Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4220/2023 24.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi, Xocasən Sağlamlıq Mərkəzi və Qaradağ rayonu *3 saylı Şəhər Poliklinikasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s.” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X* (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi, Xocasən Sağlamlıq Mərkəzi və Qaradağ rayonu *3 saylı Şəhər Poliklinikasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.*2.2*23-cü il tarixli, 2(**6)-743/2*23 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat *. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi, Xocasən Sağlamlıq Mərkəzi və Qaradağ rayonu *3 saylı Şəhər Poliklinikasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s.” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Baş Səhiyyə İdarəsi, Xocasən Sağlamlıq Mərkəzi, Qaradağ rayon *3 saylı poliklinika *4.*4.2**8-ci il ** №-li əmri öz ştat vahidi *7* saylı əmr ilə icra etməmiş icra olunmasını, Xocasən Sağlamlıq Mərkəzinin qanunsuz ziddiyyətli səlahiyyəti olmadığı halda əsassız verdiyi əmri ləğv edərək Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin verdiyi * ştat vahidi olan 28 may həkim Ambulatoriyasının *7* saylı əmrinin bərpa edilməsini, ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Bakı Baş Səhiyyə İdarəsi, Xocasən Sağlamlıq Mərkəzi, Qaradağ rayon *3 saylı poliklinika *4.*4.2**8-ci il ** №-li əmri öz ştat vahidi *7* saylı əmrlə icra etməmiş icra olunmasının təmin edilməsi, Xocasən Sağlamlıq Mərkəzinin qanunsuz ziddiyyətli səlahiyyəti olmadığı halda əsassız verdiyi əmri ləğv edərək Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin verdiyi * ştat vahidi olan 28 may həkim Ambulatoriyasının *7* saylı əmrinin bərpa edilməsinin təmin edilməsini, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini təmin edilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.*2.2*23-ci il tarixli, 2(**6)-743/2*23 nömrəli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.
4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi yenidən təşkil edilərək «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X4 Bakı Baş Səhiyyə Mərkəzi adlandırılmışdır. «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X4 Bakı Baş Səhiyyə Mərkəzinin hüquqi ünvanı Yasamal rayonunun ərazisinə aid olduğundan və digər cavabdehlər Xocasən Sağlamlıq Mərkəzi və Qaradağ rayon *3 saylı Şəhər Polinklinikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X4 Bakı Baş Səhiyyə Mərkəzinin tabe qurumları olduğundan və müstəqil hüquqi şəxs olmadıqlarından mülki işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh hhüquqi şəxsin müəssisəsi Nəsimi rayonunda olduğundan işə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Hadisə 2**8-ci ildə olub və bütün faktiki hallara, sübutlara, əmrlərə cavab X2 nazirliyi verə bilər. Prezidentin göstərişi ilə poliklinika tikilib, istifadəyə onun tərəfindən tək, ilk və son həkim kimi verilib. 28 may həkim Am-sı hal-hazırda Səhiyyə Nazirliyinin balansındadır. İnzibati bina və ona aid olan *7* saylı ştat vakansiya Səhiyyə nazirliyinin balansında qalıb. Onun 3 nəfər işçisi olub: qeydiyyatçı, xadimə, tibb bacısı. Həmin işçilər Baş həkimin səlahiyyətində olduğu üçün Qaradağ *3 saylı poliklinikaya keçirilib. Onu birbaşa isə qəbul etmək Səhiyyə Nazirliyinə tabe idi. Ona görə Bakı Baş Səhiyyə mərkəzində heç bir ona aid ştat və inzibati bina olmadığı üçün həmin qurum əvəz edən qurum hesab olunur. Lakin ona aid hər bir faktıki hallar Səhiyyə nazirliyinin balansında qaldığı, bu iş qanunsuz gizlədildiyi üçün halhazırda ölkə başçısının fərmanına əsasən heç bir yerdə müəyyənləşməmişdir. Hal-hazırda da gizli qalıb, bu əsaslara görə bir neçə cavabdeh iştirak etməli yuxarı qurum Səhiyyə Nazirliyi olduğu üçün, Nəsimi rayonunda yerləşdiyi üçün və onun iddiaçı kimi Nəsimi rayon ərazisində yaşadığı üçün işə Nəsimi rayon məhkəməsində baxılmalıdır.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3*.*5.2*23-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in **.8-* və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. **. İddiaçı şikayətə əlavələr göndərərək göstərmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən ona heç bir hüquqi yardım göstərilməmiş, əlavə araşdırma aparılmamış, barəsində olan məlumatlar soruşulmamış, Mülki Prosessual Məcəlləsinin 54cü maddəsinin tələblərinə uyğun ondan ərizə istənilməmişdir. Bir neçə cavabdehin və onun ərazisi Nəsimi rayon ərazisində yerləşir.
Tətbiq edilən hüquq normaları:
**. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.*, 35.3 və 39.*-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *2.*6.2*2*-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.
*2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.*. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Maddə 4*.*. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.*. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 384.*.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 387.2.9. İşə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Maddə 398.*.*. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
*3. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. *4. İşdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmədən əvvəl “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 İdarə Heyətinin sədrinin qərarı ilə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin əsasında “Bakı Baş Səhiyyə Mərkəzi” X5 yaradılmış və sonuncunun hüquqi ünvanı Bakı Şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi *m-dir. Digər cavabdehlərin ünvanları isə Binəqədi və Qaradağ rayonunun ərazisində yerləşir. *5. Mülki-prosessual qanunvericiliyin imperativ tələblərindən göründüyü kimi, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İşə aidiyyət qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. *6. Bundan başqa, birinci instansiya məhkəməsi işə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyini aşkar etdiyi təqdirdə işi başqa məhkəmədə baxılmağa verməlidir. *7. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. *8. İşdən həmçinin görünür ki, iddiaçıya məhkəmə tərəfindən bildiriş göndərilərkən onun prosessual hüquqları izah olunmuş, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcminin artırılması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. *9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-4*2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.*2.2*23-cü il tarixli, 2(**6)-743/2*23 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.