Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4249/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinnin 2 dekabr 2024-cü il tarixli, 2(004)- 4583/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Maraqlı şəxs1 üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 1121-MM8-0217 nömrəli qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4583/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Maraqlı şəxs1 üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyinə görə geri qaytarılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4583/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və işin məhkəmə baxışına təyin edilməsinə və ya əks təqdirdə bu şikayət baxıldıqdan 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4583/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4583/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət elektron imzalanmadığına və prosessual müddət ötürüldüyünə görə geri qaytarılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4583/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və işin məhkəmə baxışına təyin edilməsinə və ya əks təqdirdə bu şikayət baxıldıqdan 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4583/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4583/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət elektron imzalanmadığına və prosessual müddət ötürüldüyünə görə geri qaytarılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4583/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-4583/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadın ləğv edilməsi və işin məhkəmə baxışına təyin edilməsinə və ya əks təqdirdə bu şikayət baxıldıqdan 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4583/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4583/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət elektron imzalanmadığına və prosessual müddət ötürüldüyünə görə geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qərardadları rəsmi qaydada aldığı gündən müəyyən edilmiş müddət – 10 gün ərzində qərardadlardan şikayət verməyərək, qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Eyni zamanda şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilmədən verilmişdir. Daha sonra İddiaçı buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)- 4583/2024 nömrəli mülki iş üzrə qəbul edilən xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadların ləğv edilməsinə və buraxılmış müddətlərin bərpa edilməsinə və baxışa təyin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli tarixli 2(004)-4583/2024 saylı mülki iş üzrə qərardad xx.xx.2025-ci il tarixdə saxlanıldığı Bakı İstintaq Təcridxanasına daxil olmuşdur, xx.xx.2025-ci il tarixdə ona verilmişdir. Ancaq Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli qərardad 4 ay 8-ci gündən sonra saxlanıldığı Bakı İstintaq Təcridxanasına daxil olmuşdur. Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, 2(004)-4583/2024 saylı qərardadını xx.xx.2024-cü il tarixdə almışdır və xx.xx.2024-cü il tarixdə şikayət vermişdir. Həmin qərardad qəbul edilərkən mövcud şərait nəzərə alınmamışdır. Hal-hazırda saxlanıldığı Bakı İstintaq Təcridxanasında nəzərdə tutulan şərait yoxdur, yəni AR MPM-in 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” İnformasiya Sistemindən istifadə qaydalarına uyğun olan şəraitinin olmaması, mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydalardan istifadə imkanı xaricindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4583/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4583/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən buraxılmış prosessual müddət bərpa edilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3488/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(004)-4583/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4583/2024 nömrəli qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4583/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Bu Məcəllənin 363.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadlardan iddiaçı tərəfindən verilmiş şikayətlərin elektron formada tərtib edilmədiyindən, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ərzində göndərilmədiyindən geri qaytarmaqda haqlı olmayıb. Çünki Bakı İstintaq Təcridxanasında saxlanılan iddiaçının məhkəmə aktından şikayət verərkən Mülki Prosessual Məcəllənin tələblərinə riayət etmək imkanları məhduddur. İstintaq təcridxanasında saxlanılan iddiaçının qanunvericiliyin tələblərinə riayət etməklə şikayət vermək imkanı olduğu halda ondan bunu tələb etmək başa düşülən olardı. Yəni bunun üçün də fiziki və texniki imkanı olmalıdır ki, qeyd olunan qaydada və müddətdə şikayət verə bilsin. Lakin işdən bəlli olur ki, iddiaçının hüquq və azadlıqları məhdudlaşdırılımış, onun məhkəmənin göstərdiklərinə tam əməl etmək üçün fiziki imkanı olmamışdır. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4583/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərardadlardan verdiyi şikayətləri Mülki Prosessual Məcəllədə nəzərdə tutulan tələblərə riayət edilmədiyinə istinadən geri qaytarsa da, daha sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli qərardadından eyni qaydada verilmiş şikayəti, əvvəlki qənaətinə uyğun davranmayaraq apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki sözügedən şikayətin qüsurlu, yəni Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun verilmədiyi aşkardır. Belə ki, təqdim olunmuş şikayətin elektron formada tərtib edilmədiyi, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ərzində göndərilmədiyi müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4583/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4583/2024 nömrəli xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərardadlarından İddiaçı tətəfindən verilmiş şikayətlərə yenidən baxılması məqsədilə mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4583/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4583/2024 nömrəli xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərardadlarından İddiaçı tətəfindən verilmiş şikayətə yenidən baxılması məqsədilə (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4249/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4249/2025
22.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver