Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4260/2025 04.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1-nə, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüffatı Birliyinə, Cavabdeh4 və Cavabdeh5 qarşı“orderin ləğvi və hüquqi nəticələrinin tətbiq edilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1-nə, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüffatı Birliyinə, Cavabdeh4 və Cavabdeh5 qarşı orderin ləğvi və hüquqi nəticələrinin tətbiq edilməsi və s. tələbinə dair Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-87/202 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı zavodun ailəvi yataqxanası olan (sonradan yaşayış evi) binanın keçmiş otaq nömrəsi 70, hazırki nömrəsi 305 olan mənzilə dair Cavabdeh5 adına verilmiş 637A nömrəli, 23 yanvar 2003-cü il tarixli orderin ləğv edilməsi və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilərək həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, uzun müddət iddiaçılar İddiaçı2 və həyat yoldaşı İddiaçı1 B. Sərdarov adına Maşınqayırma zavodunda işləmiş və ev növbəsində olmuşlar. Həmin vaxt onlara Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs. Z.Qəmbərov küçəsi ev 9 ünvanındakı zavodun ailəvi yataqxanası olan(sonradan yaşayış evi) binanın keçmiş otaq nömrəsi 70, hazırki mənzil nömrəsi 305 olan mənzil onların istifadəsinə verilmiş və 1993cü ilədək həmin mənzildə yaşamışlar. 1993-cü ildə məlum hadisələrlə bağlı evdə olmadıqları müddətdə onların mənzillərinə və digər mənzillərə məcburi köçkünlər daxil olmuş və yaşamağa başlamışlar. Bundan sonra Ölkə başçısının məcburi köçkünlərin məskunlaşdığı mənzillərdə çixarılmasının dayandırılması barədə sərəncamı olduğundan məcburi köçkünlərin çıxarılması mümkün olmamışdır. Lakin, bu yaxınlarda məlumat almışlar ki, mənzillərindəki məcburi köçkünlər evi tərk etmiş Cavabdeh4 onların mənzilini zəbt edərək saxta sənədlər əsasında mənzili özəlləşdirmişdir. Belə ki. Cavabdeh4 adına order verilmədən heç bir hüquqi əsası olmayan sərəncam verilmişdir ki, həmin sərəncam inzibati qaydada məhkəmədə mübahisələndirilmişdir. Təqdim olunan sənədlərdən aydın olur ki, onlara aid olan 305 nömrəli mənzil 637A nömrəli orderlə Cavabdeh5 adına yazılmışdır.
3. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-87/202 nömrəli, 15 aprel 2025ci il tarixli qətnaməsinə iddia rədd edilmişdir.
4. Həmin qətnamədən İddiaçı2 şikayət verərək qənamənin ləğv edilərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sənədlərdən də aydın olur ki, məhkəmənin gəldiyi nəticə iddiaçıların mənzil hüquqlarının pozulmasına xidmət edir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər mənzil qanunvericiliyi ilə tənzimlənməlidir. Başqa hallarda isə Mülki Məcəllənin mənzil sahəsində mövcud münasibətlərinə yönələn normaları, o cümlədən MM-in 228-ci maddəsi əsas rol oynayır. Azərbaycan Respublikasında mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. 2000-ci il sentyabrın 1-dən sonra mülkiyyətdə olan yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlımübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri və ailə münasibətlərinə xitam verildikdən sonra mülkiyyətçinin keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlıməsələlərə baxılarkən 2000-ci il sentyabrın 1-dən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir Ona görə də hesab edirik ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinin tələblərinə riayət edilməmiş, Qanunvericiliyintələblərini pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 4 nömrəli, 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun Qanunvericiliyinnormalarından da aydın olur ki, qətnamə əsassız və qanunsuzdur, işin hallarına uyğun olmadığına görə ləğv edilməlidir. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Mənzilə müvəqqəti yaşamaq üçün, habelə kirayə (sosial kirayə istisna olmaqla) müqaviləsi əsasında mənzilə köçmüş şəxslərin mənzilə istifadə hüququ olmadığından onların mənzildən çıxarılması, tərəflər arasında başlanmış müqavilə şərtləri nəzərə alınmaqla mülki qanunvericiliyə uyğun olaraq həll edilməlidir. Yaşayış sahəsindən çıxarılma məsələsi qiymətləndirilərkən şəxsin mənzillə bilavasitə bağlı olduğu, həmin mənzildən istifadə mümkünlüyünü hüquqi cəhətdən təmin edən imkanlar nəzərdən keçirilməlidir. Yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasıonun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədi. Məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən mənzilə dair hüquq verən bu cür faktiki hallarını aydınlaşdırmamış və gəldiyi nəticədə nəzərə alınmalı hal kimi hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə iş üzrə sübutların məcburi qaydada təqdin edlməsi barədə qərardad qəbul edərək icra üçün göndərsə də icrası təmi olunmamış, yalnız formal cavabla kifayətlənmişlər. Ona görə də hesab edirik ki, iş üzrə faktiki hallar araşdırılmalıdır.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Apellyasiya şikayətinə 50,4 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə 26 may 2025-ci il tarixli, **********06825358 nömrəli qəbz (3-cü cild, 7-ci vərəqə) əlavə olunsa da, həmin rüsumun apellyasiya şikayətinin verilməsi üçün, Bakı Apellyasiya Məhkəməsinə ödənilməsi belə məlum deyildir.
9. Elektron Məhkəmə İnformasiya Sisteminin “Qəbz haqqında məlumat” bölməsinə daxil olduqda da **********06825358 nömrəli qəbz barədə hər hansı bir məlumat aşkar olunmur.
10. Apelllyasiya şikayətinin özündə də dövlət rüsumunun ödənilməsi barədə qəbzin nömrəsi əlavə olunmamış, “Bu ödəniş rüsumdan azaddır” bölməsinin qarşısında “- inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər” qeydi seçilmişdir.
11. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
12. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-87/202 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.