoviç tərəfindən kompensassiya olaraq ödənilməklə cavabdehlərin 54.5 kv.m-dən ibarət bağ evinin üzərində 1/8 va 2/8 hissədə paylı mülkiyyət hüquqlarına xitam verilməsi, həmin 1/8 va 2/8 pay üzərində İddiaçı2 Yusifoviçin mülkiyyət hüququnun tanınması va adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin, torpaq sahəsinin 3-16-16/2-10/8639 №-li, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunan qaydada sxeminə uyğun naturada bölünməsi və paylı mülkiyyətçilərin hər birinə düşən payın ayrı-ayrılıqda qeydiyyata alınaraq adlarına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak X10 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, torpaq sahəsinin 3-16-16/2-10/8639 №-li, xx.xx.2024-00 il tarixli ekspert rəyində qeyd olunan söküntü və tikinti İşlərinin (sərhəd hasarlarının çəkilməsi, bölgü üçün tələb olunan faktiki daş hasarın və ya bir hissəsinin sökülməsi, qapı boşluqlarının açılması və s.) onların birgə vəsaiti hesabına aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, mübahisəli torpaq sahəsi mərhum babaları Şahrza Əliyaqub oğluna məxsus olmuşdur. Onlar anadan bir qardaş olmaqla, uşaqlıqdan ana babaları Şahrza Əliyaqub oğlunun himayəsində böyüdüklərindən indiyə qədər həmin bağ sahəsində yaşayırlar. Mərhum babaları Şahrza Əliyaqub oğlunun vəfatından sonra sözügedən bağ sahəsi vəsiyyət üzrə vərəsəliyə əsasən onların və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adına rəsmiləşdirilmiş və hal hazırda 5/16 hissə İddiaçı1, 5/16 hissə İddiaçı2 Yusifoviçə, 1/8 hissə Cavabdeh2 və 2/8 hissə Cavabdeh1 məxsus olmaqla paylı mülkiyyətlərindədir. Qeyd olunan torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və eyni tarixli texniki pasport verilmişdir. Onlar dəfələrlə cavabdehlərə paylı mülkiyyətdə olan sözügedən bağ (torpaq) sahəsinin naturada paylara uyğun real bölgüsünü aparmağı təklif etsələr də, cavabdehlər buna razılıq və imkan vermirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 339/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 38 nömrəli bağ ünvanında yerləşən 54.5 kv.m dən ibarət evdə Cavabdeh2 1/8 hissə (ümumi sahə üzrə 6.8 kv.m) payının dəyərini təşkil edən 2.500 manat və Cavabdeh1 2/8 hissə (13.6 kv.m) payının dəyərini təşkil edən 5.000 manat pul vəsaitinın onlara İddiaçı2 Yusifoviç tərəfindən kompensasiya olaraq ödənilməklə cavabdehlərin 54.5 kv.m-dən ibarət bag evinin üzərində 1/8 va 2/8 hissədə paylı mülkiyyət hüquqlarına xitam verilməsi, həmin 1/8 va 2/8 pay üzərində İddiaçı2 Yusifoviçin mülkiyyət hüququnun tanınması və adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələlən Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 38 nömrəli bağ ünvanında yerləşən 0.19 ha torpaq sahəsinin iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/8639 №-li, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunan qaydada sxeminə uyğun naturada bölünməsi və paylı mülkiyyətçilərin hər birinə düşən payın ayrı-ayrılıqda qeydiyyata alınaraq adlarına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak X10 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 38 nömrəli bağ ünvanında yerləşən 0.19 ha torpaq sahəsinin iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/8639 №-li, xx.xx.2024-00 il tarixli ekspert rəyində qeyd olunan söküntü və tikinti işləri (sərhəd hasarlarının çəkilməsi, bölgü üçün tələb olunan faktiki daş hasarın və ya bir hissəsinin sökülməsi, qapı boşluqlarının açılması və s.) iddiaçıların birgə vəsaiti hesabına aparılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim X13)
5. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, torpaq sahəsi dörd paylı mülkiyyətçi arasında faktiki olaraq bölünmüş vəziyytdədir, hər sahəyə giriş-çıxış üçün ayrıca qapılar var, əlavə qapıların açılması da mümkündür, lakin faktiki torpaq sahələr paylara uyğun deyil, iddiaçıların faktiki istifadəsində olan torpaq sahələri paylarına düşəndən az, cavabdehlərin faktiki istifadəsində olan topaq sahələri paylarına düşəndən çoxdur, torpaq sahəsinin paylara uyğun bölünməsi mümkündür, həmin bölünmə sxemi ekspert tərəfindən hazırlanmışdır. Çıxarışda göstərilən 54,50 kv metr ev İddiaçı2 istifadəsində olan torpaq sahəsində yerləşir, cavabdehlər hər biri özünün faktiki istifadəsində olan torpaq sahələrində ev inşa etdirmişdir və onlar Çıxarışda göstərilən 54,50 kv metrdən ibarət olan evdən naturada paylarının ayrılmasına maraqlı deyillər, ekspert rəyinə də əsasən həmin evin naturada bölünməsi mümkün deyil. Belə olan halda, məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 38 nömrəli bağ ünvanında yerləşən 54.5 kv.m-dən ibarət evdə Cavabdeh2 1/8 hissə (ümumi sahə üzrə 6.8 kv.m) payının dəyərini təşkil edən 2.500 manat və Cavabdeh1 2/8 hissə (13.6 kv.m) payının dəyərini təşkil edən 5.000 manat pul vəsaiti onlara İddiaçı2 Yusifoviç tərəfindən kompensasiya olaraq ödənilməklə cavabdehlərin 54.5 k.v-dən ibarət bag evinin üzərində 1/8 va 2/8 hissada paylı mülkiyyat hüquqlarına xitam verilməli, həmin 1/8 va 2/8 pay üzərində İddiaçı2 Yusifoviçin mülkiyyət hüququ tanınmalı va adına daşınmaz amlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələlən Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 38 nömrəli bağ ünvanında yerləşən 0.19 ha torpaq sahəsinin iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/8639 №-li, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunan qaydada sxeminə uyğun naturada bölünməli və paylı mülkiyyətçilərin hər birinə düşən payın ayrı-ayrılıqda qeydiyyata alınaraq adlarına çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak X10 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 38 nömrəli bağ ünvanında yerləşən 0.19 ha torpaq sahəsinin iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/8639 №- li, xx.xx.2024-00 il tarixli ekspert rəyində qeyd olunan söküntü və tikinti İşləri (sərhəd hasarlarının çəkilməsi, bölgü üçün tələb olunan faktiki daş hasarın və ya bir hissəsinin sökülməsi, qapı boşluqlarının açılması və s.) iddiaçıların birgə vəsaiti hesabına aparılmalıdır.
6. Məhkəmə, həmçinin, hesab etmişdir ki, iş üzrə aparılmış ekspertiza İddiaçı1 vəsatəti əsasında təyin edildiyindən, ekspertizanın 100 manat dəyəri Məhkəmə Ekspertiza Mərkəzinə ondan tutulmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü, 220ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 101-1.2-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi, 38 ünvanında yerləşən 54.5 kv.m-dən ibarət evdə Cavabdeh2 1/8 hissə (ümumi sahə üzrə 6.8 kv.m) payının dəyərini təşkil edən 2.500 manat pul vəsaitinin İddiaçı2 Yusifoviç tərəfindən kompensaisya olaraq ödənilməklə, həmin bağ evinin üzərində cavabdehin 1/8 hissədə paylı mülkiyyət hüququna xitam verilməsi, həmin 1/8 pay üzərində İddiaçı2 Yusifoviçin mülkiyyət hüququnun tanınması” hissəsində dəyişdirilməsi, həmin evdə cavabdehin payı dəqiq müyyən edildikdən sonra həmin torpaq sahəsi və evin naturada bölünməsinin həyata keçirilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi onların babası X15 məxsus olmaqla, sonuncunun xx.xx.2011-ci il tarixdə vəfat etməsindən sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5775/2019 saylı qətnaməsinə əsasən vəsiyyət (xx.xx.2008-ci il tarixli vəsiyyətnaməyə əsasən) və qanun üzrə vərəsələr arasında aşağıdakı qaydada bölüşdürülmüşdür: İddiaçı2 5/16, İddiaçı1 5/16, Cavabdeh2 1/8, X6 1/8 və Cavabdeh1 1/8 pay. Onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən və atası mərhum X19 tərəfindən xx.xx.2008-ci il tarixdə notarial qaydada tərtib olunmuş vəsiyyətnamədən xəbəri olmamışdır. Lakin 2023-cü ilin dekabr ayının sonunda yaşadığı ünvanda, hazırki iş üzrə təyin edilmiş ekspertizanın keçirilməsi ilə əlaqədar müəyyən ölçmə işləri aparıldıqdan sonra, o, Bakı şəhəri 17 saylı Notariat Ofisinə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və onun müraciəti eyni tarixli 10 nömrəli məktubla cavablandırılmışdır. Həmin cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X12 miras qalmış əmlaka dair xx.xx.2012-ci il tarixdə vəfat etmiş cavabdehin oğlu X3 Bakı şəhəri 17 saylı notariat ofisində 2V1-14 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş xx.xx.2008-ci il tarixli vəsiyyatnamə verilmiş, X2 vəfat etməsi ilə əlaqədar vəsiyyatnamə öz qüvvəsini itirmiş və X12 miras qalmış əmlaka dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5775/2019 saylı qətnaməsinə əsasən paylar müəyyən olunub bölünmüşdür. Bundan sonra, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5775/2019 saylı qətnaməsini xx.xx.2024-cü il tarixdə rəsmi olaraq əldə edərək, xx.xx.2024-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Belə ki, mərhum X14 vəsiyyətnamə üzrə vərəsəsi olan və xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4 babası X14 vəfat etdiyi xx.xx.2011-ci il tarixdə miras əmlak olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağ evi 38 ünvanında yaşamış və miras açılan vaxt, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün sağ olmuşdur. X19 tərəfindən Bakı şəhəri 17 saylı dövlət notariat kontorunda tərtib edilmiş xx.xx.2008-ci il tarixli vəsiyyətnamədə adları qeyd olunan vərəsələrdən heç birinin miras payı müəyyən edilməmiş və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərilməmişdir. Odur ki, miras əmlak X4 ilə vəsiyyətnamə üzrə vərəsə olan İddiaçı2 və İddiaçı1 arasında bərabər bölüşdürülməli idi, yəni Tərlan Əliyaqubovun miras əmlaka dair 1/6 payı və ya qanun üzrə vərəsələrə düşən məcburi pay çıxıldıqdan sonra qalan əmlaka dair 1/3 payı müəyyən edilməli idi. X2 miras açılan vaxt sağ olduğunu, xx.xx.2012-ci il tarixdə vəfat etməsini və öldüyü günədək subay olmasını nəzərə alaraq, AR MM-nin 1159.1.1-ci maddəsinə əsasən miras əmlakdan sonuncunun payına düşən hissəsində o atası olaraq pay hüquqlu qanun üzrə vərəsə sayılır. Lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 5775/2019 saylı qətnaməsində əsas sübutlardan biri olan və işin həllini köklü sürətdə dəyişən bu fakta hüquqi qiymət verilməmişdir. Belə ki, həmin qətnamədə xx.xx.2008-ci il tarixli vəsiyyətnamə barədə qeyd olsa da, əmlakın bölgüsü zamanı X3 münasibətdə həmin vəsiyyətnaməyə istinad edilməmişdir. Halbuki həmin vəsiyyətnaməyə istinad edilsə idi X3 pay ayrılmalı, onun vəfat etməsi ilə əlaqədar qanun üzrə vərəsəsi onun miras əmlakda payı artmalı idi. Belə olan halda, onun Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi, 38 ünvanında yerləşən 0.19 ha torpaq sahəsindən ona düşən pay 1/8 deyil, 7/24 olmalıdır. Bu barədə məhkəməyə rəsmi qaydada məlumat verilsə də, məhkəmə bu hala əhəmiyyət verməyərək, nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə miras əmlakın naturada bölünməsi zamanı ona münasibətdə qərəzli olmuş, sonuncunun məhkəməyə miras əmlakda payların müəyyən edilməsinə dair məhkəmə qərarından şikayət verməsini bildirməsinə əhəmiyyət verməmiş, bununla da mübahisələndirilən qətnamənin əsasını təşkil edən məhkəmə qərarının qanuni qüvvəyə minməməsini nəzərə almamışdır. Bununla da, onun konstitusion hüquqlarından olan mülkiyyət hüququ pozulmuşdur. Belə ki, mübahisələndirilən qətnamənin əsasını təşkil edən məhkəmə qərarından (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 5775/2019 saylı qətnaməsi) apellyasiya şikayəti verildiyindən həmin qətnamə hüquqi qüvvəyə minməmiş və naturada bölgüsü tələb olunan miras əmlakda payların bölüşdürülməsi başa çatmamışdır. Nəticədə, onun miras əmlakdan almalı olduğu kompensasiya məbləği azaldılmış, mülkiyyət hüququ məhdudlaşdırılmış, bununla da tərəflərin bərabərliyi prinsipi pozulmuşdur.
10. Sonradan Cavabdeh2 apellyasiya şikayəti üzrə tələbinə dəqiqləşdirmə verərək, qətnamənin “mübahisəli torpaq sahəsinin 3-16-16/2-10/8639 nömrəli, xx.xx.2024-00 il tarixli ekspert rəyində qeyd olunan söküntü va tikinti işlərinin (sərhəd hasarlarının çəkilməsi, bölgü üçün tələb olunan faktiki daş hasarın va ya bir hissəsinin sökülməsi, qapı boşluqlarının açılması va s.) iddiaçılann birgə vəsaiti hesabına aparılmasına dair hissəsində dəyişdirilməsini və ona münasibətdə torpaq sahəsinin 3-16-16/2-10/8639 nömrəli, xx.xx.2024-00 il tarixli ekspert rayində qeyd olunan söküntü va tikinti işlərinə (sərhəd hasarlarının çəkilməsi, bölgü üçün tələb olunan faktiki daş hasarın va ya bir hissəsinin sökülməsi, qapı boşluqlarının açılması va s.), habelə söküntüyə məruz qalacaq tikililərə (12 kv.m sahəsi olan hamam, 4 kv.m sahəsi olan tualet va 23.04 kv.m sahəsi olan tövlə) və bölgü üzrə iddiaçılara çatacaq torpaq sahəsinin hasarlanmasına çəkilmiş xərclərin (daş (kubik), qum. sement, usta pulu və s.) iddiaçıların birgə vasaiti hesabına aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı1 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5775/2019 saylı qətnaməsi xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Sonradan 2022-ci il tarixdə sözügedən torpaq sahəsi özəlləşdirilərək paylara uyğun mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Hazırki mülki iş üzrə apellyator xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və ekspertizanın keçirilməsinə etiraz etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5775/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə verilmiş, lakin məhkəmə tərəfindən müddətin bərpasından imtina edilmiş, həmin qərardaddan verilmiş şikayət də təmin edilməmişdir. Göstəriləbləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə etmiş və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini (sonradan tələbini dəqiqləşdirdiyi həddə) müdafiə etmiş və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini sonradan vermiş tələb üzrə təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iddiaçı, eyni zamanda İddiaçı2 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq, bildirmişdir ki, o, hazırki iddiasında cavabdehə məxsus hər hansı özbaşına tikintinin dəyərinin əvəzinin ödənilməsinə razılıq verməmiş, hazırda da vermir. Həmin tikintilərin söküldükdən sonra da onların qalıq materiallarının cavabdeh tərəfindən götürülməsinə etiraz etmir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. İştirak etdiyi məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasənbu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırki apellyasiya şikayətində qətnamənin “mübahisəli torpaq sahəsinin 3-16- 16/2-10/8639 nömrəli, xx.xx.2024-00 il tarixli ekspert rəyində qeyd olunan söküntü va tikinti işlərinin (sərhəd hasarlarının çəkilməsi, bölgü üçün tələb olunan faktiki daş hasarın va ya bir hissəsinin sökülməsi, qapı boşluqlarının açılması va s.) iddiaçıların birgə vəsaiti hesabına aparılmasına dair hissəsində dəyişdirilməsi, yəni yalnız bu işlərin (sərhəd hasarlarının çəkilməsi, bölgü üçün tələb olunan faktiki daş hasarın va ya bir hissəsinin sökülməsi, qapı boşluqlarının açılması va s.) deyil, həmçinin söküntüyə məruz qalacaq tikililərə (12 kv.m sahəsi olan hamam, 4 kv.m sahəsi olan tualet va 23.04 kv. m sahəsi olan tövlə) və bölgü üzrə iddiaçılara çatacaq torpaq sahəsinin hasarlanmasına çəkilmiş xərclərin də (daş (kubik), qum. sement, usta pulu və s.) iddiaçıların birgə vasaiti hesabına aparılması xahiş olunduğundan, qətnamə yalnız hazırki apellyatora münasibətdə mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin və etirazın dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırda Cavabdeh2 apellyasiya şikayəti 2 tələb üzrə formalaşmışdır, yəni cavabdeh yalnız bu işlərin (sərhəd hasarlarının çəkilməsi, bölgü üçün tələb olunan faktiki daş hasarın va ya bir hissəsinin sökülməsi, qapı boşluqlarının açılması va s.) deyil, həmçinin 1) söküntüyə məruz qalacaq tikililərə (12 kv.m sahəsi olan hamam, 4 kv.m sahəsi olan tualet va 23.04 kv. m sahəsi olan tövlə) və 2) bölgü üzrə iddiaçılara çatacaq torpaq sahəsinin hasarlanmasına çəkilmiş xərclərin (daş (kubik), qum. sement, usta pulu və s.) də iddiaçıların birgə vasaiti hesabına aparılmasını tələb edir.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırda mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində iş üzrə keçirilmiş ekspert rəyində göstərilmiş söküntü və tikinti işlərinin (sərhəd hasarlarının çəkilməsi, bölgü üçün tələb olunan faktiki daş hasarın va ya bir hissəsinin sökülməsi, qapı boşluqlarının açılması va s.) iddiaçıların öz vəsaiti hesabına həyata keçirilməsi ilə bağlı tələblə iddiaçılar özləri məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin tələb təmin edilmişdir. Bu hal da onu deməyə əsas verir ki, apellyator apellyasiya şikayətində onun xeyrinə olan və birinci instansiya məhkəməsi tərəfindən təmin edilən tələbin hazırki mərhələdə təmin edilməsini (bölgü üzrə iddiaçılara çatacaq torpaq sahəsinin hasarlanması xərclərinin iddiaçıların birgə vəsaiti hesabına aparılması) məhkəmədən xahiş edir. Bu səbəbdən məhkəmə kollegiyası həmin hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər hissəsinə münasibətdə qeyd edir ki, həmin hissə üzrə ümumiyyətlə iddia tələbi olmamış, apellyator isə hazirki mərhələdə iddiaçılar tərəfindən irəli sürülməyən tələbin onun xeyrinə təmin edilməsini xahiş edir. Bu halı da onunla əsaslandırır ki, torpaq sahəsinin ekspert rəyi ilə aparılmış bölgüsü nəticəsində onun tərəfindən inşa edilmiş və hüquqi vəziyyətinə görə özbaşına tikinti olan 3 ədəd tikinti iddiaçıların payına düşən torpaq sahəsi üzərində qalır. Bu səbəbdən həmin tikintilərə sərf edilmiş vəsait də (tikintilərin dəyəri) iddiaçılar tərəfindən ona ödənilməlidir. İddiaçılar buna razı deyil.
26. Məhkəmə kollegiyası bu konteksdə xüsusilə qeyd edir ki, apellyasiya instansiya məhkəməsi mübahisəyə ilkin tələb üzrə şikayət həddində baxır. Başqa sözlə, birinci instansiya məhkəməsində qaldırılmış iddia üzrə tələblər sırasında yer almayan hər hansı tələbin apellyasiya qaydasında mübahisələndirilməsi, habelə nəzərə alınması üçün apellyasiya şikayətinin dəlili olaraq irəli sürülməsi və ya hazırki halda cavabdehə münasibətdə irəli sürülməyən tələbin onun xeyrinə təmin edilməsi mülki prosessual qanunvericiliyin müddəalarına əsasən yolverilməzdir. O hal da nəzərə alınmalıdır ki, cavabdeh nə birinci instansiya məhkəməsində, nə də ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində bu mövqedən çıxış etməmişdir (payların dəqiq müəyyən edilməsini xahiş etmişdir). Yalnız hazırki işə apellyasiya instansiya məhkəməsində baxılan zaman, sonuncu məhkəmə iclasında bu barədə ərizə təqdim edərək, bu mövqedən çıxış etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin ikinci hissəsində göstərilmiş tələb ümumiyyətlə apellyasiya baxışının predmetini təşkil etmir və həmin tələblə cavabdeh yalnız ayrıca iddia ilə məhkəməyə müraciət edə bilər.
27. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 339/2024 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.