Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4230/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı “xxxx“ ASC-nin nümayəndəsi Ömərova Günel Əjdər qızının iştirakı ilə, iddiaçı “xxxx“ ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması“ tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 809/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx”ASC Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh sibrasiya qaydasında iddiaçının xeyrinə dəymiş ziyana görə 1700,59 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumu, 1 manat bank xərci olmaqla cəmi 1731,59 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-809/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddia qismən təmin edilərək, Cavabdeh sığorta ödənişi məbləğinin əvəzi kimi 1310 manat məbləğində pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 1 manat bank xərci, cəmi 1341 manat məbləğində pul iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması və ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğdən, 60 manatı Cavabdeh, 60 manatı isə iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətindən tutularaq məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin936, 1096.1, 1097.1, 1114.1, 1108.1, 1108.2, 1108.3; Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JX- *** dövlət qeydiyyat nişanlı, “İveco Urbanway” markalı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi **-MF-*** dövlət qeydiyyat nişanlı Setra S31 HDH-3 markalı avtomobillə zərər vurulmuşdur. Sığortalı qarşı tərəfin avtomobilinə dəymiş zərərə görə 1700,59 manat “xxxx” ASC tərəfindən sığortalıya ödənilmişdir. Original Motors MMCyə ödənilmiş ödəniş tapışırığı ilə müəyyən edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə hadisə yerindən yayınma olduğu üçün protokol tərtib edilməmişdir.zərərin əvəzini ödəmək vəzifəsi yol-nəqliyyat hadisəsi baş verərkən 90-MF- 510 dövlət qeydiyyat nişanlı Setra S31 HDH-3 markalı avtomobili Cavabdeh idarə etdiyindən onun öhdəsinə qoyulmalıdır. Belə ki, sığorta hadisəsini doğuran baş vermiş yol-nəqliyyat hadisəsinə görə cavabdehin təqsiri müəyyən edildiyindən sığorta hadisəsinə görə onun da mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçı “xxxx” ASC sığortalıya ödədiyi 1700,59 manat məbləğində xərci Cavabdeh tələb etsə də, ekspert rəyindən dəymiş zərər 1310 manat müəyyən edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)-809/2019 saylı qətnaməsinin ləğv olunması və iddianın rədd olunması və ekspertiza keçirilməsinə sərf olunmuş məbləğin iddiaçıya aid olunması barədə yeni qətnamə çıxarılması və mülki iş üzrə sübutları saxtalaşdırdığına görə iddiaçı barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 936.6; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 384.0.2, 385.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Onun tərəfindən həmin tarixdə hər hansı bir yol-nəqliyyat hadisəsi törədilməmişdir. Əgər bel bir hadisə olsa idi barəsində yol nəqliyyat hadisəsinin törədilməsi barədə protokol və inzibati qərar tərtib oluna bilərdi. Ümumiyyətlə belə bir hal mövcud olmamış, məhkəmə tərəfindən işə baxılarkən Bakı şəhəri, Binəqədi rayon DYP İdarəsinə sorğular göndərildi. Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli 059-18795-1219 saylı məktubundan görünür ki, İveko markalı** JX *** qeydiyyat nişanlı və Sentra markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx“ ASC-nin nümayəndəsi Ömərova Günel Əjdər qızı apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4230/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə-avtotexniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubu ilə məhkəmə tərəfindən qoyulan sualların həlli məhkəmə yol nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertizası səlahiyyətinə aid olmadığından qərardad icrasız saxlanılmaqla 2(103)-4230/2020 saylı mülki iş icra edilmədən geri qaytarılmışdır (səh.151). Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 059-1441-1217 saylı, xx.xx.2017-ci il tarixli arayışın surətinə əsasən, Bakı şəhər, Binəqədi rayon DYPŞ bildirir ki, xx xxxxxx 2012-ci il tarixdə saat 16:30 radələrində Biləcəri dairəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Toqquşma zamanı 99-JX- 213 dövlət qeydiyyat nişanlı, “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsi ilə SETRA S 31 HDH-3 avtobus, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə, sonuncunun sürücüsü hadisə yerindən yayınmışdır (səh.45).Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 059-18795-1219 saylı məktubuna əsasən, İveko markalı ** SX *** və Sentra markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə xx.xx.2016-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi Binəqədi rayon DYPŞ-də qeydə alınmamışdır (səh.61). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını MM-nin 7.1, 897, 911-913, 922 – 926, 933, 935, 936; MPM-nin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrinə, İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 3, 4, 13, 15, 18, 21, 25, 26, 35, 36, 39, 77; Sığorta haqqında Azərbaycan Respublikası Qanunun 31-ci maddələrinin tələblərinə müvafiq tədqiq edilən iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisə edilən əsaslı dəlillərə münasibətdə qeyd edilməlidir ki, qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş əsaslar işin həqiqi hallarına və hüquq normaları tələblərinin vəhdətinə rəğmən uyğunlaşdırılmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə qət edilmişdir. Diqqətə çatdırılmalıdır ki, cavabdeh yol-nəqliyyat hadisəsinin olmasını inkar etmiş və iş üzrə bunları (inzibati xəta, sinayət hadisəsi və s.) təsdiq edən mötəbər sübutlar təqdim edilməmiş, təqdim edilən sübut isə (səh.45.arayış) soğuya verilən cavab məktubu ilə təkzib edilmişdir. Cavabdehin mülki məsuliyyəti sübuta yetirilmədiyindən iddianın təmin edilməsi üçün əsaslar mövcud olmamışdır. Ona görə şikayət təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ödəyən şəxsə aid edilməli, ekspertiza xərcləri iddiaçıdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-809/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “xxxx“ ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması“ tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləği iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətindən tutularaq məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4230/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4230/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver