Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4305/2021 19.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-778/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı «müqavilənin dəyişdirilməsi və digər» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx xxxx 2018-ci il tarixli müqavilənin “İddiaçı mülkiyyətinə 100 kv.m. qeyri-yaşayış sahə hissəsi onun sökülən 83.19 kv.m. daşınmaz əmlakın əvəzi kimi verilir” şərti, “********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışla İddiaçı mülkiyyətində olmuş 66.0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin əvəzinə, ona 79.2 kv.m qeyri-yaşayış sahəsi verilsin” kimi dəyişdirilməsini, İddiaçı tərəfindən əlavə olaraq öz vəsaiti ilə aldığı 50 kv.m. qeyri yaşayış sahə hissəsində xx xxxx 2018-ci il tarixli müqaviləyə xitam verilməsi haqqında qətnamə qəbul edilməsini, İddiaçı əməllərində cinayət tərkibi olduğu üçün, barəsində xüsusi qərardad çıxararaq, aidiyyəti prokurorluğa göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-778/2021 saylı qərardadı ilə Cavabdeh İddiaçı qarşı müqavilənin dəyişdirilməsi və digər tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan qərardadın əsaslandırıcı hissəsində göstərilən əsaslara görə imtina edilmiş və ərizə geri qaytarılmışdır. Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-778/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir; Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 156.1.1-ci , 156.1.2-ci və 156.1.3-cü maddələrinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı icraata qəbul edir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı icraata götürməkdən imtina edərkən, qənaətini belə əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsi məhkəmədə işə baxılmasından sonra verilmişdir. Həmçinin, məhkəmə proseslərinin 2020-ci ilin oktyabr ayından başlanılması, buna baxmayaraq qarşılıqlı iddia ərizəsinin 2021-ci ilin yanvar ayında, məhkəmə baxışına başlanıldıqdan sonra verilməsi qarşılıqlı iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Eyni zamanda, Cavabdeh MMCyə hazırkı iddia tələbi ilə bağlı ümumi qaydada ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və qarşılıqlı iddianın icraata götürülməsi üçün üçün əsas ola bilməz. Əvvəla, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı geri qaytararkən gəldiyi qənaət əsaslandırılmış və işin hallarına uyğun olmuşdur. İkincisi, Cavabdeh bu iddianın verilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olduğunu sübut etməlidir. Lakin belə bir sübut onun tərəfindən təqdim edilməmişdir. Üçüncüsü, qarşılıqlı iddianın verilməsi üçün əsasların məhkəmə baxışı gedişində sonradan əmələ gəlməsi iş materialları ilə təsdiq olunmur. Əksinə bu əsasların lap əvvəldən qarşılıqlı iddiaçıya bəlli olduğu məlum idi. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-778/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh «Cavabdeh şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-778/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4305/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4305/2021
19.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver