Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-424/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X12, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdehin vəkili Nümayəndə2, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüququna müdaxilə nəticəsində dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021ci il tarixli, 2(005)-1206/2021 saylı qətnaməsindən İddiaçı, cavabdeh "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Nərimanov Rayon İcra Hakimiyyətinə və AR Nazirlər Kabinetinə qarşı “mülkiyyət hüququna müdaxilə nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş iddia tələbinin həcminin artırılması ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyətindən 1/7 hissədə mülkiyyətçisi olduğu Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh "xxxx" MMC tərəfindən sökülərək, yerində onun icazəsi olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh "xxxx" MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, eləcə də mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pulun və məruz qaldığı mənəvi zərərin əvəzi olaraq isə 50.000, həmçinin sökülmüş mülkiyyətin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X16 və qeyrilərinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunaraq miras payından məhrum olunmaları, miras əmlakının qəbul edilməsi üçün prosessual müddətin bərpa edilməsi və mirasın bölüşdürülməsi” tələblərinə dair iddia Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3281/2019 nömrəli 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, X5 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilmiş, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X5 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “reyestrdən çıxarış” ləğv edilmişdir. Mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmışdır. Miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X10 vərəsələri İddiaçı, X24, X17, X18, X25, X22 və X6 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. İş üzrə sənədlərə əlavə olunmuş mülkiyyət hüququnu təsdiq edən çıxarışın surətindən də göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin 1/7 hissəsi üzərində onun mülkiyyət hüququ tanınmışdır. Cavabdeh bina tikintisi ilə məşğul olan şirkətdir. Cavabdeh MMC hələ məhkəmə mübahisəsinin davam etdiyi dövrdə digər vərəsə və mənzilin cəmi 1/7 hissəsində mülkiyyət hüququ olan qardaşı X17 ilə razılığa gələrək onun da mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzili ilə bağlı alğı-satqı müqaviləsi bağlayaraq, əvəzində X8 həmin binadan 86 kv.metr, 210 kv.metr, 74 kv.metr və 140 kv.metrdən ibarət olan mənzillər vermişdir. Bundan əlavə, binanın tikintisi davam etdiyi müddət üçün Cavabdeh aylıq kirayənin əvəzi olaraq ona heç bir məbləğ ödəməmişdir. İddiaçı dəfələrlə Cavabdehnə müraciət edərək dəymiş zərərin əvəzi olaraq, həmin binadan üç otaqlı mənzil verilməyini tələb etsə də, Cavabdeh ona yalnız 30 kv.metlik mənzil verə biləcəyini bildirib, zərərin qalan hissəsinin ödənilməsindən imtina etmişdir. Mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşya sökülərkən onun razılığı alınmamışdır. Cavabdeh məhz həmin dövrdə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin faktiki olaraq X5 mülkiyyətində olmasını iddia etsə də, cavabdeh şirkət həmin daşınmaz əşyanın vərəsəlik hüququ əsasında digər cavabdeh X1 və aralarında məhkəmə mübahisəsi olduğundan məlumatlı idi. Cavabdeh təqsirli hərəkətləri nəticəsində o, mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olmuş və əlavə olaraq üç il ərzində qeydiyyatda olduğu evdən qeyri-qanuni uzaqlaşdırılaraq 20.000 (aylıq 500 manat məbləğində kirayə pulu olmaqla, 3 (üç) il 2 (iki) ay üçün) manat məbləğində maddi zərərə məruz qalmışdır. Həmçinin, cavabdeh şirkətin təqsirli hərəkətləri nəticəsində o, hal-hazırda 50.000 (əlli min) manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Belə ki, dəfələrlə şirkətə müraciət edərək mülkiyyətçi olduğunu, onun icazəsi olmadan ona məxsus əşyanın söküldüyünü və ona zərər dəydiyini bildirsə də, cavabdeh şirkət zərəri ödəməkdən imtina etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək, yerində onun icazəsi olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli ünvanda tikilmiş, cavabdehə məxsus binadan üç otaqlı mənzilin, eləcə də mirasın açıldığı andan hesablanmaqla 3 (üç) il üçün aylıq 500 (beş yüz) manat kirayə haqqı olmaqla, cəmi 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 15 mart 2021-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Nərimanov Rayon İcra Hakimiyyətinə və AR Nazirlər Kabinetinə qarşı “mülkiyyət hüquqlarına müdaxilə nəticəsində maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia həcminin artırılması barədə ərizə verərək cavabdehlər "xxxx" MMC AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyətindən 1/7 hissədə mülkiyyətçisi olduğu Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh "xxxx" MMC tərəfindən sökülərək, yerində onun icazəsi olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli ünvanda tikilmiş, cavabdehə məxsus binadan 3 otaqlı mənzilin, eləcə də mirasın açıldığı andan hesablanmaqla 4 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 26.000 manat pulun və məruz qaldığı mənəvi zərərin əvəzi olaraq isə 50.000, həmçninin sökülmüş mülkiyyətimin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq mənə (İddiaçı) verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə dəqiqləşmə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X16 və qeyrilərinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunaraq miras payından məhrum olunmaları, miras əmlakının qəbul edilməsi üçün prosessual müddətin bərpa edilməsi və mirasın bölüşdürülməsinə dair tələblər ilə bağlı iddiası Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilib, X5 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilib, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə X5 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilib. Mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılıb. Miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X10 vərəsələri İddiaçı, X24, X17, X18, X25, X22 və X6 hər birinin payı 1/7 hissədə müəyyən edilib. İş üzrə sənədlərə əlavə olunmuş mülkiyyət hüququnu təsdiq edən Çıxarışın surətindən də göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin 1/7 hissəsi üzərində onun mülkiyyət hüququ tanınıb. Cavabdeh ORXAN-TİT MMC bina tikintisi ilə məşğul olan şirkətdir. İddiaçı bildirir ki, cavabdeh Orxan-TİT MMC şirkəti hələ məhkəmə mübahisəsinin davam etdiyi dövrdə digər vərəsə və mənzilin cəmi 1/7 hissəsində mülkiyyət hüququ olan qardaşı X17 ilə razılığa gələrək onun da mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzili ilə bağlı alğı-satqı müqaviləsi bağlayaraq, əvəzində X8 həmin binadan 86 kvm, 210 kvm, 74 kvm və 140 kvm-dən ibarət olan mənzillər verib. Bundan əlavə binanın tikintisi davam etdiyi müddət üçün ORXAN-TİT MMC aylıq kirayənin əvəzi olaraq ona heç bir məbləğ ödəməyib. İddiaçı dəfələrlə cavabdeh ORXAN-TİT MMC-ə müraciət edərək dəymiş zərərin əvəzi olaraq, həmin binadan 3 otaqlı mənzil verilməyini tələb etsə də, cavabdeh ORXAN- TİT MMC ona yalnız 30 kvm-lik mənzil verə biləcəyini bildirib, zərərin qalan hissəsinin ödənilməsindən imtina edib. İddiaçı bildirir ki, mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşya sökülərkən onun razılığı alınmayıb. Hər nə qədər iddiaçı ORXAN-TİT MMC iddia etsə də ki, məhz həmin dövrdə Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzil faktiki olaraq, Əliyev Mübarizin mülkiyyətində idi, bununla bağlı bildirir ki, cavabdeh şirkət həmin daşınmaz əşyanın vərəsəlik hüququ əsasında digər cavabdeh X1, aralarında məhkəmə mübahisəsi olduğundan məlumatlı idi. Cavabdeh ORXAN-TİT MMC-nin təqsirli hərəkətləri nəticəsində o, mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olub və əlavə olaraq, 3 il ərzində qeydiyyatda olduğu evdən qeyri-qanuni uzaqlaşdırılaraq, 20.000 (aylıq 500 manat məbləğində kirayə pulu olmaqla, 3 il 2 ay üçün) manat məbləğində maddi zərərə məruz qalıb. Məhkəmə iclasında cavabdeh bildirib ki, onun iddiaçının mülkiyyətində tikdiyi çoxmənzilli bina pilot layihə olub və pilot layihəyə AR Nazirlər Kabineti qərar, Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti isə icazə verib. Bu onu sübut edir ki, iddiaçının mülkiyyətinin dağıdılaraq yerində çoxmənzilli binanın tikilməsinə görə məsuliyyəti ORXAN-TİT MMC ilə yanaşı, AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyəti də daşıyır. Belə ki, onların səhv qərarları və icazələri nəticəsində iddiaçının mülkiyyəti sökülmüş və yerində çoxmənzilli bina tikilmişdir. Ona görə də ORXAN-TİT MMC, AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Nərimanov Rayon icra Hakimiyyəti müştərək məsuliyyət daşımalıdırlar. 31 may 2021-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Nərimanov Rayon İcra Hakimiyyətinə və AR Nazirlər Kabinetinə qarşı “mülkiyyət hüquqlarına müdaxilə nəticəsində maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia həcminin artırılması barədə ərizə verərək cavabdehlər "xxxx" MMC AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyətindən 1/7 hissədə mülkiyyətçisi olduğu Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh "xxxx" MMC tərəfindən sökülərək, yerində onun icazəsi olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh "xxxx" MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, eləcə də mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pulun və məruz qaldığı mənəvi zərərin əvəzi olaraq isə 50.000, həmçinin sökülmüş mülkiyyətin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)-1206/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh "xxxx" MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və İddiaçı 26.0 kv.m yaşayış sahəsinin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh şirkətin təqsirli hərəkətləri nəticəsində o. hal-hazırda 50.000 manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Belə ki. dəfələrlə şirkətə müraciət edərək mülkiyyətçi olduğunu, onun icazəsi olmadan ona məxsus əşyanın söküldüyünü və ona zərər dəydiyini bildirsə də. cavabdeh şirkət zərəri ödəməkdən imtina etmişdir. Əmlak Ekspert Mərkəzinin 12 mart 2021-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanda və yaxın ətrafda yerləşən 27-29 kv.metrdən ibarət olan yaşayış sahəsinin 1 kv.metri 2500 manat təşkil edir. Qeyd edilməlidir ki, hər kv.metrə görə 2500 manat da cavabdehlərdən müştərək qaydada alınmalı və iddiaçıya ödənilməlidir. İddiaçı hesab edir ki, özü və ailə üzvləri nəzərə alınmaqla, halhazırda qanunsuz olaraq sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin əvəzinə ona "xxxx" MMC tərəfindən həmin ərazidə inşa olunan çoxmərtəbəli binadan 3 otaqlı mənzil verilməli, eləcə də mirasın açıldığı andan hesablanmaqla 3 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 20.000 manat maddi zərər, məruz qaldığı mənəvi zərərin əvəzi olaraq isə 50.000 manat ödənilməyi qət edilməlidir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qeyri-obyektiv, hüquq normalarının pozulması ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallan aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilmədiyindən, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv olunmalı, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli 142,7 kv.m olan mənzil sökülən zaman iddiaçının özünün qeyd etdiyi kimi, Azərbaycan Respublikasında olmamışdır. Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu. M Sənani kiiçəsi, 15 saylı evin. 1 saylı mənzili 09.10.2015-ci il tarixdə X10 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. X23 27 dekabr 2016-cı il tarixdə vəfat etmiş, 24 saylı Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 27.12.2016-cı ildə vəfat etmiş X10 vərəsəsi X17 09.10.2015-ci il tarixə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən F.A.Əliyevaya verilmiş dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilindən tam pay almışdır. Bundan sonra, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə İddiaçı, 1/7 hissədə X13, 1/7 hissədə X5, 1/7 hissədə X7, 1/7 hissədə X19, 1/7 hissədə X9 və 1/7 hissədə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 24 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, İddiaçı qardaşları ilə aralarında olan mübahisə 2019-cu ildə məhkəmə tərəfindən baxılmışdır. İddiaçı yalnız 24.10.2019-cu il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzilin 1/7 hissəsinin mülkiyyətçisi kimi tanınmışdır. Artıq bu vaxta qədər mübahisəli mənzil sökülmüş Cavabdeh MMC üzərinə düşən öhdəçiliyi yerinə yetirmişdir. Üçüncü şəxs X15 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 05.04.2019-cu il tarixli 2(103)- 3281/2019 saylı qətnaməsilə miras əmlak üzərində bütün vərəsələrin ayrı-ayrılıqda 1/7 hissədə bərabər payları müəyyən edilmişdir. Miras əmlak 142.7 kv.m sahəyə malik olub, cavabdeh tərəfindən həmin əmlakın əvəzi olaraq təxminən 182.4 kv. m sahəni təşkil edən hər biri 60.8 kv m olan 3 ədəd 2 otaqlı mənzil təklif edilib. Məhkəmə qətnamə çıxararkən iddiaçıya 1 otaqlı mənzil verilməsi öhdəliyini cavabdehin üzərinə qoyub. Lakin, ona təklif olunan 182.4 kv.m yaşayış sahəsində 1 otaqlı mənzil yoxdur, bundan başqa, 1 otaqlı mənzillər özü 58 kv.m sahəyə malikdir. Belə olan halda iddiaçıya 2 nəfərin yaşayış sahəsi verilmiş olur ki, 7 nəfər vərəsədən birinin hüququ pozulur, 1 nəfər paydan məhrum olur. Məhkəmə 182.4 kv.m yaşayış sahəsini 7 nəfər arasında bölməklə hər bir payçıya 26.0 kv.m yaşayış sahəsi nəzərdə tutulmaqla iddiaçıya 26.0 yaşayış sahəsi üzrə payın verilməsi öhdəliyini cavabdehin üzərinə qoymalı idi. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etmiş və qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Bundan başqa, digər tərəflərin apellyasiya şikayətlərini qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə2 cavabdehin apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçının şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X15 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini və iddiaçının apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə apellyasiya icraatı qaydasında baxılan zaman iddiaçı tərəf iddia tələbinin həcminin azaldılması (iddiadan qismən imtina edilməsi barədə) ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin «sökülmüş mülkiyyətin hər kv.m-nə görə 2500 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi hissəsindən imtina edilməsini göstərmişdir. Məhkəmə kollegiyası 05 aprel 2022-ci tarixli qərardadı ilə iddia ərizəsinin “sökülmüş mülkiyyətin hər kv.m-nə görə 2500 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi” hissəsinə xitam verilməsi qərara alınmışdır. Beləliklə məhkəmə kollegiyası, iddiadan qismən imtina edilməsi barədə ərizəni də nəzərə almaşla, iddiaçının apellyasiya şikayətinin tələbinin imtina olunmuş hissəsi istisna olmaqla digər dəlillərini, cavabdehin və 3-cü şəxisin apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin 3-cü şəxsin apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi “iddianın təmin edilmiş hissəsində” dəyişdirilməli, qətnamə qalan hissələrdə (imtina olunmuş hissə istisna olmaqla) dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu. M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzili 09.10.2015-ci il tarixdə X10 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. X23 27 dekabr 2016-cı il tarixdə vəfat etmiş, 24 saylı Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 27.12.2016-cı ildə vəfat etmiş X10 vərəsəsi X17 09.10.2015-ci il tarixə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən F.A.Əliyevaya verilmiş dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilindən tam pay almışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçisinin 15.12.2016-cı il tarixli sərəncamına əsasən ünvan 4 ünvanlarda yaşayış binasının tikintisi üçün Cavabdehnə icazə verilmişdir. Cavabdeh X2 Flora Şəmistan qızı, X20 və X14 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməsinə dair Bakı şəhəri, Nərimanov rayon məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Beləliklə də müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli 142,7 kv.m olan mənzil sökülən zaman mübahisəli mənzilin mülkiyyətçisi X17 olmuşdur. Cavabdeh ilə X17 ilə razılığa gələrək onun da mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzili ilə bağlı şifahi alğı-satqı müqaviləsi bağlayaraq, əvəzində X8 həmin binadan 142.7 kv.m sahədən də artıq sahəyə malik ümumilikdə 3 mənzil verilməsi razılaşdırılmışdır. Cavabdeh ilə X17 arasında hər hansı yazılı müqavilə bağlanmamışdır. Eyni zamanda işdən müəyyən olunur ki, cavabdeh tərəfindən aparılan tikinti işləri “pilot layihə” çərçivəsində olmamışdır. İşin materiallarından görünür ki, X8 məxsus mənzil cavabdeh tərəfindən söküləndən sonra İddiaçı cavabdehlər X16, X8, 24 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilinə 24 saylı notariat kontoru tərəfindən cavabdeh X8 30.06.2017-ci il tarixində verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək X11 miras qalmış olan Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilin o və digər vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 16.05.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 16.05.2018-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, X5 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilərək həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə X5 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilmiş, mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmış, miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X10 vərəsələri İddiaçı, X24, X17, X18, X25, X22 və X6 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarında olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı»na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə İddiaçı, 1/7 hissədə X13, 1/7 hissədə X5, 1/7 hissədə X7, 1/7 hissədə X19, 1/7 hissədə X9 və 1/7 hissədə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 2386 nömrəli reyestr kitabının 222195 nömrəli vərəqində 24 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh "xxxx" MMC tərəfindən sökülərək, yerində onun icazəsi olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh "xxxx" MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, eləcə də mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pulun və məruz qaldığı mənəvi zərərin əvəzi olaraq isə 50.000 manatın cavabdehlərdən müştərək qaydada tutulması iddia etmiş, cavabdeh və 3-cü şəxs isə iddiaçıya yalnız mülkiyyət payına uyğun sahə verilməsinə etiraz etməyərək iddianı qəbul etməmişlər. Birinci instansiya məhkəməsinin “iddianın “mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pulun” cavabdehlərdən tutulması hissəsi ilə əlaqədar mövqeyinə görə iddiaçı və cavabdeh "xxxx" MMC arasında hər hansi kirayə haqqının ödənilməsi ilə əlaqədar müqavilə bağlanmamış və müqavilə öhdəliyi yaranmamışdır. Həmçinin, iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri də öz təsdiqini tapmadığından, cavabdehlərdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi əsasız sayılmışdır. Məhkəmənin cavabdehlərdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbinin rədd olunması ilə də bağlı hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri əsasında yoxladığı birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi mövqeyi ilə qismən razılaşaraq qeyd edir ki, məhkəmə qətnaməsində «İddiaçı 1/7 hissədə məxsus olan mənzilə görə ona həmin mənzilin yerində inşa ediləcək binadan 1 otaqlı mənzilin verilməsi» hissəsi istisna olmaqla digər hissələrində (imtina olunmuş hissə istisna olmaqla) gəldiyi nəticə işin hallarına uyğundur və ədalətlidir. Belə ki, işin materiallarından görünür ki, mübahisəli ev sökülən zaman iddiaçı Azərbaycan Respublikasının ərazisində olmamış və onun həmin ev üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır. Bu iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 16.05.2018ci il tarixli və onun ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnamələrinin məzmunu ilə təsdiq edilir. Həmin qətnamələrdə əksini tapmış iddia tələbində iddiaçı göstərmişdir ki, o, xx.xx.1967-ci il tarixində doğulmuş və 1990-cı il tarixində anası X23 və onların bütün ailəsi (5 qardaş 2 bacıdan ibarət) Bakıya gəlmiş, 1992-ci il tarixindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, ev 15 , mənzil 1 ünvanına qeydiyyata düşmüş və orada yaşamışlar. Anası X23 25.12.2016-cı il tarixində rəhmətə getmişdir. Anası vəfat etməmişdən əvvəl o, Rusiya Federasiyasına getmiş, orada olan zaman sənədlərini itirmiş və bu səbəbdən də uzun müddət Azərbaycan Respublikasına qayıda bilməmişdir. Vətəninə, evinə qatırmaq üçün o, Rusiya Federasiyasında olan Azərbaycan Səfirliyinə sənədlərini itirdiyini, bu səbəbdən də Azərbaycana qayıda bilmədiyini, bunun üçün də ona müvafiq səəndin verilməsi üçün müraciət etmişdi. Müraciəti əsasında ona 15.12.2017-ci il tarixin AA seriyalı ******* saylı Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilmişdir. Bu şəhadətnamə ilə 17.12.2017-ci il tarixində Azərbaycan Respublikasına qayıtmışdır. Qayıdan zaman evinə gemtiş, lakin evlərinin söküldüyünü görmüşdü. Bununla bağlı araşdırma aparan zaman ona məlum olmuşdur ki, anasının vəfatından sonra qardaşı X8 24 saylı Dövlət Notariat Kontorunda vərəsəlik şəhadətnaməsi verilmişdir. Sonuncu da bunun əsasında müvafiq Çıxarış almışdır. İşin mübahisəsiz hallarına görə İddiaçı digər vərəsələr ilə aralarında olan mübahisə 2019-cu ildə məhkəmə tərəfindən araşdırılmış və paylar müəyyən edilmişdir. Qətnamə əsasında da İddiaçı yalnız 24.10.2019-cu il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzilin 1/7 hissəsinin mülkiyyətçisi kimi tanınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mənzil sökulən zaman onun mulkiyyətçisi X5 olmasına dair müvafiq Çıxarış olduğu üçün cavabdehin onunla şifahi müqavilə bağlayaraq müəyyən razılaşmalara gəlməsində cavabdeh MMC-nin heç bir təqsirli və ya qanunsuz hərəkətləri olmamışdır. Həmçinin, işin materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında X5 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”sinin etibarsız hesab edilib, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr ləğv edildikdən sonra İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə 24.10.2019-cu ildə mülkiyyət payı dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq iddiaçının mülkiyyət hüquqları bərpa olunmaqla qeydiyyata alındığı ev artıq sökülmüşdür və cavabdeh MMC tərəfindən tikinti işlərinə start verilərək davam olunurdu. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olması və 3 il ərzində qeydiyyatda olduğu evdən qeyri-qanuni uzaqlaşdırılmaqla ona maddi zərər vurması kimi dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi ziyan vurulması hissəsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X21 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər utmalıdırlar. “İnsan Hüquqlarının və X21 Haqqında Konvensiya”nın 41-ci addəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X21 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmamasına dair nəticəsi işin araşdırılmış halarına tam uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək şikayətin məhkəmənin kirayə haqqı, vurulmuş mənəvi və maddi zərərləri nəzərə almaqla ən azı iddiaçının 3 otaqlı mənzillə təmin etməli olmasına dair dəlili ilə bağlı qeyd edir ki, əvvəla iddiaçıya maddi və mənəvi zərər vurulmasının təsdiq olunmamasına yuxarıda hüquqi qiymət verilmişdir. İkincisi də iddia tələblərindən görünür ki, iddiaçı tələbində cavabdeh "xxxx" MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulmasını göstərmişdir. Başqa sözlə, iddiaçının tələbi bu hissədə konkret olmayaraq hansı otaqlı mənzilin verilməsi məsələsinin həllini məhkəmənin üzərinə qoymuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehin üzərinə 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsini qoysa da, iddiaçı apellyasiya şikayətində məhkəmənin ona 1 otaqlı mənzil verilməsi zamanı yalnız mənzilin nominal dəyərinin nəzərə alınmasını göstərmişdir. Başqa sözlə, iddiaçı ona 3 otaqlı mənzil verilməli olmasını göstərsə də, bunu konkret tələb kimi göstərməmiş və ona məhz 3 otaqlı mənzil verilməli olmasını əsaslandırmamışdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tələbində cavabdeh "xxxx" MMC-ə məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmasi kimi tələbi anlaşılan deyildir. Belə ki, kollegiyanın qənaətinə görə Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh "xxxx" MMC tərəfindən sökülməsi ilə iddiaçının həmin mənzildə olan mülkiyyət payının əvəzlənməsi mütləqdir və bu hissədə tələbi qanunidir. Həmçinin də hazırki mövcud vəziyyədə iddiaçının mülkiyyət payının yeni tikilmiş yaşayış binasındakı yaşayış sahəsi ilə əvəzlənməsi ilə bağlı məhkəmənin qənaəti də düzgündür. Lakin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəməsinin İddiaçı 1/7 hissədə məxsus olan mənzilə görə ona həmin mənzilin yerində inşa ediləcək binadan məhz 1 otaqlı mənzilin verilməsini hansı əsasla müəyyən etdiyi aydın deyildir. 3-cü şəxsin izahatlarına və apellyasiya şikayətinin dəlillərinə əsasən mübahisəli mənzildə İddiaçı 1/7 hissədə düşən pay 3-cü şəxslə razılaşdırılmış 182.4 kv.m sahəyə münasibətdə 26 kv.m (182.4 : 7) hissə təşkil edir. İşin materiallarından görünür ki, 3-cü şəxs bu hesablamanı ona təklif edilən hər birinin sahəsi 60,80 kv.m olan 3 mənzilin sahəsinə nisbətdə götürmüşdür. (60,80+60,80+60,80= 182,4) Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, yeni yaşayış binasında 1 otaqlı mənzillə təmin olunması qənaətinə gələrkən nəzərə almamışdır ki, həmin binada olan 1 otaqlı mənzilin sahəsi iddiaçının mülkiyyət payına uyğun sahədən çoxdur və bu da digər paylı mülkiyyətçilərin hüqüqlarının birbaşa pozulması ilə nəticələnə bilər. Cavabdeh MMC tərəfin izahat və təqdim etdiyi sənədlərdən isə görünür ki, mübahisəli mənzilin payçılarına ümumilikdə 178 kv.m yaşayış sahəsi verilməsi nəzərdə tutulub. Belə ki, tikilmiş yeni binanın A blokunun 8-ci mərtəbəsində hər birinin sahəsi 60,80 kv.m olan iki mənzil (satış sahələri 69,10 və 68,67 kv.m) 11-ci mərtəbəsində 60,80 kvm olan bir mənzil (satış sahəsi 69,10 kv.m) ayrılmışdır. Lakin iddiaçı ilə digər altı vərəsə arasında mübahisə olduğundan müqavilələr indiyə kimi bağlanmayıb. Kollegiya qeyd edir ki, cavabdeh MMC-nin təklif etdiyi mənzillərin satış sahələrinin ölçüsü baxımından iddiaçıya düşən pay 29,5 kv.m (69,10+68,67+69,10=206,87 : 7) təşkil edir. Kollegiya hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndində dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi nəzərdə tutulsa da, bu müddəalar qanunun analogiyası prinsipinə əsasən hazırki işin hallarına tətbiq edilməlidir. Belə ki, dövlət ehtiyaclarında dövlət satınalmasının məqsədi qazanc deyil, yaranmış dövlət zərurətləridir, sosial ehtiyaclar üçün satınlama da isə sahibkar tikinti şirkətinin məqsədi gəlir və qazanc əldə etməklə yanaşı mülkiyyətinə müdaxilə edilmiş şəxsin yaşayış şəraitinin daha da və əlavə sahələr verilməklə yaxşılaşdırılmasından ibarətdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıya kompensasiya edilməli yaşayış sahəsinin sahəsinə 20% əlavə sahə verilməsi tarazlaşdırılmış ədalətli balansa uyğundur. Kollegiya göstərilənləri nəzərə alaraq qeyd edir ki, nə qədər ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 142.7 kv.metr ümumi sahədən ibarət olmaqla 1/7 hissədə İddiaçı məxsus olduğundan həmin mənzilin sökülüb yerində tikilmiş Cavabdeh MMC-yə məxsus çoxmənzilli yaşayış binasından onun payına mütənasib, cavabdeh və 3-cü şəxsin təklif etdiyi sahələr üzrə ortalama 28 kv.metr ümumi sahədən ibarət mənzillə təmin olunması işin hallarına uyğun olmaqla ədalətli olardı. Məhkəmə göstərilən nəticəyə gələrkən iddiaçıya düşən paydan artıq sahəsi olan mənzillə təmin edilməsinin digər 6 vərəsənin mülkiyyət paylarına müdaxilə və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilməsini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “iddianın təmin edilən” hissəsində dəyişdirilməli, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, Cavabdeh MMC-yə məxsus çoxmənzilli yeni yaşayış binasından 28 kv.metr ümumi sahədən ibarət mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, qətnamə qalan hissələrdə (imtina olunmuş hissə istisna olmaqla) dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Bundan başqa iddia tələbi əsasında məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir və ekspertizasının dəyəri 300 (üç yüz) manat təşkil etmişdir. İddiaçı sonradan iddia tələblərinin bir hissəsindən imtina etsə də, kollegiya hesab edir ki, təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)-1206/2021 saylı qətnaməsi “iddianın təmin olunmuş” hissəsində dəyişdirilsin. İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, Cavabdeh MMC-yə məxsus çoxmənzilli yeni yaşayış binasından 28 kv.metr ümumi sahədən ibarət mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamə qalan hissələrdə (imtina olunmuş hissə istisna olmaqla) dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pul iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-424/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-424/2022
05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver