Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4242/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim N.Nəbizadə, iş № 2(001)-7976/2021) iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianın əsası ilə uzlaşmayan sübutları nəzərə almadan işə mahiyyəti üzrə baxması iddiaçını məhz həmin sübutlara istinad etməklə yeni əsasla məhkəmədə iddia qaldırmaq hüququndan məhrum etmir. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam veriməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, bundan əvvəl İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 200000 dirhəm məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş; apellyasiya baxışı zamanı 06.05.2019-cu il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 50000 X1 dirhəminin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş; Bakı Apellyasiya Məhkəməsinin 25.09.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh 200000 X1 dirhəmi və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin olunmaması qət edilmiş; Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.06.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunan hissəsində ləğv edilərək mülki işin həmin hissədə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmış; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.05.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, sözügedən məhkəmə aktları ilə hazırkı iddia tələbinə qiymət verilmişdir. İddiaçı hazırkı iddiasında artıq qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmiş halları mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə müvafiq olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı qənaətə gəlmiş, prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Şikayətin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıqaşkar əsaslandırılmamışdır. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə iddianın əsasları ilə əvvəlki işdəki iddianın əsasları eynidir. Eləcə də, mübahisə tərəfləri və predmeti də eynidir. Eyni əsaslarla irəli sürülmüş həmin tələbə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə artıq qiymət verilmiş, iddiaçının onu mübahisələndirmək imkanları tükənmişdir. İddia ərizəsində hər hansı yeni əsaslara istinad edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4242/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4242/2022
01.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver