Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4290/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və EyvAZov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sabunçu Rayon Prokurorluğu və 3 saylı Şəhər Klinik Xəstəxanasına qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2563/2022 saylı, 14 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yAZılı icraata qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sabunçu Rayon Prokurorluğu və 3 saylı Şəhər Klinik Xəstəxanasına qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2563/2022 saylı, 14 mart 2022ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hər cavabdehə olan tələbi açıq aşkar şəkildə ayrı-ayrılıqda qeyd olunub və heç də iddia ərizəsi üzrə tələbləri birləşdirilməyib. Bununla da məhkəmə yanlış nəticəyə gəlib. Lakin məlum olduğu kimi məhkəmə tərəfindən prosessual hüquq norması pozulmaqla nəyə görə gəldiyi nəticə üzrə edilməli işin məqsədə müvafiq hesab edilməməsini əsaslandırmamışdır. Məhkəmənin 21 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair qeyd edilən müddəası onu tələb edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş tələblər konkret və aydın olmalı və həmin tələblər ərizədə dəqiq göstərilməlidir. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş üzrə iddiaçı məhkəməyə müraciət edərək “Bu günkü günə qədər (əvvəlki dövr üçün) müalicəyə və həmçinində əməliyyatlara çəkilmiş ümumi xərclərin 40 000 manat hissəsi məbləğində, əvvəlki dövr üçün əldən çıxmış ümumi qAZancının 32 400 manat hissəsi məbləğində, Almaniya klinikasında əməliyyat olunmağı üçün 35 000 manat məbləğində vəsait və 5000 manat məbləğində gediş-gəliş və digər əlavə xərclər üçün kompensasiya və cəmi 40 000 manat məbləğində”, “ vurulmuş zərərin icbari sığortaçısından ala bilmədiyi 8500 manat kompensasiya məbləğinin (Hadisəni təsdiq edən müvafiq qərar təqdim edilmədiyi üçün 5000 manat məbləğində avtomobilə dəymiş ziyana görə və 3500 manat məbləğində sağlamlığa ağır zərər vurulduğuna görə kompensasiyanı sığortaçıdan ala bilmədiyi üçün)”, “əmlaka (avtomobil - 7000 manat hissəsi, marketdə olan ərzaq mallarına görə - 30 000 manat hissəsi və hadisə vaxtı üzərində olan 1700 manat məbləğində vəsait) dəymiş ziyana görə cəmi mənəvi istirab və əzaba görə dəymiş zərərin 50 000 manat hissəsi məbləğində” və “21.02.2022-ci il tarixindən etibarən yaşamağı və müalicə xərcləri üçün ömürlük hər ay 500 manat məbləğində vəsaitin tutulması” tələbləri irəli sürmüşdür. Kollegiya qeyd edir ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərkən ərizədə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməklə yanaşı cavabdehlərin hər birinə qarşı yönələn tələbi göstərməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan prosessual hüquq normalarını nəzərə almaqla iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin ediməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2563/2022 saylı, 14 mart 2022ci il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael EyvAZov
Məhkəmə qərarları › İş №2(103)-4290/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4290/2022
06.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver