Məhkəmə qərarları › İş №2(103)-4255/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4255/2023

23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4255/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(006)-436/2023 saylı qərardadından İddiaçı1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı1 vurulmuş maddi ziyana görə 10000, mənəvi ziyana görə 50000 manat olmaqla, ümumilikdə 60000 manat, İddiaçı2 vurulmuş maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 50000 manat olmaqla, ümumilikdə 60000 manat pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(006)-436/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(006)-436/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi (vəkili) və İddiaçı2 vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 436/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə, iddiaçıların nümayəndəsi-vəkili və İddiaçı2 vəkili Vəkil "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Eyni zamanda - iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, apellyasiya şikayətini vermək üçün buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli qətnamə rəsmi qaydada onlara təqdim edilməmiş, qətnamədən nümayəndə və vəkilləri apellyasiya şikayəti verdikdə xəbər tutmuşlar. Həmçinin iddiaçılar işləri ilə əlaqədar mütəmadi olaraq xarici ölkədə olduqlarını, şikayət verilməsi üçün vəkilləri ilə görüşüb danışa bilmədiklərini, onlardan asılı olmayan üzürlü səbəblərə görə müddətin ötürüldüyünü qeyd etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(006)- 436/2023 saylı qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(006)-436/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayəti qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(006)-436/2023 saylı qərardadından şikayət verilmiş, həmin qərardadın ləğv olunmasını və yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onlar işləri ilə əlaqədar olaraq xarici dövlətlərdə olduqları üçün fiziki cəhətdən də bu qətnamədən vaxtında şikayət vermək imkanları olmamışdır. Həmçinin qətnaməni bizim özümüzün elektron kabinetimizə göndərilməsini təsdiq edən hər hansı sübut olmadığı halda, məhkəmə qətnamənin göndərilməsi tarixini əsassız olaraq onlar tərəfindən alınma tarixi kimi qeyd etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(006)-436/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, iş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(006)-436/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır . Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi üçün iddiaçılar apellyasiya şikayətinin verilməsinin müddətlərini ötürməsinin onun iradəsindən asılı olmayan müstəsna obyektiv hallardan irəli gəlməsini, bu halları, onların mövcud olma zaman kəsiyini, bu halların apellyasiya şikayəti verməyə mane olmasını sübut etməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, ərizədə qeyd olunanlar qanunla müəyyən olunmuş müddətin buraxılması üçün üzürlü səbəb hesab edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(006)-436/2023 saylı qətnaməsi iddiaçılar İddiaçı1 nümayəndəsi (vəkili) və İddiaçı2 vəkili - Vəkil məxsus elektron kabinetdə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə elektron kabinetə daxil edilmişdir. Kollegiya qeyd edir ki edir ki, ərizədə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasının üzürlü səbəbləri göstərilməmiş, yalnız formal dəlillər qeyd edilmiş və bu dəlillərə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmaqla şikayətin dəlilləri onun ləğv edilməsinə əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq,i rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(006)-436/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar