Məhkəmə qərarları › İş №2(103)-4283/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4283/2022

01.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4283/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-4283/2022 saylı qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “çıxarışların ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar tələbləri onunla əsaslandırılmışlar ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 066 nömrəli xx.xx.2007-ci il tarixli Sərəncamı ilə "xxxx" MMC-nin müraciəti, DƏDRX-nin MH seriyalı JN-0037 saylı çıxarışı nəzərə alınaraq Xırdalan şəhəri ərazisində 12,83 ha olan torpaq sahəsində ticarət və iaşə obyektlərinin tikintisinə icazə verilmişdir. xx.xx.2008-ci il tarixdə “Qeyri-Dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikililərin” istismara qəbul edilməsinə dair akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən inşaası başa çatmış ticarət və iaşə kompleksi qəbula təqdim edilsin. Tikinti Qəbul Komissiyasının 9 nəfərdən ibarət komissiyanın qərarında qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən inşaası başa çatmış ticarət və iaşə kompleksi qəbul edilsin”. "xxxx" MMC-nin Nizamnaməsinin 2- ci redaksiyası 3 nəfər təsisçi İddiaçı2, İddiaçı1 və cavabdeh həkim mama-ginekoloq Cavabdeh1 tərəfindən təsdiq edilmişdir. Lakin cavabdeh həkim mama-ginekoloq Cavabdeh1 müəssisənin nizamnamə kapitalından başqa “Riyad” ticarət mərkəzinin tikintisinə qoyulmuş investisiyadan, sərmayədən həkim mamaginekoloq Cavabdeh1 üzərinə düşən payını nə pul, nə daşınmaz əmlak, nədə ki qeyri-əmlak formasında qoymamışdır. Buna baxmayaraq, onların ona inanları itməmişdir. Cavabdeh həkim mama-ginekoloq Cavabdeh1 hər dəfə onları, yəni təsisçilər İddiaçı2 və İddiaçı1 şərəfsizçəsinə həkimliyindən istifadə edərək, söylədiyi saxta kəlmələrlə, verdiyi vədlərlə aldadaraq, tikintiyə qoyulmuş investisiyadan onun üzərinə düşən 25% təşkil edən 41.000.000 manatın verəcəyini söyləmiş və onları buna inandırmışdır. Onların ona olan etibarlarından sui-istifadə edərək, təkrarən hələ onlardan 2.000.000 manat nəğd pulda almışdır. Bu günədək Cavabdeh1 onların hesablarına varlanmaq məqsədi ilə və hüquqdan dolayı formada istifadə edərək, onları aldadaraq, özünün Cavabdeh1 adına 70 mağazaya və yaxın qohumları - həyat yoldaşı Cavabdeh2 adına 4 mağazaya, oğlu Cavabdeh6 adına 98 mağazaya, Cavabdeh3 adına 8 mağazaya, Cavabdeh4 adına 1 mağazaya və Cavabdeh5 adına 1 mağazaya, ümumi şəkildə 182 mağazaya mülkiyyət hüququ verən çıxışlar əldə etmişdir. Bu günə qədər cavabdeh həkim mamaginekoloq Cavabdeh1 əldə etdiklərinin heç bir hüquqi əsası yoxdur və əldə etdiklərini qaytarmalıdır. Bu isə yalnız «Riyad» Ticarət mərkəzində Cavabdeh1 adına DƏDRX tərəfindən verilmiş 70 mağazaların və yaxın qohumları adına – həyat yoldaşı Cavabdeh2 adına DƏDRX tərəfindən verilmiş 4 mağazaların, oğlu Cavabdeh6 adına DƏDRX tərəfindən verilmiş 98 mağazaların, Cavabdeh3 adına DƏDRX tərəfindən verilmiş 8 mağazaların, Cavabdeh4 adına DƏDRX tərəfindən verilmiş 1 mağazanın və Cavabdeh5 adına DƏDRX tərəfindən verilmiş 1 mağazanın, ümumi şəkildə verilmiş 182 mağazaların çıxarışlarının ləğv edilməsi, həmin mağazaların "xxxx" MMC-nin 2 təsisiçisi İddiaçı2 və İddiaçı1 mülkiyyətinə qaytarılması yolu ilə mümkündür. Göstərilənlərə əsasən “Riyad” Ticarət mərkəzində Cavabdeh1 adına DƏDRX tərəfindən verilmiş 70 mağazaların və yaxın qohumları adına - həyat yoldaşı Cavabdeh2 adına DƏDRX tərəfindən verilmiş 4 mağazaların, oğlu Cavabdeh6 adına DƏDRX tərəfindən verilmiş 98 mağazaların, Cavabdeh3 adına DƏDRX tərəfindən verilmiş 8 mağazaların, Cavabdeh4 adına DƏDRX tərəfindən verilmiş 1 mağazanın və Cavabdeh5 adına DƏDRX tərəfindən verilmiş 1 mağazanın, ümumi şəkildə verilmiş 182 mağazaların çıxarışlarının ləğv edilməsi, həmin mağazaların "xxxx" MMC-nin 2 təsisiçisi İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, Cavabdeh1 "xxxx" MMC-nin təsisçi olsa da, onun təsisiçiliyi formal xarakter daşıyır. Belə ki, Cavabdeh1 ixtisasca həkim mamaginekoloq olduğundan onun əsası iş yeri və fəaliyyəti əsası onlar “Riyad-Renta” şirkətinin təsisçiləri tərəfindən qoyulmuş “Nigar” adlı Klinikasına rəhbərlik etməsi olmuşdur. Lakin Cavabdeh1 onlar təsisçilərin ona göstərdikləri etimad və qayğılardan vicdansızcasına istifadə edərək “Riyad-Renta” şirkətinin “Nigar” adlı Klinikasının daşınar və daşınmaz əmlakını mənimsəmiş və əsassız varlanmışdır. Belə ki, Cavabdeh1 «Nigar Klinikası»na rəhbərlik etdiyi dövr ərzində ümumilikdə 14.417.160 manat məbləğini mənimsəmişdir. Eyni ilə də “Riyad” ticarət mərkəzindən yalancı vədlər verərək, onlar təsisçilərin etibarından sui-istifadə edərək 70 mağazanın öz adına, qalan hissəsini yaxın qohumlarının adına dəyəri ödənilmədən rəsmiləşdirməsinə nail olmuşdur. Belə ki, ŞahbazŞahbazov həmin mağazaların dəyərini rəhbərlik etməsini ona həvalə və etibar etdikləri Nigar Klinikasından gələn gəlirlərdən ödəyəcəyini vəd vermişdir. Onlar da onun həmin dövrlərdə başına gələn ağır faciəni və s.nəzərə alaraq “Riyad” ticarət mərkəzindən Şahbaz Şahbzovun və onun yaxın qohumlarının adına mağazaların dəyəri ödənilmədən alqı-satqı edilməsinə etiraz etməmişlər. Mübahisəli mağazaların alqı-satqısı Abşeron 1 saylı notariat kontorunda aparılmışdır. Həmin alqı-satqı müqavilələrindən də açıq-aşkar görünür ki, "xxxx" MMC ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi formal olaraq bağlanılmış və mağazaların dəyəri müəyyən edilməmişdir. Sözügedən alğı-satqı müqavilələrinin dəyərinin müəyyən edilməməsi ilə yanaşı həmin əmlakların dəyərinin ödənilməsi barədə "xxxx" MMC-nin hesabına heç bir mədaxil olmamışdır. Bundan əlavə, Cavabdeh1 “Riyad” ticarət mərkəzinin tikintisi ilə əlaqədar üzərinə götürdüyü və payına düşən 41.000.000 manat hal-hazıradək ödəməmişdir və bu yolla əsassız varlanmışdır. Göstərilənlərə əsasən “Riyad” Ticarət Mərkəzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 adına dəyəri ödənilmədən alqı-satqı müqaviləsi əsasında satılmış və həmin müqavilələr əsasında adlarına rəsmiləşən 182 mağazanın çıxarışlarının etibarsız hesab edilməsi, bu mümkün olmadığı Cavabdeh1 payına düşən 41.000.000 manat məbləğinin alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, iddia ərizəsində qeyd edilən əmlakların satışından əldə edilmiş pul vəsaiti iddiaçılara verilməmişdir. Göstərilənlərə əsasən mübahisəli əmlakların alqı-satqısına dair əldə edilmiş pul vəsaitinin əvəzi olaraq həmin əmlakların dəyəri olan 10.000.000 manat cavabdehlərdən tutularaq iddiaçılara veriləsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(006)-4/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi ünvanında 12.83 ha torpaq sahəsi üzərində yerləşən və Cavabdeh1 məxsus 70 sayda və ümumi sahəsi 1503 kv.m təşkil edən qeyri-yaşayış sahələrinin dəyəri olan 1.953.900 (bir milyon doqquz yüz əlli üç min doqquz yüz) manat məbləğində pul Cavabdeh1, Cavabdeh6 məxsus 98 sayda və ümumi sahəsi 3660 kv.m təşkil edən qeyri-yaşayış sahələrinin dəyəri olan 4.758.000 (dörd milyon yeddi yüz əlli səkkiz min) manat məbləğində pul Cavabdeh6, Cavabdeh3 məxsus 8 sayda və ümumi sahəsi 216 kv.m təşkil edən qeyri-yaşayış sahələrinin dəyəri olan 980.800 (doqquz yüz səksən min səkkiz yüz) manat pul Cavabdeh3, Cavabdeh2 məxsus 4 sayda və ümumi sahəsi 216 kv.m təşkil edən qeyriyaşayış sahələrinin dəyəri olan 280.800 (iki yüz səksən min səkkiz yüz) manat pul Cavabdeh2, Cavabdeh4 məxsus 1 sayda və ümumi sahəsi 27 kv.m təşkil edən qeyri-yaşayış sahələrinin dəyəri olan 35.100 (otuz beş min yüz) manat pul Cavabdeh4, Cavabdeh5 məxsus 1 sayda və ümumi sahsi 27 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin dəyəri olan 35.700 (otuz beş manat yeddi yüz) manat pul Cavabdeh5 tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayəti verərək, qətamənin tam ləğv olunması və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdehlərə qarşı belə bir iddia tələbinin qaldırılması üçün iddiaçıların subyektiv hüququnun olub-olmaması, eləcə də iddiaçıların qaldırdığı tələblər açıq-aşkar korporativ münasibətlərdən irəli gələn mübahisələrə aid olduğundan məhkəmə aidiyyatının kommersiya məhkəməsinə aid olması məsələləri- ümumiyyətlə məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçılar tərəfindən həm iddianın predmeti, həm də əsası dəyişdirilsə də, yəni nəticə etibarı ilə yeni bir iddia tələbi təqdim olunmasına baxmayaraq, məhkəmə həmin halı ümumiyyətlə dəyərləndirməmişdir. İddianın predmetini- mübahisəli əmlakların alğı-satqısına dair əldə edilmiş pul vəsaitinin əvəzi olaraq həmin əmlakların dəyəri olan 10.000.000 manat cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi təşkil etsə də, məhkəmə bilə-bilə qanunsuz olaraq iddia predmetindən kənara çıxmış və məhkəmə işində tərəf olmayan "xxxx" MMC-nin xeyrinə əsassız olaraq pul vəsaitinin tutulmasını qət etmişdi. İddiaçılarla cavabdehlər arasında başaçatmış və hazırkı iş üçün zəruri əhəmiyyət kəsb edən və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4055/2019 saylı, xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-757/2020 saylı, xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1217/2021 saylı, xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5707/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarları- müəyyən edilmiş faktlara, hallara və tərəflərin hüquq münasibətlərinə isə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Qanunvericiliyə əsasən-başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məhkəmə isə, qanunla müəyyən edilmiş iddia müddətin keçməsi ilə bağlı iddiadan imtina edilməsi barədə ərizəni əsassız və qanunsuz olaraq təmin etməmişdir.İddiaçıların dəlillərinə görə, Cavabdeh1 25% payına düşən 41.000.000 (164 000 000 x 25%) manat məbləğ ilə şərt olaraq razılaşsaq (əlbəttə ki, biz bununla razı deyilik), müəyyən olunur ki, təsisçilər tərəfindən MMC-yə ümumilikdə 164.000.000 manat investisiya qoyulmalı idi.Digər tərəfdən, şahid ifadələri ilə müəyyən olunmur ki, digər təsisçilər həqiqətən öz paylarına uyğun 50% paya görə 82.000.000 manat və 25% paya görə isə 41.000.000 manat, toplam 123.000.000 manat investisiya qoymuşlar. Eyni qayda ilə cavabdehlər ilə MMC arasında müqavilələr imzalansa da, məhkəmə heç bir mötəbər əsas və səbəbqeyd etmədən cavabdehlər ilə bağlanmış müqavilələrdə qiymətlərin göstərilməməsini və onlar tərəfindən pul vəsaitinin ödənilməməsini müəyyən etmişdir.Qeyd olunur ki,mübahisələndirilən müqavilələr üzrə iddiaçılar ümumiyyətlə tərəf olmamışlar. Eləcə də, müqavilədə tərəf olan MMC isə hazırkı məhkəmə işində nəiddiaçı, nə cavabdeh, nə də 3-cü şəxs kimi tərəf deyildir. Bir sözlə, iddiaçılar fiziki şəxs olaraq MMC-nin hüquq və öhdəliyinə görə cavabdeh olmadıqları halda, hüquqi şəxsin hüquq və öhdəliklərindən yaranmış iddiaları öz adlarından verilməsi qəbul edilən deyildir. Cavabdeh6 apellyasiya şikayəti onunla əsaslandırılır ki, Cavabdeh6 Azərbaycan Respublikasından kənarda olduğundan, məhkəmə iclaslarından xəbərdar olmamış və işdə iştirak edən vəkilə və nümayəndəyə isə məhkəmə iclasları barədə lazımi qaydada məhkəmə bildirişləri təqdim edilməmişdir. Eləcə də, vəkilin e-məhkəmə informasiya sistemində şəxsi kabineti olmasına baxmayaraq, məhkəmə onu hazırkı iş üzrə qeydiyyata almamışdır. Odurki, bizdən aslı olmayan səbəbdən-Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4055/2019 saylı, xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-757/2020 saylı, xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1217/2021 saylı, xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5707/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarlarının; 2015-ci ilin dekabr ayınadək MMC-nin bütün mağazalardan əldə olunan gəlirləri təsisçilərin paylarına mütənasib bölüşdürülməsi barədə arayışların- təqdim edilməsi mümkün olmamışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti onunla əsaslandırılır ki, iş materiallarında olan "xxxx" MMC-nin Nizamnaməsinin (2-ci redaksiyada) xx.xx.2014-cü il tarixdə təsdiqi onu sübut edir ki, həmin dövrdə təsisçilər arasında hər hansı bir mübahisə olmamış, tərəflərin qarşılıqlı razılıqları əsasında onların MMC-nin nizamnamə kapitalındakı paylarına hər hansı bir dəyişiklik edilmədən yenidən təsdiq edilmişdir.Bu fakt-elecə də, iş materiallarında olan "xxxx" MMC-nin təsisçilərinin birgə yığıncağının xx.xx.2014-cü il tarixli 04 nömrəli və xx.xx.2014cü il tarixli 05 nömrəli protokolları ilə bir daha sübut olunur. Belə ki, həmin potokollardan müəyyən olunur ki, MMC-nin təsisçiləri qarşılıqlı razılıq əsasında öz paylarına uyğun bölgülər aparmış və həmin protokolları notariat qaydada təsdiqləmişlər. Qeyd edilir ki, 2015-ci ilin dekabr ayınadək MMC-nin bütün mağazalardan əldə olunan gəlirləri təsisçilərin paylarına mütənasib bölüşdürülmüşdür. Cavabdeh5 apellyasiya şikayəti onunla əsaslandırılır ki, iş materiallarında olan "xxxx" MMC-nin Nizamnaməsinin (2-ci redaksiyada) xx.xx.2014-cü il tarixdə təsdiqi olunması; notariat qaydada təsdiqlənmiş "xxxx" MMCnin təsisçilərinin birgə yığıncağının xx.xx.2014-cü il tarixli 04 nömrəli və xx.xx.2014-cü il tarixli 05 nömrəli protokollarında göstərilən pay bölgüləri; 2015-ci ilin dekabr ayınadək MMC-nin bütün mağazalardan əldə olunan gəlirləri təsisçilərin paylarına mütənasib bölüşdürülməsi və həmin dövrədək tərəflər arasında ümumiyyətlə hər hansı bir mübahisənin olmaması-faktlarının məhkəmə tərəfindən araşdırılmaması və dəyərlədirilməməsi onu sübut edir ki, məhkəmə cavabdehlərə qarşı qərəzli olmuş və nəticə etibarı ilə iş üzrə əhəmiyyətli halları müəyyən etməmişdir. Göründüyükimi, hazırkı iddiaçılarla cavabdehlər arasında bir sıra məhkəmə mübahisələri olsa da, həmin məhkəmə işləri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində müəyyən edilmiş faktlar və hüquq münasibətləri nəzərə alınmamış və nəticədə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə tərəflərinqarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmiş, ümumiyyətlə maddi və prosessual hüquq normlarının pozulması ilə nəticələnin qətnamə qəbul etmişdir. Bakı şəhəri Nəsini Rayon Məhkəməsinin 2(006)-4\2022 saylı, xx.xx.2022-ci il tarixli Qətaməsi ilə-cavabdehlərdən pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddianın predmetini isəmübahisəli əmlakların alqı-satqısına dair əldə edilmiş pul vəsaitinin əvəzi olaraq həmin əmlakların dəyəri olan 10.000.000 manatın cavabdehlərdən tutularaq iddiaçılara, yəni İddiaçı1 və İddiaçı2 ödənilməsi-təşkil edir. Açıq-aşkardır ki, məhkəmə bilə-bilə qanunsuz olaraq iddia predmetindən kənara çıxmaqla yanaşı, həm də məhkəmə işində tərəf olmayan "xxxx" MMC-nin xeyrinə pul vəsaitini tutmaqla, qətnamədə göstərilmişnəticənin işin hallarına uyğun gəlməməsini sübut edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 vəsatət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(006)-4/2022 saylı qətnamsinin tam ləğv olunmasını və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-4283/2022 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-4283/2022 saylı qərardadından kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(103)-4283/2022 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(103)-4283/2022 saylı qərardadından kassasiya şikayəti vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini və mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, mülki iş qərardaddan verilmiş kassasiya şikayətinə baxılması üçün apellyasiya baxışından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(103)-4283/2022 saylı qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar